“Mif yaranmışdı ki, bu QHT-lər inqilabi situasiya yarada bilər”
Tarix: 6-10-2021, 08:57 | Çap et
Bir neçə il əvvəl Azərbaycanda fəaliyyətini dayandıran beynəlxalq təşkilatların ofislərinin, fondların yenidən işini bərpa etməsi gündəmə gəlib. Bu fondların profili insan azadlıqlarının müdafiəsi idi və yerli siyasi təşkilatlara, QHT-lərə maliyyə ayırırdılar. Xüsusən Nauman Fondu, Milli Demokratiya İnstitutu, Alman Marşal Fondu, Beynəlxalq İnkişaf Agentliyi, Demokratiyaya Dəstək Fondu, Açıq Cəmiyyət İnstitutu - Yardım Fondu (Soros), Demokratiyanı Milli Himayə Fondu (NED) və s. aktiv idilər.
Lakin onların ayağının Azərbaycandan kəsilməsi prosesi getdi, hətta bəziləri hakimiyyət çevrilişinə gizli maliyyə dəstəyi verməkdə belə ittiham olundu, habelə ölkədə QHT-lərin fəaliyyəti məhdudlaşdırıldı, həm praktik, həm qanunvericilik müstəvisində...
“Yeni Müsavat” xəbər verir ki, indi beynəlxalq fondların yenidən Azərbaycanda fəaliyyətini bərpa etməsi müzakirə edilir. Almaniya səfiri Volfqanq Maniq “Turan”a deyib ki, Fridrix Nauman kimi fondları hökumət müvafiq fəaliyyətləri üçün maliyyələşdirir. “Bunlar sahibkarlarla əməkdaşlar arasında məhsuldar qarşılıqlı fəaliyyət üçün sağlam mühitin yaradılması və dəstəklənməsi; iqlimin və təmiz ətraf mühitin mühafizəsi barədə məlumatlılığın artırılması; administrasiyanın və parlamentarilərin kvalifikasiyasının artırılmasıdır.
Fondlar yerli tərəfdaşlarla - hökumətlər, parlamentlər, KİV, biznes assosiasiyaları, həmkarlar ittifaqları və s. ilə əməkdaşlıq edirlər. Xarici İşlər Nazirliyi və Almaniya səfirliyi ev sahibi olan ölkənin qanunvericiliyinin pozulmaması üçün mümkün nəticələri qiymətləndirirlər. Odur ki, ümidvaram ki, Azərbaycan hökuməti Almaniya siyasi fondlarının qayıtmasına razılıq verəcək və fəaliyyət üçün onlara lazımi məkanı ayıracaq. Bu, əlbəttə ki, “beşinci kolon” deyil", - səfir bildirib.
Lakin sirr deyil ki, alman fondları Azərbaycanda ənənəvi olaraq müxalifətlə ciddi əlaqələrə malik olublar. Mətbuatda bəzi müxalifət partiyaların maliyyələşməsində Fridrix Nauman Fondunun xüsusi rolu barədə dəfələrlə materiallar dərc olunub. Bu fond Azərbaycandakı radikal qüvvələrin mövqeyinin xarici mətbuata çıxarılması üzərində fəal iş aparıb. Qeyd edilməlidir ki, Almaniya fondlarının xaricdə keçirdiyi tədbirlərə əsasən, müxalifət nümayəndələri və hakimiyyətə qarşı mənfi mövqeyi olan QHT-lər və mətbuat nümayəndələri dəvət olunurdular. Beləliklə, alman fondlarının Azərbaycanda fəaliyyətinin təhlili onu deməyə əsas verirdi ki, bu qurumlar müxalifətin maliyyələşdirilməsi, müxtəlif tədbirlər və kampaniyalar vasitəsilə beynəlxalq aləmdə Azərbaycanla bağlı neqativ rəyin formalaşdırılmasında fəal rol oynayıblar. Həmçinin Almaniyanın aparıcı KİV-lərində Azərbaycana qarşı materialların verilməsi də sirr deyildi.
İndi isə mənzərə dəyişir. Son aylar “QHT-lər haqqında” Qanuna dəyişiklik ediləcəyi gözlənilir. Bu dəyişiklik QHT-lərin fəaliyyətindəki məhdudiyyətləri aradan qaldırmaqla yanaşı, xarici fondların qayıdışını da şərtləndirə bilər. Bəs QHT sədrləri, partiya rəhbərləri necə düşünür?
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü, “Vətəndaş” İctimai Birliyinin sədri Günel Səfərova “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan hökumətinin xarici fondlarla bağlı mövqeyi onların fəaliyyətinə əsasən formalaşıb: “Bəziləri siyasi, bəziləri sosial-iqtisadi istiqamətdə fəaliyyət göstərirdilər. Mənim təmsil olunduğum fondlarda demokratiya, insan hüquqları, qadınların səlahiyyətlərinin artırılması, icma inkişafı və s. layihələr həyata keçirilirdi. Əlbəttə ki, ideal şəraitdə istiqamətindən asılı olmayaraq, Azərbaycanda və digər ölkələrdə onlar rahat fəaliyyət göstərməlidirlər. Amma indiki qanunvericilik imkan vermir ki, onlar ölkəmizdə fəaliyyət aparsınlar. Çünki xarici fondların qeydiyyat proseduru nəzərə tutulsa da, olduqca çox çətin prosesdir”.
G.Səfərova hesab edir ki, xüsusən postmüharibə dövründə bu fondların qayıtması zəruridir: “Təbii ki, onların Azərbaycanda işini bərpa etməsini arzulayıram. Çünki Qarabağ məsələsində, geosiyasi vəziyyətdə kifayət qədər haqlı mövqeyimiz var, Azərbaycan artıq Qafqaz kontekstindən çıxdığı üçün indi diktə edən tərəfə çevrilmişik. Əvvəllər Avropa ölkələri bizə bərabərhüquqlu tərəfdaş kimi baxmırdı, indi situasiya dəyişib. Ona görə insan haqları, gələcəkdə birgəyaşayış, Qarabağda inkişaf layihələrinin həyata keçirilməsi baxımdan bu fondların qayıdışı olar. Amma soruşsanız, bu sahədə uzun müddət olan biri kimi həmin beynəlxalq fondlardan Azərbaycana münasibətdə qərəz görmüsünüzmü, əlbəttə, qərəz görmüşəm. O fondlarla hökumətin seçici davranmasına haqq verirəm, amma tam seçici davranmasına haqq vermirəm”.
REAL Partiyasının Siyasi Komitəsinin üzvü Natiq Cəfərli qəzetimizə söylədi ki, 2014-cü ildə QHT-lərlə bağlı qanuna ard-arda edilmiş dəyişiklikər sivil toplumun fəaliyyətinə mənfi təsir etdi. Onun sözlərinə görə, vətəndaş cəmiyyəti əslində hökumətin pulsuz konsaltinqləridir, məsləhət xidməti göstərirlər, bu imkandan yararlanmaq lazımdır: “Yəni belə bir institusional yanaşma olmalıdır. Bundan əlavə, təsəvvür edin, 2012-dək ölkədə 20 mindən çox insan məhz bu fondlar sayəsində iş tapmışdı, maaşlar yüksək idi, bu təşkilatlarda Azərbaycan vətəndaşları çalışırdılar. Sadəcə, mif yarandı ki, bu QHT-lər inqilabi situasiya yarada bilər. Amma istər Gürcüstan, istər Ukrayna olsun, o nümunələrdə QHT-lərin rolu aşağı olmuşdu, sadəcə, bu ölkələrdə elitalar parçalanmışdı. Məsələn, Saakaşvili Şeverdnadze hakimiyyətində ədliyyə naziri olub, Kuçma yüksək vəzifə tutub. Ona görə bu mifləri kənara qoyub Azərbaycanın inkişafı üçün beynəlxalq donorların ölkəmizdə fəaliyyətini bərpa etmək lazımdır”.
N.Cəfərli bildirdi ki, partiya olaraq təkliflər hazırlanıb və təqdim olunub: “Çox yaxşı haldır ki, parlamentin payız sessiyasında qanuna dəyişiklik müzakirə ediləcək. Bu fondlar sülh quruculuğunda da mühüm rol oynaya bilər. Xüsusən Fridrix Nauman hökumətlə ən çox işləyən fondlardan biri olub. Ümumiyyətlə, son 30 ildə qrant şəklində daxil olan vəsaitlərin böyük hissəsi hökumət layihələrinə yönəlib. Hətta Avropa Birliyi Azərbaycanın dövlət büdcəsində kəsirin bərpası üçün maliyyə təklif etmişdi. Bunun nəyi pisdir, niyə hökumət bundan istifadə edə bilir, QHT-lər yox? Yəni yanaşma dəyişməlidir. Üstəlik, həmin fondların fəaliyyəti bərpa olsa, bölgələrdə də iş yerləri açılacaq. Mənim ehtimalıma və olan məlumata görə, xarici fondlar hökumətin təklifləri ilə razıdırlar”. “Yeni Müsavat”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Müəllimlərin maaşı vergidən azad ediləcək? - AÇIQLAMA
Bu gün, 01:27 |
|
|
|
• Avropada müharibə kabusu: Azərbaycan hansı təhlükə ilə üz-üzə qalıb? - İNCƏLƏMƏ
Bu gün, 01:22 |
|
|
|
• 7 ildir dələduz işçilərə görə sığorta ödənişi edilmir - İLGİNC FAKT
Bu gün, 00:47 |
|
|
|
• Ermənistan “müharibə qovşağı”na çevrilir... - "Qərb regionda savaş lazımdır"
Bu gün, 00:37 |
|
|
|
• "Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 00:33 |
|
|
|
• "Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver"
Bu gün, 00:27 |
|
|
|
• Uşaqlar pul yığıb, sinfi qızdırır... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 00:24 |
|
|
|
• Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir – Ermənistan rəsmisi açıqladı
Bu gün, 00:19 |
|
|
|
• Verdiyevin həbsi: Necə davranmaq lazımdır? - AKTUAL
Bu gün, 00:17 |
|
|
|
• Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Dünən, 20:39 |
|
|
|
• Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Dünən, 20:36 |
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Dünən, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Dünən, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Dünən, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Dünən, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Dünən, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Dünən, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Dünən, 18:11 |
|
|
|
• Siyavuş Novruzov HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Dünən, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Dünən, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Dünən, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Dünən, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Dünən, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Dünən, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Dünən, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Dünən, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Dünən, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Dünən, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Dünən, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Dünən, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Dünən, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Dünən, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Dünən, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Dünən, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Dünən, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Dünən, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Dünən, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Dünən, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Dünən, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Dünən, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Dünən, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Dünən, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Dünən, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Dünən, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Dünən, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Dünən, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Dünən, 15:09 |
|
|
|
• Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Dünən, 15:02 |
|
|
|
• Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Dünən, 14:59 |
|
|
|
• Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Dünən, 14:57 |
|
|
|
|