“Bu kampaniyanı aparanların özlərinə hörmətləri varsa, bir daha bu mövzuya qayıtmayacaqlar” - deputat
Tarix: 15-10-2021, 09:35 | Çap et
Beynəlxalq münasibətlər üzrə ekspert, deputat Elman Nəsirov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Azərbaycan Prezidenti həmin müsahibədə açıq danışıb və məsələlərin mahiyyətində dayanan məqamları olduğu kimi bəyan edib: “Müharibənin Azərbaycanın qələbəsi ilə başa çatmasından sonra ölkəmizə, onun liderinə qarşı böhtan kampaniyasının başlayacağı gözlənilən idi. Azərbaycan Prezidenti İlham Əliyev bu kampaniyanın nə üçün həyata keçirildiyini də çox dəqiqliklə ifadə edib. Qarayaxma kampaniyasının miqyasının çox böyük olacağı proqnozlaşdırılan idi. Çünki Azərbaycan çox böyük miqyaslı qələbəyə nail olub və bu qələbəni həzm edə bilməyən qüvvələr var. Ermənipərəst qüvvələr Ermənistanı kapitulyasiya aktını qəbul etməyə məcbur eləyən Azərbaycanı nəyin bahasına olur-olsun qaralamaq, nüfuzdan salmaq üçün qarayaxma kapmaniyası başladıblar. ”Pandora sənədləri" deyilən məsələ də eyni kampaniyanın tərkib hissəsidir. Prezident İlham Əliyev çox tutarlı faktlar və arqumentlərlə anti-Azərbaycan dairələrinin yanaşmalarını, böhtan kampaniyasını alt-üst elədi. Bu kampaniyanı aparanların özlərinə azca da olsa hörmətləri varsa, bir daha bu mövzuya qayıtmayacaqlar.
Bəzi bizim siyasi əleyhdarlarımız söyləyirdilər ki, İlham Əliyev niyə yerli mətbuata, Azərbaycan ictimaiyyətinə bu haqda məlumat vermədi, xarici mətbuata bu barədə danışdı. Birincisi, Azərbaycan xalqı, Azərbaycan ictimaiyyəti öz liderini çox gözəl tanıyır. Azərbaycan ictimaiyyəti onsuz da yaxşı bilir ki, o bədnam kampaniya nə üçündür və yazılanlar böhtandır. Ona görə də öz xalqına, öz mətbuatına bu məsələlər barədə xüsusi açıqlamalar, şərh verməyə lüzum yox idi. Prezident İlham Əliyev öz adını tarixi zəfəri ilə Azərbaycanın tarixinə yazıb, xalq İlham Əliyevə inanır. Belə olan vəziyyətdə mətbuata, xalqa bu məsələlərlə bağlı nəyisə izah etməyə zərurət yoxdur. İtaliya qəzeti beynəlxalq aləmdə tanınır və o qəzetə verilən müsahibə, orada verilən həmin açıqlamalar əslində Azərbaycan ictimaiyyəti üçün alınmış müsahibə deyil. Bu, beynəlxalq ictimaiyyətin məhz o kəsimi üçündür ki, o kəsim daha çox Qərb siyasi dairələrini təşkil edir və həmin dairələr öz mahiyyətləri etibarilə ermənipərəstdir".
Deputatın sözlərinə görə, Prezident o cür dairələrə sübut etdi ki, böhtanla məşğul olurlar və kampaniyalarının arxasında hansı məqamlar dayanır: “İndi baxıram, ”sapı özümüzdən olan baltalar" Avropa paytaxtlarında əyləşib cənab Prezidentin bu müsahibəsindəki məlum açıqlamalarından ayrı-ayrı sözləri götürüb onu öz aşağı səviyyələrinə uyğun təhrif edirlər. Normal orta təhsili belə olmayan o cür “azərbaycanlılar”dan bundan artığını da gözləmirdik. Bu həm də onu göstərir ki, biz hər zaman ayıq-sayıq olmalıyıq. Hansı böyük nailiyyətlərə imza atırıqsa, onun arxasınca bizə böyük hücumlar olacağını bilməliyik və daha monolit birləşməliyik. Bundan sonra Azərbaycanın böyük uğurları olduqca, qarayaxma kampaniyası, hücumlar da olacaq. Bunu indidən bilmək lazımdır. Anti-Azərbaycan siyasi dairələr ölkəmizin güclənməsindən çox narahatdırlar. Azərbaycana qarşı satqın bir sıra azərbaycanlıların da olduğu bir şəbəkə fəaliyyət göstərir. Bu şəbəkə hər fürsətdə Azərbaycanı, onun liderini hədəf alır”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Niyə axı bizdə BƏLƏDİYYƏ SİSTEMİ uğur qazanmır? - ARAŞDIRMA
Bu gün, 01:42 |
|
|
|
• Müəllimlərin maaşı vergidən azad ediləcək? - AÇIQLAMA
Bu gün, 01:27 |
|
|
|
• Avropada müharibə kabusu: Azərbaycan hansı təhlükə ilə üz-üzə qalıb? - İNCƏLƏMƏ
Bu gün, 01:22 |
|
|
|
• 7 ildir dələduz işçilərə görə sığorta ödənişi edilmir - İLGİNC FAKT
Bu gün, 00:47 |
|
|
|
• Ermənistan “müharibə qovşağı”na çevrilir... - "Qərb regionda savaş lazımdır"
Bu gün, 00:37 |
|
|
|
• "Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 00:33 |
|
|
|
• "Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver"
Bu gün, 00:27 |
|
|
|
• Uşaqlar pul yığıb, sinfi qızdırır... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 00:24 |
|
|
|
• Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir – Ermənistan rəsmisi açıqladı
Bu gün, 00:19 |
|
|
|
• Verdiyevin həbsi: Necə davranmaq lazımdır? - AKTUAL
Bu gün, 00:17 |
|
|
|
• Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Dünən, 20:39 |
|
|
|
• Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Dünən, 20:36 |
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Dünən, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Dünən, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Dünən, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Dünən, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Dünən, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Dünən, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Dünən, 18:11 |
|
|
|
• Siyavuş Novruzov HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Dünən, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Dünən, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Dünən, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Dünən, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Dünən, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Dünən, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Dünən, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Dünən, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Dünən, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Dünən, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Dünən, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Dünən, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Dünən, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Dünən, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Dünən, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Dünən, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Dünən, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Dünən, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Dünən, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Dünən, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Dünən, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Dünən, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Dünən, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Dünən, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Dünən, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Dünən, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Dünən, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Dünən, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Dünən, 15:09 |
|
|
|
• Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Dünən, 15:02 |
|
|
|
• Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Dünən, 14:59 |
|
|
|
|