“Ermənistanı və Qarabağ ermənilərini ümidləndirən Minsk Qrupunun fəallaşmasıdır” - Partiya sədri
Tarix: 3-11-2021, 09:42 | Çap et
44 günlük müharibənin ən ciddi nəticəsi Qarabağ ermənilərinin status xəyalının üstündən qalın bir xətt çəkilməsidir. Ermənilərin xarici havadarları ara-sıra bu məsələni gündəmə gətirməyə çalışsa da, Azərbaycan dövlətinin prinsipial mövqeyi dəyişməz olaraq qalır: “Status cəhənnəmə gedib və olmayacaq...” İrəvanda və Xankəndində bəzi revanşist və populist qüvvələr bu məsələ üzərində spekulyasiyalar etsələr də, belə görünür ki, ermənilər bu gerçəkliyi hələ müharibə davam edən zamandan qəbul etmək zorunda qalıblar.
Ermənistanın baş naziri Nikol Paşinyanın bu məsələdə ən sərt müxalif mövqeyi ilə seçilən Daşnaksütyun partiyasının parlamentdənkənar rəsmiləri ilə görüşünün bəzi açıqlanan detalları da belə deməyə əsas verir. Bu barədə “Hayastan” blokundan deputat seçilən İşxan Saqatelyan məlumat verib. O qeyd edib ki, Nikol Paşinyanla görüş gərgin keçib: “Oktyabrın 19-da (2020-ci ildən söhbət gedir -red.) Paşinyan müşavirəyə onunla başladı ki, vəziyyət ağırdır, itkilərimiz çoxdur. Soruşdum ki, heç olmasa status məsələsi (Dağlıq Qarabağ - red.) varmı, Paşinyan ”yox" cavabını verdi".
Demək, İrəvanda hələ müharibə davam edərkən nəticənin Qarabağ erməniləri üçün acınacaqlı olacağını qəbul ediblər. Paşinyanın və digər ermənilərin 10 noyabrdan sonrakı “status çağırışları” isə ancaq imitasiya xarakterli olub və Xankəndiyə qayıtmış erməniləri sakitləşdirmək məqsədi daşıyıb. Qarabağdakı Azərbaycan torpaqlarına qayıtmış köçmən ermənilər o halda hələ də nəyə ümid edirlər? Xankəndi erməniləri bundan sonra nələrə və kimlərə ümid edə bilərlər?
Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov “Yeni Müsavat”a bildirdi ki, 44 günlük Vətən müharibəsində qazandığımız möhtəşəm qələbə nəyin bahasına olursa-olsun Qarabağa “status” verməyə çalışanları kənara çəkilməyə məcbur etmədi: “10 noyabr 2020-ci il tarixdə Ermənistanı təslim aktını imzalamağa məcbur etdik və elə həmin gündən ABŞ və Fransanın öndərlik etdiyi ermənipərəst qüvvələrə qarşı ağır ”diplomatik müharibə" başladı. Baxmayaraq ki, hərbi əməliyyatlar dövründə Nikol Paşinyan son dərəcə ümidsiz durumda idi və şikayətlənirdi ki, torpaqların azad olunmasını tələb edən Azərbaycan və Rusiya “status” barədə danışmaq istəmirlər. Ancaq bu iddia həqiqəti əks etdirmirdi. Azərbaycan Prezidenti sonuncu dəfə noyabrın 6-da BBC-yə verdiyi müsahibədə Qarabağın statusu məsələsini müzakirə etməyə hazır olduğunu bəyan etmiş və onu da bildirmişdi ki, torpaqlar azad olunduqdan sonra bu barədə danışmaq mümkün olmayacaq. Yəni bu o demək idi ki, ermənilərə “sonra gec olacaq və mümkün olmayacaq” xəbərdarlığı edilmişdi. Ermənilər həmin dövrdə təklifi qəbul etmədiklərinə görə dövlət başçımız özünün məşhur-"status cəhənnəmə getdi" - bəyanatını vermişdi".
A.Səmədovun sözlərinə görə, sonrakı hadisələr göstərdi ki, Ermənistan ümidini itirsə də, onun Qərbdəki havadarları meydandan çəkilmək fikrində deyil və məqsədlərinə çatmaq üçün bütün imkanlardan istifadə etməyə çalışırlar: “Bu məqsədlə hərb meydanında qazandıqlarımızı heçə endirmək üçün əvvəlcə ABŞ-ın öndərliyində Karib hövzəsi ölkələri təşkilatına daxil olan 33 ölkə, sonra isə Fransa parlamenti Qarabağın ”müstəqilliyini" tanımaq təklifi ilə çıxış etdi. Elə həmin günlərdə ABŞ-ın dövlət katibi açıq şəkildə bəyan etdi ki, ABŞ və Fransa danışıqlarda yalnız Rusiya və Türkiyənin vasitəçilik etməsini qəbul edə bilməzlər və ATƏT-in Minsk Qrupunun həmsədrləri kimi Qarabağın gələcəyi ilə bağlı danışıqlara qoşulmaq niyyətindədirlər. İki həmsədr dövlətin xarici siyasət qurumları rəhbərlərinin apardığı danışıqlar nəticəsində Avropa Birliyi və ABŞ-ın diplomatik cəbhədə “səylərini” birləşdirmək qərara alındı. Birmənalı şəkildə bəyan edildi ki, münaqişə bitməyib və problemi aradan qaldırmaq, ermənilərin Qarabağda yaşamasını təmin etmək üçün mütləq status verilməlidir".
Partiya sədri xatırlatdı ki, bu bəyanatdan saman çöpündən yapışan kimi yapışan Ermənistan baş naziri elan etdi ki, danışıqları Minsk Qrupunun vasitəçiliyi ilə davam etdirməyə və hətta Azərbaycan Prezidenti ilə də görüşməyə hazırdır: “Bu mövqeni bir daha Rusiya prezidenti Vladimir Putinlə görüş zamanı təkrar edən Nikol Paşinyan Rusiyanın təklif etdiyi 3+3 formatına qarşı çıxmaq ”cəsarətini" göstərdi və rusiyalı həmkarına danışıqlardan kənarda qoymaq istədiyi Minsk Qrupunun həmsədri olduğunu xatırlatdı.
Bu gün əsas mübarizə bu iki qüvvənin, ABŞ-ın və Fransanın öndərlik etdiyi Minsk Qrupunun və Rusiya və Türkiyənin əsas söz sahibi olduğu “dördlər” və “altılar” formatları arasında gedir. Ermənistanı və Qarabağ ermənilərini ümidləndirən də Minsk Qrupunun fəallaşması və “münaqişəni həll etmək”, “status” məsələsini diriltmək istəyini ortaya qoymasıdır. İnanıram ki, ermənilərin bu ümidləri doğrulmayacaq və bir neçə gün sonra Moskvada Azərbaycanı qane edən real addımlar atılacaq". “Yeni Müsavat”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Bu gün, 20:39 |
|
|
|
• Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Bu gün, 20:36 |
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Bu gün, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Bu gün, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Bu gün, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Bu gün, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Bu gün, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Bu gün, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Bu gün, 18:11 |
|
|
|
• Siyavuş Novruzobv HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Bu gün, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Bu gün, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Bu gün, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Bu gün, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Bu gün, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Bu gün, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Bu gün, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Bu gün, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Bu gün, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Bu gün, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Bu gün, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Bu gün, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Bu gün, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Bu gün, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Bu gün, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Bu gün, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Bu gün, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Bu gün, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Bu gün, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Bu gün, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Bu gün, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Bu gün, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Bu gün, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Bu gün, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Bu gün, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Bu gün, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Bu gün, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Bu gün, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 15:09 |
|
|
|
• Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Bu gün, 15:02 |
|
|
|
• Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Bu gün, 14:59 |
|
|
|
• Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Bu gün, 14:57 |
|
|
|
• Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Bu gün, 14:55 |
|
|
|
• Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! - NARAZILIQ VAR...
Bu gün, 14:53 |
|
|
|
• "Kürd Elnur" məhkəməyə çıxarılacaq
Bu gün, 14:49 |
|
|
|
• Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub - FOTO
Bu gün, 14:43 |
|
|
|
• Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Bu gün, 14:02 |
|
|
|
• Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Bu gün, 14:00 |
|
|
|
• “Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Bu gün, 13:58 |
|
|
|
• Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14 |
|
|
|
• Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10 |
|
|
|
|