“Gələcəyini Qur!” təhsil təqaüdünü qazanmış abituriyentlərlə “Veysəloğlu Şirkətlər Qrupu”nda görüş keçirildi .....                     COP29-da Azərbaycan tarixi nəticə əldə etdi .....                     Qənirə Ataşovanın hesabı silindi .....                     Bakıda tiktoker qızdan ŞOK ƏMƏL: kişini tapıb ayağından öpdürdü .....                     Boşanan qadına əxlaqsızlıq təklif edildi, əri və qardaşı... .....                     Deputat qohumunu işdən çıxarıb öz xanımını təyin etdi .....                     Keşmiş işçici ilə KTN arasında .....                     Azərbaycanlı müğənnnilərin .....                     Ölkəmizin iqlim diplomatiyasında uğuru .....                     Bələdiyyələr avtomobillərdən əmlak vergisi alacaq? .....                     Vətəndaşın istifadə etmədiyi debet kartına borc gəlib... .....                     "Uber” və “Bolt” sistemdə göstərilən avtomobil əvəzinə ünvana başqa avtomobillər göndərir: .....                     Verilişlərdə ailə problemlərindən danışanlar xəstədir .....                     Bağça müdiri "Şərurlu İsfəndiyar"ın şirkətini məhkəməyə verdi .....                     Rusiya son sutkada 8 ballistik raket vurub .....                     Güzəştli kreditlərə hamının "əli çatırmı"? .....                     Ölkədə ətin qiyməti ilə bağlı narahatlıq: Bahalaşır? .....                     Trampın Qarabağla bağlı dedikləri... .....                     Türkiyə ilə sərhədimizdə yük maşınları niyə gözləyir? .....                     Xırdalanın abadlaşdırılması 2 milyon manata .....                     “2 gün mən, 2 gün də saxta həkimlər...” .....                     NZS və Keşlənin sökülməsi Qiyamətə qalır? .....                     Rusiya ABŞ-yə cavab olaraq Asiyada .....                     Xırdalanda 4 ay əvvəl qazon əkilən parkda yenidən qazon əkiləcək .....                     MN-in 9 milyonluq mənimsəməyə görə tutulan sabiq xidmət rəisinə .....                     Aptek müdirinin işçini DÖYMƏ BƏHANƏSİ... .....                     Vilyam Hacıyevə hər ay 3 min AZN ödəyən rəis işdən çıxarıldı .....                     Elman Rüstəmov bütün Azərbaycan vətəndaşlarına qarşı .....                     Hərbi pilotların peşəkarlığı artırılır .....                     Sənədsiz evlərin sənədləşdirilməsi prosesi sürətləndirilməlidir .....                     Nazirlik Boradigah məktəblilərinə QURU VƏD VERDİ... .....                     Respublika Perinatal Mərkəzində 7 uşağın ölümü ilə nəticələnən yanğınla bağlı .....                     Bahalı maşınlarınızı satın... işçiyə TEXNİKA ALIN! .....                     Mətləb Bağırovun işi ilə bağlı məhkəmədə xarici kuryer dindirilib .....                     Ermənistanda xarici borcun azalması deyil, .....                     Mənfur plan: fantaziya ilə həqiqətin toqquşması .....                     TƏBİB-ə 4 zərbə birdən: 303 minlik tender ləğv edilib .....                     Rusiya dibə yuvarlanır? .....                     Qərbi Azərbaycan sadəcə hazırkı Ermənistandan ibarət deyil .....                     Fransa səfirinin Qərbi Azərbaycan təxribatı nəyə hesablanıb? .....                 

“Sülhməramlılar, siz kimsiniz ki, Azərbaycan şəhərlərinin adını dəyişirsiniz?” - ETİRAZ
Tarix: 29-11-2022, 08:09 | Çap et
“Sülhməramlılar, siz kimsiniz ki, Azərbaycan şəhərlərinin adını dəyişirsiniz?”
Azərbaycan Müdafiə Nazirliyi son iki gündə iki dəfə Azərbaycanın Qarabağ İqtisadi Rayonu ərazisində müvəqqəti yerləşən Rusiya sülhməramlı kontingentinə müraciət ünvanlayıb. Müraciətdə sülhməramlılara Azərbaycan ərazilərinin adlarının düzgün yazılmaması barədə irad bildirilir.

Nazirliyin birinci müraciətində deyilir: “Təəssüflə bildiririk ki, Rusiya Federasiyasının Müdafiə Nazirliyinin rəsmi internet səhifəsində dərc olunan Rusiya Federasiyasının sülhməramlı kontingentinin rəsmi məlumatlarında yenə də yaşayış məntəqələrimizin adları uydurma erməni toponimləri ilə qeyd edilib. Belə ki, Rusiya Federasiyasının sülhməramlı kontingentinin 25 noyabr 2022-ci il tarixli rəsmi məlumatında patrul xidməti aparılan marşrut “Mardakert” və "Martuni" yaşayış məntəqələri istiqaməti kimi qeyd olunub. Rusiya tərəfinin diqqətinə çatdırırıq ki, məlumatda onların “Mardakert” və "Martuni" adlandırdıqları Azərbaycan yaşayış məntəqələrinin rəsmi adları uyğun olaraq AĞDƏRƏ və XOCAVƏND-dir. Bir daha Azərbaycan Respublikası ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin komandanlığını müvafiq məlumatlarında ölkəmizin ərazisindəki yaşayış məntəqələrinin adlarını düzgün toponimlərlə ifadə etməyə çağırırıq".

Müdafiə Nazirliyinin ikinci irad və çağırışı da oxşardır: “Bildiririk ki, Qarabağ iqtisadi rayonunun "Dağlıq-Qarabağ ərazisi" kimi qeyd edilməsi yolverilməzdir”. Azərbaycan Respublikası ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin komandanlığının diqqətinə bir daha çatdırırıq ki, müvafiq məlumatlarında yaşayış məntəqələrimizin adlarının onlara göndərilən rəsmi sənədlərdə qeyd olunan düzgün toponimlərlə ifadə edilməsi zəruridir. 27.11.2022-ci il tarixində Rusiya Federasiyasının Müdafiə Nazirliyinin rəsmi internet səhifəsində dərc olunan Rusiya Federasiyasının sülhməramlı kontingentinin rəsmi məlumatında “Mardakert” və "Martuni" kimi adlandırılan Azərbaycan yaşayış məntəqələrinin rəsmi adları uyğun olaraq AĞDƏRƏ və XOCAVƏNDDİR”.

DİA.AZ-ın məlumatına görə, Milli Məclisin deputatı Aqil Abbas Müdafiə Nazirliyinin Rusiya sülhməramlı kontingentinə iradlarını və tələblərini haqlı hesab edir. Millət vəkili AYNA-ya deyib ki, sülhməramlılar Qarabağa gəldikləri gündən bu yana öz səlahiyyətləri çərçivəsində hərəkət etməyiblər:

- Bizim onların Qarabağda – Xankəndidə, Əsgəranda, Xocalıda, Ağdərədə hansı oyunlardan çıxdıqları yadımızdadır. Sülhməramlı missiya adı ilə gəliblər, amma sülhməramlılıqdan başqa hər işlə məşğuldurlar. Elə bilirlər ki, ermənilərə kanalizasiya çəkdikləri, evlərin damını təmir etdikləri yadımızdan çıxıb?! Sonra xəritələr üzərində oynadılar, gah məsuliyyət zonalarını xəritədə genişlətdilər. Azərbaycanın iradından sonra dəyişiklik etdilər.

- İcma yaratdılar, Xocalıda dahilərinə heykəl qoydular...

- Bəli, bəli. Yüz hoqqadan çıxdılar, indi də buna davam etməkdədirlər. Gəldikləri gündən Xankəndiyə “Stepanakert”, Xocavəndə “Martuni”, Ağdərəyə “Mardakert” deyirlər, bunu nazirliklərinin saytında yazırlar. Bu, düzgün deyil. Siz kimsiniz ki, Azərbaycan şəhərlərinin adını dəyişirsiniz? Azərbaycanın iradı haqlıdır. Sadəcə məsələni konkret qoymalıyıq. Biz Moskvanın, Peterburqun adını başqa formada yazsaq, xoşlarına gələr? Bunu onlardan soruşmaq lazımdır. Yox, məncə, xoşlarına gəlməz. Biz də hörmətsizlik edib yazmarıq. Amma onlar da bizim ərazimi bütövlüyümüzə, şəhərlərimizin, kəndlərimizin adına hörmət etməlidirlər.

- Ermənilər iddia edirlər ki, Üçtərəfli Birgə Bəyanatda “Dağlıq Qarabağ” ifadəsi işlənir...

- Birincisi, onu deyən ermənilər qələt edirlər. Onların danışmağa, fikir bildirməyə ümumiyyətlə, haqları yoxdur. Ermənilər, yaxud Ermənistan kimdir ki, Azərbaycanın daxili işi ilə bağlı hansısa fikir bildirsin. İkincisi, cənab Prezident İlham Əliyev “Dağlıq Qarabağ” inzibati ərazisini ləğv edib, sərəncam verib. İndi ora Qarabağ İqtisadi Rayonudur. Ruslar da zəhmət çəksinlər yerimizin adını düz yazsınlar, vəssalam. Mənim adım nədirsə, onu deməlidirlər, yazmalıdırlar.

- Sülhməramlıların erməni separatçılarının silahlanmasına göz yumurlar, hətta yardım edirlər...

- Bu, yeni xəbər deyil. Gəldikləri gündən bununla məşğul olurlar. Dəfələrlə demişik, müraciət etmişik ki, sülhməramlıdırlarsa, özlərini sülhməramlı kimi aparsınlar. Noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan Baş nazirinin iştirakı ilə imzalanan Üçtərəfli Birgə Bəyanatda qeyd edilir ki, Ermənistanın bütün qoşun növləri ərazimizdən çıxarılmalıdır. Sülhməramlılar bunu icra etməli idilər, amma iki il keçib, icra etməyiblər. Əksinə, onlara şərait yaradırlar, qızışdırırlar, qorxma-qorxma deyirlər. Bu, belə davam edə bilməz.

- Sülhməramlılarla bağlı hansı tədbir görülməlidir?

- Yenə deyirəm, sülhməramlılar özlərini düzgün aparmalıdırlar, vəzifə borcunu düzgün yerinə yetirməlidirlər. Azərbaycan da tələb etməlidir ki, sülhməramlılar erməninin tərəfini saxlamadan götürdüyü öhdəliyi yerinə yetirsin. Erməni quldurları ilə biz özümüz məşğul olarıq. Azərbaycanın hərbi qüvvələri və təhlükəsizlik orqanları var və onlar terrorçuları zərərsizləşdirməyin yolunu yaxşı bilirlər.

- Terrorçular son günlər mövqelərimizi atəşə tuturlar...

- Nəyin hesabına?! Əlbəttə, sülhməramlıların hesabına. Sülhməramlılar guya o terrorçuların qarşısını ala bilmirlər?! Ala bilərlər, amma almırlar. Görünür, özləri təxribatda maraqlıdırlar. Biz isə istənilən təxribatın qarşısını sərt şəkildə almalıyıq və alacağıq. Kim bizə atəş açırsa, istər rus sülhməramlılarının yanından olsun, istərsə də kənarda, həmin kəslər yerindəcə məhv edilməlidir. Sığınırlar sülhməramlıların arxasına, başlayırlar bizim əsgərlərə atmağa. Buna son qoyulmalıdır. Sülhməramlılardan qəti tələb edilməlidir ki, Qarabağdan gedənədək vəzifələrini doğru-dürüst yerinə yetirsinlər. Məsələ qəti şəkildə həll olunmalıdır.

- Sülhməramlılar gedəcəklərmi?

- Biz bir az tələsirik, həm də inamsızlıq edirik. Qarabağın azad olacağına da bəziləri inanmırdı. Amma indi Şuşadayıq, Ağdamdayıq, Cəbrayıldayıq, Laçındayıq. İmzalanan sənəddə sülhməramlıların qalma müddəti göstərilib. O müddət tamam olanda məsələlərinə baxılacaq. Azərbaycan lazımi qərar verəcək, ona uyğun da addımlar atılacaq. Məncə, bir az səbr etmək lazımdır.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Gələcəyini Qur!” təhsil təqaüdünü qazanmış abituriyentlərlə “Veysəloğlu Şirkətlər Qrupu”nda görüş keçirildi - FOTO
Bu gün, 17:44
COP29-da Azərbaycan tarixi nəticə əldə etdi - MƏQALƏ
Bu gün, 17:41
Qənirə Ataşovanın hesabı silindi - SƏHİYYƏ MAFİYASINI ifşa etmişdi...
Bu gün, 17:39
Bakıda tiktoker qızdan ŞOK ƏMƏL: kişini tapıb ayağından öpdürdü - VİDEO
Bu gün, 17:27
Boşanan qadına əxlaqsızlıq təklif edildi, əri və qardaşı... - TƏFƏRRÜAT
Bu gün, 17:20
Deputat qohumunu işdən çıxarıb öz xanımını təyin etdi - DETALLAR
Bu gün, 17:13
Keşmiş işçici ilə KTN arasında QALMAQAL
Bu gün, 17:12
Azərbaycanlı müğənnnilərin FANTASTİK YENİ İL QİYMƏTLƏRİ
Bu gün, 17:09
Ölkəmizin iqlim diplomatiyasında uğuru - İsrafil Kərimovun yazısı
Bu gün, 17:04
Bələdiyyələr avtomobillərdən əmlak vergisi alacaq? – Deputatın təklifinə REAKSİYA
Bu gün, 17:02
Vətəndaşın istifadə etmədiyi debet kartına borc gəlib... - NARAZILIQ VAR...
Bu gün, 16:55
"Uber” və “Bolt” sistemdə göstərilən avtomobil əvəzinə ünvana başqa avtomobillər göndərir: - BU QƏDƏR CƏRİMƏSİ VAR
Bu gün, 16:44
Verilişlərdə ailə problemlərindən danışanlar xəstədir - "Vətəndaş A"nın Almazı
Bu gün, 16:37
Bağça müdiri "Şərurlu İsfəndiyar"ın şirkətini məhkəməyə verdi - SƏBƏB
Bu gün, 16:35
Rusiya son sutkada 8 ballistik raket vurub - KİV
Bu gün, 16:33
Güzəştli kreditlərə hamının "əli çatırmı"? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:27
Ölkədə ətin qiyməti ilə bağlı narahatlıq: Bahalaşır? - AKTUAL
Bu gün, 16:25
Trampın Qarabağla bağlı dedikləri... - “İşə başladıqdan sonra...”
Bu gün, 16:21
Türkiyə ilə sərhədimizdə yük maşınları niyə gözləyir?
Bu gün, 16:18
Xırdalanın abadlaşdırılması 2 milyon manata – BAŞA GƏLƏCƏK
Bu gün, 16:10
“2 gün mən, 2 gün də saxta həkimlər...” - Qənirə Ataşova açıqladı
Bu gün, 16:06
NZS və Keşlənin sökülməsi Qiyamətə qalır? – “Dövlətin maliyyə imkanı yoxdur”
Bu gün, 16:05
Rusiya ABŞ-yə cavab olaraq Asiyada orta və qısa mənzilli raketlər yerləşdirə bilər
Bu gün, 16:03
Xırdalanda 4 ay əvvəl qazon əkilən parkda yenidən qazon əkiləcək - İcazə verin şübhələnək...
Bu gün, 15:39
MN-in 9 milyonluq mənimsəməyə görə tutulan sabiq xidmət rəisinə HÖKM OXUNUB
Bu gün, 15:38
Aptek müdirinin işçini DÖYMƏ BƏHANƏSİ... - TƏFƏRRÜAT
Bu gün, 15:35
Vilyam Hacıyevə hər ay 3 min AZN ödəyən rəis işdən çıxarıldı - DETALLAR
Bu gün, 15:32
Elman Rüstəmov bütün Azərbaycan vətəndaşlarına qarşı - NONSENS MƏHKƏMƏ BAŞLAYIR!
Bu gün, 15:25
Hərbi pilotların peşəkarlığı artırılır - VİDEO
Bu gün, 15:22
Sənədsiz evlərin sənədləşdirilməsi prosesi sürətləndirilməlidir - Siyavuş Novruzov
Bu gün, 15:21
Nazirlik Boradigah məktəblilərinə QURU VƏD VERDİ... - "Növbəti illərin dövlət investisiya proqramı çərçivəsində..."
Bu gün, 15:18
Respublika Perinatal Mərkəzində 7 uşağın ölümü ilə nəticələnən yanğınla bağlı məhkəmə prosesi təxirə salınıb
Bu gün, 15:14
Bahalı maşınlarınızı satın... işçiyə TEXNİKA ALIN! - ÇAĞIRIŞ
Bu gün, 15:12
Mətləb Bağırovun işi ilə bağlı məhkəmədə xarici kuryer dindirilib - TƏFƏRRÜAT
Bu gün, 15:04
Ermənistanda xarici borcun azalması deyil, artması gözlənilir
Bu gün, 14:02
Mənfur plan: fantaziya ilə həqiqətin toqquşması - ƏSLİNDƏ...
Bu gün, 14:00
TƏBİB-ə 4 zərbə birdən: 303 minlik tender ləğv edilib - DETALLAR
Bu gün, 13:58
Rusiya dibə yuvarlanır? - Müharibə bitməsə...
Bu gün, 13:21
Qərbi Azərbaycan sadəcə hazırkı Ermənistandan ibarət deyil - REAKSİYA
Bu gün, 13:17
Fransa səfirinin Qərbi Azərbaycan təxribatı nəyə hesablanıb? - FOTO
Bu gün, 13:10
Bakının COP29 TÖHFƏSİ... - ŞƏRH
Bu gün, 13:05
Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 13:01
“Kənd Təsərrüfatı və Yeyinti Sənayesi Nazirliyində işləmişəm, - paxıllığımı çəkənlər çoxdur”
Bu gün, 12:57
Cavid Qurbanovdan KƏLBƏCƏR AÇIQLAMASI - "...səbirsizliklə gözləyirlər"
Bu gün, 12:54
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin müəmmalı addımı - 10 gündə bir şirkətə 3 milyonluq iki tender...
Bu gün, 12:50
Şərur camaatı Fuad Nəcəflidən NARAZIDIR - ETİRAZA HAZIRLAŞIRLAR
Bu gün, 12:44
“Başqa xalqların mahnılarını sırıyırlar” - ETİRAZ
Bu gün, 12:39
İrəvan geri çəkildi: Missiya sərhəddən çıxarılır - GƏLİŞMƏ
Bu gün, 12:37
Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat - ƏMR
Bu gün, 12:35
Şuşa RMX-nin mebel və inventarla təchizatı 2,3 milyon manata başa gələcək
Bu gün, 12:33
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru