COP29-da Azərbaycan tarixi nəticə əldə etdi .....                     Qənirə Ataşovanın hesabı silindi .....                     Bakıda tiktoker qızdan ŞOK ƏMƏL: kişini tapıb ayağından öpdürdü .....                     Boşanan qadına əxlaqsızlıq təklif edildi, əri və qardaşı... .....                     Deputat qohumunu işdən çıxarıb öz xanımını təyin etdi .....                     Keşmiş işçici ilə KTN arasında .....                     Azərbaycanlı müğənnnilərin .....                     Ölkəmizin iqlim diplomatiyasında uğuru .....                     Bələdiyyələr avtomobillərdən əmlak vergisi alacaq? .....                     Vətəndaşın istifadə etmədiyi debet kartına borc gəlib... .....                     "Uber” və “Bolt” sistemdə göstərilən avtomobil əvəzinə ünvana başqa avtomobillər göndərir: .....                     Verilişlərdə ailə problemlərindən danışanlar xəstədir .....                     Bağça müdiri "Şərurlu İsfəndiyar"ın şirkətini məhkəməyə verdi .....                     Rusiya son sutkada 8 ballistik raket vurub .....                     Güzəştli kreditlərə hamının "əli çatırmı"? .....                     Ölkədə ətin qiyməti ilə bağlı narahatlıq: Bahalaşır? .....                     Trampın Qarabağla bağlı dedikləri... .....                     Türkiyə ilə sərhədimizdə yük maşınları niyə gözləyir? .....                     Xırdalanın abadlaşdırılması 2 milyon manata .....                     “2 gün mən, 2 gün də saxta həkimlər...” .....                     NZS və Keşlənin sökülməsi Qiyamətə qalır? .....                     Rusiya ABŞ-yə cavab olaraq Asiyada .....                     Xırdalanda 4 ay əvvəl qazon əkilən parkda yenidən qazon əkiləcək .....                     MN-in 9 milyonluq mənimsəməyə görə tutulan sabiq xidmət rəisinə .....                     Aptek müdirinin işçini DÖYMƏ BƏHANƏSİ... .....                     Vilyam Hacıyevə hər ay 3 min AZN ödəyən rəis işdən çıxarıldı .....                     Elman Rüstəmov bütün Azərbaycan vətəndaşlarına qarşı .....                     Hərbi pilotların peşəkarlığı artırılır .....                     Sənədsiz evlərin sənədləşdirilməsi prosesi sürətləndirilməlidir .....                     Nazirlik Boradigah məktəblilərinə QURU VƏD VERDİ... .....                     Respublika Perinatal Mərkəzində 7 uşağın ölümü ilə nəticələnən yanğınla bağlı .....                     Bahalı maşınlarınızı satın... işçiyə TEXNİKA ALIN! .....                     Mətləb Bağırovun işi ilə bağlı məhkəmədə xarici kuryer dindirilib .....                     Ermənistanda xarici borcun azalması deyil, .....                     Mənfur plan: fantaziya ilə həqiqətin toqquşması .....                     TƏBİB-ə 4 zərbə birdən: 303 minlik tender ləğv edilib .....                     Rusiya dibə yuvarlanır? .....                     Qərbi Azərbaycan sadəcə hazırkı Ermənistandan ibarət deyil .....                     Fransa səfirinin Qərbi Azərbaycan təxribatı nəyə hesablanıb? .....                     Bakının COP29 TÖHFƏSİ... .....                 

"Azərbaycanın bu saniyə belə Laçın dəhlizini bağlamaq hüququ var" - deputat
Tarix: 2-12-2022, 08:58 | Çap et
"Azərbaycanın bu saniyə belə Laçın dəhlizini bağlamaq hüququ var"
DİA.AZ Milli Məclisin deputatı, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayevin “Həftə içi”nə müsahibəsini təqdim edir:

- Razi bəy, Azərbaycanın dövlət lideri Ermənistanın Fransanı danışıqlar prosesinə qatmaq şərtinə cavab olaraq dekabrın 7-də keçirilməsi nəzərdə tutulan V Brüssel görüşündən imtina etdi. Ermənilərin sülh masasına oturması üçün Avropa İttifaqından hansı təsirlərin göstərilməsi mümkündür?

- Fransanın danışıqlar prosesinə təsiri və onun Azərbaycan üçün yarada biləcəyi təhlükə o qədər də güclü deyil. Fransanın Ermənistanı birtərəfli qaydada müdafiə etməsiı danışıqlar prosesinə zərbə vurmaqla yanaşı, həm də sülh prosesini ləngidir, Ermənistanı Azərbaycanla sülh müqaviləsi bağlamaqdan uzaqlaşdırır. Fransa Cənubi Qafqazda sülhün və sabitliyin bərqərar olmasına çalışsaydı, Ermənistana birtərəfli qaydada dəstək verməməli idi. Ermənistan 44 günlük müharibədəki məğlubiyyətdən sonra sülh müqaviləsi bağlamağa hazır idi. Paşinyan, erməni siyasətçiləri içərisində daha doğru düşünə və reallığı görə bilən siyasətçi idi. Onu bu yoldan Fransa daşındırdı. Paşinyanı sülh yolundan daşındırmaqla həm də Ermənistana problem yaratmış oldu. Birinci zərbəni Ermənistan 12-13 sentyabr tarixlərində aldı. Orada həlak olan erməni əsgərlərinin tam sayı bilinmir və cəsədləri də Ermənistan tərəfə tam olaraq verilməyib. Yəni Qafqazlardan min kilometrlərlə uzaqda yerləşən Fransanın bu gün Cənubi Qafqaza bu şəkildə müdaxilə etməsi bölgədəki sabitliyi bütövlükdə pozur. Fransa bu niyyətlərindən nə qədər tez geri çəkilsə, bir o qədər Cənubi Qafqazda, o cümlədən Azərbaycan-Ermənistan arasında sülh müqaviləsinin və sabitliyin yaranmasına səbəb ola bilər.

Digər tərəfdən, Rusiya bu məsələlərə maneçilik yaradır. Rusiya sülhməramlılarının Qarabağda hansı fəaliyyət göstərdiyinin, birtərəfli qaydada Ermənistanın tərəfini tutduğunun şahidi oluruq. Bu gün Azərbaycan elə zəif ölkə deyil ki, nə Rusiyanın, nə də ki, Fransanın önündən çəkilsin. Bu baxımdan Fransa və Rusiya Azərbaycanla Ermənistan arasında sülh istəyirsə, Cənubi Qafqazda sülhün bərqərar olmasını istəyirsə, Ermənistanı birtərəfli qaydada müdafiə etməkdən çəkinməlidir. Fransa və Rusiya Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Onların Azərbaycana qarşı hərəkətləri həm də öz öhdəliklərinə əməl etməmək və beynəlxalq hüququ ayaqlar altına alıb tapdalamaq anlamına gəlir.

- Ermənistan sərhəddə atəşkəsi pozmaqda davam edir. Vəziyyət müharibə – antiterror əməliyyatını və Laçın yolunun bağlanmasını, nəzarətə götürülməsini nə dərəcədə zəruri edir?

- Laçın dəhlizi 2020-ci il 10 noyabr razılaşmasından irəli gələn məsələdir. Ermənistan Azərbaycanın humanitar dəhliz kimi onlara təqdim etdiyi Laçın yolu vasitəsilə xain məqsədlər üçün separatçı qüvvələrə silah daşıyır. Onların Azərbaycanın suveren ərazisi olan Xankəndiyə bu humanitar dəhlizdən silah daşımaq üçün istifadə etməsi Azərbaycana tam hüquqi əsas verir ki, Laçın dəhlizini bağlasın. Hələ ki, Rusiya tərəfi buna təzyiq göstərir və razılaşmır. Rusiyanın Laçın dəhlizindən silah daşımaq, orada olan qanunsuz hərbi birləşmələrin güclənməsi üçün bir resurs kimi istifadə etməsi Azərbaycan tərəfinin gözündən qaçmır. Bu da rus sülhməramlılarını və Rusiyanı bir vasitəçi kimi gözdən salır. Ona görə də Azərbaycanın bu saniyə belə Laçın dəhlizini bağlamaq hüququ var. Ümid edirəm, Azərbaycan bu hüququndan istifadə edəcək. Bizim bilmədiyimiz məqamlar ola bilər. Azərbaycan Prezidenti bu məsələlərlə bağlı daha çox məlumatlıdır. Ümid edirəm, Azərbaycan xalqının və siyasi qüvvələrin dəstəyini alaraq, bu qərarı da verəcək.Cənab Prezidentin yanında dayanıb onu müdafiə edəcəyik.

- Rus hərbçiləri toponimlərimizin adını erməniləşdirir. Bununla bağlı Müdafiə Nazirliyi səviyyəsində bir neçə xəbərdarlıq da olub...

- Rus sülhməramlılarının Qarabağdakı fəaliyyəti bizi qane etmir. Onların özbaşına hərəkət etməsi, bu əraziyə bir rus ərazisi kimi baxması, separatçı qüvvələrin tərəfini tutması, təbii ki, Azərbaycan insanlarını, Azərbaycan tərəfi narahat edir. Azərbaycan Müdafiə Nazirliyinin Rusiya Müdafiə Nazirliyindən Qarabağla bağlı məlumatlar yayılan zaman Qarabağda yerləşən və hazırda müvəqqəti olaraq rus sülhməramlılarının nəzarətində olan ermənilərin yaşadıqları ərazilərin ermənilərin qoyduğu uydurma erməni adları ilə yox, Azərbaycan toponimləri, adları ilə adlandırılmasını tələb etməsi də qulaqardına vurulur. Rusiya Müdafiə Nazirliyinin bu hərəkəti başadüşülən deyil, bu, Azərbaycan tərəfində qəzəb doğurur və bizi birtərəfli addım atmağa vadar etmək məqsədi daşıyır. Rusiya bilsin ki, Azərbaycan heç də tək deyil. Azərbaycan Prezidentinin də dediyi kimi, Türkiyə Ordusu Azərbaycan Ordusudur, Azərbaycan Ordusu da Türkiyə Ordusudur. Rusiya tərəfi Azərbaycanın ərazi bütövlüyünə, Azərbaycanın suverenliyinə hörmət etməlidir. Rusiya Prezidenti Vladimir Putinin “Qarabağ Azərbaycan ərazisidir və Azərbaycan öz ərazisində müharibə aparır” sözünü də unutmamalıyıq. Rusiya Azərbaycanın ərzi bütövlüyünü tanıyır. Azərbaycanın ərazi bütövlüyünü tanıdığı halda Azərbaycanın qəbul etdiyi toponimlərdən istifadə etməlidir. Bu bizə əsas verir ki, bu gün həssas durumda olan, qanunsuz hərəkətlər edən və müxtəlif millətlərin respublikalarından ibarət olan Rusiyaya analoji addım atsın. Azərbaycan ona qarşı bu addımı atarsa, Rusiya bundan xoşlanmayacaq. Rusiya bizə hörmət etməsə, biz də Rusiyaya hörmət etməyə borclu deyilik.

- Ermənistan Zəngəzur yolunun açılması ilə bağlı götürdüyü öhdəlikləri yerinə yetirmir. Bu istiqamətdə İranın təsirlərini, ölkəmizə qarşı sərgilədiyi aqressiyanı necə dəyərləndirmək olar?

- Ermənistan Zəngəzur dəhlizi ilə bağlı öhdəliyini yerinə yetirməsə, Azərbaycan birmənalı olaraq Laçın dəhlizini bağlamalıdır. Azərbaycan tərəfi hazırda bu məsələləri düşünür, götür-qoy edir. Hələ də Laçın dəhlizini bağlamaması müəyyən obyektiv və subyektiv səbəblərə bağlıdır. Həmin obyektiv və subyektiv səbəblərin aradan qalxması ilə bağlı müəyyən işlər aparılır.

Bu gün ermənilər rus sülhməramlılarına güvənib təxribatlara əl atır və Zəngəzur dəhlizini açmaq istəmirlər. Təbii ki, Ermənistan əl-qolunu sallayıb Qarabağa gələ bilməz. Bu, Azərbaycanın müstəqilliyinə həqarətdir, Azərbaycan xalqına təhqirdir. Heç bir güzəşt ola bilməz. Azərbaycan Ermənistanın ərazisinə hücum edib Göyçə gölünü, Zəngəzuru, ümumiyyətlə öz qədim ərazilərini işğaldan azad edə bilər. Azərbaycanın buna hərbi gücü, siyasi iradəsi də var. Bu, təbii ki, Ermənistanın və onu müdafiə edənlərin xoşuna gəlməyəcək. Azərbaycanın da xoşuna gəlmir ki, işğalçı Ermənistan ərazilərimizi işğalda saxlasın, separatçıları, terroristləri Azərbaycan ərazisində, Xankəndidə saxlasın. Bu, birmənalıdır. Ona görə də Zəngəzur dəhlizi yoxdursa, Laçın dəhlizi də yoxdur.

İrana gəlincə, İranın müsəlman kimi deyil, xristian kimi hərəkət etməsi, Paşinyanı Quranın altından keçirməsi, Quranla qarşılaması İslam dininə təhqirdir. Bütün bu hərəkətlər İran İslam Respublikasına bağışlanmayacaq. Azərbaycan dövləti İrana hörmətlə yanaşıb, İranın milli maraqlarına hörmət edib, İranla dostluğunu davam etdirmək istəyib. İran Azərbaycanla bütün körpüləri yandırdı, yandırır və yandırmaqda davam edir. Başqa yolumuz yoxdur, əgər onlar körpüləri yandırdısa, bizim o körpünü bərpa etmək niyyətimiz yoxdur. Biz 30 ildə onu çox bərpa etmişik, İran isə yenidən yandırıb. İran körpüləri yenidən tikmək istəyəcəksə, barış əlini uzadacaqsa, günahını boynuna alacaqsa, İslam dövləti, müsəlman dövləti kimi hərəkət edəcəksə, o zaman biz düşünə bilərik. İranın bu gün Azərbaycana təsir etmək imkanları, Azərbaycanı işğal etmək, Azərbaycana hücum etmək imkanları sıfıra bərabərdir. İran ağılsız hərəkət edərsə, qarşısında Azərbaycan Ordusunu görəcək; “F-16”larını, “F-35”ləri qarşısında görəcək. Bakıdan İrana olan uçuş məsafəsi 550 kilometrdir. İsrail də İranın nüvə obyektlərinə raketlərlə zərbə vurmaq üçün məkan axtarışındadır. Ümid edirəm, İran elə səhv etməyəcək ki, Azərbaycan bu imkanı İsrailə yaratsın..

- Azərbaycanın daxilində ictimai təşkilatların dialoqu və yeni siyasi konfiqurasiyanın qurulması istiqamətində atılan addımlar mövcud şəraitlə nə dərəcədə adekvatdır?

- Azərbaycandakı ictimai-siyasi qüvvələrdən müxtəlif düşmən qüvvələr istifadə etməyə çalışıb və buna nail olub. İctimai-siyasi təşkilatlarımızdan, siyasi partiyalarımızdan istifadə edən, onları öz tərəfinə çəkə bilən İran və Rusiya olub. Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən bu cəhdlərin qarşısı alınıb. Azərbaycanda siyasi partiyalar və qanunvericilik orqanları ilə iş şöbəsinin yaradılması bu məsələlərdə nizam-intizamın yaradılmasına səbəb olub. Bu şöbə Azərbaycandakı vətənpərvər, dövlətçi qüvvələri, eyni zamanda, xain qüvvələri aşkara çıxartdı. Hazırda kimin azərbaycançı, dövlətçi olduğunu, kimin də xarici qüvvələrin əlində alət olduğunu bilirik. Bu gün görürük ki, hansı qüvvələr İranın və digər ölkələrin Azərbaycana qıcadığı dişi sındırmağa çalışır, onlara qarşı çıxış edir, onları tənqid edir... Hansı qüvvələr isə kənarda qalır, ikili oyun oynayır və yaxud dəstəyini birbaşa həmin düşmən qüvvələrə ifadə edir. Bu o deməkdir ki, onlar azərbaycançı qüvvələr deyil, Azərbaycanı sevmirlər və onlar doğrudan da “5-ci kolon”dular. Bütün bu məsələlərin aşkara çıxarılmasında yeni yaranan siyasi konfiqurasiyanın rolu oldu.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
COP29-da Azərbaycan tarixi nəticə əldə etdi - MƏQALƏ
Bu gün, 17:41
Qənirə Ataşovanın hesabı silindi - SƏHİYYƏ MAFİYASINI ifşa etmişdi...
Bu gün, 17:39
Bakıda tiktoker qızdan ŞOK ƏMƏL: kişini tapıb ayağından öpdürdü - VİDEO
Bu gün, 17:27
Boşanan qadına əxlaqsızlıq təklif edildi, əri və qardaşı... - TƏFƏRRÜAT
Bu gün, 17:20
Deputat qohumunu işdən çıxarıb öz xanımını təyin etdi - DETALLAR
Bu gün, 17:13
Keşmiş işçici ilə KTN arasında QALMAQAL
Bu gün, 17:12
Azərbaycanlı müğənnnilərin FANTASTİK YENİ İL QİYMƏTLƏRİ
Bu gün, 17:09
Ölkəmizin iqlim diplomatiyasında uğuru - İsrafil Kərimovun yazısı
Bu gün, 17:04
Bələdiyyələr avtomobillərdən əmlak vergisi alacaq? – Deputatın təklifinə REAKSİYA
Bu gün, 17:02
Vətəndaşın istifadə etmədiyi debet kartına borc gəlib... - NARAZILIQ VAR...
Bu gün, 16:55
"Uber” və “Bolt” sistemdə göstərilən avtomobil əvəzinə ünvana başqa avtomobillər göndərir: - BU QƏDƏR CƏRİMƏSİ VAR
Bu gün, 16:44
Verilişlərdə ailə problemlərindən danışanlar xəstədir - "Vətəndaş A"nın Almazı
Bu gün, 16:37
Bağça müdiri "Şərurlu İsfəndiyar"ın şirkətini məhkəməyə verdi - SƏBƏB
Bu gün, 16:35
Rusiya son sutkada 8 ballistik raket vurub - KİV
Bu gün, 16:33
Güzəştli kreditlərə hamının "əli çatırmı"? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:27
Ölkədə ətin qiyməti ilə bağlı narahatlıq: Bahalaşır? - AKTUAL
Bu gün, 16:25
Trampın Qarabağla bağlı dedikləri... - “İşə başladıqdan sonra...”
Bu gün, 16:21
Türkiyə ilə sərhədimizdə yük maşınları niyə gözləyir?
Bu gün, 16:18
Xırdalanın abadlaşdırılması 2 milyon manata – BAŞA GƏLƏCƏK
Bu gün, 16:10
“2 gün mən, 2 gün də saxta həkimlər...” - Qənirə Ataşova açıqladı
Bu gün, 16:06
NZS və Keşlənin sökülməsi Qiyamətə qalır? – “Dövlətin maliyyə imkanı yoxdur”
Bu gün, 16:05
Rusiya ABŞ-yə cavab olaraq Asiyada orta və qısa mənzilli raketlər yerləşdirə bilər
Bu gün, 16:03
Xırdalanda 4 ay əvvəl qazon əkilən parkda yenidən qazon əkiləcək - İcazə verin şübhələnək...
Bu gün, 15:39
MN-in 9 milyonluq mənimsəməyə görə tutulan sabiq xidmət rəisinə HÖKM OXUNUB
Bu gün, 15:38
Aptek müdirinin işçini DÖYMƏ BƏHANƏSİ... - TƏFƏRRÜAT
Bu gün, 15:35
Vilyam Hacıyevə hər ay 3 min AZN ödəyən rəis işdən çıxarıldı - DETALLAR
Bu gün, 15:32
Elman Rüstəmov bütün Azərbaycan vətəndaşlarına qarşı - NONSENS MƏHKƏMƏ BAŞLAYIR!
Bu gün, 15:25
Hərbi pilotların peşəkarlığı artırılır - VİDEO
Bu gün, 15:22
Sənədsiz evlərin sənədləşdirilməsi prosesi sürətləndirilməlidir - Siyavuş Novruzov
Bu gün, 15:21
Nazirlik Boradigah məktəblilərinə QURU VƏD VERDİ... - "Növbəti illərin dövlət investisiya proqramı çərçivəsində..."
Bu gün, 15:18
Respublika Perinatal Mərkəzində 7 uşağın ölümü ilə nəticələnən yanğınla bağlı məhkəmə prosesi təxirə salınıb
Bu gün, 15:14
Bahalı maşınlarınızı satın... işçiyə TEXNİKA ALIN! - ÇAĞIRIŞ
Bu gün, 15:12
Mətləb Bağırovun işi ilə bağlı məhkəmədə xarici kuryer dindirilib - TƏFƏRRÜAT
Bu gün, 15:04
Ermənistanda xarici borcun azalması deyil, artması gözlənilir
Bu gün, 14:02
Mənfur plan: fantaziya ilə həqiqətin toqquşması - ƏSLİNDƏ...
Bu gün, 14:00
TƏBİB-ə 4 zərbə birdən: 303 minlik tender ləğv edilib - DETALLAR
Bu gün, 13:58
Rusiya dibə yuvarlanır? - Müharibə bitməsə...
Bu gün, 13:21
Qərbi Azərbaycan sadəcə hazırkı Ermənistandan ibarət deyil - REAKSİYA
Bu gün, 13:17
Fransa səfirinin Qərbi Azərbaycan təxribatı nəyə hesablanıb? - FOTO
Bu gün, 13:10
Bakının COP29 TÖHFƏSİ... - ŞƏRH
Bu gün, 13:05
Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 13:01
“Kənd Təsərrüfatı və Yeyinti Sənayesi Nazirliyində işləmişəm, - paxıllığımı çəkənlər çoxdur”
Bu gün, 12:57
Cavid Qurbanovdan KƏLBƏCƏR AÇIQLAMASI - "...səbirsizliklə gözləyirlər"
Bu gün, 12:54
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin müəmmalı addımı - 10 gündə bir şirkətə 3 milyonluq iki tender...
Bu gün, 12:50
Şərur camaatı Fuad Nəcəflidən NARAZIDIR - ETİRAZA HAZIRLAŞIRLAR
Bu gün, 12:44
“Başqa xalqların mahnılarını sırıyırlar” - ETİRAZ
Bu gün, 12:39
İrəvan geri çəkildi: Missiya sərhəddən çıxarılır - GƏLİŞMƏ
Bu gün, 12:37
Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat - ƏMR
Bu gün, 12:35
Şuşa RMX-nin mebel və inventarla təchizatı 2,3 milyon manata başa gələcək
Bu gün, 12:33
Samirə Bayramovanın Ermənistana girişinə icazə verilməyib - ermənipərəst olsa belə...
Bu gün, 12:25
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru