"YAP kimi digər siyasi partiyalar ödənişsiz efir vaxtından istifadə edə bilmir" - ETİRAZ
Tarix: 22-08-2024, 12:33 | Çap et
“Mənim Səsim” Seçki Monitorinq Koalisiyası növbədənkənar parlament seçkiləri ilə əlaqədar aralıq hesabatını təqdim edib. “Mənim səsim” Seçki Monitorinq Koalisiyası D.Əliyeva adına Qadın Hüquqlarının Müdafiəsi Cəmiyyəti, İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi İctimai Birliyinin və Beynəlxalq İnsan Haqları Cəmiyyətinin Azərbaycan Milli Bölməsinin birgə təşəbbüsü ilə yaradılıb. Koalisiyanın işində tanınmış sosioloq Əhməd Qəşəmoğlu və siyasi ekspert Adəm İsmayıl Bakuvi da yaxından iştirak edir. Aralıq hesabat barədə məlumat verən Beynəlxalq İnsan Haqları Cəmiyyətinin Azərbaycan Milli Bölməsinin rəhbəri Səadət Bənənyarlı qeyd edib ki, Azərbaycan ərazisini əhatə edən 65 seçki dairəsində müşahidələr aparmaq üçün Koalisiya tərəfindən 533 müşahidəçi seçilib. Onlar üçün təlimatlandırıcı “Yaddaş”, üzərində koalisiyanın loqosu əks edilmiş döş nişanları hazırlanıb. Müşahidəçiliklə bağlı təlimləri keçmiş müşahidəçilər arasında qadınlar, gənclər və ziyalılar da var. Qeyd edilib ki, ölkə ərazisində seçki prosesini monitorinqini aparan müşahidəçilər bölgələrdə gedən prosesləri diqqətlə izləyir, məlumatlar toplayırlar. Koalisiyanın yaratdığı İşçi qrup öz növbəsində seçki prosesi ilə bağlı baş verən bütün prosesləri dərindən izləməkdə, müşahidələr aparmaqla, obyektiv və subyektiv cəhətləri ətraflı şəkildə təhlil etməkdədir. "Toplanan məlumatlara əsasən deyə bilərik ki, əhalinin bir hissəsi növbədənkənar parlament seçkilərinin keçirilməsini ölkədə yeni bir mərhələ kimi qiymətləndirir, həmçinin seçkilərə laqeyd münasibət bəsləyənlər də müşahidə edilir. Müşahidəçilərin verdiyi məlumatlara əsasən deyə bilərik ki, respublikanın heç bir yerində imzatoplama prosesində namizədliyini irəli sürən şəxslərə maneçilik törədilməyib. Koalisiya üzvləri ilə görüşlərdə namizədliyini irəli sürən şəxslər tərəfindən bildirilən məlumatlara görə, namizədliklərin qeydə alınmaması əsasən sənədləşmədəki qüsurlarla bağlı olub”. S.Bənənyarlı vurğulayıb ki, bu seçkidə namizədlər arasında qadınların sayı o qədər də yüksək deyil: “Seçkilərdə 25 siyasi partiyadan 459 nəfərin deputatlığa namizədliyi irəli sürülüb, onlardan 305-nin namizədliyi qeydə alınıb. Bundan başqa, Seçki Məcəlləsinə əsasən, 60-dan çox namizədi qeydə alınmış siyasi partiya və partiyaların bloklarına dövlət büdcəsindən maliyyələşən bir sıra media qurumlarında ödənişsiz efir vaxtı və dərc üçün yer ayrılır. Yəni 60-dan çox namizədi qeydə alınmış partiya və onların blokları pulsuz efir imkanından istifadə etməklə təşviqat kampaniyası apara bilər. Hazırda bu imkandan yalnız Yeni Azərbaycan Partiyası (YAP) istifadə edə bilər. Çünki yalnız YAP-ın qeydə alınmış 60-dan çox namizədi var. Digər partiyaların heç birinin qeydə alınmış bu qədər namizədi yoxdur. YAP bundan əvvəlki parlament seçkisində olduğu kimi hazırda da pulsuz efirdən istifadə etmək imkanından imtina edib. Ödənişli efir vaxtının kifayət qədər yüksək qiymətdə olması səbəbindən isə əksər namizədlər bu imkandan yararlana bilmir, lakin sosial şəbəkələrdən geniş istifadə olunur. Namizədlərlə tele-debatların olmaması seçicilərin namizədlərin seçki platformalarının obyektiv dəyərləndirməsinə, müqayisəsinə mənfi təsir edir.
Aralıq hesabatla bağlı “Sherg.az”a danışan D.Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu qeyd etdi ki, təbliğat kampaniyasında namizədlərin bərabər imkanlara malik olması üçün Seçki Məcəlləsinə dəyişiklik edilməlidir: - Sözsüz ki, Secki Məcəlləsində dəyişiklik edilməsinə ehtiyac yaranır. Çünki hazırkı məcəlləyə görə, yalnız qeydə alınmış namizədlərinin sayı 60-dan çox olan siyasi partiyalara ödənişsiz efir vaxtından istifadə hüququ verilir. Bu hüquqdan isə hazırkı şəraitdə yalnız Yeni Azərbaycan Partiyasının istifadə etmək imkanı var. YAP 125 dairədən namizədlər irəli sürüb. Digər partiyaların belə imkanı yoxdur, yetərli sayda namizəd irəli sürə bilmirlər, vəsaitləri olmadığı üçün də ödənişli efir vaxtından yararlana bilmirlər. Bu da onların hüquqlarını məhdudlaşdırır. Tele-debatlarda iştirak edə bilmir, proqramlarını, seçki platformalarını cəmiyyətə çatdıra bilmirlər. Məsələn, növbədənkənar prezident seçkilərində çox gözəl, maraqlı debatlar keçirilirdi və hər bir namizəd zəruri olan məsələləri qaldırır, geniş icitmaiyyətə müraciət edə bilirdi. Növbədənkənar parlament seçkilərində də belə imkan yaradılmalıydı. Məlumdur ki, seçkilərə cox namizəd qatılıb, zaman məhduddur, vaxt çatdırmaq çətindir, amma qeydə alınmış 60 deyil, sadəcə 25 namizəd şərti olsaydı, əksər namizədlər bu imkandan yararlana bilərdi, efirdə çıxış edərdilər, tele-debatlar təşkil olunardı. N.Cəfəroğlu bildirdi ki, hazırda namizədlərin əksəryyəti sosial şəbəkələrdən geniş istifadə edir: - Onu da deyim ki, əksər partiyalar və namizədlər çox gözəl variant tapıb. Seçicilərlə canlı şəkildə görüşürlər, həyət-həyət, küçə-küçə gəzirlər, özlərini təqdim edirlər. Hesab edirəm ki, bu, efirdə çıxış etməkdən daha yaxşıdır, namizədlərə sərfəlidir. Onlar seçicilərlə əyani şəkildə görüşür, onların problemlərini öyrənir, istəklərini eşidirlər, bu, onlara seçiciyə söz vermək imkanı yaradir. Səs toplamaq üçün bu, daha effektiv üsuldur. Seçici ilə əyani şəkildə görüşən namizədlər yüksək səs toplaya biləcəklər. Çünki seçici öz namizədini tanıyır. Namizədlər sosial şəbəkələrdə də aktivdir, özləri barədə, keçirdikləri görüşlərlə bağlı məlumat yayırlar, sərbəst şəkildə reklam oluna bilirlər. Bu da onlara səs qazanmaqda kömək edə bilər. Fikrimcə, hansı namizəd seçicilərin səsini sonadək qoruya biləcəksə, o da seçiləcək. Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 28-də VI çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Ermənistan labirintdədir: Əllər yuxarı... - NƏ BAŞ VERİR?
Bu gün, 14:00 |
|
|
|
• "Cəlilabad Məişət" ASC səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 13:58 |
|
|
|
• Daha bir ölkə elan etdi: - “Putinin ordusuna cavab verəcəyik”
Bu gün, 13:26 |
|
|
|
• Türkiyə həbslərinin "dalğası": Bakıda bu məşhurlar polisə çağırılıb - GƏLİŞMƏ
Bu gün, 13:13 |
|
|
|
• “Hyatt Regency Baku” yeni şəxsin idarəetməsinə keçir - DETALLAR
Bu gün, 13:10 |
|
|
|
• “Boynunda haqqım olan boyunu yerə soxduqlarım yanıma gəlmir” – Meyxanaçı Xəyyam
Bu gün, 13:06 |
|
|
|
• Məhkəmə -Hüquq Şurası bu rayonun məhkəməsini yoxlayır - İLGİNC SƏBƏB
Bu gün, 13:03 |
|
|
|
• Sahil Babayev Aqrar Tədqiqatlar Mərkəzinin sabiq direktoruna vəzifə verdi - FOTO
Bu gün, 12:54 |
|
|
|
• Ermənistan: ümüdsiz olsa da, silahlanır... - AXI NİYƏ?..
Bu gün, 12:51 |
|
|
|
• “İnnovasiya və Təchizat Mərkəzi”ndə əməlli-başlı özbaşınalıqdı – Cənab Qurbanov nə fikirləşir…
Bu gün, 12:42 |
|
|
|
• “İydə”nin rəhbəri ölkədən nə qədər valyuta çıxıarıb? - ARAŞDIRILIR
Bu gün, 12:38 |
|
|
|
• "Golf Group" da ölkədən valyuta vəsaiti çıxarıb - DETALLAR
Bu gün, 12:36 |
|
|
|
• “Ferrum Kapital”ın problemləri - Bir gündə eyni məhkəmədə səkkiz iddia qaldırılıb...
Bu gün, 12:28 |
|
|
|
• Paşinyanın rədd edilən istəyi: - Bakıya buna görə gəlmədilər
Bu gün, 12:24 |
|
|
|
• NATO Baş katibi Ukrayna məsələsini müzakirə etmək üçün ABŞ-a səfər edəcək
Bu gün, 12:20 |
|
|
|
• Naxçıvan Dəmir Yolları İdarəsində HƏR ŞEY SATILIB... - İLGİNC FAKTLAR...
Bu gün, 12:18 |
|
|
|
• Güneyli fəal həbs edildi
Bu gün, 12:09 |
|
|
|
• "Siz kimdən çəkinirsiniz? Fuad Nəcəflidən?" - BU NƏDİ BELƏ?..
Bu gün, 12:07 |
|
|
|
• Dövlət fondu ofis icarəyə götürdü - MƏBLƏĞ
Bu gün, 12:01 |
|
|
|
• Taksi şirkətlərinin PUL OYUNU... - necə qorunaq?
Bu gün, 11:58 |
|
|
|
• Emin Ağalarov qonorarını açıqladı - 100 000 avro...
Bu gün, 11:55 |
|
|
|
• Azad Rəhimovun oğlu istintaqa elə şeylər dedi ki... - 400 minlik yeyinti
Bu gün, 11:52 |
|
|
|
• "İşlə təmin olunmağıma sevinsəm də, bu sevincim uzun çəkmədi..." - NARAZILIQ VAR...
Bu gün, 11:45 |
|
|
|
• Tərtərdə Ədliyyə işçilərinin peşə bayramı qeyd olunub - FOTO
Bu gün, 11:40 |
|
|
|
• “Nar”dan “Sərfəli cümə” təklifi – 50% endirimlə smartfon əldə et!
Bu gün, 11:34 |
|
|
|
• Moskva Ukraynaya qarşı yeni silahlar işə salır - VİDEO
Bu gün, 11:27 |
|
|
|
• Polkovnikin oğlu ev dustaqlığına buraxıldı - TƏFƏRRÜAT
Bu gün, 11:24 |
|
|
|
• Sərkisyan Bakının hədəfində: - İrəvandan həbs mesajı gəldi
Bu gün, 11:23 |
|
|
|
• “Şeirlərim dərsliklərə düşür, kitablarım hamısı alınıb” - Elza Seyidcahan
Bu gün, 11:07 |
|
|
|
• “Lotu Quli”yə “pul atan” “Rafiq Masallinski”nin qulağı kəsildi - həkimlər zorla xilas edir…
Bu gün, 11:00 |
|
|
|
• "BMT-nin qətnamələrini görməzdən gələn müstəmləkəçilər... ada dövlətlərinin sərvətlərini istismar edir"
Bu gün, 10:58 |
|
|
|
• Azərbaycan büdcəsinə neft gəlirləri azalacaq: - bunun iqtisadiyyata təsiri necə olacaq?
Bu gün, 10:57 |
|
|
|
• “Alim olan da, olmayan da eyni maaş alır” – Deputatdan nazirin fikirlərinə REAKSİYA
Bu gün, 10:54 |
|
|
|
• Ermənistan Qarabağdan gedən erməniləri qoynuna alır - Bitdi bu iş...
Bu gün, 10:52 |
|
|
|
• Rusiya İstintaq Komitəsi azərbaycanlı tələbələrin şüarlarında hər hansı ekstremizm faktı aşkar etməyib
Bu gün, 10:49 |
|
|
|
• Naxçıvandakı həbsə İLGİNC REAKSİYA - Vasif Talıbovun kadrı imiş...
Bu gün, 10:48 |
|
|
|
• Sələmçi qadını və onun ərini öldürən ömürlük məhkumla bağlı QƏRAR
Bu gün, 10:36 |
|
|
|
• Nərimanov İH və “Gold Məkan” yenidən hakim qarşısında - BUNA GÖRƏ...
Bu gün, 10:34 |
|
|
|
• "Vətəndaş A" serialında söyüş açıq formada verilib? - Rejissordan CAVAB
Bu gün, 10:33 |
|
|
|
• ABŞ səfiri söylədi, İrəvan etiraf etdi - ŞƏRH
Bu gün, 10:30 |
|
|
|
• “Səmimi fransız dostluğunun” acı meyvələri - bəs “balaca bacını” necə aldada bildin?
Bu gün, 10:25 |
|
|
|
• Oğuzda Şəhid ailəsi buna görə narazıdır - "...ayrıseçkilik edilir"
Bu gün, 10:20 |
|
|
|
• Xalq artisti Dubayda belə dincəlir - VİDEO
Bu gün, 10:12 |
|
|
|
• "Elmi adlara əsaslanan mövcud sistemin ciddi problemləri var" - FAKT BUDUR!
Bu gün, 10:09 |
|
|
|
• “Milli azlıqlar hesabatı”nın arxasındakı qara niyyət - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 10:04 |
|
|
|
• Xanəndə Ramiz Bəşirov vəfat edib - VİDEO
Bu gün, 10:00 |
|
|
|
• Balıqçılar nazirdən şikayətçi düşüb... - "Qaydalar sərtləşdikcə..."
Bu gün, 09:56 |
|
|
|
• Yediyimizi ZƏHƏRƏ DÖNDƏRİRLƏR... - bu gün mühakimə olunacaq...
Bu gün, 09:51 |
|
|
|
• Ustanı döyən “Chrysler”in sahibinin cəzası azaldıldı - TƏFƏRRÜAT
Bu gün, 09:41 |
|
|
|
• Şahlar Əsgərovdan Ramiz Mehdiyevə ŞOK İTTİHAMLAR - Sirləri açdı!
Bu gün, 09:38 |
|
|
|
|