“Dövlətin iradəsi nəzərə alınmadan “Xalq diplomatiyası” olmamalıdır”
Tarix: 3-05-2014, 10:45 | Çap et
Dəfələrlə Ermənistana səfər etməkdə, oradakı xüsusi-xidmət orqanları ilə əməkdaşlıqda təqsirli bilinən jurnalist Rauf Mirqədirovun həbsi, barəsində Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət) maddəsi ilə cinayət işi başlanılması, bunun ardınca Leyla və Arif Yunusovların da istintaqa çağırılması “Xalq diplomatiyası” layihəsini yenidən gündəmə gətirib. Həmin şəxslərin istintaqdan yayınaraq ölkədən qaçmağa cəhd etməsi, hətta bu işdə onlara Fransa və ABŞ-ın Azərbaycandakı səfirliklərinin əməkdaşları tərəfindən köməklik göstərilməsi məsələni bir qədər də ictimailəşdirib. “Xalq diplomatiyası” layihəsi çərçivəsində azərbaycanlı jurnalist və QHT təmsilçilərinin Ermənistana səfərləri, R.Mirəqdirovun həbsi, Leyla və Arif Yunusların istintaqdan yayınaraq ölkədən qaçmağa cəhd etmələri, xarici ölkə səfirliklərinin Azərbaycanın daxili işlərinə qarışması ilə bağlı “Kaspi”nin suallarını Azərbaycan Vəhdət Partiyasının (AVP) sədri Tahir Kərimli cavablandırır.
- Tahir müəllim, son günlər baş verən hadisələr fonunda “Xalq diplomatiyası” layihəsi yenidən gündəmə gəlib. Siz bu məsələlərə necə yanaşırsınız? - “Xalq diplomatiyası” Azərbaycan və Ermənistan cəmiyyətləri arasında aparılır. Sual yaranır ki, bu diplomatiyanın aparıcıları qismində çıxış edən xalqlar harada yaşayır? Azərbaycan xalqı eyni adlı dövlətin ərazisində yaşayır. Eləcə də erməni xalqı Ermənistan dövlətinin. Deməli, dövlətin iradəsi nəzərə alınmadan “Xalq diplomatiyası” olmamalıdır. Əgər Azərbaycan dövlətinin razılığı, rəsmi şəxslərin təşkilatçılığı varsa, hər iki icma arasında “Xalq diplomatiyası”nın olması müsbət haldır. Bir neçə dəfə dövlət səviyyəsində hər iki icmanın görüşləri olub. Hətta Azərbaycanın və Ermənistanın Rusiyadakı səfirləri bu görüşlərin təşkilində xüsusi fəallıq nümayiş etdiriblər. Mənim fikrimcə, hər bir halda bu görüşlər dövlətin nəzarətində olmalı, ölkənin suverenliyinə xələl gətirməməli, Azərbaycanın mənafeyindən kənara çıxmamalıdır. Amma biz görürük ki, bəzi hallarda “Xalq diplomatiyası” adı ilə dövlətimizin iradəsindən kənar görüşlər keçirilir, bəzi adamların Ermənistana səfərləri təşkil edilir. Təbii ki, bu, yolverilməzdir. Digər tərəfdən, tarixi nöqteyi-nəzərdən “Xalq diplomatiyası” özünü doğrultmadı, hər hansı uğurla yadda qalmadı. İcmalar arasında baş tutan bir neçə təmas müsbət nəticə vermədi. Ona görə də bu istiqamətdə təşəbbüsləri əhəmiyyətsiz sayıram.
- Vətəndaş cəmiyyəti təmsilçilərinin “Xalq diplomatiyası” adı altında Ermənistanla təmasları Dağlıq Qarabağ münaqişənin həllinə təsir edə bilərmi? - Ayrı-ayrı şəxslərin dövlətin iradəsi olmadan Ermənistana səfər etməsi, orada müxtəlif bəyanatlar səsləndirməsi Azərbaycanı aşağılayan mahiyyət daşıyır. Bu səfərlər Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsinin daha da uzadılmasına xidmətdən başqa bir şey deyil. Biz bilirik ki, vaxtilə Dağlıq Qarabağda separatizmin körüklənməsi birbaşa SSRİ-nin dağıdılmasına hesablanmışdı və Qərb dairələri də bunda maraqlı idilər. Hətta indinin özündə belə, Qərb SSRİ-ni dağıtdıqlarına görə ermənilərə minnətdardır. Ona görə də erməni lobbisi ABŞ, Fransa, Rusiya dairələrinin yaxasından ikiəlli yapışıb. Məhz ona görə də hər üç ölkənin nümayəndələrindən təşkil olunan ATƏT-in Minsk Qrupu münaqişənin tənzimlənməsini uzadır. Problemi bir il ərzində həll etmək üçün yaradılan bu qurum 20 ildir ki, nəticəsiz fəaliyyət göstərir. Həmsədrlərin özləri də yaxşı başa düşürlər ki, “Xalq diplomatiyası” müsbət nəticə verə bilməz. Dağlıq Qarabağ münaqişəsi yalnız dövlətlərin iradəsi ilə həllini tapa bilər. Bunu xalqın üzərinə atmaq yalnız hansısa prosesin tərkib hissəsi ola bilər. Təsəvvür edin, mənim bacım oğlu Azərbaycan ərazilərinin işğaldan azad edilməsi üçün müharibədə vuruşub, şəhid olub. O vaxtdan ürəyimdə bir yara, ermənilərə qarşı böyük nifrət, qisas hissi var. Mən dövlətimin və millətimin naminə yalnız o zaman ermənilərlə barışığa gedərəm ki, bacım oğlunun uğrunda həlak olduğu dövlətin, ölkənin mənafeyi gözlənilsin, Azərbaycanın milli maraqları qorunsun. Əgər bunlar nəzərə alınmayacaqsa, ölkənin ərazi bütövlüyü, suverenliyi qorunmayacaqsa, “Xalq diplomatiyası” kimə lazımdır? Bu baxımdan, dövlətin iradəsi olmadan Ermənistana səfərlər etmək, müxtəlif danışıqlar aparmaq yalnız ermənilərə xidmətdir, Dağlıq Qarabağ münaqişəsinin daha da uzadılmasına dəstəkdir.
- Elə jurnalist R.Mirqədirov da Ermənistana səfər etməkdə, oradakı xüsusi-xidmət orqanları ilə əməkdaşlıqda təqsirli bilinir və onun hərəkətləri “Xalq diplomatiyası” ilə əlaqələndirilir. Baş verənlərə sizin münasibətiniz necədir? - Rauf Mirqədirov öz izahatında bildirib ki, Ermənistana səfərləri Leyla Yunusun rəhbəri olduğu Sülh və Demokratiya İnstitutunun layihəsi çərçivəsində gerçəkləşib. Leyla Yunusun özü də bunu inkar etmir. Bu adamın özü demək olar ki, hər il “Xalq diplomatiyası” adı altında Ermənistanda olur. Onlar istədiyi qədər əməllərinə haqq qazandıra bilərlər. Amma hər halda Respublika Prokurorluğunun əlində tutarlı faktlar var ki, belə bir tədbir görülüb. Prokurorluğun rəsmi açıqlamasından da görünür ki, onların Azərbaycan dövlətinə qarşı fəaliyyəti barədə kifayət qədər şübhələr, əsaslar var. Bu faktın özü də onu göstərir ki, dövlətin iradəsindən kənar hansısa QHT təmsilçisinin, jurnalistin Ermənistana səfərləri, orada kimlərləsə danışıqlar aparması Azərbaycan dövlətinə, dövlətçiliyinə xoşagələn nəticə vəd etmir.
- R.Mirqədirovun saxlanmasının ardınca L.Yunus və onun həyat yoldaşı Arif Yunus şahid qismində istintaqa dəvət olunub. Lakin onlar səbəb gətirmədən istintaqdan yayınıb, hətta ölkədən qaçmağa cəhd göstəriblər. Siz onların bu davranışını necə qiymətləndirirsiniz? - Əgər Respublika Prokurorluğu Leyla Yunusu istintaqa rəsmən dəvət etməsəydi, bu barədə ünvanına yazılı bildiriş göndərməsəydi, o zaman hüquq müdafiəçisinin gecə ikən ölkəni tərk etməsinə normal yanaşmaq olardı. Amma hər kəsə yaxşı bəllidir ki, Rauf Mirqədirovun işi ilə bağlı 2 gün əvvəldən Leyla və Arif Yunusovlar şahid qismində istintaqa dəvət olunublar. Buna daha bir sübut, Rauf Mirqədirovun həbsindən sonra hüquq müdafiəçisi olan bu adamın mətbuata açıqlamalarıdır. Belə olan halda Leyla Yunusun gecə vaxtı ölkədən qaçmağa cəhd etməsi istintaqdan yayınmaqdan başqa bir şey deyildi.
- Xarici ölkə səfirliklərinin Azərbaycanın daxili işlərinə qarışması, bu kimi məsələlərdə tərəf kimi çıxış etməsinə münasibətiniz necədir? - ABŞ və Fransanın Azərbaycandakı səfirliyinin əməkdaşları Leyla və Arif Yunusovların istintaqdan yayındıqlarını bilə-bilə onların ölkədən qaçmasına yardımçı olublar. Fransanın Azərbaycandakı səfirliyi bu məqsədlə cəmisi iki saat ərzində onlara 5 illik viza açıb. Hətta ABŞ və Fransa səfirliklərinin nümayəndələri onları aeroporta qədər müşayiət ediblər. 1961-ci il aprelin 18-də Vyanada Birləşmiş Millətlər Təşkilatının konfransında “Diplomatik əlaqələr haqqında” Vyana Konvensiyası qəbul olunub. Bu Konvensiyanın müddəalarına görə istənilən diplomatik nümayəndəlik fəaliyyət göstərdiyi ərazidə həmin ölkələrin qanunlarına ciddi riayət etməlidirlər. Son hadisələr onu göstərdi ki, ABŞ və Fransanın Bakıdakı səfirliklərinin nümayəndələri Vyana Konvensiyasının müddəalarına riayət etməyib, Azərbaycan qanunlarına hörmətsizlik nümayiş etdirib, ölkəmizin suverenliyinə birbaşa xələl gətiriblər. Bilə-bilə ki, Leyla və Arif Yunusovlar istintaqa dəvət olunub, onların xaricə qaçmasına şərait yaradıblar. Bütün bunları nəzərə alsaq, Azərbaycan tərəfi beynəlxalq hüququ əlində rəhbər tutaraq, bu hadisələrə görə ABŞ və Fransaya nota da verə bilər.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Niyə axı bizdə BƏLƏDİYYƏ SİSTEMİ uğur qazanmır? - ARAŞDIRMA
Bu gün, 01:42 |
|
|
|
• Müəllimlərin maaşı vergidən azad ediləcək? - AÇIQLAMA
Bu gün, 01:27 |
|
|
|
• Avropada müharibə kabusu: Azərbaycan hansı təhlükə ilə üz-üzə qalıb? - İNCƏLƏMƏ
Bu gün, 01:22 |
|
|
|
• 7 ildir dələduz işçilərə görə sığorta ödənişi edilmir - İLGİNC FAKT
Bu gün, 00:47 |
|
|
|
• Ermənistan “müharibə qovşağı”na çevrilir... - "Qərb regionda savaş lazımdır"
Bu gün, 00:37 |
|
|
|
• "Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 00:33 |
|
|
|
• "Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver"
Bu gün, 00:27 |
|
|
|
• Uşaqlar pul yığıb, sinfi qızdırır... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 00:24 |
|
|
|
• Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir – Ermənistan rəsmisi açıqladı
Bu gün, 00:19 |
|
|
|
• Verdiyevin həbsi: Necə davranmaq lazımdır? - AKTUAL
Bu gün, 00:17 |
|
|
|
• Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Dünən, 20:39 |
|
|
|
• Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Dünən, 20:36 |
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Dünən, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Dünən, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Dünən, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Dünən, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Dünən, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Dünən, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Dünən, 18:11 |
|
|
|
• Siyavuş Novruzov HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Dünən, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Dünən, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Dünən, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Dünən, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Dünən, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Dünən, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Dünən, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Dünən, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Dünən, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Dünən, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Dünən, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Dünən, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Dünən, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Dünən, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Dünən, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Dünən, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Dünən, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Dünən, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Dünən, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Dünən, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Dünən, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Dünən, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Dünən, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Dünən, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Dünən, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Dünən, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Dünən, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Dünən, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Dünən, 15:09 |
|
|
|
• Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Dünən, 15:02 |
|
|
|
• Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Dünən, 14:59 |
|
|
|
|