“Heydər Əliyev Bakı aeroportunda sui-qəsd təhlükəsi ilə üz-üzə qaldı”
Tarix: 14-06-2014, 10:33 | Çap et
15 iyun 1993-cü il - Milli Qurtuluş Günü yetişənədək həm mərhum dövlət başçısı Heydər Əliyev, həm də onun tərəfdarları böyük təhlükə və risklərdən keçəsi oldular. O çətin dönəmləri yaşamış siyasi fiqurlardan biri də sabiq deputat, uzun müddət müxtəlif bölgələrdə polis rəisi kimi çalışmış hüquq elmləri üzrə fəlsəfə doktoru Cahangir Hüseynovdur…
- Cahangir müəllim, hələ 1990-cı ilin iyulunda onun üçün ən təhlükəli bir dövrdə Moskvadan Bakıya gələn Heydər Əliyevi qarşılamaq üçün Bakı hava limanına gedən digər bir neçə tanınmış siyasilər arasında siz də olmusuz. Bildiyimizə görə, orada Heydər Əliyevə sui-qəsd cəhdi də olub… - Bəli. O zaman mən Ağdaşda milis rəisi işləyirdim. Uzun illər xalq hakimi işləmiş atam Hüseyn Hüseynov Azərbaycan Dövlət Universitetinin tarix fakultəsində Heydər Əliyevlə birlikdə təhsil aldığından ona böyük hörmətlə yanaşırdı.1990-cı il iyulun 20-də Heydər Əliyevin Moskvadan Bakıya gəldiyini eşidən atam təkid etdi ki, biz onu qarşılamağa getməliyik. Beləliklə, biz o vaxtkı bütün təhükələri göz önünə alaraq hava limanına yollandıq. Orada əsasən Bakı kəndlərindən onlarla adam toplaşmışdı. Etirazçılar əllərində cürbəcür şüarlar yazılmış plakatlar tutaraq H.Əliyevin gəlişinə etiraz edirdilər. Təbii ki, bu, o vaxtkı Mərkəzi Komitə rəhbərliyi tərəfindən təşkl edilmişdi. Ancaq biz təəccübləndik ki, H.Əliyevin Moskvada SSRİ rəhbəri M.Qorbaçovla böyük ziddiyyətləri olduğu, infarkt keçirdiyi bir məqamda Azərbaycanda bu etirazlar nəyə xidmət edir… Ulu öndəri qarşılayanlar əsasən Cəlal Əliyev, sabiq paytaxt meri Rafael Allahverdiyev, əvvəllər MK-da işləmiş Sabir Hüseynov və keçmiş milis işçisi Etibar Qazıbəyov idi. H.Əliyev təyyarədən düşəndə ora toplaşan etirazçılar tərəfindən ona qarşı hər cür cür təxribat törədilə bilərdi. R.Allahverdiyevin sürücüsü “QAZ-24” markalı avtomobili cəld təyyarə trapının yanına sürərək Heydər müəllimi təcili deputat zalına çatdırdı. Ancaq ora gedən yolda avtomobilin qarşısına hesab edirəm ki, qəsdən ”ZİL” markalı bir yük maşını sürüldü. Ancaq R.Allahverdiyevin sürücüsü böyük ustalıq nümayiş etdirərək Heydər Əliyevi o qəzadan xilas edə bildi. Ulu öndər aeroportda gerçək sui-qəsd təhlükəsi ilə üz-üzə qaldı… Sonra H.Əliyev oradan bir başa qardaşı Cəlal Əliyevin evinə yollandı…. Onu da deyim ki, 1991-ci ilin yazında Bakıya qardaşı Həsən Əliyevin yas mərasiminə gəlmiş Heydər Əliyev vaxtının azlığına baxmayaraq Montindəki qərargahda bir sıra YAP fəalları ilə birgə Maksim Musayevi və məni də qəbul edərək 1 saata yaxın bizimlə söhbət etmiş, ictimai-siyasi durumla bağlı dəyərli tövsiyələr vermişdi…
-1992-ci iin martında siz respublikada ilk dəfə parlamentdə Heydər Əliyevin hakimiyyətə qaytarılması məsələsini qaldırmışdınız.. Bu, necə baş verdi? - Bəli, 1992-ci il martın 2-də Xocalı faciəsi ilə bağlı keçirilmiş fövqəladə sessiyada mən çıxış edərək o vaxtkı prezident Mütəllibova və deputatlara müraciət etdim ki, ölkəni bu gərgin durumdan çıxarmaq, erməni işğalının qarşısını almaq üçün Heydər Əliyev təcili hakimiyyətə gətirilməlidir. Orada sual etdim ki, bax, bu parlament binasını kim tikdirib? Dedilər – Heydər Əliyev. Soruşdum ki, bəs həmin insanın niyə burada oturmaq hüququ olmasın… Düzdür, o dövrkü şəraitdə mənə çox dəstək verən olmadı. Ancaq o təşəbbüs hadisələrin gələcək inkişafına böyük təkan verdi. Mənim o çıxışımadək heç kəs Heydər Əliyevin hakimiyyətə gətirilmək məsələsini istər parlamentdə, istərsə də qəzetlərdə, televiziyada qaldırmamışdı…
-1993-cü ilin yazında bir qrup deputat Heydər Əliyevin qayıdışını təşkil etmək məqsədilə Ali Sovetin növbədənkənar sessiyasının çağırılmaısnı tələb edir və bu məqsədlə imza toplayırdı. Siz bu prosesdə necə iştirak edirdiniz? - Bəli. Mən, Maksim Musayev, Əli Nağıyev, Rafael Allahverdiyev və b. bu prosesdə fəal iştirak edirdik. Amma onu da deyim ki, bəziləri tərəddüd edir, hətta qorxurdular. Rəhmətə getdiyi üçün adını çəkmirəm, general rütbəli bir deputat var idi. Ona imza üçün müraciət etdim. Dedi ki, Cahangir, xahiş edirəm məndən uzaq ol. Dedim, a kişi, burada nə var ki, qorxursan. Dedi ki, yox e, qorxuram. Onun yanından çıxıb parlamentə gəldim, aparat işçiləri mənə çatdırdılar ki, indi həmin general zəng edib rəhbərliyə ki, Cahangir Hüseynov məndən H.Əliyevin qayıdışı üçün imza almaq istəyirdi, razı olmadım... Bütün bu çətinliklərə rəğmən biz 132 imza toplaya bildik. Təsəvvür edirsinizmi, hətta Surət Hüseynov da deputat kimi Heydər Əliyevin qayıdışı üçün imza atmışdı. Biz həmin imzaları parlament sədri İsa Qəmbərə təqdim etdk. O, müavini Tamerlan Qarayaevlə birgə baxdı və dedilər ki, biz məsələni prezidentə çatdırıb sizə məlumat verərik. Hətta biz sessiya söhbətini, bir qrup deputatın qeyri-qanuni olaraq parlament iclaslarından təcrid edilməsi məsələlərini qaldıranda AXC hakimiyyətindən bəziləri deyirdilər ki, biz hakimiyyətə zor gücünə gəlmişik, bacarırsınızsa, siz də gəlin… Bu minvalla məsələ uzandı, sonra da Gəncədə hadisələr baş qaldırdı...
- Sizcə, həmin sessiyanı keçirə bilsəydiniz, Gəncə hadisələri baş verməyəcəkdi? - Bəli. Inanın ki , əgər həmin sessiya alınsaydı və Heydər Əliyev vaxtında Bakıya qayıtsaydı, çox guman ki, Gəncədə heç bir qiyam-filan baş verməyəcəkdi və hər şeyi əmin-amanlıqla qaydasına salacaqdıq.
- Həmin günlər siz bir keçmiş DTK işçisiylə Gəncəyə də getmişdiniz. Nələrin şahidi oldunuz? - Doğrudur, biz təxminən 1993-cü il iyunun 7-8-də Azərbaycan DTK-nın Gəncə bölməsinin keçmiş rəisi Cəbrayıl Nağıyevlə birgə Gəncəyə yollandıq. Yol boyu bölgələrdən keçdikcə əhalinin əhval-ruhiyyəsinə fikir verirdik. Əksər yerlərdə camaat AXC hakimiyyətindən narazılığını ifadə edir və Heydər Əliyevin gəlib ölkəni qaydaya salmasını istəyirdi. Gəncədə də icra hakimiyyəti binası qarşısında ardıcıl etiraz mitinqləri gedirdi. Bunu ilk dəfə sizə deyirəm: Gəncədə biz Surət Hüseynovla da görüşdük. Ona Heydər Əliyevin hakimiyyətə qayıdışına dəstək verməyini tövsiyə etdik. Hiss etdik ki, Surət AXC hakimiyyətindən həddindən artıq narazıdır. Və qətuyyən onlarla barışığa getmək fikri yoxdur…
- Surət Hüseynov sizin Heydər Əliyevi dəstəkləmək barədəki təklifinizi müsbət qarşıladı? - Bəli. Bayaq dediyim kimi, xeyli əvvəl Surət Heydər Əliyevin qayıdışı üçün sessiya keçirməklə bağlı deputatların müraciətinə də imza atmışdı.
- Cahangir müəllim, Heydər Əliyevin parlamentə sədr seçildiyi 15 iyun 1993-cü il tarixini necə xatırlayırsız? - Çox gərgün hadisələr yaşadıq. Gəncədə boş yerə günahsız insanların, hərbçilərin qanı töküldü. Ancaq Heydər Əliyev öz gəlişi ilə bu qanın,ümumiyyətlə, Azərbaycanı gözləyən daha böyük fəlakətlərin qarşısını aldı. O, Bakıya gələndən bir neçə gün sonra artıq öz zəifliklərini dərk edən o vaxtkı hökumət üzvləri, eləcə də Ali Sovet sədri istefa verdi. Və iyunun 15-də biz böyük ruh yüksəkliyi və təntənə ilə Heydər Əliyevi parlament sədri seçə bildik. Artıq 21 il ötüb, yaşlanmışıq. Bütün detallarını xatırlaya bilməsək də, o tarixi günün hər bir anı bizim üçün çox əzizdir…
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• İmişli və Cəlilabad rayonlarında yerləşən torpaq sahələri üçün hərrac keçiriləcək
Bu gün, 03:04 |
|
|
|
• “Dövlət bunu boş yerə etmir…” - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 02:59 |
|
|
|
• Niyə axı bizdə BƏLƏDİYYƏ SİSTEMİ uğur qazanmır? - ARAŞDIRMA
Bu gün, 01:42 |
|
|
|
• Müəllimlərin maaşı vergidən azad ediləcək? - AÇIQLAMA
Bu gün, 01:27 |
|
|
|
• Avropada müharibə kabusu: Azərbaycan hansı təhlükə ilə üz-üzə qalıb? - İNCƏLƏMƏ
Bu gün, 01:22 |
|
|
|
• 7 ildir dələduz işçilərə görə sığorta ödənişi edilmir - İLGİNC FAKT
Bu gün, 00:47 |
|
|
|
• Ermənistan “müharibə qovşağı”na çevrilir... - "Qərb regionda savaş lazımdır"
Bu gün, 00:37 |
|
|
|
• "Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 00:33 |
|
|
|
• "Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver"
Bu gün, 00:27 |
|
|
|
• Uşaqlar pul yığıb, sinfi qızdırır... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 00:24 |
|
|
|
• Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir – Ermənistan rəsmisi açıqladı
Bu gün, 00:19 |
|
|
|
• Verdiyevin həbsi: Necə davranmaq lazımdır? - AKTUAL
Bu gün, 00:17 |
|
|
|
• Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Dünən, 20:39 |
|
|
|
• Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Dünən, 20:36 |
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Dünən, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Dünən, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Dünən, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Dünən, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Dünən, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Dünən, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Dünən, 18:11 |
|
|
|
• Siyavuş Novruzov HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Dünən, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Dünən, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Dünən, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Dünən, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Dünən, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Dünən, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Dünən, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Dünən, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Dünən, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Dünən, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Dünən, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Dünən, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Dünən, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Dünən, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Dünən, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Dünən, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Dünən, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Dünən, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Dünən, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Dünən, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Dünən, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Dünən, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Dünən, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Dünən, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Dünən, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Dünən, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Dünən, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Dünən, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Dünən, 15:09 |
|
|
|
|