"Müxalifət partiyaları öz zəifliklərini göstərməmək üçün seçkilərindən yayınır" - İqbal Ağazadə
Tarix: 21-07-2014, 13:24 | Çap et
Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə bələdiyyə seçkiləri öncəsi ölkədəki siyasi ab-hava və müxalifətin imkanları ətrafında Moderator.az-ın suallarını cavablandırıb:
-İqbal bəy, bələdiyyə seçkiləri yaxınlaşsa da, müxalifətdə bir süstlük var. Bu passivliyin səbəbi nədir?
-Müxalifət siyasi proseslərin katalizatorudur. Maddənin özü deyil. Bəzən elə hesab edirik ki, hər şeyi müxalifət etməlidir. Amma əksinədir. Nə qədər ki, seçici prosesin içində deyil, müxalifət ölkədəki ictimai-siyasi prosesi sürətləndirə bilməz. Müxalifətin vəzifəsi başlayan prosesləri sürətləndirməkdir. Əgər aşağıdan yuxarıya doğru bir proses yoxdursa, müxalifət bu aktivliyi artırmaq üçün öz təşkilatları daxilində nə qədər iclaslar keçirib, müzakirələr aparsalar belə, bu heç nəyi dəyişməyəcək.
-Axı bu bir şansdır ki, siyasi partiyalarda bu yaranmış durumdan istifadə edib özünü cəmiyyətə təqdim etsin və bununla da siyasi aktivliyini təmin etsin. Digər tərəfdənsə bələdiyyə seçkilərinin ardınca parlament seçkiləri gəlir və bu seçkilər onlar üçün bir hazırlıq mərhələsi olardı.
-Müxalifətin bələdiyyələrə marağını artırmaq üçün ilk növbədə bələdiyyələrin statusu dəyişməlidir. Status dəyişərsə, o zaman bələdiyyə seçkilərinə maraq artar. 17 min vətəndaşın namizəd kimi iştirak etdiyi bir siyasi proses təbii ki, ictimai-siyasi aktivliyi artıra bilər. Amma gəlin görək bələdiyyələrin statusu varmı? Bələdiyyələrin statusu qəbir yeri verməkdən başqa bir statusu yoxdur. Ona görə də vətəndaş və siyasi partiyalar bu prosesdə iştiraka maraq göstərmir. Bələdiyyələrin statusunun az olması, onun fəaliyyətinə maneçiliklərin olması siyasi institutların zəif iştirakının səbəblərindəndir. Ona görə də təkcə bizim aktivləşməyimiz heç nəyi dəyişmir.
-Onda belə çıxır ki, ictimaiyyət özü aktivlik göstərənədək müxalifət gözləməli olacaq?
-Bir daha deyirəm ki, müxalifətin işi prosesi yetişdirmək deyil, istiqamətləndirmək və sürətləndirməkdir. Ona görə də düşünmürəm ki, vəziyyət dəyişməyənədək müxalifət siz dediyiniz istiqamətdə aktivliyi dəyişə bilsin. Bizim indiki məqamda gücümüz çatan budur ki, biz daxildə və beynəlxalq təşkilatlar qarşısında məsələ qaldırmaqla Azərbaycanda siyasi, iqtisadi islahatların sürətləndsirilməsinə nail olaraq prosesi dayanmamağa qoymayaq. Bəzən deyirlər 1990-cı ildə dünyanın ən fəal xalqı birdən- birə niyə belə passivlik nümayiş etdirir? Bunun sadə səbəbləri var. Qanunvericilik bazasında seçkilər elə səviyyədə keçirilir ki, vətəndaş seçkidə iştirak etmək istəmir və bu səbəbdən də ictimai aktivlik zəifləyir. Amma bununla belə hesab edirəm ki, müxalifət birləşərək birgə mübarizə apararsa vəziyyəti dəyişmək istiqamətində müəyyən işlər görmək olar. Əgər müxalifət bələdiyyə seçkilərində birləşməyi bacarıb, birgə namizədlər verərlərsə, proseslərin aktivləşməsinə ciddi təkan vermiş olarlar və mübarizə yeni keyfiyyət müstəvisinə çıxa bilər ki, bu da müxalifətin uğuru ilə nəticələnə bilər. Yəni müxalifət birgə 15 min namizəd irəli sürüb namizədliyini dəstəkləyərsə, o zaman proseslərin dinamikasında ciddi dəyişikliklər yaranar. Ancaq çox təəssüflər olsun ki, müxalifətin daxilində belə təşəbbüs yoxdur və buna hazır deyil.
-Bəs bunun səbəbi nədi?
-Səbəbi çox sadə. Müxalifət təşkilatlarının böyük əksəriyyəti cəmiyyətə özlərini təqdim etdikləri kimi görünməməsidir. Yəni özlərini cəmiyyətə siyasi güc kimi göstərmək istəyən partiyaların əslində sayının və elektoratının yetərincə olmamasıdır. Bu da onlara bələdiyyə seçkilərində namizəd irəli sürməsinə imkan vermir. Onlar seçkidə iştirak edərlərsə, o zaman özlərini cəmiyyətə gurultulu formada təqdim edənlərin əslində arxasında qüvvənin olamayacağı ortaya çıxacaq. Ona görə də bu partiyalar öz zəifliklərini cəmiyyətə göstərməmək üçün müxtəlif bəhanələrlə bələdiyyə seçkilərindən yayınmağa üstünlük verirlər.
Çox güman ki, qarşıdakı bələdiyyə seşkilərində biz bunun bariz nümunəsinin şahidi olacağıq. Payizda keçiriləcək bələdiyyə seçkilərində maksimum 3 partiya seçkilərə partiya kimi qatılacaq. Onlardan biri hakim partiya olacaq, ondan başqa iki siyasi partiya təşkilat olaraq bələdiyyə seşkisinə qatıla ya yox. Qalan hamısı deyəcək ki, partiya üzvlərinin seçimi bu məsələdə sərbəsdir, istəyirlərsə, namizədliklərini irəli sürə bilərlər. Odur ki, digər obyektiv səbəblərlə yanaşı partiyaların bu məsələdə ciddi problemləri var.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• İmişli və Cəlilabad rayonlarında yerləşən torpaq sahələri üçün hərrac keçiriləcək
Bu gün, 03:04 |
|
|
|
• “Dövlət bunu boş yerə etmir…” - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 02:59 |
|
|
|
• Niyə axı bizdə BƏLƏDİYYƏ SİSTEMİ uğur qazanmır? - ARAŞDIRMA
Bu gün, 01:42 |
|
|
|
• Müəllimlərin maaşı vergidən azad ediləcək? - AÇIQLAMA
Bu gün, 01:27 |
|
|
|
• Avropada müharibə kabusu: Azərbaycan hansı təhlükə ilə üz-üzə qalıb? - İNCƏLƏMƏ
Bu gün, 01:22 |
|
|
|
• 7 ildir dələduz işçilərə görə sığorta ödənişi edilmir - İLGİNC FAKT
Bu gün, 00:47 |
|
|
|
• Ermənistan “müharibə qovşağı”na çevrilir... - "Qərb regionda savaş lazımdır"
Bu gün, 00:37 |
|
|
|
• "Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 00:33 |
|
|
|
• "Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver"
Bu gün, 00:27 |
|
|
|
• Uşaqlar pul yığıb, sinfi qızdırır... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 00:24 |
|
|
|
• Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir – Ermənistan rəsmisi açıqladı
Bu gün, 00:19 |
|
|
|
• Verdiyevin həbsi: Necə davranmaq lazımdır? - AKTUAL
Bu gün, 00:17 |
|
|
|
• Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Dünən, 20:39 |
|
|
|
• Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Dünən, 20:36 |
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Dünən, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Dünən, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Dünən, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Dünən, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Dünən, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Dünən, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Dünən, 18:11 |
|
|
|
• Siyavuş Novruzov HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Dünən, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Dünən, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Dünən, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Dünən, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Dünən, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Dünən, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Dünən, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Dünən, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Dünən, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Dünən, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Dünən, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Dünən, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Dünən, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Dünən, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Dünən, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Dünən, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Dünən, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Dünən, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Dünən, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Dünən, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Dünən, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Dünən, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Dünən, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Dünən, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Dünən, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Dünən, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Dünən, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Dünən, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Dünən, 15:09 |
|
|
|
|