İmişli və Cəlilabad rayonlarında yerləşən torpaq sahələri üçün hərrac keçiriləcək .....                     “Dövlət bunu boş yerə etmir…” .....                     Niyə axı bizdə BƏLƏDİYYƏ SİSTEMİ uğur qazanmır? .....                     Müəllimlərin maaşı vergidən azad ediləcək? .....                     Avropada müharibə kabusu: Azərbaycan hansı təhlükə ilə üz-üzə qalıb? .....                     7 ildir dələduz işçilərə görə sığorta ödənişi edilmir .....                     Ermənistan “müharibə qovşağı”na çevrilir... .....                     "Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." .....                     "Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver" .....                     Uşaqlar pul yığıb, sinfi qızdırır... .....                     Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir .....                     Verdiyevin həbsi: Necə davranmaq lazımdır? .....                     Dünyanın ən yaxşı universitetləri .....                     Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? .....                     Polşanın təklifi yaxşı nəticələr vəd etmir .....                     MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... .....                     Elcan Rəsulov yıxılıb başından zədə aldı .....                     Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? .....                     Orxan Xəyyama KÖMƏK İSTƏDİ: .....                     "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" .....                     1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi .....                     Siyavuş Novruzov HAQLIDIR, AMMA... .....                     Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər .....                     Kremldən postsovet ölkələrinə .....                     Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK .....                     Paşinyan “qızıl qayıdış”a başladı .....                     Elşad Xose şəxsi həyatı haqda: .....                     8 milyon manatlıq “Araznet Technologies” şirkəti .....                     ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib .....                     “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir .....                     70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? .....                     Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək .....                     Bir neçə ay əvvəl tutulan narkobaron .....                     “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” .....                     Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? .....                     51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib .....                     "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan" .....                     NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır .....                     Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu .....                     NATO-ya üzv olmaq istəmirik... AMMA... .....                 

“Azərbaycanın müxalifəti də, iqtidarı da eyni gündədir” - Sərdar Cəlaloğlu
Tarix: 25-07-2014, 10:38 | Çap et
“Azərbaycanın müxalifəti də, iqtidarı da eyni gündədir”
AXC-nin 25 illik yubileyi ilə bağlı AXCP tərəfindən təşkil edilən tədbirdə ADP sədri Sərdar Cəlaloğlunun nitqinin yarıda kəsilməsi ölkə siyasiləri tərəfindən sərt reaksiyalara səbəb olub. Baş verənlərin əxlaqi-siyasi baxımdan yolverilməz olduğunu vurğulayan əksər müxalif partiya yetkililəri, buna görə AXCP rəhbərliyini tənqid edib.
Moderator.az olaraq S.Cəlaloğlu ilə söhbətimizdə baş verənlərə aydınlıq gətirməyə, məlum olayla bağlı partiya sərdinin öz qənaətini öyrənməyə çalışdıq.

Əvvəli BURADA

-Fit səslərinə AXCP sədrinin reaksiyası necə oldu?

- Ə.Kərimli baş verənlərə heç bir reaksiya vermədi. O, rahat bir şəkildə oturub gülümsəyirdi. Elə bilirdi ki, bütün bunlar mənə təsir edəcək. Mən bu iqtidarın həbsxanasında yatmışam, işgəncələrə məruz qalmışam. Bunlar mənə təsir edə bilməz. Sənin orada iki cavan uşağı öyrədib onlara fit çaldırmağın mənasızdır. Mən gəncləri bu şəkildə tərbiyələndirməyin böyük qüsur olduğunu Ə.Kərimlinin diqqətinə çatdırmaq istəyirəm. Əgər biri sənin oğluna öyrətsə ki, atan yaşında bir insan çıxış edəndə ayağını yerə döy, fit çal, onun çıxışına imkan vermə, bu, sənə necə təsir edər? Əgər mənim oğlum bunu eləsə, onun gözünü çıxardaram. Baxın görün bu 20 il ərzində bizim hansısa partiya funksioneri digər müxalif liderlər haqqında hansısa söz deyib? Mən özüm deyərəm, İsa Qəmbəri də, Ə.Kərimlini də təqnid edərəm. Lakin heç vaxt partiya funksionerlərinə demərəm ki, filankəs, sən götür filan partiya sədri haqqında nə isə yaz. Heç vaxt bunu eləmərəm. Çünki bir lideri gözdən salmaq bütünlükdə liderlərin hamısını gözdən salmaq deməkdir. Əgər sən gəncləri başqa partiya liderlərinə qarşı bu cür tərbiyəsizlik göstərməyi aşılayırsansa, sabah onlar sənin partiyandan çıxandan sonra sənin özünə qarşı eyni münasibət və tərbiyəsizliyi sərgiləyəcəklər. Bu gəncləri öz arxana salıb hara aparırsan? Kor korun dalından yapışsa hara gedər? Mən Azərbaycan xalqının haqlarını müdafiə edirəm. Xalqın ən ümdə haqqı isə onun dəyərləridir. Sən onun dəyərlərinə tüpürürsənsə, sən bu gəncləri Azərbaycan xalqının milli dəyərlərinə zidd bir şəkildə tərbiyə edirsənsə, necə deyə bilərsən ki, mən xalq uğrunda mübarizə aparıram? Məgər Azərbaycan xalqının maraqları uğrunda mübarizə sənin hakimiyyətə gəlməyin və ya deputat olmağındır? Azərbaycan xalqı uğrunda mübarizə onun tarixinə, mədəniyyətinə sahib çıxmaq, buna yiyələnməkdir. Mən də çıxışımda insanları bu tarixə yiyələnməyə çağırdım. Dedim ki, Nadir şahı unutmayaq, ona Məşdibad kimi yanaşmayaq. Tariximizə sahib çıxın. Bizi gələcəyə bu tarix apara bilər. Bu torpağı bizə qoyub gedən, onu qorumaq üçün öz canından keçən insnalar var. Burada nə qəbahət var?

- Sizcə bu olay onu göstərirmi ki, müxalifət düşərgəsinin daxilində siyasi etika və demokratiya baxımından ciddi problemlər mövcuddur?

- Bu, şübhəsiz ki, belədir. Ə.Kərimli orada da iqtidarı ittiham edərək bildirdi ki, iqtidar söz və fikir azalığılnı pozur. Ə.Kərimlinin iclasında mənim söz və fikir azadlığım faktiki olaraq pozuldu. Lakin Ə.Kərimli buna reaksiya vermədi. Bu, artıq riyakarlıqdır. Əgər sən iqtidarı pisləyirsənsə, onun söz və fikir azadlığına imkan vermədiyini, hakimiyyətə gələcəyin təqdirdə bütün bu azadlıqları bərqərar edəcəyini iddia edirsənsə, lakin öz tədbirində sənin qonağının sözü kəsilirsə və sən onun fikir azadlığını təmin etmirsənsə və ya edə bilmirsənsə, sənin nə haqqın var ki, hökuməti ittiham edəsən? Bizim faciəmiz budur. Biz özümüz-öz aramızda diqloqa gələ bilmirik, amma iqtidarı dialoqa çağırırıq. Biz özümüz insan hüquq və azadlıqlarını kobud surətdə pozuruq, amma iqtidardan hüquq və azadlıqların müdafiəsini tələb edirik. Biz özümüz xalqımızın dəyərlərinə hörmət etmirik, amma əvəzində iqtidara deyirik ki, sən niyə xalqın milli dəyərlərinə hörmət etmirsən? Özümüz tariximizə sahiub çıxmırıq, amma hökumətə deyirik ki, niyə tariximizə sahib çıxmırsan? Məgər sən özün bütün bunları edirsən? Ümumiyyətlə, sənin siyasi mədəniyyətin var? Səndə olmayan bir şeyi xalqdan necə tələb edə bilərsən? Bizim müxalifətimiz də iqtidarımızla eyni gündədir. Kor atın kor da nalbəndi olar. Mən “Azadlığa məhkum” kitabında yazmışdım ki, bir ölkənin müxalifəti kor, iqtidarı lal olsa, onun demokrtatiyası axsaq olar. Ə.Kərimli partiyanın adını AXCP qoyub, amma nəinki tənqidi, hətta tarixlə bağlı fikirləri belə fitə basır. Madam ki, belə edəcəkdin onda məni ora niyə çağırmışdın ki? Axı sən məni tanıyırsan? Bilirsən ki, mən kimsəyə layiq olmadığı tərifi söyləyən deyiləm. Mən sənin haqqında yalnız sənin layiq olduğun sözləri deyə bilərəm. Sən nəyə layiqsənsə mən ancaq onu deyə bilərəm. Bu isə sənə sərf eləməz.
Mən sənin etdiyin addımları sayaram. Elçibəyə və digərlərinə olan münasibətin haqqında həqiqəti söyləyə bilərəm. Lakin sən özün çağırdın və özün söz verdiyin halda mənə danışmağa imkan vermədin. Halbuki, mən gəlməyə də, danışmaya da bilərdim. Mən sənin sadaladığın yüzlərlə arqumentin əsassız olduğunu sübut da edə bilərdim. Lakin bunu etmədim.

- Sərdar bəy, AXCP sədrinin hansısa fikrinə etiraz etdinizmi?

- Mən orada yalnız Ə.Kərimlinin tarixlə bağlı səsləndirdiyi fikrinə etiraz etdim. Ə.Kərimli bildirdi ki, gənclik keçmişə baxmamalı, yalnız irəli getməlidir. Mən isə qeyd etdim ki, heç bir xalq tarixnə arxa çevirməklə doğru, şərəfli bir gələcəyə gedə bilməyib. Bundan başqa, Ə.Kərimlinin öz söylədiyinə inansaq, onda bugünkü gənclik Ə.Kərimliyə də baxmalı deyil, çünki o da keçmişdir. Xalqı öz tarixindən necə iyrəndirmək, onu öz tarixinə necə yadlaşdırmaq olar? Onu öz tarixi irsindən bəhrələnməməyə necə çağırmaq olar? Ruslar belə edirdi. 70 il müddətində ruslar xalqı öz tarixinə yadlaşdırmağa çalışdılar. Onlar istəyridilər ki, bizim öz tarix vəzifələrimizi yerinə yetirməyimiz üçün tarixi kökümüz, əsasımız olmasın. Ə.Kərimli də çıxışında eyniylə bu siyasəti davam etdirir. Çıxışının sonunda Fərhadı nümunə gətirir və özlərinin də Fərhad kimi dağ çapdığını, mübarizə apardığını söyləyir.
Xalqa Fərhadı misal çəkmək lazım deyil. Ona Nadir şahı, Qacarı misal çəkmək lazımdır. Sən bir siyasərçi kimi niyə siyasi tariximuizə müraciət etmir, gedib bir fars əfsanəsinə müraciət edirsən? Mən gözləyirdim ki, o öz çıxışında bizim Hindistanı, Əfqanıstanı tutmağımızdan, Nadir şahın, Qacarın fəaliyyətindən danışacaq. Bunların hamısı qaldı kənarda, Ə.Kərimli gedib Fərhadı nümunə gətirdi. Niyə? Məgər sən Fərhadın nəslindənsən? Fərhad Bisütun dağını çapıb və bunun Azərbaycan xalqına aidiyyatı yoxdur. O, fars mifologiyasından gələn bir adamdır. Azərbaycan tarixində Fərhaddan da min dəfə üstün olan insanlar var ki, onlara istinad etmək lazımdır. Pişəvəriyə, Xiyabaniyə müraciət etmək lazımdır. Sən isə tarixi ancaq Rəsulzadə, Elçibəy, bir də özünlə məhdudlaşdırırsan. Burada söhbət təkcə Ə.Kərimlidən yox, tariximizə bu cür yanaşan istənilən insandan gedir.

- Bu baxımdan Müsavat Partiyasında vəziyyət necədir?

- Müsavat Partiyasında yalnız iki şəxsin adı çəkilir: Məmməd Əmin- İsa Qəmbər. Azərbaycan xalqı iki nəfərdən ibarətdir? Bəs tarixdə böyük xidmətləri olmuş insanlar necə olsun? İndi gərək vacibdir ki, hər kəsin Ə.Kərimli kimi bir dostu, tanışı, ardıcılı olsun ki, onu təbliğ etsin? İmam Mustafayevin ardıcılı yoxdur. Amma bu adam Azərbaycan dilini həyatı bahasına dövlət dili edib. Onun adını çəkməyim, onun xidmətini yada salmağım səni niyə qıcıqlandırır? Xəlil Rza, Sabir Rüstəmxanlı siyasi maarifləndirmə dövründə böyük işlər gördü. Onlar rayonbarayon düşüb insnaları maarifləndirirdilər. Ziya Bünyadov akademik ola-ola bir dəstə alimi ətrafına yığıb universitetləri bir-bir gəzir, gənclərə siyasi aktivliyi təbliğ edirdi. Belə bir nəsil olub. Indi o nəsli necə unutmaq, onların xidmətini necə danmaq olar? Əgər sən bütün bu insanlara, bütün bu xidmətlərə, bütün bu olanlara fit çalırsansa, deməli sən bu xalqa yad bir adamsan. Sən fəxr etmə ki, partiyanın adınmı Xalq Cəbhəsi qoymusan. Adını Xalq Cəbhəsi qoymaq o demək deyil ki, sən xalqın mənafeyinə xidmət edirsən. Sənin xalqın nə mədəniyyətinə, nə tarixi irsinə, nə də dəyərlərinə hörmətin var. Sən bu xalqın tarixini sevmirsən. Tarixdən bir misal çəkə bilmirsən.
Onun və mənim fikirlərimi müqayisə edin. Mənim bütün çıxışlarım öncə siyasi tarixin təhlilindən keçər. Biz gələcəyimizi keçmişimizə bağlamalıyıq ki, bir xalq olaq. Hər dövrün insanları öz bildikləri kimi çalıb oynasa, bu xalq necə formalaşar? Azərbaycan tarixi niyə M.Ə.Rəsulzadədən başlamalıdır? Heç 70 il yaşı olan xalq olar? Elə ailələr, nəsillər var ki, onların 400-500 il tarixi var. Xalqın tarixi necə ola bilər ki, 70 il olsun? Mən niyə öz imperiyalarımızın adını saymamalıyam? Niyə dünyanı lərzəyə salan hökmdarlarımın, sərkərdələrimin adını çəkməməliyəm? Sovet imperiyasının ən qüdrətli dönəmlərində Pyotrun heykəlini Leninqradda götürməmişdilər. Gürcülər dağüstü parkda Tamaranın heykəlini qoymuşdular. Ermənilər öz tarixi şəxsiyyətlərini təbliğ edirdilər. Sən isə Kirovun heykəlini qoymuşdun. Bu gün o heykəl olmasa da, sən yenə Xətainin, Qacarın adı gələndə fit verirsən. Bax bizim ən böyük faciəmiz budur.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İmişli və Cəlilabad rayonlarında yerləşən torpaq sahələri üçün hərrac keçiriləcək
Bu gün, 03:04
“Dövlət bunu boş yerə etmir…” - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 02:59
Niyə axı bizdə BƏLƏDİYYƏ SİSTEMİ uğur qazanmır? - ARAŞDIRMA
Bu gün, 01:42
Müəllimlərin maaşı vergidən azad ediləcək? - AÇIQLAMA
Bu gün, 01:27
Avropada müharibə kabusu: Azərbaycan hansı təhlükə ilə üz-üzə qalıb? - İNCƏLƏMƏ
Bu gün, 01:22
7 ildir dələduz işçilərə görə sığorta ödənişi edilmir - İLGİNC FAKT
Bu gün, 00:47
Ermənistan “müharibə qovşağı”na çevrilir... - "Qərb regionda savaş lazımdır"
Bu gün, 00:37
"Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 00:33
"Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver"
Bu gün, 00:27
Uşaqlar pul yığıb, sinfi qızdırır... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 00:24
Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir – Ermənistan rəsmisi açıqladı
Bu gün, 00:19
Verdiyevin həbsi: Necə davranmaq lazımdır? - AKTUAL
Bu gün, 00:17
Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Dünən, 20:39
Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Dünən, 20:36
Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Dünən, 19:00
MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Dünən, 18:58
Elcan Rəsulov yıxılıb başından zədə aldı
Dünən, 18:21
Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Dünən, 18:17
Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Dünən, 18:15
"Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Dünən, 18:13
1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Dünən, 18:11
Siyavuş Novruzov HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Dünən, 18:09
Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Dünən, 18:08
Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Dünən, 18:05
Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Dünən, 17:59
Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Dünən, 17:50
Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Dünən, 17:46
8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Dünən, 17:42
ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Dünən, 17:40
“Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Dünən, 17:36
70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Dünən, 17:32
Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Dünən, 17:29
Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Dünən, 17:28
“1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Dünən, 17:25
Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Dünən, 16:22
51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Dünən, 16:20
"Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Dünən, 16:19
NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Dünən, 16:15
Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Dünən, 16:12
NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Dünən, 16:10
Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Dünən, 16:07
Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Dünən, 16:05
Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Dünən, 16:03
Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Dünən, 16:02
Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Dünən, 16:00
“Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Dünən, 15:57
Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Dünən, 15:54
Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Dünən, 15:15
Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Dünən, 15:13
İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Dünən, 15:09
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru