Müəllimlərin maaşı vergidən azad ediləcək? .....                     Avropada müharibə kabusu: Azərbaycan hansı təhlükə ilə üz-üzə qalıb? .....                     7 ildir dələduz işçilərə görə sığorta ödənişi edilmir .....                     Ermənistan “müharibə qovşağı”na çevrilir... .....                     "Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." .....                     "Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver" .....                     Uşaqlar pul yığıb, sinfi qızdırır... .....                     Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir .....                     Verdiyevin həbsi: Necə davranmaq lazımdır? .....                     Dünyanın ən yaxşı universitetləri .....                     Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? .....                     Polşanın təklifi yaxşı nəticələr vəd etmir .....                     MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... .....                     Elcan Rəsulov yıxılıb başından zədə aldı .....                     Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? .....                     Orxan Xəyyama KÖMƏK İSTƏDİ: .....                     "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" .....                     1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi .....                     Siyavuş Novruzobv HAQLIDIR, AMMA... .....                     Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər .....                     Kremldən postsovet ölkələrinə .....                     Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK .....                     Paşinyan “qızıl qayıdış”a başladı .....                     Elşad Xose şəxsi həyatı haqda: .....                     8 milyon manatlıq “Araznet Technologies” şirkəti .....                     ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib .....                     “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir .....                     70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? .....                     Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək .....                     Bir neçə ay əvvəl tutulan narkobaron .....                     “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” .....                     Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? .....                     51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib .....                     "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan" .....                     NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır .....                     Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu .....                     NATO-ya üzv olmaq istəmirik... AMMA... .....                     Trampın qərarı Azərbaycana necə təsir edəcək? .....                     Vətən müharibəsindən sonra Bakıda təkrarlandı .....                     Bakı və İrəvan arasında sülh sazişi... .....                 

Səlim Müslümovdan sahibkarlara qarşı yeni hücum planı - Qara günlər başlayır...
Tarix: 12-01-2015, 13:22 | Çap et
Səlim Müslümovdan sahibkarlara qarşı yeni hücum planı
Yeni ilin ilk ayları sahibkarlar üçün o qədər də ürəkaçan olmaya bilər. Yox, bu, iqtisadi səbəblərlə bağlı deyil. Analitik.az-a daxil olan məlumata görə, bir sıra nazirliklər öz səlahiyyətləri daxilində müəssisələrdə, xüsusən, özəl sektorda yoxlamalara başlayacaqlar.

Yoxlamaların daha çox Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən aktivləşəcəyinə dair məlumat var. İndiyədək sahibkarlar Vergilər Nazirliyinin, İqtisadiyyat və Sənaye Nazirliyinin və digər qurumların müvafiq strukturları tərəfindən yoxlamalarla üzləşirdilər. Belə yoxlamalar adi iş qaydasında gözlənilən idi. Bu ildən isə, yoxlamaların sistemli, genişmiqyaslı və adıçəkilən bu xidmət tərəfindən indiyədək keçirilən yoxlamalardan kifayət qədər fərqli olacağı bildirilir.

Belə ki, adıçəkilən xidmətin son dövrlərə qədərki fəaliyyətində sahibrkarlara – işəgötürənlərə qarşı sərt tədbirlərin tətbiq edilməsi müşahidə olunmurdu. Buna həm xidmətin qanunla nəzərdə tutulmuş səlahiyyətləri, həm də ümumiyyətlə, bu idarənin işinin o qədər də fəal olmadığı səbəb kimi göstərilirdi. Həmçinin, xidmətin daxil olduğu nazirliyin rəhbərinin «xarizması»ndan irəli gələn mövqeyi bu xidmətin sahibkarların üzərinə getməsinə o qədər də geniş imkan vermirdi.

Səlim Müslümovun hədəfləri…

Lakin Səlim Müslümovun əmək və əhalinin sosial müdafiəsi naziri təyin olunmasından qısa müddət ərzində bu qurumun fəaliyyətində ciddi dəyişiklik, belə demək olarsa, hətta, qəti və güzəştsiz davranışlar müşahidə olunmağa başlayıb. S.Müslümov əlində olan səlahiyyətlərin maksimum istifadəsinə çalışan və buna nail olmağı bacaran məmurlardandır. Kifayət qədər təcrübəsi və idarəçilik strategiyası olan yeni nazirin rəhbərliyi altında qısa müddət ərzində nazirliyin fəaliyyəti artıq işəgötürənlərin üzərində öz təsirini göstərir. Ötən ilin ikinci yarısından başlayaraq, əsasən, Xidmətin əməkdaşlarının bu və ya digər sahibkarlıq müəssisəsində tez-tez görünməyə başlaması, yoxlamaların, monitorinqlərin aparılması nazirin də bu məsələdə qəti mövqeyinin olduğundan xəbər verirdi. Lakin nazirliyin, eləcə də xidmətin qanunla müəyyənləşdirilən səlahiyyətlərinin müəyyən qədər məhududluğu yoxlayıcıların tam əl-qol açmasına əngəl olan səbəblərdən idi.

Lakin artıq indi – 2015-ci ilin əvvəlində nazirliyin və onun struktru olan xidmətin qarşısında hüquqi cəhətdən maneələr, demək olar ki, tam aradan götürülüb. Nazirliyin işinə bələd olan mütəxəssislərin təhlilinə görə, 2014-cü ilin son 3 ayında qanunvericilikdə aparılmış dəyişikliklər sanki planlı şəkildə ƏƏSM nazirliyinin və xüsusən, Dövlət Əmək Müfəttişliyi Xidmətinin müəssisələrdə yoxlamalar aparmasına tam «yaşıl işıq» yandırmasına xidmət edib. Əlbəttə, bəzi normativ aktlardakı dəyişikliklər həm də zamanın tələbi, bu və ya digər sahədə münasibətlərin tənzimlənməsi üçün vacib addımlar sayılır. Xüsusən, işəgötürənlər tərəfindən əmək müqavilələrinin bağlanmasına nəzarətin gücləndirilməsi, idarə və müəssisələrdə əməyin təhlükəsizliyi qaydalarına riyaət olunmasına, əmək intizamı və s. bu kimi işçilərin mənafeyinin qorunmasına yönəlmiş tədbirlər müsbət dəyişikliklər sayılır. Eyni zamanda, bu cür labüd dəyişikliklərin fonunda nazirliyin yoxlamalar aparmaq səlahiyyətlərinin kifayət qədər genişləndirilməsi və demək olar ki, yalnız formal məhdudiyyətlərin saxlanması nəzərə çarpır. Atılan addımların mərhələli şəkildə Dövlət Əmək Müfəttişliyi Xidmətinin səlahiyyətlərinin genişləndirilməsinə, bununla yanaşı, digər strukturların da əlaqəli şəkildə fəallaşdırılmasına yol açdığı göz önündədir.

Qanunlarda dəyişiklik kimə sərfəlidir: Xidmətə, yoxsa sahibkara?

Bir sıra qanunvericilik aktlarında dəyişiklik və əlavələrə nəzər yetirmək kifayətdir. Ötən ilin sentyabr ayının sonlarından Əmək Məcəlləsinin bəzi maddələrində dəyişikliklər edilməyə başlandı. Məcəllənin 15-ci, 13-cü, 64-cü maddələrində, İnzibati Xətalar Məcəlləsinin 25.5, 53-cü madədlərində, Miqrasiya Məcəlləsində, o cümlədən, digər əlaqəli normativ aktlarda müvafiq olaraq aparılmış əlavə və dəyişikliklər nəticə etibarilə ƏƏSM nazirliyinin strukturlarının işəgötürənlərə qarşı sərt inzibati tədbirlər görməsi hüququnu tanıdı. Bununla yanaşı və ən əsası isə, ƏƏSMN-in strukturlarının müəssisələrdə yoxlamaları birbaşa, heç bir digər orqanla razılaşdırmadan həyata keçirməsinə şərait yaranıb.

Azərbaycan Respublikası Prezidentinin 31 oktyabr 2014-cü il tarixli Fərmanı ilə «Sahibkarlığın inkişafına mane olan müdaxilələrin qarşısının alınması haqqında» 28 sentyabr 2002-ci il tarixli Fərmanın 6-cı hissəsi ləğv edildi. O vaxt bəlkə heç mütəxəssislər də fikir vermədilər ki, 6-cı bəndin ləğv edilməsi hansı nəticələrə səbəb ola bilər. Məsələ burasındadır ki, ləğv olunan 6-cı bənddə dövlət orqanları (vergi orqanları istisna olmaqla) tərəfindən sahibkarlıq subyektlərində yoxlamaların aparılması qanunvericiliklə müəyyən elilmiş hallarda və qaydada yalnız İqtisadiyyat və Sənaye Nazirliyinin nümayəndəsinin iştirakı ilə həyata keçirilə bilməsi göstərilirdi. Bu, aydın məsələdir ki, əlavə formal prosedurlar tələb edirdi. Hər dəfə yoxlamaya gedən orqan adıçəkilən nazirliyin nümayəndəsinin də iştirakını təmin etməli idi. Lakin 6-cı maddənin ləğvi, məsələn, Dövlət Əmək Müfəttişliyi Xidmətinə və ya Məşğulluq Mərkəzinə imkan verir ki, birbaşa, digər dövlət orqanının nümayəndəsini cəlb etmədən, yoxlamaya getsin.

Sonrakı dövrdə, ilin sonunadək, digər qanunlarda və məcəllələrdə dəyişiklik və əlavələr elə bir vəziyyət yaradıb ki, ƏƏSMN-in strukturları külli-ixtiyar sahibi kimi, sahibkarlıq subyektlərinə yoxlamalara girə bilərlər. Hətta, oktyabrın 3-də Nazirliyin Kollegiyası «ƏƏSMN tərəfindən baxılan inzibati xətalar haqqında işlərə dair sənədlər və onların tərtib edilməsi Qaydaları»nı da təsdiq etdi. Həmin Qaydalar oktyabrın 17-dən qüvvəyə minib. Artıq nazirliyin və müvafiq strukturlarının səlahiyyəti var ki, yoxlamaları təkbaşına keçirsin, cərimələr tətbiq etsin, cəzalar versin. Əmək Məcəlləsinə son dəyişikliklə isə nazirlik tətbiq olunan cərimələrin məbləğindən 25 faiz «qonorar» götürmək səlahiyyətini də qazandı.

Bütün bunlar nə perspektiv vəd edir?

Nazirliyin bu və ya digər strukturu sahibkarlıq müəssisəsini yoxlamağa gedir. Əmək müqaviləsinin bağlanmasından tutmuş – işçilərin attestasiyası, əməyin mühafizəsi qaydaları, – bir sözlə, sahibkarın fəaliyyəti ilə bağlı istənilən məsələyə müdaxilə edir. Aşkar olunan nöqsanlara görə çox yüksək – 25 min manatadək cərimələr tətbiq edir. Qanunla yol verilən hallarda sahibkarın cinayət məsuliyyətinə cəlb edilməsinə dair təqdimat verir və sairə…Yığılan cərimə məbləğlərinin də 25 faizini işçilərin sosial vəziyyətinin yaxşılaşdırılması məqsədilə özünə götürə bilir. Hələ bu cür cərimə məbləğlərindən «qurtulmaq üçün» sahibkarlar tərəfindən təklif ediləcək «yoluna qoymaq» tariflərinin hansı hədlərə çıxacağını indidən demək tezdir. Baxmayaraq ki, artıq bu barədə də məlumatlar var… (Bu da ayrı mövzunun araşdırmasıdır-red.)

Sahibkarlar, «səlib yürüşü»ndən müdafiəyə hazırdırmı?

Beləliklə, S.Müslümov rəhbərlik etdiyi nazirliyi qısa müddətdə sahibkarların ən çox «çəkinməli olduğu» qurum səviyyəsinə yüksəltdi. 2015-ci il sahibkarlar üçün ƏƏSMN-in müvafiq strukturlarından müdafiə olunmaq ili olacaq. Hansı qanun pozuntusuna görə hansı cərimələrin tətbiq ediləcəyi də başqa araşdırmanın mövzusudur. Ancaq onu demək olar ki, indiyədək çox kiçik görünən qanun pozuntularının qarşılığında kifayət qədər böyük cərimə məbləğləri, hətta, sahibkarların cinayət məsuliyyətinə cəlb edilməsi perspektivi də var.

Artıq sahibkarların üzərinə «səlib yürüşünə» bütün hazırlıq işləri başa çatıb. Başlamaq üçün bəzi kiçik təşkilati-texniki işlərin tamamlanması qalıb…Yoxlayıcıların təkmilləşdirilməsi, əlaqəli işlərin aparılması üçün bəzi MMC-lərin fəaliyyətinin təşkili və sairə.. Bəs görəsən sahibkarlar Səlim Müslümovun «səlib yürüşü»ndən müdafiəyə hazırdırmı? Bunu isə yaxın gələcək göstərəcək...









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Müəllimlərin maaşı vergidən azad ediləcək? - AÇIQLAMA
Bu gün, 01:27
Avropada müharibə kabusu: Azərbaycan hansı təhlükə ilə üz-üzə qalıb? - İNCƏLƏMƏ
Bu gün, 01:22
7 ildir dələduz işçilərə görə sığorta ödənişi edilmir - İLGİNC FAKT
Bu gün, 00:47
Ermənistan “müharibə qovşağı”na çevrilir... - "Qərb regionda savaş lazımdır"
Bu gün, 00:37
"Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 00:33
"Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver"
Bu gün, 00:27
Uşaqlar pul yığıb, sinfi qızdırır... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 00:24
Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir – Ermənistan rəsmisi açıqladı
Bu gün, 00:19
Verdiyevin həbsi: Necə davranmaq lazımdır? - AKTUAL
Bu gün, 00:17
Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Dünən, 20:39
Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Dünən, 20:36
Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Dünən, 19:00
MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Dünən, 18:58
Elcan Rəsulov yıxılıb başından zədə aldı
Dünən, 18:21
Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Dünən, 18:17
Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Dünən, 18:15
"Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Dünən, 18:13
1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Dünən, 18:11
Siyavuş Novruzobv HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Dünən, 18:09
Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Dünən, 18:08
Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Dünən, 18:05
Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Dünən, 17:59
Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Dünən, 17:50
Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Dünən, 17:46
8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Dünən, 17:42
ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Dünən, 17:40
“Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Dünən, 17:36
70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Dünən, 17:32
Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Dünən, 17:29
Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Dünən, 17:28
“1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Dünən, 17:25
Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Dünən, 16:22
51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Dünən, 16:20
"Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Dünən, 16:19
NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Dünən, 16:15
Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Dünən, 16:12
NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Dünən, 16:10
Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Dünən, 16:07
Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Dünən, 16:05
Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Dünən, 16:03
Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Dünən, 16:02
Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Dünən, 16:00
“Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Dünən, 15:57
Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Dünən, 15:54
Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Dünən, 15:15
Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Dünən, 15:13
İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Dünən, 15:09
Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Dünən, 15:02
Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Dünən, 14:59
Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Dünən, 14:57
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru