İmişli və Cəlilabad rayonlarında yerləşən torpaq sahələri üçün hərrac keçiriləcək .....                     “Dövlət bunu boş yerə etmir…” .....                     Niyə axı bizdə BƏLƏDİYYƏ SİSTEMİ uğur qazanmır? .....                     Müəllimlərin maaşı vergidən azad ediləcək? .....                     Avropada müharibə kabusu: Azərbaycan hansı təhlükə ilə üz-üzə qalıb? .....                     7 ildir dələduz işçilərə görə sığorta ödənişi edilmir .....                     Ermənistan “müharibə qovşağı”na çevrilir... .....                     "Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." .....                     "Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver" .....                     Uşaqlar pul yığıb, sinfi qızdırır... .....                     Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir .....                     Verdiyevin həbsi: Necə davranmaq lazımdır? .....                     Dünyanın ən yaxşı universitetləri .....                     Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? .....                     Polşanın təklifi yaxşı nəticələr vəd etmir .....                     MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... .....                     Elcan Rəsulov yıxılıb başından zədə aldı .....                     Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? .....                     Orxan Xəyyama KÖMƏK İSTƏDİ: .....                     "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" .....                     1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi .....                     Siyavuş Novruzov HAQLIDIR, AMMA... .....                     Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər .....                     Kremldən postsovet ölkələrinə .....                     Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK .....                     Paşinyan “qızıl qayıdış”a başladı .....                     Elşad Xose şəxsi həyatı haqda: .....                     8 milyon manatlıq “Araznet Technologies” şirkəti .....                     ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib .....                     “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir .....                     70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? .....                     Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək .....                     Bir neçə ay əvvəl tutulan narkobaron .....                     “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” .....                     Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? .....                     51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib .....                     "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan" .....                     NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır .....                     Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu .....                     NATO-ya üzv olmaq istəmirik... AMMA... .....                 

“Baku Electronics” şirkətinin yalan(lar)ı - İran kapitalına söykənən şirkət hara gedir? - Nazirlik isə sükutla seyr edir...
Tarix: 10-03-2015, 14:30 | Çap et
“Baku Electronics” şirkətinin yalan(lar)ı - İran kapitalına söykənən şirkət hara gedir?
Ölkəmizdə fəaliyyət göstərən müxtəlif şirkətlərin vətəndaşlarımızı aldatması artıq ənənə halını alıb.Qafqaz Xəbər Agentliyi bildirir ki, belə şirkətlərdən biri də “Samsung” şirkətinin rəsmi distribütoru “Baku Electronics”-dir. Bir müddət əvvəl saytımızda “Baku Electronics” öz alıcılarını aldadır?” başlıqlı yazı dərc olunmuşdu. Yazı ümumi sözlər əsasında deyil, konkret olaraq saytımızın əməkdaşının üzləşdiyi problemdən bəhs edirdi. Qısa xatırlatma üçün bildirək ki, saytımızın əməkdaşı Araz Məmmədov fevral ayının 15-də “Baku Electronics” şirkətinin saytında bir reklamla rastlaşıb: “ Reklamda bildirilirdi ki, ilkin ödənişsiz, faizsiz, 15 aylıq kreditlə yalnız onlayn üsulla müxtəlif avadanlıqlar kreditə verilir. Reklamdakı şərtlər məni qane elədiyi üçün mobil telefon sifariş vermək qərarına gəldim. Saytdakı şərtlərdə göstərilirdi ki, Samsung G530 Galaxy Grand Prime Dual markalı telefonun qiyməti 199 manatdır və onu onlayn kreditlə sifariş verdikdə aylıq 13 manat ödəməklə almaq olar. Mən də bu telefonu almaq üçün sifariş verdim. Növbəti gün fevralın 16-da “Baku Electronics” şirkətinin əməkdaşı mənimlə əlaqə saxlayaraq sifarişi təsdiqləməyimi soruşdu. Mən təsdiqlədikdən sonra şirkətin əməkdaşı bildirdi ki, gün ərzində, ya da sabah sizinlə kredit mütəxəssisi əlaqə saxlayacaq”. Bütün problemlər də bundan sonra başlayıb.

Onunla heç kimin əlaqə saxlamadığını görən əməkdaşımız özü şirkətlə əlaqə saxlamağa məcbur olub. Şirkətdən əməkdaşımıza bildiriblər ki, narahat olmayın kredit şöbəsinə məlumat vermişik sizinlə əlaqə saxlayacaqlar. Əməkdaşımız yenidən gözləməli olub. Amma yenə əlaqə saxlayan olmayıb. Əməkdaşımız yenidən məcbur olub ki, məsələnin axırına çıxsın. Bu dəfə şirkətin Əli Yusifov ad-soyadlı işçisi əməkdaşımıza bildirib ki, sizin sifariş etdiyiniz telefon üçün ilkin ödəniş olaraq 9 manat komisyon haqqı ( hansıki reklamda komisyon haqqı yox idi ) və aylıq ödəniş isə 14 manatdır ( reklamda isə 13 manat yazılmışdı ) və son ay üçün 3 manat ödəyəcəksiniz. Yəni şirkət reklamda göstəriləndən fərqli şərtlər irəli sürüb.

Reklam şərtlərinin alıcının ziyanına pozulmasına baxmayaraq əməkdaşımız yenə də razılaşıb. Və Əli Yusifov əməkdaşımızdan şəxsiyyət vəsiqəsinin elektron versiyasını və Bakıda yaşayan qohumlardan 3 nəfərin şəhər telefonunun nömrəsini göndərməyi tələb edib. Hansıki reklam şərtlərində bunların heç biri yoxdur. Əməkdaşımız tələb olunanları göndərəndən sonra yenidən əlaqə saxlayıb və ona bildiriblər ki, şəxsiyyət vəsiqən üstündə olsun telefon sənə çatdırılacaq. Ancaq yenə əməkdaşımızla heç kim əlaqə saxlamayıb. Yenidən əlaqə saxlamağa məcbur olan əməkdaşımıza Əli Yusifov deyib ki: “ Deyəsən bugünkü vəziyyətdən xəbəriniz yoxdur. Manatın dəyəri düşübdür artıq. Artıq sifarişiniz ləğv olunur… telefonların qiymətində artım var və kampaniya da ləğv olub, artıq faizli kredit veririk (halbuki kampaniya mart ayının 7-nə kimi qüvvədə idi)”. Əməkdaşımız sifarişi bir həftə əvvəl verdiyini, telefonun bu gün ona çatdırılmalı olduğunu deyəndə, şirkətin işçisi bildirib ki, şirkətin rəhbərliyi belə əmr verib, siz rəhbərliklə əlaqə saxlayın.

Böyük problem bundan sonra başlayıb. Saytımızın əməkdaşı dəfələrlə şirkətin Günay adlı, Nərmin adlı işçiləri ilə əlaqə saxlasa da heç kim onu rəhbərliklə əlaqələndirməyib, işçilər deyib ki: “sizi rəhbərliklə əlaqələndirməyə icazəmiz yoxdu”. Nəhayət şirkətin Nigar adlı işçisi əməkdaşımıza bildirib ki: “ Kampaniya müvəqqəti dayandırılıb, telefonun yeni qiyməti isə 249 manatdır, əgər istəsəniz bu şərtlə qeydə alaraq sifarişinizi qəbul edək”. Beləliklə təkcə bir olaydan aydın olur ki, şirkət öz rəsmi saytında yerləşdirdiyi şərtləri kobud pozaraq vətəndaşları aldadır.

Digər tərəfdən bu gün az qala bütün dövlət qurumları vətəndaşların üzünə açıq olduğu halda adi bir şirkətin rəhbərliyi kimdir ki, onunla vətəndaşları əlaqələndirməyə icazə verilmir. Nəhayət, şirkətin bir işçisi ( Əli Yusifov ) öhdəliyin pozulmasını milli manatın devalvasiyası ilə əlaqələndirir, digər işçi Nigar isə kampaniyanın dayandırıldığını bildirir. Beləliklə məlum olur ki, “Baku Electronics” şirkəti fırıldaqla, süründürməçiliklə məşğul olur. Sözün düzü, əgər bu biabırçı olay təkcə bizim əməkdaşın başına gəlsəydi, haradasa başa düşmək olardı və bu olayı son vaxtlar baş verən inflyasiya ilə də bağlamaq olardı. Amma… Apardığımız xırda araşdırma zamanı məlum oldu ki, “Baku Electronics” təkcə bizim saytın əməkdaşını deyil, bu günədək xeyli sayda vətəndaşı aldadıb. Və həmin aldanışların manatın ucuzlaşmasına heç bir aidiyyəti yoxdur, çünki ötən ilin sentyabrında baş verib. Zərərçəkən yazır ki: “ Şirkətin 143 məlumat mərkəzinə zəng edib, telefonla mobil telefon sifariş verdim. Sifariş qeydə alındı, bildirildi ki, kredit mütəxəssisi mənimlə uzağı növbəti gün əlaqə saxlayacaq.

Gördüm kredit mütəxəssisindən xəbər çıxmadı, ona görə 143 məlumat mərkəzi ilə yenidən əlaqə saxladım. Dedim ki, özüm yaxınlaşıb götürərəm telefonu, sadəcə, siz mənə izah edin ki, “Samsung S-4 mini”ni almaq üçün ilkin ödəniş lazımdırmı, lazımdırsa nə qədərdir və s. Cavab aldım ki, ilkin odənişsiz də ala bilərsiniz, sadəcə kassaya öncədən 9 AZN ödəmək lazımdır. Bu belə… 21.08.2014 tarixində yaxınlaşdım Azadlıq prospektində yerləşən mağazaya. “Samsung S-4 mini”ni istəyəndə dedilər ki, 40-50 AZN-ə yaxın ilkin ödəniş olunmalıdır. Həmin an üstümdə pul az idi, tanışım olan satıcı bildirdi ki, “LG G-2 MİNİ” al, ilkin ödənişsizdir və əla telefondur, çox sürətlidir. Telefonu rəsmiləşdirərkən dəfələrlə soruşdum ki, İMEİ kodu qeydiyyata alınıb??? Dedilər ki, arxayın ol, heç bir problem yoxdur. Səhəri gün mənə SMS gəldi ki, gəlin İMEİ kodu qeydiyyata alın. Zəng etdim 143-ə, dərdimi dedim. Cavabında bildirdilər ki, telefonla qeydiyyata almışıq, məsələ həll olundu. Lakin Rabitə Nazirliyi ilə əlaqə saxladım və mənə dedilər ki, yalnız bir imei kod qeydə alınıb. Mən baş verənlərdən dəhşətə gəldim, bu necə xidmətdir?”. Sonda onu qeyd edək ki, müxtəlif vaxtlarda hər iki vətəndaşın başına gələnlər onu deməyə əsas verir ki, hər gün özünü reklam edən “Baku Electronics” kimi şirkətlərə etibar etmək olmaz.

Redaksiyadan: Əməkdaşımız hələ də şirkətdən zəng gözləyir. Mirzə Cəlil demişkən, bəlkə də qaytardılar (göndərdilər)…

Ardı var, bizi izləyin…
qafqaznews.az









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İmişli və Cəlilabad rayonlarında yerləşən torpaq sahələri üçün hərrac keçiriləcək
Bu gün, 03:04
“Dövlət bunu boş yerə etmir…” - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 02:59
Niyə axı bizdə BƏLƏDİYYƏ SİSTEMİ uğur qazanmır? - ARAŞDIRMA
Bu gün, 01:42
Müəllimlərin maaşı vergidən azad ediləcək? - AÇIQLAMA
Bu gün, 01:27
Avropada müharibə kabusu: Azərbaycan hansı təhlükə ilə üz-üzə qalıb? - İNCƏLƏMƏ
Bu gün, 01:22
7 ildir dələduz işçilərə görə sığorta ödənişi edilmir - İLGİNC FAKT
Bu gün, 00:47
Ermənistan “müharibə qovşağı”na çevrilir... - "Qərb regionda savaş lazımdır"
Bu gün, 00:37
"Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 00:33
"Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver"
Bu gün, 00:27
Uşaqlar pul yığıb, sinfi qızdırır... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 00:24
Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir – Ermənistan rəsmisi açıqladı
Bu gün, 00:19
Verdiyevin həbsi: Necə davranmaq lazımdır? - AKTUAL
Bu gün, 00:17
Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Dünən, 20:39
Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Dünən, 20:36
Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Dünən, 19:00
MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Dünən, 18:58
Elcan Rəsulov yıxılıb başından zədə aldı
Dünən, 18:21
Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Dünən, 18:17
Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Dünən, 18:15
"Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Dünən, 18:13
1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Dünən, 18:11
Siyavuş Novruzov HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Dünən, 18:09
Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Dünən, 18:08
Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Dünən, 18:05
Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Dünən, 17:59
Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Dünən, 17:50
Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Dünən, 17:46
8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Dünən, 17:42
ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Dünən, 17:40
“Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Dünən, 17:36
70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Dünən, 17:32
Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Dünən, 17:29
Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Dünən, 17:28
“1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Dünən, 17:25
Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Dünən, 16:22
51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Dünən, 16:20
"Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Dünən, 16:19
NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Dünən, 16:15
Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Dünən, 16:12
NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Dünən, 16:10
Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Dünən, 16:07
Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Dünən, 16:05
Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Dünən, 16:03
Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Dünən, 16:02
Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Dünən, 16:00
“Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Dünən, 15:57
Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Dünən, 15:54
Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Dünən, 15:15
Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Dünən, 15:13
İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Dünən, 15:09
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru