Zakir Fərəcovla bağlı qərar üçün «yuxarıların» icazəsi gözlənilir - İcra başçısı və qohumları hədəfdə - Böyük yeyintinin hesabı sorulacaq
Tarix: 19-03-2015, 12:53 |
Çap et
DİA.AZ: - «Abşeron rayon icra hakimiyyətinin başçısı Zakir Fərəcovla bağlı istintaq materialları toplanılır». Bu şok məlumatı DİA.AZ-a verən hüquq-mühafizə orqanlarındakı mənbə iddia edir ki, maraqlı dairələr Abşeron RİH başçısının qələminin qırılması üçün hərəkətə keçiblər.
Mənbənin dia-az.life-a söylədikləri: «Zakir Fərəcovla bağlı bir neçə istiqamətdə hərəkətlənmə var. İlk olaraq Hesablama Palatası və Maliyyə Nazirliyinin xətti ilə başçının dövlət büdcəsindən ayrılan vəsaiti mənimsəməsi faktı üzrə araşdırma gedir. Söhbət Abşeron rayonuna büdcədən ayrılan vəsaitin bir hissəninin icra başçısı tərəfindən mənimsənilməsindən gedir.
Digər tərəfdən, Zakir Fərəcovun adı qalmaqallı torpaq maxinasiyalarında və alverində hallandırılır. Artıq bununla bağlı da müvafiq istintaq hərəkətləri aparılmaqdadır. Hələlik qeyd olunan qurumlar «yuxarılar»dan siqnal gözləyirlər ki, birbaşa olaraq Zakir Fərəcova və onun yaxın qohumlarına ittiham irəli sürsünlər».
Onu da bildirək ki, Zakir Fərəcovun hakimiyyət daxilində mövqelərinin kifayət qədər zəif olduğu və bunun da rəqiblər üçün qisas fürsəti yaratdığını əks etdirən informasiyalar hələ xeyli əvvəlindən yerli KİV-lərdə yayılıb.
Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq…