"Unibank"dan Lənkəranlılara xəyanət: Rusiyadan pul gəlmir deyə filialları bağlayır - İlginc iddialar
Tarix: 28-03-2015, 11:04 |
Çap et
Ölkənin nəhəng bankları arasında yer alan “Unibank” cənub regionunda islahatlara hazırlaşır.
Belə ki, bank yaxın vaxtlarda Lənkəranın Liman qəsəbəsində terminallarını ləğv edəcək.
Bu barədə Arqument.Az-a Lənkərandan məlumat daxil olub.
Əldə etdiyimiz səhih bilgiyə görə, bu addıma səbəb bir müddət öncə sözügedən qəsəbədə yaranan gərginlik olub.
Belə ki, qəsəbə sakinlərinin bank qarşısında etiraza qalxması rəhbərliyi təşvişə salıb.
Bu səbəbdən bankın idarə heyəti qəsəbədə bankın terminallarının ləğv edilməsinə göstəriş verib. Bundan başqa, qeyri-rəsmi olaraq Liman qəsəbəsində qeydiyyatda olan vətəndaşlara kredit də verilməyəcək.
Bildirək ki, burada yaşayan sakinlərin əsas gəlir mənbəyi olan Rusiyada vəziyyətin dəyişməsi ölkənin müxtəlif bölgələrində olduğu kimi cənubda da bankdan asılı olan vətəndaşların birbaşa cibinə təsir edib. Bu səbəbdən bir çox vətəndaş kreditin ödənməsində çətinlik çəkir vəya ümumiyyətlə kreditləri ödəyə bilmir.
Bankda olan mənbəmizin verdiyi məlumata görə, bu göstərici digər ərazilərə nisbətən cənubda daha çoxdur. Çünki əhalinin böyük bir qismi Rusiya bazarları ilə dolanır.
Xatırladaq ki, fevralın 22-də qəsəbənin bir qrup sakini bahalaşmaya etiraz olaraq Bakı-Astara yolunu bağlamışdı.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.