Oromi qardaşlarının şirkəti vətəndaşa qarşı fırıldaqda ittiham olunur - “Hyundai Servis” müştəriləri aldadır
Tarix: 1-04-2015, 14:03 | Çap et
Bu gün Azərbaycanda xarici avtomobil markalarının çoxluğu və müxtəlifliyi ilə artıq heç kəsi təəccübləndirmək olmaz. Son bir neçə ildə ölkəmizdə bir çox iri avtomobil şirkətlərinin rəsmi nümayəndəlikləri və servis mərkəzləri açılaraq müştərilərin xidmətinə verilmişdir. Əhali arasında avtomobillərə olan tələbat artımını nəzərə alan avtomobil istehsalçıları Azərbaycanda öz fəaliyyətlərini daim genişləndirirlər. Əlbəttə ki, bu şirkətlər arasında mövcud olan sağlam rəqabət onların fəaliyyətlərinə, istehlakçılara göstərilən xidmətin səviyyəsinə təsir etməyə bilməz. Qeyd etmək lazımdır ki, 1996-ci ildən fəaliyyət göstərən “Hyundai Azerbaijan” şirkəti hazırda ölkənin ən böyük satış və servis şəbəkəsinə malikdir. Həm də ötən illərin statistikasına görə “Hyundai” markası ölkəmizdə ən çox satılan avtomobillərin arasında liderliyə yüksəlib. Şirkətin servis mərkəzləri isə təkcə Bakıda deyil, bir çox bölgələrdə də fəaliyyət göstərirlər. Lakin bütün bunlara baxmayaraq, şirkətin nəzdində fəaliyyət göstərən bəzi “Hyundai Servis” mərkəzləri heç də həmişə öz müştərilərini razı sala bilmirlər. Bu xüsusda ölkə mətbuatında dərc olunan məlumatlarda da həmin servis mərkəzlərində vətəndaşların incidilməsi, onların hüquqlarının pozulması hallarına ara-sıra rast gəlindiyindən xəbər verilir. O cümlədən, bu günlərdə redaksiyamıza daxil olmuş daha bir şikayət ərizəsində Gəncədə fəaliyyət göstərən “Hyunda Servis” mərkəzində baş vermiş xoşagəlməz bir insident barədə açıqlamalar təqdim edilir.
Şikayətçi qismində çıxış edən vətəndaş Əliyev Şamil Fəzail oğlu öz ərizəsində bildirir ki, o, “KİA Cadenza” markalı avtomobilin sahibidir. Bir neçə ay bundan əvvəl bu avtomobil qəza nəticəsində əzilərək, istismara yararsız hala gəlmişdir. Təmirin kifayət qədər böyük məbləğə başa gələcəyini bilən Şamil Əliyev bir müddət hansı servis mərkəzinə müraciət etmək barəsində qərarsız olmuşdur. Lakin sonradan bəzi tanışları ona qiymət ucuzluğuna görə məhz Gəncədə fəaliyyət göstərən “Hyundai Servis” mərkəzini məsləhət görüblər. Sonda bu təklifi qəbul edən sürücü qəzalı avtomobili Bakıdan Gəncəyə aparıb. Şikayətçinin sözlərinə görə avtomobili tam diaqnostika etdikdən sonra, servis mərkəzində təmirin 3500 manata başa gələcəyini bildiriblər. Təbii ki, bu məbləğə görüləcək bütün işlərin və dəyişdiriləcək ehtiyyat hissələrinin qiyməti daxil edilib. Şamil Əliyev bildirir ki, onunla danışıqları aparan şəxs mərkəzin direktor müavini Ruslan müəllim olub. Bundan sonra sürücü müəyyən edilmiş məbləği mərkəzə ödəyərək, avtomobilini təmirə qoyub. Nəhayət bu yaxınlarda Şamil Əliyev təmir və bərpası başa çatan avtomobilini təhvil alaraq, onu daimim yaşadığı Bakı şəhərinə gətirib. Lakin avtomobilin istismarının ilk günlərindən sürücü müəyyən problem və nasazlılqlarla üzləşib. Buna görə də avtomobil yenidən avtodiaqnostika mərkəzlərindən birinə gətirilib. Elə xoşagəlməz məqamlar da bu zaman aşkar olunub. Avtomobilin diaqnostikası zamanı məlum olub ki, Gəncə “Hyundai Servis” mərkəzində həyata keçirilən təmir zamanı istifadə olunan ehtiyyat hissələri heç də yeni olmayıblarmış. Hətta Şamil Əliyev bildirir ki, o, bu faktı təsdiq edən ekspert rəyi də almışdır. Halbuki, Gəncə “Hyundai Servis” mərkəzində şikayətçiyə guya ki, istifadə olunmuş yeni ehtiyyat hissələrinin qablaşdırıldığı qutuları da təqdim ediblər. Bu da məlum olub ki, avtomobilin normal istismarı üçün həmin hissələr mütləq yeniləri ilə əvəz olunmalıdırlar. Lakin ölkəmizə xarici valyuta ilə alınıb gətirilən bu ehtiyyat hissələrinin qiymətləri də ABŞ dollarının kursunun qalxması ilə əlaqədar təxminən 30% yüksəlmişdir. Bundan sonra yenidən Gəncəyə gedən Şamil Əliyev durumu Ruslan müəllimə izah etmiş və aldadıldığına görə, mərkəzə ödədiyi pulu geri tələb etmişdir. Lakin bu zaman müştəri haqlı tələbinin müqabilində kobudluq və təhdidlərlə üzləşməli olmuşdur. Rüslan müəllim mərkəzin direktoru Vüsal müəllimin güclü əlaqələri olmasını əsas gətirərək, aldadılmış müştəriyə onun heç bir şey əldə edə bilməyəcəyini demiş və “öz başını ağrıtmadan” çıxıb getməyi məsləhət görmüşdür. Əli heç yerə çatmayan müştəri isə bundan sonra mətbuat vasitəsilə problemi müvafiq orqanların diqqətinə çatdıraraq, onların köməyinə ümid etməli olub... \\ bizimdovr.az \\
Qarşı tərəfin mövqeyini dinləməyə hazırıq
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• İmişli və Cəlilabad rayonlarında yerləşən torpaq sahələri üçün hərrac keçiriləcək
Bu gün, 03:04 |
|
|
|
• “Dövlət bunu boş yerə etmir…” - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 02:59 |
|
|
|
• Niyə axı bizdə BƏLƏDİYYƏ SİSTEMİ uğur qazanmır? - ARAŞDIRMA
Bu gün, 01:42 |
|
|
|
• Müəllimlərin maaşı vergidən azad ediləcək? - AÇIQLAMA
Bu gün, 01:27 |
|
|
|
• Avropada müharibə kabusu: Azərbaycan hansı təhlükə ilə üz-üzə qalıb? - İNCƏLƏMƏ
Bu gün, 01:22 |
|
|
|
• 7 ildir dələduz işçilərə görə sığorta ödənişi edilmir - İLGİNC FAKT
Bu gün, 00:47 |
|
|
|
• Ermənistan “müharibə qovşağı”na çevrilir... - "Qərb regionda savaş lazımdır"
Bu gün, 00:37 |
|
|
|
• "Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 00:33 |
|
|
|
• "Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver"
Bu gün, 00:27 |
|
|
|
• Uşaqlar pul yığıb, sinfi qızdırır... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 00:24 |
|
|
|
• Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir – Ermənistan rəsmisi açıqladı
Bu gün, 00:19 |
|
|
|
• Verdiyevin həbsi: Necə davranmaq lazımdır? - AKTUAL
Bu gün, 00:17 |
|
|
|
• Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Dünən, 20:39 |
|
|
|
• Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Dünən, 20:36 |
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Dünən, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Dünən, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Dünən, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Dünən, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Dünən, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Dünən, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Dünən, 18:11 |
|
|
|
• Siyavuş Novruzov HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Dünən, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Dünən, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Dünən, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Dünən, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Dünən, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Dünən, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Dünən, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Dünən, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Dünən, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Dünən, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Dünən, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Dünən, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Dünən, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Dünən, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Dünən, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Dünən, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Dünən, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Dünən, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Dünən, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Dünən, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Dünən, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Dünən, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Dünən, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Dünən, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Dünən, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Dünən, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Dünən, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Dünən, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Dünən, 15:09 |
|
|
|
|