Hansı iri məmurların pulları kəsiləcək və holdinqlərinin qapısından “qıfıl asılacaq”? - Nazirlərin şirkətlərinə müdhiş “2016 təhlükəsi”
Tarix: 3-04-2015, 11:48 | Çap et
“Unikal”ın dünənki sayında da xəbər verdiyimiz kimi, Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov srağagün maraqlı açıqlamalarla çıxış edib. O bildirib ki, Azərbaycanda kəskin devalvasiya gözlənilmir.
“Lakin xarici bazarlarda baş verə biləcək hadisələr, xüsusilə neftin qiymətinin kəskin aşağı düşəcəyi halda, manat buna adaptasiya olacaq. Bu gün əksər iri maliyyə institutlarının neftin qiyməti ilə bağlı proqnozları 50-55 dollardır. Neftin hazırkı qiymətləri də uzun müddətdir ki, bu zonada hərəkət edir. Bizim də cari il üzrə neftin qiyməti ilə bağlı hesablamalarımız 50-55 dollar civarındadır", - deyə AMB rəhbəri əlavə edib. E.Rüstəmov qeyd edib ki, gələn ilin dövlət büdcəsində neftin baza qiyməti "50 dollara hesablanacaq". Neftin baza qiymətinin 50 dollardan hesablanması o deməkdir ki, hökumət gələn il investisiya layihələrini də əhəmiyyətli şəkildə azaldacaq. Bu isə bəzi oliqarxların sahib olduqları və ya himayə etdikləri “biznes imperiyalarının” ciddi problemlərlə üzləşəcək. Məsələ burasındadır ki, büdcədən həyata keçirilən, Dövlət Neft Fondunun hesabına reallaşdırılan əksər investisiya layihələri məhz, bəzi oliqarxların nəzarətindəki şirkətlər vasitəsi ilə aparılır. Bir sözlə, müəyyən iri məmurlar neft pulları hesabına investisiya layihələrini həyata keçirməklə özləri üçün ciddi gəlir qaynaqları formalaşdırıblar. Məlumdur ki, dövlət investisiya layihələri tenderlə həyata keçirilməli olsa da, bu, Azərbaycan reallığında formal prosesdir. Dövlət Satınalmaları Agentliyi Dövlət Neft Fondunun maliyyələşdirdiyi layihələrlə bağlı tender elanlarını öz internet səhifəsində yerləşdirmir. Bu da tenderlərin əslində, formal xarakter daşıdığını göstərir. Bəzi oliqarxlar öz təsir imkanlarını işə salaraq nəzarətlərindəki şirkətlər üçün iri layihələri asanlıqla ələ keçirə bilirlər. Ümumiyyətlə, hər il Azərbaycanın dövlət büdcəsi təsdiq ediləndə müzakirə olunan əsas məsələ investisiya layihələrinin nəzərəçarpan dərəcədə böyük payı olur. Bu da məhz milyardlarla manatın hər il böyük bir hissəsinin oliqarx şirkətlərinə yönəldilməsi ilə izah edilir. Layihələrin icrası zamanı korrupsiya baş alıb gedir, hər hansı investisiya layihəsi rahatlıqla şişirdilir və bu, müəyyən iri məmurlara fantastik gəlirlər əldə etmək imkanı qazandırır. Amma gələn ilin büdcəsində neftin baza qiymətinin 50 dollar civarında müəyyənləşməsi fərqli mənzərə yarada bilər. Yəni büdcədən və Dövlət Neft Fondunun ehtiyatlarından maliyyələşən iri investisiya layihələrinin də azaldılması qaçılmaza çevriləcək ki, bu da bir çox oliqarxların həmin layihələr vasitəsilə kifayət qədər böyük məbləğlərdə pullara sahib olması imkanını məhdudlaşdıracaq. Belədə istisna edilmir ki, bəzi iri məmurların nəzarətində, birbaşa, yaxud dolayısı yolla himayəsində olan şirkətlərin bir çoxları 2016-cı il boyunca bağlanmaq təhlükəsi ilə üz-üzə qalsın. Yəni öz fəaliyyətini sadəcə olaraq, büdcədən və ya Dövlət Neft Fondundan maliyyələşdirilən investisiya layihələrini həyata keçirməklə davam etdirən müəyyən oliqarx şirkətlərinin gələn il sonu ola bilər. Hələ qəzetimizin ötən saylarında qeyd etmişdik ki, ölkənin bəzi iri məmurlarına məxsus şirkətlərdə maaş problemi yaranıb. Hətta bir çox oliqarxlara məxsus müəssisələrdə az qala iki aya yaxındır əmək haqların ödənilməməsi və ya gecikdirilməsi müşahidə olunur. Verilən məlumatlara görə, yaranmış vəziyyət iki səbəblə izah edilir. Bunlardan biri neftin qiymətinin kəskin ucuzlaşması və nəticədə ölkəyə maliyyə axınının azalması, bunun da sonucunda bir çox iri məmurların şirkətlərinin həyata keçirməyə hazırlaşdıqları və yaxud başladıqları dövlət investisiya layihələrin təxirə salınması, ya da həmin layihələrin büdcəsinə yenidən baxılaraq azalmalara gedilməsidir. Başqa bir səbəb isə manatın dollara nisbətən ucuzlaşması göstərilir, bildirilir ki, manatın devalvasiyası ölkədə qiymət artımı ilə yanaşı, bir sıra başqa problemlər də yaradıb. Belə ki, manatın devalvasiyasından öncə udulan tender layihələri ilə bağlı ciddi problem yaranıb. Buna səbəb manatın devalvasiyasından sonra bir sıra tender layihələrinin dəyərinin dəyişməsinə baxmayaraq, əvvəlki öhdəliklərin yerinə yetirilməsinin tələb edilməsidir. Bu isə oliqarxlar arasında ciddi narazılığa səbəb olub. Onlar tenderlərin öhdəlikləri ilə bağlı məsələlərə yenidən baxılmasını tələb edirlər. Hazırda maaş problemi ilə üzləşən, bu problemi işçiləri ixtisara salmaqla, onların əmək haqlarını azaldaraq və ya yubadaraq aradan qaldırmağa çalışan bəzi məmur şirkətlərinin 2016-cı ildə ümumiyyətlə, çıxış yolu qalmayacaq, onlar iflas olmaq, bağlanmaq təhlükəsi ilə qarşılaşacaqlar. Bu ehtimalın reallaşması AMB sədrinin srağagünki açıqlamalarından sonra daha dəqiq görünür. Hətta artıq bir çox iri məmurların indidən ciddi əndişə içində olduqlarına dair xəbərlər gəlir.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• İmişli və Cəlilabad rayonlarında yerləşən torpaq sahələri üçün hərrac keçiriləcək
Bu gün, 03:04 |
|
|
|
• “Dövlət bunu boş yerə etmir…” - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 02:59 |
|
|
|
• Niyə axı bizdə BƏLƏDİYYƏ SİSTEMİ uğur qazanmır? - ARAŞDIRMA
Bu gün, 01:42 |
|
|
|
• Müəllimlərin maaşı vergidən azad ediləcək? - AÇIQLAMA
Bu gün, 01:27 |
|
|
|
• Avropada müharibə kabusu: Azərbaycan hansı təhlükə ilə üz-üzə qalıb? - İNCƏLƏMƏ
Bu gün, 01:22 |
|
|
|
• 7 ildir dələduz işçilərə görə sığorta ödənişi edilmir - İLGİNC FAKT
Bu gün, 00:47 |
|
|
|
• Ermənistan “müharibə qovşağı”na çevrilir... - "Qərb regionda savaş lazımdır"
Bu gün, 00:37 |
|
|
|
• "Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 00:33 |
|
|
|
• "Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver"
Bu gün, 00:27 |
|
|
|
• Uşaqlar pul yığıb, sinfi qızdırır... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 00:24 |
|
|
|
• Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir – Ermənistan rəsmisi açıqladı
Bu gün, 00:19 |
|
|
|
• Verdiyevin həbsi: Necə davranmaq lazımdır? - AKTUAL
Bu gün, 00:17 |
|
|
|
• Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Dünən, 20:39 |
|
|
|
• Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Dünən, 20:36 |
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Dünən, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Dünən, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Dünən, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Dünən, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Dünən, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Dünən, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Dünən, 18:11 |
|
|
|
• Siyavuş Novruzov HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Dünən, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Dünən, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Dünən, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Dünən, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Dünən, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Dünən, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Dünən, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Dünən, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Dünən, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Dünən, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Dünən, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Dünən, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Dünən, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Dünən, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Dünən, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Dünən, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Dünən, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Dünən, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Dünən, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Dünən, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Dünən, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Dünən, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Dünən, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Dünən, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Dünən, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Dünən, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Dünən, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Dünən, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Dünən, 15:09 |
|
|
|
|