"İcra başçısı bu torpaqlara sahiblənmək üçün birinci bizim meyitimizi ayaqlamalıdır" - Sabunçuda gərginlik
Tarix: 15-04-2015, 12:06 | Çap et
Yerli və mərkəzi icra hakimiyyəti orqanlarında yüksək vəzifə tutan bəzi şəxslərin vətəndaşlara qarşı göstərdiyi haqsız münasibətlə bağlı dəfələrlə eşitmişik. Həm paytaxtda, həm də bölgələrdə yaşayan insanlar məruz qaldıqları məmur özbaşınalıqları haqqında yuxarı dövlət qurumlarına mütəmadi olaraq şikayət məktubları ünvanlayırlar.
Əfsus ki, bu şikayətlərin bir hissəsinə baxılmır. Nəticədə, bir sıra vəzifəli şəxslərin həyata keçirdikləri qanunsuz əməllər cəzasız qalır. Yadınızdadırsa, ötən ilin sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrasına həsr olunan konfransda prezident İlham Əliyev bütün məmurlara sərt xəbərdarlıq etmişdi: "Əminəm ki, növbəti illərdə rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizəmiz daha da gözəl nəticələr verəcək. Bunu deməyə əsas verən görülən işlərdir, aparılan islahatlardır və güclü siyasi iradəmizdir. Azərbaycanda korrupsiyaya və rüşvətxorluğa yer olmamalıdır. Bütün dövlət məmurları bunu eşitsinlər, bilsinlər və elə işləsinlər ki, həmişə dövlət və xalq qarşısında alnıaçıq, üzüağ olsunlar. Hər bir dövlət məmuru təmiz işləməlidir, xalqla bir yerdə olmalıdır, təvazökar, işgüzar və vətənpərvər olmalıdır, rüşvət almamalıdır, özünü xalqdan üstün tutmamalıdır, işlədiyi bölgələrdə, sahələrdə hörmət qazanmalıdır və Vətənə sədaqətli olmalıdır. Dövlət məmuru xalqın xidmətçisidir. Xalqın birinci xidmətçisi mənəm və bütün dövlət məmurları belə işləməlidirlər". Ölkə başçısının bu xəbərdarlığından sonra bəzi məmurlar fəaliyyətlərindəki neqativ halları aradan qaldırdılar və əhali ilə daha mülayim münasibət yaratmağa başladılar. Əslində, bu onların borcudur. Əgər prezident özünü xalqın birinci xidmətçisi adlandırırsa, üçüncü, dördüncü dərəcəli məmurlar niyə özlərini yuxarıdan aparmalıdır ki?! Təəssüf ki, bəzi icra başçıları hələ də ölkə rəhbərliyinin iradlarından bir nəticə çıxarmayıb. Məhz bu səbəbdən paytaxtın bəzi rayonlarında narazılıq halları gündən-günə artır. Gərginliyin azalmaq bilmədiyi rayonlardan biri də Sabunçudur. Sakinlərin yetərli hissəsi icra başçısı Adil Vəliyevin və onun işçilərinin fəaliyyətindən narazıdır. Rayonun Anaşkin küçəsinin bir qrup sakini bir neçə gün əvvəl redaksiyamıza müraciət edərək icra başçısı tərəfindən məruz qaldıqları haqsızlığa etirazlarını bildirmişdilər. Vətəndaşları narahat edən məqam isə rayon rəhbərinin onların öz vəsaiti hesabına illərdir doldurduqları ərazilərə göz dikməsidir. Problem hələ ki, həllini tapmayıb. Dünən yenidən redaksiyamızla əlaqə saxlayan narazı sakinlər başçının zülmündən cana doyduqlarını bildirdilər: "Vallah burda yaşamaqdan bezmişik. Başqa əlacımız olsaydı, dərhal evlərimizi satıb köçərdik. Amma Allah kasıbçılığın üzünü qara eləsin. Anaşkin küçəsində yaşayan insanların əksəriyyəti şəhid ailələri, müharibə veteranları, məcburi köçkünlər və imkansız şəxslərdir. Belə insanları incitmək, onlara qarşı özbaşınalıq etmək nə dərəcədə doğrudur? Biz icra başçısı Adil Vəliyevi əhalinin qeydinə qalan biri kimi tanıyırdıq. Sən demə, o yuxarılara xoş görsənmək üçün formal şəkildə sakinlərlə mülayim ünsiyyət qururmuş. Amma bu tip məsələlərdə əhaliyə əməlli-başlı problem yaradır. İcra hakimi və adamları bizim neçə illərdir əzab-əziyyət çəkib, öz cibimizin pulu ilə doldurduğumuz əraziləri ələ keçirmək istəyir. Lap əvvəlindən demişik ki, buna imkan verən deyilik. Adil müəlim bu torpaqlara sahiblənmək üçün birinci bizim meyitimizi ayaqlamalıdır. Dünənə kimi Sabunçu Rayon İcra Hakimiyyətinin heç bir rəsmisi əraziyə gəlib baxış keçirmirdi. Çünki buralar başdan ayağa bataqlıq, qamışlıq idi. Cibimizin pulu ilə maşınlarla bərk məişət tullantıları gətirib gölməçələri doldurduq. Bunu özümüz və uşaqlarımızın gələcəyi üçün etmişik. Ona görə ki, ərazidə insanların istirahəti üçün bir dənə də olsa park yoxdur. İcra hakimiyyətinin işçiləri, əsasən də Rafael adlı şəxs gəlib deyir ki, başçının konkret tapşırığı var və bu ərazidə məktəb binası tikiləcək. And olsun bizi yaradan Allaha ki, bu bəhanədən başqa bir şey deyil. Anaşkin küçəsində yeni məktəb binası tikilib, başa çatmaq üzrədir. İcra başçısı məktəb tikintisi adı altında istifadəmizdə olan sahəni ələ keçirməyə çalışır. Artıq bezmişik. Yuxarılardan kömək istəyirik, belə olmaz. Bu günlərdə Rafael müəllimin yanında gələn Ömər adlı şəxs bizi təhqir etdi. Onun nə işlə məşğul olduğunu bilmirik. Özünün dediyinə görə, əmisi yüksək vəzifədə çalışır. O bizə dedi ki, əgər dirəniş göstərsəniz, sizi bir-bir həbsə atdıracam, mənim kim olduğumu bilmirsiniz. Bu adamın kimlərlə qohum olması bizim üçün elə də maraqlı deyil. Prezidentimiz deyir ki, məmurlar xalqı incitməsin, bəs bunlar niyə belə edir? Adil Vəliyev bizə qarşı etdiyi zülmlərdən əl çəkməsə, birbaşa prezidentin qəbuluna gedib dərdimizi ona danışacağıq".
Xatırladaq ki, 2012-ci ilin aprel ayında icra başçısı vəzifəsinə təyin olunan Adil Vəliyevin haqqında bundan əvvəl də çoxsaylı şikayətlər eşidilib. Məsələn, Sabunçu sakinləri bir müddət əvvəl mətbuata etdikləri müraciətdə başçının abadlıq işləri adı altında yaşıllıqları məhv etdiyini vurğulayıblar: "Sabunçu rayonuna yeni başçı təyin olunanda çox sevindik. Allah tərəfi, ilk ayı pis olmadı. Amma sonradan bu sevincimiz yasa döndü. Belə ki, icra başçısı abadlıq işləri altında rayonu başdan sona kimi qazır, ticarət obyektlərini sökdürür. Bu gün rayon ərazisində bir metr belə boş torpaq sahəsi tapa bilməzsiniz. Vəziyyət o həddə çatıb ki, mərhum prezidentimiz Heydər Əliyevin əmri ilə salınan yaşıllıqlar məhv edilir, yeri ayrı-ayrı biznesmenlərə satılır. Başçının sərəncamına əsasən rayonun Fətəliyev küçəsi 29-30 nömrəli binalarının birinci mərtəbəsində, hər iki tərəfində, pəncərələrimizin işığını kəsərək qarşısında ticarət obyekti tikilib. A.İskəndərov adına Mədəniyyət Sarayının qarşısındakı uşaq parkının da bir hissəsi satılaraq tikinti meydançasına çevrilib". Qeyd edək ki, vətəndaşların problemləri ilə maraqlanmayan, özünü onlardan üstün tutan və digər xoşagəlməz işlərə imza atan məmurların aqibəti sonda yaxşı olmur. Yəqin ki, yuxarı qurumların nümayəndələri Sabunçu rayonu, Anaşkin küçəsinin sakinlərinə əlavə problem yaradan icra başçısının barəsində tezliklə ölçü götürəcəklər. Əks halda, narazılıq halları daha kəskin həddə çata bilər.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• İmişli və Cəlilabad rayonlarında yerləşən torpaq sahələri üçün hərrac keçiriləcək
Bu gün, 03:04 |
|
|
|
• “Dövlət bunu boş yerə etmir…” - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 02:59 |
|
|
|
• Niyə axı bizdə BƏLƏDİYYƏ SİSTEMİ uğur qazanmır? - ARAŞDIRMA
Bu gün, 01:42 |
|
|
|
• Müəllimlərin maaşı vergidən azad ediləcək? - AÇIQLAMA
Bu gün, 01:27 |
|
|
|
• Avropada müharibə kabusu: Azərbaycan hansı təhlükə ilə üz-üzə qalıb? - İNCƏLƏMƏ
Bu gün, 01:22 |
|
|
|
• 7 ildir dələduz işçilərə görə sığorta ödənişi edilmir - İLGİNC FAKT
Bu gün, 00:47 |
|
|
|
• Ermənistan “müharibə qovşağı”na çevrilir... - "Qərb regionda savaş lazımdır"
Bu gün, 00:37 |
|
|
|
• "Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 00:33 |
|
|
|
• "Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver"
Bu gün, 00:27 |
|
|
|
• Uşaqlar pul yığıb, sinfi qızdırır... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 00:24 |
|
|
|
• Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir – Ermənistan rəsmisi açıqladı
Bu gün, 00:19 |
|
|
|
• Verdiyevin həbsi: Necə davranmaq lazımdır? - AKTUAL
Bu gün, 00:17 |
|
|
|
• Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Dünən, 20:39 |
|
|
|
• Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Dünən, 20:36 |
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Dünən, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Dünən, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Dünən, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Dünən, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Dünən, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Dünən, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Dünən, 18:11 |
|
|
|
• Siyavuş Novruzov HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Dünən, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Dünən, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Dünən, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Dünən, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Dünən, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Dünən, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Dünən, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Dünən, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Dünən, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Dünən, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Dünən, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Dünən, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Dünən, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Dünən, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Dünən, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Dünən, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Dünən, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Dünən, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Dünən, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Dünən, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Dünən, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Dünən, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Dünən, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Dünən, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Dünən, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Dünən, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Dünən, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Dünən, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Dünən, 15:09 |
|
|
|
|