İmişli və Cəlilabad rayonlarında yerləşən torpaq sahələri üçün hərrac keçiriləcək .....                     “Dövlət bunu boş yerə etmir…” .....                     Niyə axı bizdə BƏLƏDİYYƏ SİSTEMİ uğur qazanmır? .....                     Müəllimlərin maaşı vergidən azad ediləcək? .....                     Avropada müharibə kabusu: Azərbaycan hansı təhlükə ilə üz-üzə qalıb? .....                     7 ildir dələduz işçilərə görə sığorta ödənişi edilmir .....                     Ermənistan “müharibə qovşağı”na çevrilir... .....                     "Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." .....                     "Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver" .....                     Uşaqlar pul yığıb, sinfi qızdırır... .....                     Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir .....                     Verdiyevin həbsi: Necə davranmaq lazımdır? .....                     Dünyanın ən yaxşı universitetləri .....                     Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? .....                     Polşanın təklifi yaxşı nəticələr vəd etmir .....                     MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... .....                     Elcan Rəsulov yıxılıb başından zədə aldı .....                     Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? .....                     Orxan Xəyyama KÖMƏK İSTƏDİ: .....                     "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" .....                     1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi .....                     Siyavuş Novruzov HAQLIDIR, AMMA... .....                     Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər .....                     Kremldən postsovet ölkələrinə .....                     Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK .....                     Paşinyan “qızıl qayıdış”a başladı .....                     Elşad Xose şəxsi həyatı haqda: .....                     8 milyon manatlıq “Araznet Technologies” şirkəti .....                     ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib .....                     “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir .....                     70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? .....                     Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək .....                     Bir neçə ay əvvəl tutulan narkobaron .....                     “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” .....                     Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? .....                     51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib .....                     "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan" .....                     NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır .....                     Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu .....                     NATO-ya üzv olmaq istəmirik... AMMA... .....                 

Bakıdakı yanğına görə həbslər davam edəcək - ARAŞDIRMA
Tarix: 21-05-2015, 12:55 | Çap et
Bakıdakı yanğına görə həbslər davam edəcək
Mayın 19-da Binəqədi rayonu, Azadlıq prospektindəki binada baş verən yanğın hadisəsi ölkədə ciddi ajiotaja səbəb oldu. Elə həmin gün də baş verən hadisəylə bağlı hüquqi prosedur başlanıldı.
Hadisə yerinə gələn Baş prokuror Zakir Qaralov ilkin ehtimal olaraq yanğına səbəb kimi binaya vurulan keyfiyyətsiz üzlüklərin olmasını göstərib. Ondan sonra yaşayış binasında baş verən dəhşətli yanğınla bağlı şirkət rəhbəri tutulub. Baş Prokurorluq, Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin “Unikal”a daxil olan birgə məlumatında qeyd olunur ki, 2015-ci il may ayının 19-da, saat 11 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verib. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi, texnikası, Səhiyyə Nazirliyinin Təcili Tibbi Yardım xidmətləri cəlb ediliblər. Hadisə yerinin mühafizəsi və xilasedicilərin maneəsiz fəaliyyəti Daxili İşlər Nazirliyinin Çevik Polis Alayının və paytaxtın polis orqanlarının əməkdaşları tərəfindən təmin edilib.
Fakt üzrə Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 225.2-ci - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma, 308.2-ci - vəzifə səlahiyyətlərindən sui-istifadə və 314.2-ci - ağır nəticələrə səbəb olan səhlənkarlıq maddələri ilə cinayət işi başlanılıb, eləcə də Baş Prokurorluğun, Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb. Qulluq mənafeyi tələb etdiyi halda səlahiyyətlərindən istifadə etməyən və istehsal etdiyi keyfiyyətsiz üzlüklərlə həmin binada fasadlama işləri aparmış “Global Construction” şirkətinin rəhbəri Miryusif Mahmudov iş üzrə şübhəli şəxs qismində tutulub. Həyata keçirilən istintaq və əməliyyat-axtarış tədbirləri Azərbaycan Respublikası Prezidentinin nəzarətindədir.
“Unikal” qəzeti olaraq, baş verən hadisənin pərdəarxası məqamlarını işıqlandırmaq üçün bir sıra ekspertlərlə söhbətləşdik. Öncə onu qeyd etmək lazımdır ki, əgər bütün işlər düzgün qurulsaydı, bu hadisə baş verməzdi. Azərbaycan vətəndaşları bilməlidir ki, günahkar və günahkarlar kimdir? Bu hadisəyə görə kim məsuliyyət daşıyacaq? Ölkə rəhbəri İlham Əliyev də açıq şəkildə bəyan edib ki, hər kəs nəticə çıxarmalıdır, hər bir məmur öz məsuliyyətini dərk etməlidir: “ Bir də qeyd edirəm ki, heç kim cəzasız qalmayacaq. Günahkarlar dövlət tərəfindən cəzalandırılacaq və ədalət bərpa ediləcək”.
Məsələylə bağlı “Unikal”a açıqlama verən tanınmış hüquqşünas Mehman Muradlı deyib ki, Bakı şəhərində buna oxşar yanğın hadisələri olub, amma bu miqyasda, 15 nəfərin vəfatı onların arasında 4 azyaşlının olması ilk dəfədir. Onun sözlərinə görə, məsələyə ilkin reaksiya verilərək baş prokurorluq tərəfindən cinayət işinin başlanması və dərhal bu yanğının baş verməsində şübhəli şəxs qismində bir nəfərin saxlanılması məsələnin nə qədər ciddi olduğunu göstərdi. Hesab edirəm ki, bu məsələdə, cinayətdə əli olan hər bir kəs məsuliyyətə cəlb olunmalıdı. Burada əsas məsuliyyətə binaya üzlük vurulmasında istehsalçıynan yanaşı həm də görülən işi istismara qəbul edən orqanların nümayəndələri də cəlb edilməlidi. Açığı həmin materialın nə qədər tez və ya gec yanmasından xəbərim olmasa da, görünən odur ki, bu işdə məsuliyyətsizlik edilib və 15 nəfərin həyatına son qoyulub. Binəqədi rayon İcra Hakimiyyəti başçısının ilk verdiyi açıqlamada yaxasını kənara çəkməsi isə absurddu. Çünki başçılıq etdiyi rayon ərazisində istənilən obyektin təhlükəsizliyindən tutmuş kommunal işlərin görülməsinə bir başa cavabdehdi. Necə ola bilər ki, bir ev zibil pulunu verməyəndə hər gün o mənzilin qapısını MKİS əməkdaşları döyə bilir, amma bu cür məsələ ortaya çıxanda icra başçısı yaxasını kənara çəkir? Əgər üzlük keyfiyyətsiz olubsa bəs, onda müvafiq qurumlar onu niyə istismara qəbul edirdi? Yəni, bir çox suallar var ki, onlara cavab tapılmalıdır”.
Hüquqşünas hesab edir ki, bu təxribatın törədilməsində cavabdeh olan bütün orqanlar və onların məsul şəxsləri cinayət məsuliyyətinə cəlb ediləcəklər. Onun qənaətincə,onların dövlətə və vətəndaşlara vurduqları maddi və mənəvi zərəri ödəməklə barələrində qanunamüvafiq tədbir görüləcək.
“Unikal”ın məlumatına görə, Bakı şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov deyib ki, 140 binada ekspertiza aparılacaq. Onun sözlərinə görə, Prezident İlham Əliyev Bakıda binalara vurulan üzlüklərin keyfiyyətinin yoxlanılması üçün 2 gün vaxt verib. H.Abutalıbov deyib ki, bu müddətdə ekspertiza aparılacaq: "Bunların hamısından nümunə götürüləcək, laboratoriyadan keçirilərək ekspertiza olunacaq. Yekun sənəd sonda mənə təqdim olunacaq. Bundan sonra biləcəyik ki, yanğın nədən baş verib. Bundan sonra binalardan üzlüklərin sökülüb-sökülməyəcəyinə qərar veriləcək. Çünki müəyyən sənədlərdə bu materiallardan üzlük kimi istifadə oluna biləcəyi yazılmışdı. Həmin material dünyanın bir çox yerində, o cümlədən Türkiyədə, Rusiyada istifadə olunub. Həmin ölkələrdə üzlüklər birbaşa divara yapışdırılaraq ara məsafə saxlanılmır. Ara məsafənin özü də yanğının sürətlənməsinə səbəbdir. Səbəblər çoxdu, sadəcə istintaq araşdırmasının nəticələrini gözləmək lazımdır".
“Unikal”ın məlumatına görə, Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov da hadisəylə bağlı fikirlərini bildirib. Onun sözlərinə görə, ölkə başçısının müdaxiləsindən sonra məsələyə daha həssas yanaşılır: “Bildiyiniz kimi, cənab prezident İlham Əliyev hadisəni birbaşa nəzarətə götürüb. Bu isə o deməkdir ki, faciəyə səbəbkar olanların heç biri cəzasız qalmayacaq. Əlbəttə, adını çəkdiyiniz şirkətin rəhbəri keyfiyyətsiz məhsul istehsalına görə cavabdehdir. Ancaq binalara bu cür üzlüklərin vurulmasını sifariş verənlər də ondan az günahkar deyillər. Onlar ilk növbədə istifadə olunan materialın nə qədər keyfiyyətli, yanğına davamlı olub-olmadığını əvvəlcədən yoxlamağa borclu idilər. Əgər bunu etməyiblərsə, yaxud bilərəkdən həmin materialın istehsalçısı ilə işbirliyinə gediblərsə, mütləq məsuliyyət daşımalıdırlar. Bunu ilk növbədə hüquq-mühafizə orqanları araşdırmalıdır. Məncə, dünənki faciəyə səbəb ola biləcək bütün ehtimal olunan və olunmayan versiyalar ciddi saf-çürük edilməlidir. Bəli, Avropa Oyunları ilə bağlı Qərbdəki bəzi qüvvələr Azərbaycan hakimiyyətinə təzyiqlərə cəhd göstərir. Bu hadisəyə gəldikdə, binanın fasadının yenilənməsi üçün istifadə olunan materialın keyfiyyətsiz, həm də tez alışan olduğu artıq sübut olunub. Yəni indi ciddi tədbirlər görülməsə, hər zaman belə hadisələrin baş verəcəyi istisna olunmur”.
Görünən odur ki, bu hadisə ilə bağlı məsələ burada yekunlaşmayacaq. Yəni, proses davam edəcək, cavabdeh şəxslər məsuliyyətə cəlb olunacaq.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İmişli və Cəlilabad rayonlarında yerləşən torpaq sahələri üçün hərrac keçiriləcək
Bu gün, 03:04
“Dövlət bunu boş yerə etmir…” - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 02:59
Niyə axı bizdə BƏLƏDİYYƏ SİSTEMİ uğur qazanmır? - ARAŞDIRMA
Bu gün, 01:42
Müəllimlərin maaşı vergidən azad ediləcək? - AÇIQLAMA
Bu gün, 01:27
Avropada müharibə kabusu: Azərbaycan hansı təhlükə ilə üz-üzə qalıb? - İNCƏLƏMƏ
Bu gün, 01:22
7 ildir dələduz işçilərə görə sığorta ödənişi edilmir - İLGİNC FAKT
Bu gün, 00:47
Ermənistan “müharibə qovşağı”na çevrilir... - "Qərb regionda savaş lazımdır"
Bu gün, 00:37
"Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 00:33
"Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver"
Bu gün, 00:27
Uşaqlar pul yığıb, sinfi qızdırır... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 00:24
Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir – Ermənistan rəsmisi açıqladı
Bu gün, 00:19
Verdiyevin həbsi: Necə davranmaq lazımdır? - AKTUAL
Bu gün, 00:17
Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Dünən, 20:39
Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Dünən, 20:36
Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Dünən, 19:00
MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Dünən, 18:58
Elcan Rəsulov yıxılıb başından zədə aldı
Dünən, 18:21
Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Dünən, 18:17
Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Dünən, 18:15
"Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Dünən, 18:13
1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Dünən, 18:11
Siyavuş Novruzov HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Dünən, 18:09
Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Dünən, 18:08
Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Dünən, 18:05
Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Dünən, 17:59
Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Dünən, 17:50
Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Dünən, 17:46
8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Dünən, 17:42
ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Dünən, 17:40
“Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Dünən, 17:36
70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Dünən, 17:32
Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Dünən, 17:29
Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Dünən, 17:28
“1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Dünən, 17:25
Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Dünən, 16:22
51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Dünən, 16:20
"Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Dünən, 16:19
NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Dünən, 16:15
Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Dünən, 16:12
NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Dünən, 16:10
Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Dünən, 16:07
Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Dünən, 16:05
Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Dünən, 16:03
Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Dünən, 16:02
Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Dünən, 16:00
“Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Dünən, 15:57
Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Dünən, 15:54
Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Dünən, 15:15
Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Dünən, 15:13
İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Dünən, 15:09
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru