Azərbaycana qarşı çevrilən "alman maşını" kimi təkərləri altında qoyacaq... - Berlin-Bakı toqquşması...
Tarix: 19-06-2015, 14:56 | Çap et
Azərbaycana qarşı Qərbdə aparılan kampaniyada alman siyasətçiləri və rəsmiləri, KİV-ləri həmişə xüsusi fəallıq ediblər. Avropa Şurasının xüsusi məruzəçisi olduğu vaxtlarda alman deputat Kristofer Ştrasserin başçılığı ilə Azərbaycana qarşı hansı kampaniyanın aparıldığını Bakıda yaxşı xatırlayırlar.
Və təsadüfi deyil ki, Bakı Avropa Oyunları ərəfəsində beynəlxalq mediada və dairələrdə Azərbaycana qarşı genişlənən əks-təbliğat kampaniyasında almanlar yenə də fəallıq edir.
Jurnalist Eynulla Fətullayevin haqqin.az saytında dərc edilmiş bugünkü geniş məqaləsində Almaniyanın Azərbaycana qarşı bu siyasətinin kökləri araşdırılıb, prezident İlham Əliyevlə kansler Angela Merkel arasında bu ilin fevralında əldə edilmiş anlaşmadan və frau Merkelin həmin anlaşmanı xaincəsinə necə pozaraq ilk fürsətdə Azərbaycana arxadan zərbə endirməsindən bəhs edilib.
E.Fətullayev yazır ki, Almaniyanın Azərbaycana qarşı bu siyasətinin köklərini əslində Vaşinqtonda axtarmaq lazımdır. Üçüncü reyxin süqutundan sonra onun ərazisinin bir hissəsində qurulan Almaniya Federativ Respublikası həmişə ABŞ-ın Avropadakı forpostu, kəşfiyyat yuvası hesab edilib. Birləşmiş Almaniya üçün də bu vəziyyət xarakterikdir.
Nüfuzlu alman hüquq müdafiəçisi və vəkil Eberhard Şults-Stiftunqdan sitat gətirən müəllif yazıb ki, Almaniyanın bütün siyasi sistemi Amerika agentləri ilə ağzına qədər doludur. Hüquq müdafiəçisi bu mövzuda araşdırma aparıb və belə qənaətə gəlib ki, Berlin indiki Almaniya dövlətinin mövcudluğunu saxlamaq üçün Vaşinqtona ağır öhdəliklərlə bağlıdır.
Uzun müddət Bakıya qarşı hücumlardan sonra nəhayət, bu ilin yanvarında Almaniya Azərbaycan hakimiyyətinə barışıq əlini uzatdı. Kansler Merkelin şəxsi təşəbbüsü və dəvəti əsasına prezident İlham Əliyev Berlinə işgüzar səfər etdi. Və İlham Əliyev onun hakimiyyətinə qarşı uzun müddətdir yol verilmiş ədalətsizliklərə, hücumlara, qərəzli tənqidlərə, ümumiyyətlə, Berlin tərəfindən təşkil olunmuş gözdənsalma kampaniyasına baxmayaraq bu barışıq əlini sıxdı.
Həmin görüşdə Azərbaycanın Avropanın energi təhlükəsizliyinin təmin olunmasında kritik rolu vurğulandı.
Prezident Əliyev Berlindən qayıdan kimi Bakıda Cənub Qaz Dəhlizində iştirak edən ölkələrin məşvərət toplantısını keçirərək Azərbaycan qazının Avropaya nəqli, qitənin enerji təhlükəsizliyinin təmin olunması baxımından qətiyyətini, siyasi iradəsini bir daha ortaya qoydu.
Məlumatlı mənbələr deyirlər ki, kansler Merkel Əliyevlə görüşdə ondan Almaniyanın Adenauer Fondunun filialının Azərbycanda qeydiyyata alınması məsələsini müsbət həll etməyi xahiş edib. Azərbaycan prezidenti Berlində vəd edib ki, bu məsələ müsbət həll olunacaq.
Gözləmək olardı ki, nəhayət, Almaniya Avropa İttifaqının kritik tərəfdaşı kimi Azərbaycanla münasibətlərini normal məcraya qaytaracaq, gözdənsalma kampaniyası yenidən başlamayacaq.
Lakin Bakı Avropa Oyunlarına az qalmış Merkelin dəftərxanasından alman KİV-lərinə yeni direktiv göndərildi: Bakıya qarşı hücumlara yenidən başlamaq.
Müəllif ehtimal edir ki, bu direktivin arxasında Amerikanın dayandığını təxmin etmək çətin deyil. Alman KİV-lərinin və siyasətçilərinin yeni hücumu isə Azərbaycan hakimiyyəti üçün tamamilə gözlənilməz olub.
Merkelin dəftərxanası “Eurovision” yarışması ərəfəsində olduğu kimi hərəkət etmişdi. Və bununla da Merkel Bakı ilə bütün körpüləri yandırmış oldu. Axı münasibətləri normallaşdırmaq barədə əldə edilən razılaşmadan sonra arxadan vurulan bu zərbəni kim bağışlayar?
Üstəlik Merkel nümayişkaranə şəkildə bildirdi ki, oyunların açılışı üçün Bakıya getməyəcək. Çünki ölkədə siyasi məhbuslar var.
Belə vəziyyətdə Bakı necə hərəkət etməli idi? Merkelin xahişini müsbət həll edəcəkdi?
Və budur, Merkelin partiyasına bağlı olan Adenauer Fondunun qeydiyyatı məsələsi həll olunub, ancaq böyük minus işarəsi ilə. Bu günlərdə Ədliyyə Nazirliyi fondun Bakıda qeydiyyatından imtina edib.
Görünür, Amerikanın direktivlərini qeyd-şərtsiz yerinə yetirən Merkelin günahı üzündən. Üstəlik Almaniya-Azərbaycan əməkdaşlığının gələcəyi də sual altına düşüb...
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• İmişli və Cəlilabad rayonlarında yerləşən torpaq sahələri üçün hərrac keçiriləcək
Bu gün, 03:04 |
|
|
|
• “Dövlət bunu boş yerə etmir…” - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 02:59 |
|
|
|
• Niyə axı bizdə BƏLƏDİYYƏ SİSTEMİ uğur qazanmır? - ARAŞDIRMA
Bu gün, 01:42 |
|
|
|
• Müəllimlərin maaşı vergidən azad ediləcək? - AÇIQLAMA
Bu gün, 01:27 |
|
|
|
• Avropada müharibə kabusu: Azərbaycan hansı təhlükə ilə üz-üzə qalıb? - İNCƏLƏMƏ
Bu gün, 01:22 |
|
|
|
• 7 ildir dələduz işçilərə görə sığorta ödənişi edilmir - İLGİNC FAKT
Bu gün, 00:47 |
|
|
|
• Ermənistan “müharibə qovşağı”na çevrilir... - "Qərb regionda savaş lazımdır"
Bu gün, 00:37 |
|
|
|
• "Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 00:33 |
|
|
|
• "Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver"
Bu gün, 00:27 |
|
|
|
• Uşaqlar pul yığıb, sinfi qızdırır... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 00:24 |
|
|
|
• Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir – Ermənistan rəsmisi açıqladı
Bu gün, 00:19 |
|
|
|
• Verdiyevin həbsi: Necə davranmaq lazımdır? - AKTUAL
Bu gün, 00:17 |
|
|
|
• Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Dünən, 20:39 |
|
|
|
• Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Dünən, 20:36 |
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Dünən, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Dünən, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Dünən, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Dünən, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Dünən, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Dünən, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Dünən, 18:11 |
|
|
|
• Siyavuş Novruzov HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Dünən, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Dünən, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Dünən, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Dünən, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Dünən, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Dünən, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Dünən, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Dünən, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Dünən, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Dünən, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Dünən, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Dünən, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Dünən, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Dünən, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Dünən, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Dünən, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Dünən, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Dünən, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Dünən, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Dünən, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Dünən, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Dünən, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Dünən, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Dünən, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Dünən, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Dünən, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Dünən, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Dünən, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Dünən, 15:09 |
|
|
|
|