Sahibkarların daha bir qənimi: Baba Rzayev... - NARAZILIQ VAR...
Tarix: 5-05-2016, 11:58 | Çap et
«Bakıelektrikşəbəkə» ləğv edilərək əvəzində «Azərişıq» Açıq Səhmdar Cəmiyyəti (ASC) yaradılanda və «Azərenerji» ASC-nin əksər səlahiyyəti yeni yaradılan quruma veriləndə insanların çoxu sevindi. Ona görə sevindilər ki, vətəndaşların yetərli hissəsi, o cümlədən sahibkarlar bu dəyişikliklərin sayəsində işıqlı günə çıxacaqlarını gözləyirdilər. Amma yeni yaradılmış «Azərişıq» ASC-nin sədri Baba Rzayev cənabları insanların ondan gözləntilərini doğrultmadı. Səbəb var ki, belə deyirik Baba müəllim. Fikirləşməyin ki, sizinlə hansısa ədavətimiz, qərəzimiz var. Sadəcə olaraq, rəhbəri olduğunuz ASC-nin yerli şöbələrinin rəhbər şəxsləri sahibkarlara qənim kəsilməklə sizin haqqınızda mənfi fikir yaradırlar. Gundelik-baku.com-a daxil olan məlumatlara görə, bu gün Bakı şəhəri ərazisində yerləşən 20-yə yaxın ticarət obyektinə elektrik enerjisinin verilişi dayandırılıb. Narazı sahibkarların bildirdiyinə görə, «Azərişıq» ASC-nin səlahiyyətli şəxsləri borcları olmadıqları halda onların obyektinə elektrik enerjisinin verilməsini dayandırıblar: «Hamı bilir ki, bu gün cənab prezidentimiz İlham Əliyev ölkədə sahibkarlığın inkişaf etməsi məqsədilə çox təqdirəlayiq işlər həyata keçirir. Dövlətin, ölkə rəhbərliyinin sahibkarlara göstərdiyi xüsusi diqqət və qayğı danılmazdır. Təəssüflər olsun ki, Baba Rzayev kimi məmurlar və onların tabeliyində işləyən şəxslər sahibkarları incitmək yolunu seçiblər. ASC-nin işçiləri gəlib hər obyektdən 26-27 min manat tələb edirlər. Obyektlərimizin texniki şərti var, bütün sənədlər qaydasındadır. Başa düşə bilmirik ki, bizdən nə istəyirlər? Bizim Baba Rzayevə aylıq tas verməyə pulumuz yoxdur. Obyektlərimizin bir saat işıqsız qalması bizə ziyansız ötüşmür. Axı nəyə görə belə edirlər? Niyə bizi dövlətdən incik salmağa çalışırlar. Baba Rzayev və işçiləri bilsinlər ki, biz ona bir qəpik də olsa artıq pul verən deyilik. İşlətdiyimiz işığın borcunu verə bilərik vəssalam. Gecə-gündüz əziyyət çəkib, işləyib pul qazanırıq. Baba müəllim isə rahat kabinetində, yumşaq kreslosunda oturub bizdən ayda 26-27 min manat istəyir. Hardan tapaq bu qədər pulu?». Zülmətə qərq olunan sahibkarlar «Azərişıq» ASC-nin sədrinin özbaşına əməllərindən prezidentə şikayət ediblər: «Cənab prezident, bəzi məmurlar sizin apardığınız uğurlu siyasətə uyğun iş görmür. Siz sahibkarlara qayğı ilə yanaşdığınız halda Baba Rzayev iş adamlarının obyektlərinin işığını kəsir. Sizdən xahiş edirik ki, ASC sədrinin qeyri-qanuni əməllərinin qarşısını alasınız, bizi düşdüyümüz bu çətin vəziyyətdən xilas edəsiniz». Bu arada, «Azərişıq» ASC-nin yetkili şəxslərinin Cəlilabad rayonunda da özbaşınalıq törətməsi barədə məlumat almışıq. Rayon sakinlərinin bildirdiyinə görə, Cəlilabad Paylayıcı Elektrik Şəbəkəsinin rəisi Aydın Məmmədovun göstərişi əsasında rayondakı məscidlərə verilən elektrik enerjisi kəsilib. Səbəb kimi Aydın Məmmədovun sübh azanını eşitmək istəməməsi göstərilir. Deyilənə görə, şəbəkə rəisi səhərlər azan səsini eşitdiyindən narahat olur və bu səbəbdən məscidlərin işığının kəsilməsi barədə göstəriş verib. Qeyd edək ki, Aydın Məmmədov «Azərişıq» ASC-nin sədr müavini Vüqar Əhmədovun adamı kimi tanınır. Mövzunu davam etdirəcəyik. Qarşı tərəfləri də dinləyə bilərik.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Müəllimlərin maaşı vergidən azad ediləcək? - AÇIQLAMA
Bu gün, 01:27 |
|
|
|
• Avropada müharibə kabusu: Azərbaycan hansı təhlükə ilə üz-üzə qalıb? - İNCƏLƏMƏ
Bu gün, 01:22 |
|
|
|
• 7 ildir dələduz işçilərə görə sığorta ödənişi edilmir - İLGİNC FAKT
Bu gün, 00:47 |
|
|
|
• Ermənistan “müharibə qovşağı”na çevrilir... - "Qərb regionda savaş lazımdır"
Bu gün, 00:37 |
|
|
|
• "Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 00:33 |
|
|
|
• "Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver"
Bu gün, 00:27 |
|
|
|
• Uşaqlar pul yığıb, sinfi qızdırır... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 00:24 |
|
|
|
• Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir – Ermənistan rəsmisi açıqladı
Bu gün, 00:19 |
|
|
|
• Verdiyevin həbsi: Necə davranmaq lazımdır? - AKTUAL
Bu gün, 00:17 |
|
|
|
• Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Dünən, 20:39 |
|
|
|
• Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Dünən, 20:36 |
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Dünən, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Dünən, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Dünən, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Dünən, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Dünən, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Dünən, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Dünən, 18:11 |
|
|
|
• Siyavuş Novruzov HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Dünən, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Dünən, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Dünən, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Dünən, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Dünən, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Dünən, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Dünən, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Dünən, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Dünən, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Dünən, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Dünən, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Dünən, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Dünən, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Dünən, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Dünən, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Dünən, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Dünən, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Dünən, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Dünən, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Dünən, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Dünən, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Dünən, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Dünən, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Dünən, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Dünən, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Dünən, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Dünən, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Dünən, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Dünən, 15:09 |
|
|
|
• Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Dünən, 15:02 |
|
|
|
• Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Dünən, 14:59 |
|
|
|
• Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Dünən, 14:57 |
|
|
|
|