Müəllimlərin maaşı vergidən azad ediləcək? .....                     Avropada müharibə kabusu: Azərbaycan hansı təhlükə ilə üz-üzə qalıb? .....                     7 ildir dələduz işçilərə görə sığorta ödənişi edilmir .....                     Ermənistan “müharibə qovşağı”na çevrilir... .....                     "Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." .....                     "Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver" .....                     Uşaqlar pul yığıb, sinfi qızdırır... .....                     Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir .....                     Verdiyevin həbsi: Necə davranmaq lazımdır? .....                     Dünyanın ən yaxşı universitetləri .....                     Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? .....                     Polşanın təklifi yaxşı nəticələr vəd etmir .....                     MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... .....                     Elcan Rəsulov yıxılıb başından zədə aldı .....                     Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? .....                     Orxan Xəyyama KÖMƏK İSTƏDİ: .....                     "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" .....                     1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi .....                     Siyavuş Novruzobv HAQLIDIR, AMMA... .....                     Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər .....                     Kremldən postsovet ölkələrinə .....                     Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK .....                     Paşinyan “qızıl qayıdış”a başladı .....                     Elşad Xose şəxsi həyatı haqda: .....                     8 milyon manatlıq “Araznet Technologies” şirkəti .....                     ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib .....                     “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir .....                     70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? .....                     Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək .....                     Bir neçə ay əvvəl tutulan narkobaron .....                     “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” .....                     Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? .....                     51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib .....                     "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan" .....                     NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır .....                     Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu .....                     NATO-ya üzv olmaq istəmirik... AMMA... .....                     Trampın qərarı Azərbaycana necə təsir edəcək? .....                     Vətən müharibəsindən sonra Bakıda təkrarlandı .....                     Bakı və İrəvan arasında sülh sazişi... .....                 

Səlim Müslümovun işçisi şəhid ailəsinin haqqına girib... - Prezidentə şikayət olundu
Tarix: 14-05-2016, 11:27 | Çap et
Səlim Müslümovun işçisi şəhid ailəsinin haqqına girib...
Bərdə rayonu, Mustafaağalı kəndində yaşayan şəhid anası Muradova Əsli Həmid qızı üzləşdiyi problemlə bağlı Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə müraciət ünvanlayıb.

Şəhid anası qeyd edir ki, onu bu məktubu yazmağa vadar edən səbəb bir sıra məmurların ona və şəhid oğluna qarşı göstərdikləri hörmətsizlik, ədalətsiz və qanunsuz münasibətdir.

Ə.Muradova yazır: "Mən həyat yoldaşımı erkən itirmişəm və öz halal zəhmətimlə 9 uşaq böyütmüşəm. Lakin həyatda heç nə məni övladımı itirməyim və uğrunda şəhid olduğu vətənində məmurların ona qarşı heç bir qanuna, etikaya sığmayan hərəkətləri qədər yaralamayıb. Bu münasibət məni həyatımdan belə küsdürüb. Amma qərara gəlmişəm ki, son nəfəsimə qədər şəhid balamın haqqını yeyənlərə qarşı mübarizə aparım".

Şəhid anası başına gələn faciəni yazır: "1995-ci ilin 27 dekabrında oğlum Mübariz Muradovun əsgərlikdən cənazəsini üstümə gətirdilər. Hərbi hissənin zabit heyəti, rayon icra hakimiyyətinin səlahiyyətli nümayəndələri, “oğlunuz şəhiddir”, deyə mənə təskinlik verdilər. O, günlərdə tək təsəllim oğlumun məhz şəhidlik zirvəsinə yüksəlməsi idi. Hərbi hissənin verdiyi arayışda da oğlumun Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olduğu göstərilmişdi.
Bərdə Rayon İcra Hakimiyyətindən mənə oğlumun şəhid statusunu təsdiq edən şəhid ailəsinin vəsiqəsi verilmişdir. “Təkcə mənim övladım şəhid olmayıb ki, elnən gələn qara gün toy-bayramdır” - deyə özümə təsəlli verirdim. Amma Bərdə rayon ƏSMM mənim yaramın üstünə duz tökdü, balamın şəhid adını şübhə altına aldı. Əlbəttə nə şəhid adı, nə hansısa fəxri ad, nə milli qəhrəman statusu, nə də hər hansı imtiyaz, vəsait mənim balamı geri gətirmək qüdrətində deyil. Əgər verə bilirlərsə, balamı geri versinlər. Çünki məndən ötrü dünyada balamdan qiymətli heç nə yoxdur. Əgər balamı geri verə bilmirlərsə, heç olmasa onun ruhunu incitməsinlər, onun anasının, doğmalarının heysiyyatı ilə oynamasınlar".

Ə.Muradova yazır ki, oğlu 1995-ci ilin iyulunda hərbi xidmətə çağrılıb, həkim komissiyasından keçirilib, xidmətə yararlı sayılıb. Hərbi xidmət müddətində bir gün olsun belə hospitalda olmayıb: "Oğlum Murovdağda ön mövqedə xidmətə cəlb olunub. Ölümündən sonra da hərbi hissənin komandiri şəraiti, vəziyyəti əks etdirən arayış verib. Ölümün səbəbi barədə çox aydın şəkildə yazılıbki, Azərbaycanın ərazi bütövlüyü uğrunda Murovdağ bölgəsində xidməti borcunu yerinə yetirərkən həlak olub. Bu o vaxt idi ki, o, zaman nə AXC-Musavat hakimiyyətdəydi, nə də könüllü batalyonların dövranıydı.
Cənab Prezident! 2006-cı ilin dekabrında “Şəhid Ailələrinin Sosial müdafiəsini gücləndirmək” məqsədilə verdiyinız fərmana uyğun olaraq, 2007-ci ilin yanvarından dekabrına qədər hər ay 100 manat olmaqla prezident təqaüdü almışam. 2008–ci ildən isə Dövlət Sosial Təminat Xidmətinin Bərdə rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzindən mənə bu vəsaitin dayandırıldığı bildirilib. Prezident təqaüdünün verilməsi üçün Hərbi Komissarlıqdan şəhid statusu barədə arayış tələb ediblər.Hərbi Komissarlığa müraciət etsəmdə, Komissarlıq Hərbi hissənin arayışında “ölümün səbəbi barədə aydın yazılmadığını”bəhanə gətirərəkoğlumun şəhid olmasını təsdiq edən arayışı verməkdən imtina edib. Hərbi Komissarlıqoğluma şəhid statusunun verilməsi üçün bizəməhkəməyə müraciət etməyi məsləhət görüb.

Həmin vaxt, yəni 2008-ci ilin fevralında Sizin adınıza məktub yazıb kömək istədim. Bir surəti Bərdə Hərbi komissarlığına, digəri mənə aid olmaqla məktub göndərildi. Həmin məktubda da mənim statusla bağlı Hərbi komissarlıqdan arayış ala bilmədiyim, mənə verilən prezident təqaüdünün dayandırıldığı göstərilmişdi.

Bu münasibətdən incidiyim üçün bir daha nə Hərbi komissarlığa, nə də Dövlət Sosial Təminat Xidmətinin Bərdə rayon ƏSMM-ə müraciət etmədim.Buna heç səhhətimdə yaranan problemlər də imkan vermədi. Hazırda hepatit virusunun daşıyıcısı kimi müalicə alır, baş ağrılarından əziyyət çəkirəm. Üstəlik gözlərimdə də ciddi problemlər var.
2014-cü ilin noyabrında isə Bərdə rayon ƏSMM-dən mənə şəhid statusunu təqdim etmək üçünməktub göndərildi. Burada qeyd olunmuşdu ki, oğlumun şəhid olması barədə Hərbi komissarlıqdan arayış təqdim edim. Yenədə Hərbi komissarlıqdan arayış ala bilmədim.
2015-ci ilin iyun ayında bildim ki, Bərdə rayon ƏSMM-də mənim adımdan 2008-ci ildən üzü bəri bütün təqaüdlər alınıb. Şəhid anasına dayandırılan vəsaitin kim tərəfindən alındığını aydınlaşdırmaq məqsədilə Bərdə rayon ƏSMM-in direktoru Raquf Məmtiyevə ərizə ilə müraciət olunub.Bu əsasla Bərdə RPŞ-nın müstəntiqi A.Mehdiyevin apardığı təhqiqat işi, cinayət əməli kimi qiymətləndirməyərək rədd edilib. Hansı ki, şəhid anasına çatmalı olan ümumilikdə 11350 manat pulun kim tərəfindən mənimsənildiyini aşkar etmək lazım idi. Bu vəsaiti faktiki olaraq mən almamışam. Çünki əlimdə fakt olaraq, bu vəsaitin dayandırılması barədə Prezidentə ünvanladığım məktub var. Məntiqlə,o pulu ala bilmək üçün Hərbi Komissarlıq mənə oğlumun şəhid olması barədə arayışı verməli idi. Axı Hərbi Komissarlıq onu verməkdən imtina edib. Bəs necə olub ki, ƏSMM tələb olunan arayış ona təqdim edilməmiş mənə vəsait ayırıb?

2015-ci ilin 2 noyabrında Bərdə rayon Prokurorluğuna edilən müraciət əsasında RPŞ-nın qərardadı ləğv edilərək yenidən polis təhqiqatına göndərilib.O vaxtdan bəri xeyli müddət keçsə də, hələdə təhqiqatdan bir xəbər yoxdur.

Mən neçə aydı xəstə canımla yollarda, məmurların qapılarında qalmışam. Mən nəinki övladımın şəhidlik statusunu məmurlara qəbul etdirə bilirəm, üstəlik mənə çatacaq vəsaiti mənimsəmiş o məmurların şərinə, böhtanına məruz qalıram. Hələdə DSTX-nin Bərdə rayon ƏSMM və Azərbaycan Respublikasının Hərbi Səfərbərlik, Xidmətə Çağırış Xidməti mənim şəhid ailəsi statusumu təmin etmir. Onlar qanunsuz yollarla mənimsədikləri pullarıda utanmadan mənim üzərimə atırlar".

Şəhid anası yazır: "Cənab Prezident, bir şəhid anasının məmurlar tərəfindən incidilməsinin, alçaldılmasının, təhqirə, şərə, böhtana məruz qalmasının, hüquqlarının tapdanmasının qarşını almaq Sizə düşər! Şəhid anasının adından sui-istifadə edərək ona dövlət tərəfindən ödəniləcək vəsaitlərin mənimsənilməsi cinayət əməlidir. Hüquq-mühafizə orqanlarının araşdırmaqdan, günahkarları taparaq cəzalandırmaqdan imtina etməsinin qarşısını da yalnız Siz ala bilərsiz. Çünki bunun üçün sizin əlinizdə geniş səlahiyyətlər və nüfuzunuz var.
Bir şəhid anası olaraq, Sizdən, dövlətimizin başçısından mənim məmurlar tərəfindən tapdanmış hüquqlarımın bərpasına yardım etmənizi xahiş edirəm! Ümid edirəm ki, Siz bir şəhid əsgər anasına bunları rəva görməzsiz və bu əməllərin torpaqları işğal altında olan, müharibə vəziyyətində yaşayan Azərbaycan dövlətinə baş ucalığı gətirmədiyini də məndən daha yaxşı bilirsiz.

Sizdən, vətəndaşınıza, rəhmətlik atanız, ümummilli lider Heydər Əliyevin əsgəri Mübariz Muradova və onun anasına sahib çıxmanızı istəyirəm. Onların haqlarının bərpasına, günahkarların isə cəzalandırılmasına yardım etməyinizi xahiş edirəm!"

Səlim Müslümovun işçisi şəhid ailəsinin haqqına girib...
Səlim Müslümovun işçisi şəhid ailəsinin haqqına girib...
Səlim Müslümovun işçisi şəhid ailəsinin haqqına girib...









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Müəllimlərin maaşı vergidən azad ediləcək? - AÇIQLAMA
Bu gün, 01:27
Avropada müharibə kabusu: Azərbaycan hansı təhlükə ilə üz-üzə qalıb? - İNCƏLƏMƏ
Bu gün, 01:22
7 ildir dələduz işçilərə görə sığorta ödənişi edilmir - İLGİNC FAKT
Bu gün, 00:47
Ermənistan “müharibə qovşağı”na çevrilir... - "Qərb regionda savaş lazımdır"
Bu gün, 00:37
"Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 00:33
"Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver"
Bu gün, 00:27
Uşaqlar pul yığıb, sinfi qızdırır... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 00:24
Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir – Ermənistan rəsmisi açıqladı
Bu gün, 00:19
Verdiyevin həbsi: Necə davranmaq lazımdır? - AKTUAL
Bu gün, 00:17
Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Dünən, 20:39
Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Dünən, 20:36
Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Dünən, 19:00
MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Dünən, 18:58
Elcan Rəsulov yıxılıb başından zədə aldı
Dünən, 18:21
Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Dünən, 18:17
Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Dünən, 18:15
"Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Dünən, 18:13
1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Dünən, 18:11
Siyavuş Novruzobv HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Dünən, 18:09
Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Dünən, 18:08
Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Dünən, 18:05
Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Dünən, 17:59
Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Dünən, 17:50
Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Dünən, 17:46
8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Dünən, 17:42
ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Dünən, 17:40
“Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Dünən, 17:36
70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Dünən, 17:32
Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Dünən, 17:29
Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Dünən, 17:28
“1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Dünən, 17:25
Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Dünən, 16:22
51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Dünən, 16:20
"Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Dünən, 16:19
NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Dünən, 16:15
Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Dünən, 16:12
NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Dünən, 16:10
Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Dünən, 16:07
Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Dünən, 16:05
Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Dünən, 16:03
Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Dünən, 16:02
Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Dünən, 16:00
“Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Dünən, 15:57
Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Dünən, 15:54
Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Dünən, 15:15
Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Dünən, 15:13
İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Dünən, 15:09
Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Dünən, 15:02
Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Dünən, 14:59
Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Dünən, 14:57
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru