Azərbaycanın qarşısında HİNDİSTAN MANEƏSİ .....                     Paşinyan hakimiyyəti üçün ciddi risk .....                     Avropa Parlamentinin qəbul etdiyi son qətnamə də... .....                     Tanınmış aparıcı ailə həyatı qurdu: .....                     Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarıdır .....                     Gürcüstanda hər iki tərəf öz qələbəsinə əmindir .....                     Əliyevlə görüşdən sonra toplandılar .....                     Xoşqədəmin çağırışı Gürcüstanı qarışdırdı: “Üzr istəsin” .....                     Qonşu qadını döyüb, qızını öldürən şəxsə cəza verildi: .....                     Tərtərdə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində ümumrayon ağacəkmə aksiyası keçirilib .....                     Əminə Yusifqızı haqqına yayılan xəbərləri YALANLADI: .....                     Paşinyandan geri addım: .....                     “İçi çürük adamlar mənəm-mənəm deyir” .....                     “NATO ölkələri BRİCS-in “qapılarını döyür”, amma...” .....                     Əməkdar artist özünə BAHALI MAŞIN aldı .....                     Bakıda genişmiqyaslı iməcilik keçirilib .....                     Təmiz kərə yağı istehsal etsək, 30 manata olacaq .....                     Qiyamətə qədər sürəcək SAVAŞ... .....                     Cəbrayılda yük maşını qaçıran șəxslər saxlanılıblar .....                     Gülənin dəfnindəki sirli adamlar .....                     “Apo hazırda heç bir dəyəri olmayan zavallı bir adamdır” .....                     Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var .....                     Fransa terrorçulara və ekstremistlərə belə "hami"lik edir .....                     Türkiyə Ermənistanla sərhədlərini açmayacaq .....                     “Avropa İttifaqı mini-Çindir” .....                     “İrana hücumda 100-dən çox İsrail təyyarəsi iştirak edib” .....                     Keçirilən aksiyalar paytaxtın ekoloji durumunu daha da yaxşılaşdıracaq .....                     "Real Ermənistan Bakı, artsax və Naxçıvandan başlayır...” .....                     Yeni HƏBS DALĞASI .....                     Seymur Verdizadə baş redaktorluqdan getdi .....                     "Opera ifaçıları bütün günü sənətləriylə, repertuar seçimi, səsləri ilə məşğul olurlar" .....                     İran səhvə yol versə yenidən vuracağıq! .....                     Arağın qiyməti qalxacaq? .....                     Həmkarlar İttifaqları Konfederasiyasının sədrinə müşavir təyin olunub .....                     Vətəndaşın pul kisəsinə hiyləgər zərbə: rəfdə bir, kassada başqa qiymət .....                     Əliyevin uğurlu BRICS diplomatiyası .....                     Türkiyədə azərbaycanlı qadınlar TUTULDU: dəhşətli erotik fantaziyalar... .....                     47 yaşlı elektrik faciəli şəkildə öldü .....                     Naxçıvanda KTN sistemi niyə irəli getmir... .....                     Paşinyan KAZANDA NƏ QAYNATDI? .....                 

Molla rejiminin antiAzərbaycan ruporu yenə də işə düşüb - Harda quyruğunu tapdadıq ki...
Tarix: 11-07-2016, 10:59 | Çap et
Molla rejiminin antiAzərbaycan ruporu yenə də işə düşüb
DİA.AZ: - Ermənistanla davamlı olaraq isti münasibətlərini inkişaf etdirən İran adlanan əraziədki fars-molla rejimi, sən demə, bunun fonunda MÜSƏLMAN ŞİƏ "qardaşı" hesab etdiyi Azərbaycandan alqış gözləyirmiş. Hər halda, rəsmi Tehranın ənənəvi antiAzərbaycan ruöoru hesab olunan Ərdəbilin imam-cüməsi Seyid Həsən Amilinin ölkəmizə qarşı yenidən hücuma keçməsini bir başqa cür yozmaq imkansızdır. Görünür, mollalar ermənilərlə oyunbazlıqlarına göz yumacağımızı zənn edirmişlər.

DİA.AZ olaraq Amilinin son xütbəsini təqdim edirik. Görün ki, bu sapı bizdən olan baltamız hansı istiqamətlərdə hədyanlarını ard-arda düzür: "Həzrət Ayətullah Amili bu həftə Ərdəbildə təşkil olunan cümə namazının xütbələrində Azərbaycan Respublikası Milli Məclisinin üç deputatının İran dövləti və xalqını aşağılaması, hamısından önəmli isə Ali Məqamlı Rəhbərə qarşı hörmətsizlik etməsinə toxunaraq bildirib ki, bu deputatlar özlərinin layiq olduqlarını İran barədə səsləndiriblər. Onların danışıqlarının hamısı söyüş və təhqiredici sözlər idi. Çox təəssüf ki, ölkəmizin rəsmi aparatları tərəfindən bu mövzuya münasib cavab verilmədi. Onlardan soruşmalıyıq ki, İran Azərbaycana hansı xidməti etməyib? Dünyada İran qədər Azərbaycana xidmət edən bir ölkə varmı? Biz sizə hansı xidməti etməliydik ki, onu etməmişik? Biz torpağımızın bir hissəsi sizin ixtiyarınızda qoymuşuq və oradan Naxçıvana gəlib-gedirsiniz. Əgər bu ərazi sizin ixtiyarınızda qoyulmasa, sizin Naxçıvanla əlaqəniz tamamilə kəsilər.
Əyalətin Ali Mədəniyyət Şurasının sədri xütbəsinin davamında deyib: “Biz bilirik ki, onların problemi nədir və nə üçün həmişə İran və Ermənistan arasında olan adi münasibətdən sui-istifadə edir, onu şişirdir və Ermənistanla əlaqəni kəsməyi istəyirlər. Bu iş baş tutmursa deməli, İran Qarabağın işğal olmasına səbəb olub. Gələn həftələrdəki xütbələrimdə Qarabağ müharibəsi və bu müharibədə baş verən xəyanətlər barədə geniş söz açacağam. Həmçinin, Qarabağ müharibəsinin başlanğıcından indiyə qədər İran İslam Respublikasının Azərbaycan Respublikasına köməkləri haqqında izah verəcəyəm ki, qoy hər iki ölkənin xalqı xəyanətkarları tanısın və bilsin ki, onlar Azərbayacan və İran xalqları haqqında hansı xəyanət və cinayətlərə mürtəkib olublar”.
Vəliyyi-Fəqihin Ərdəbil əyaləti üzrə nümayəndəsi daha sonra deyib: Biz bu tirbuna arxasından o azəri deputatlara tövsiyə edirik ki, əgər sizin eviniz şüşədəndirsə, başqasına daş atmayın. Onlar çox yaxşı bilirlər ki, müharibədə erməniləri silahla təmin edən Rusiya idi və indi də odur. Ermənilərin maliyyə dəstəyini də böyük şeytan erməni lobbiləri vasitəsilə təmin edir. Ağ Ev indiyə kimi Ermənistana 2 milyard dollar, qondarma Qarabağ Respublikasına isə 200 milyon dollar həcmində maddi yardım göndərmişdir. Qondarma Qarabağ Respublikasını rəsmi tanıyan ölkə təkcə Amerikadır və onun vətəndaşları üçün viza açır. Amerika bu hərəkəti ilə sizin suverenliyinizi və ərazi bütövlüyünüzü qəbul etmədiyini göstərir. ABŞ-ın xarici işlər naziri Bakıya səfərində sizin ərazi bütövlüyünüz haqqında heç nə danışmadı. Bəs nə üçün bu işin qarşısında sükut etmisiniz və heç nə demirsiniz?
ABŞ-ın Azərbaycandakı səfirindən “nə üçün qondarma Qarabağ Respublikasına yardım edirsiniz?”-deyə, soruşduqda o, cavabında ermənilərə kömək etməyi humanitar və insansevərlik adlandıraraq dedi: “Konqresin qəbul etdiyi qərarlar haqqında izah vermək bizim borcumuz deyil”. Səfirbununla da Azərbaycan xalqının vəhşicəsinə qətliam edilməsi məsələsindən asanlıqla ötüb keçdi.
Azərbaycan xalqı bilməlidir ki, Qarabağ müharibəsi boyunca Türkiyə Erməistanı taxıl və azuqə ilə təmin edirdi. Siz İrəvan bazarına səfər etsəniz, onda görəcəksiniz ki, bazarın mallarının çoxu Türkiyənindir. Türkiyənin səfirindən soruşdular: “Siz Ermənistanla heç bir münasibətinizin olmadığını deyirsiniz. Əgər belədirsə, bəs nə üçün İrəvanın bazarları türk malları ilə doludur?” Səfir bu sualın cavabında dedi: “Siyasət ticarətdən ayrıdır və biz siyasətə görə öz maddi maraqlarımızı təhlükəyə atmırıq. Ona görə də Ermənistanın bu barədə bütün ehtiyaclarını təmin etməyə hazırıq”.
Biz Azərbaycanın bu deputatlarından soruşuruq ki, Qarabağ müharibəsi zamanı və Elçibəyin dövründə Türkiyə Ermənistanı taxılla təmin edəndə siz harada idiniz? Kəlbəcər mühasirəyə düşdükdə Türkiyəyə nə qədər yalvardınız ki, çarəsiz camaatı mühasirədən çıxarmaq üçün sizə helikopter versin.Amma Türkiyə sizə heç bir əhəmiyyət vermədi. İndi Türkiyə və sionist rejimindən muzd alanlar ardıcıl olaraq İran əleyhinə hücuma keçir və hər gün İran İslam Respublikası əleyhinə ittiham yağdırır, əsassız sözlər danışırlar. Pərdə arxasında elə məsələlər vardır ki, ifşa olduqda onların abır və heysiyyətləri tamamilə aradan gedəcək.
Ərdəbilin imam cüməsi çıxışını davam etdirərək deyib: Fransanın prezidenti Sarkozi Azərbaycana səfər etdikdə Heydər Əliyevin qəbrini ziyatət etmədi. Hətta, Qarabağ müharibəsi şəhidlərini və Şəhidlər Xiyabanını da ziyarət etməkdən imtina etdi. Beynəlxalq arenada Sarkozinin bu hərəkəti Azərbaycanın ərazi bütövlüyünü qəbul etməməsi, işğal olunmuş torpaqları Azərbaycan ərazisi hesab etməməsi deməkdir. Amma Ermənistana səfərində erməni soyqırımını rəsmi olaraq tanıdı və bu ölkənin parlamenti soyqırım layihəni qəbul etdi. Hətta bu qanuna əsasən, erməni soyqırımını inkar edən müqəssir bilinəcək və həbslə cəzalandırılacaq.
Ayətullah Amili açıqladı: BMT-nin Baş Məclisində Qarabağ müharibəsi xüsusunda Amerika və Avropa ölkələrinin heç biri sizin xeyrinizə səs vermədi və Qarabağı sizin torpağınız kimi tanımadı. BMT-nin TŞ-sı Ermənistanın işğalçılığı əleyhinə qəbul etdiyi 7 qətnamə nə üçün indiyədək həyata keçirilməyib? Siz nə üçün bunları buraxıb, yalnız İranı məhkum etmək ardıncasınız?
Hal-hazırda dünyada azərbaycanlıların bütün tribunaları bağlanmışdır və yalnız bu tribuna vasitəsilə bu xalqın məzlumluq nidası eşidilir.
Azərbaycan xalqı bilsin ki, bu ölkənin dövlət rəsmilərinin Ermənistanla məxfi əlaqələri vardır. Sizin benzininizi Gürcüstana aparan qatar Gürcüstan yaxınlığında Ermənistana dönür. Əgər Ermənistanın yanacaqdoldurma stansiyalarını müşahidə etsəniz, görərsiniz ki, burada üç növ benzin satılır. Onların ən ucuzu və ən əla növü Azərbaycan Respublikasının benzinidir. Siz nə üçün Ermənistanın ən strateji məhsulunu təmin edirsiniz? Və bu işinizlə Ermənistan hökumətinin davamına kömək edirsiniz? İndi siz necə olur ki, bu qədər məsələyə göz yumaraq, İrana töhmət vurursunuz?
Qarabağ müharibəsində bizim komandirlərimiz Heydər Əliyevin əli ilə şücaət və şöhrət ordeni ilə təltif olunurdu. Bunun sənədləri də mövcuddur və lazım gələrsə, üzə çıxaracağıq. Biz təqribən 70 min azərbaycanlı köçkünü düşərgədə yerləşdirdik və əgər bunu etməsəydik onların hamısı həlak olacaqdı.
Azərbaycan Respublikasının prezidentinin ölkəmizə son səfərində İranhərbçilərinin Heydər Əliyevin qarşısında hərbi paradının sənədlərindən biri ona göstərildi. Bizim generallardan biri ona dedi ki, siz Avropa ölkələrində əyləndikdə biz Qarabağ müharibəsində sizin torpaqlarınızı qoruyurduq.
İndi bizim bu yaxşılığımızın cavabı bizə ünvanladığınız söyüşlərdir? Əgər İran İslam Respublikasının maliyyə, hərbi və mənəvi köməkləri olmasaydı, Ermənistan ordusu Bakıya qədər gəlmişdi və paytaxtı da işğal etmişdi. Ermənistan ordusu yalnız bir şayiə yaymaqla sizin torpaqlarınızın çoxunu işğal etdi. Onlar iki-üç gün şayiə yayaraq erməni əsgərlərinin sizə tərəf gəldiklərini deyirdilər. Siz də öz şəhərlərinizi qoyub qaçırdınız. Amma bizim bəsicilər (könüllü döyüşçülər) sizin torpağınızı qoruyurdu.
Ayətullah Amili əlavə edərək deyib: Azərbaycan Respublikası İrana qarşı üç xəyanət etmişdir. Birincisi ölkəmizin nüvə alimlərinin sionist rejimi muzdurlarının əli ilə terror edilməsidir ki, bu terrorçular Azərbaycanda təlim görmüşdülər.
İkincisi İsfahan ətrafında vurulan sionist rejimin pilotsuz casus təyyarəsidir. Araşdırmalardan sonra aydın oldu ki, bu casustəyyarəsi Lənkəran şəhərindən qalxmışdır. Ölkəmizin müdafiə nazirinin Bakıya məxfi səfərində sionist rejiminə aid vurulmuş pilotsuz təyyarə məsələsi sənədlərlə ilə birlikdə İlham Əliyevə çatdırıldı, lakin İlham Əliyev heç bir qaneedici cavab verə bilmədi və başını aşağı salaraq bildirdi ki, ətrafımdakılar mənə xəyanət ediblər.
Sizə xəyanət edənlərdən biri də sabiq MTN naziri Eldar Mahmudov idi. Biz onun barəsində sizə nə qədər xəbərdarlıq etdik. Nə üçün ev dustaqlığında olan Eldar Mahmudov şübhəli şəkildə öldürüldü? Çünki çoxlu deyilməmiş sözləri var idi. Əgər diri qalsaydı çoxları təhlükəyə düşərdi. Ona görə də onu öldürdülər.
Xütbə çox uzanmasın deyə bu məsələni burada saxlayıram və hər cümə namazı xütbəsində bu məsələyə toxunacağam".









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanın qarşısında HİNDİSTAN MANEƏSİ - AÇIQLAMA
Bu gün, 14:11
Paşinyan hakimiyyəti üçün ciddi risk - İNCƏLƏMƏ
Bu gün, 14:02
Avropa Parlamentinin qəbul etdiyi son qətnamə də... bu məqsədə xidmət edir
Bu gün, 14:00
Tanınmış aparıcı ailə həyatı qurdu: - “Çox xoşbəxtəm, çünki...”
Bu gün, 13:59
Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarıdır - MƏQALƏ
Bu gün, 13:50
Gürcüstanda hər iki tərəf öz qələbəsinə əmindir
Bu gün, 13:43
Əliyevlə görüşdən sonra toplandılar - “Joqovurd”
Bu gün, 13:39
Xoşqədəmin çağırışı Gürcüstanı qarışdırdı: “Üzr istəsin” - DETALLAR
Bu gün, 13:34
Qonşu qadını döyüb, qızını öldürən şəxsə cəza verildi: - "Səhər durdum gördüm ölüb..."
Bu gün, 13:23
Tərtərdə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində ümumrayon ağacəkmə aksiyası keçirilib - FOTO
Bu gün, 13:15
Əminə Yusifqızı haqqına yayılan xəbərləri YALANLADI: - “Ölsəm qəfil öləcəm, xəstə olmayacam”
Bu gün, 13:09
Paşinyandan geri addım: - “Referendum olmayacaq”
Bu gün, 13:00
“İçi çürük adamlar mənəm-mənəm deyir” - Əməkdar artist
Bu gün, 12:53
“NATO ölkələri BRİCS-in “qapılarını döyür”, amma...” - Hərbi analitik
Bu gün, 12:47
Əməkdar artist özünə BAHALI MAŞIN aldı - VİDEO
Bu gün, 12:45
Bakıda genişmiqyaslı iməcilik keçirilib - FOTO
Bu gün, 12:38
Təmiz kərə yağı istehsal etsək, 30 manata olacaq - BÖHRAN VAR...
Bu gün, 12:35
Qiyamətə qədər sürəcək SAVAŞ... - ŞƏRH
Bu gün, 12:25
Cəbrayılda yük maşını qaçıran șəxslər saxlanılıblar
Bu gün, 12:23
Gülənin dəfnindəki sirli adamlar – Onları mərasimə kim göndərib?
Bu gün, 12:20
“Apo hazırda heç bir dəyəri olmayan zavallı bir adamdır” - REAKSİYA
Bu gün, 12:19
Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:16
Fransa terrorçulara və ekstremistlərə belə "hami"lik edir - TƏFƏRRÜAT
Bu gün, 12:15
Türkiyə Ermənistanla sərhədlərini açmayacaq - Sülh sazişi imzalanmasa...
Bu gün, 12:00
“Avropa İttifaqı mini-Çindir” - Tramp
Bu gün, 11:58
“İrana hücumda 100-dən çox İsrail təyyarəsi iştirak edib” – JPost
Bu gün, 11:56
Keçirilən aksiyalar paytaxtın ekoloji durumunu daha da yaxşılaşdıracaq - FOTO
Bu gün, 11:47
"Real Ermənistan Bakı, artsax və Naxçıvandan başlayır...” -Paşinyan getsə, belələri gələcək...
Bu gün, 11:36
Yeni HƏBS DALĞASI - Qanun sərtləşdirilsə də...
Bu gün, 11:32
Seymur Verdizadə baş redaktorluqdan getdi
Bu gün, 11:21
"Opera ifaçıları bütün günü sənətləriylə, repertuar seçimi, səsləri ilə məşğul olurlar"
Bu gün, 11:11
İran səhvə yol versə yenidən vuracağıq! - Haqari
Bu gün, 11:09
Arağın qiyməti qalxacaq? - "Bazarda litri 1 manata olan araqlar var"
Bu gün, 11:05
Həmkarlar İttifaqları Konfederasiyasının sədrinə müşavir təyin olunub - ƏMR
Bu gün, 10:59
Vətəndaşın pul kisəsinə hiyləgər zərbə: rəfdə bir, kassada başqa qiymət - AXI NİYƏ?..
Bu gün, 10:57
Əliyevin uğurlu BRICS diplomatiyası - Kazan səfərinin əsas yekunu
Bu gün, 10:54
Türkiyədə azərbaycanlı qadınlar TUTULDU: dəhşətli erotik fantaziyalar... - FOTO
Bu gün, 10:51
47 yaşlı elektrik faciəli şəkildə öldü
Bu gün, 10:46
Naxçıvanda KTN sistemi niyə irəli getmir... - FAKT BUDUR!
Bu gün, 10:38
Paşinyan KAZANDA NƏ QAYNATDI? - Görünəni odur ki...
Bu gün, 10:24
`Kontakt Home` hər yerdə elə eynidir... - Mingəçevirdə də...
Bu gün, 10:03
İran aviareyslərə qoyulan məhdudiyyəti aradan qaldırdı
Bu gün, 09:56
Azərbaycanın xalq artisti Şahlar Quliyev vəfat edib
Bu gün, 09:54
Maliyyə öhdəliyindən qaçmaq üçün yenə şantaja BAŞLAYIBLAR - Qərbin ənənəvi TAKTİKASI
Bu gün, 09:46
Yarımmilyonluq "Range Rover"i ilə gündəm İcra başçısı qazon və ağaclar alır - 230 min manata
Bu gün, 09:45
Nazir NK-nın qərarlarını SAYA SALMIR... - NARAZILIQ VAR...
Bu gün, 09:38
GDU tələbələri Prezidentə müraciət etdi - Kömək istədilər...
Bu gün, 09:34
Qonşuda seçkidir... BİZƏ DƏ BİR PAY DÜŞƏR... - AKTUAL
Bu gün, 09:27
Bu son olmayacaq... - NƏ BAŞ VERİR?
Bu gün, 09:24
Dəfələrlə izah etməyə çalışsaq da... bir çox işçilər bunu qəbul etmək istəmirlər...
Bu gün, 09:23
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru