İxtiyarların ixtiyarında olan AMEA... - “ölü canlar” və səmərəsiz elmi laboratoriyalar…
Tarix: 19-08-2016, 10:50 | Çap et
«Təzadlar»ın ötən sayında Azərbaycan MEA-nın Aşqarlar Kimyası İnstitutunun bir qrup əməkdaşının redaksiyamıza göndərdikləri şikayət məktubundan bəhs etmişdik… Əslində, şikayətçi alimlər bütövlükdə AMEA-da gəncləşmə siyasətinin aparılmamasından gileylənirdilər. Hətta onların yazdıqlarına görə, hazırda AMEA-nın strukturlarındakı alimlərin və digər personalın 60 faizdən çoxunun yaşı 70-75-i, hətta bir çoxu 80-i keçmişdir. Alimlərin sırasında isə gənclər 15-20 faizdir ki, onların da məşğul olduqları sahələrdə və elmi nailiyyətləri baxımından faydalı iş əmsalı çox aşağıdır. Bəs niyə belədir? Axı Azərbaycanda gənc alimlərə dövlət qayğısı ilə bağlı yetərincə diqqət vardır, qrant layihələr var, Prezident Yanında Elmin İnkişafı Fonduna hər il külli miqdarda vəsait ayrılır və gənclərə meydan verili və s. Amma…
AMEA-nın qocalar siyasətini kim dəstəkləyir?
Yazıya başlamamış bir məsələni diqqətə çatdırmaq istəyirəm. Araşdırmalarım zamanı dünya elminin tarixinə baş vurdum və öyrənmək istədim ki, ən böyük elmi kəşfləri etmiş alimlərimizin həmin kəşfləri edərkən neçə yaşı olub? Hər halda bircə faktı deyim ki, böyük kəşfləri etmiş alimlər bu kəşflərini 70-80 yaşında etməyiblər. Bu kəşflər onların məhz gənc yaşında edilib… *** Beləliklə, Azərbaycan prezidenti İlham Əliyev elm və təhsilə xüsusi diqqət, qayğı ilə yanaşır. Bu məqsədlə təhsilə və elmə hər il dövlət büdcəsindən yetərincə vəsait ayrılır. Dövlət büdcəsindən təkcə 2016-cı il üçün elm, təhsil, səhiyyə, sosial təminat, mədəniyyət, bədən tərbiyyəsi və gənclər siyasəti xərcləri üçün 5 milyard 139 milyon manat vəsait ayrılıb ki, bu da ötən illə müqayisədə 211.0 milyon manat və yaxud 4.3 faiz çoxdur. Bəs bu vəsaitlər Azərbaycan elmini həyatımıza gətirə bilirmi və elmimiz dünya elminə hansı töhfələr verir? Və nəhayət, Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) dövlət siyasətinə uyğun olaraq, gəncləşmə siyasəti niyə gözə dəymir? Gözə dəyən, elmi potensialı və kəşfləri olan gənclərin isə, niyə qabağına kötük dığırlayırlar?
Ali təhsili olmayan alim?
Məsələn, heç bir ali təhsili olmayan, ancaq Fizikadan, Dilçilikdən, Psixologiyadan elmi kəşfləri olan və bu kəşflər AMEA-nın mərhum prezidenti Mahmud Kərimovun sayəsində ingilis dilinə tərcümə edilərək, beynəlxalq aləmə çıxan Cabbar Məmmədova Akademiya bu gün niyə sahib çıxmır? Hələ 2008- ci ildə bir qrup alimin ökənin birinci xanımı, UNESCO və İSESCO-nun xoş məramlı səfiri, millət vəkili Mehriban Əliyevaya yazdıqları xahiş məktubundan sonra Ali Attestasiya Komissiyasının birbaşa Plenumunda məsələyə baxılmış və C.Məmmədov keçmiş SSRİ-də ilk dəfə orta təhsil bazasında elmi işin müdafiəsinə buraxılan yeganə insan olmuşdur. Düzdür, ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev və vitse-prezident, akademik Xoşbəxt Yusifzadə gənc, potensiallı elmi kadr kimi ona sahib çıxıblar, işlə təmin ediblər, amma keçən bu 8 ildə bəzi “alimlər” böyük qüvvə sərf edərək, C.Məmmədovun elmi işinin müdafiə etməsinə əngəl olublar. Artıq Rusiya, Polşa, Almaniya, İsrail, Rumıniya, Macarıstan, Çexiya, Amerika və digər ölkələrdə elmi işləri, kitabları dərc olunur, Fizikada A.Eynşteynin nisbilik nəzəriyyəsini alt-üst edən yeni nəzəriyyəsi Avropa alimlərini heyrətə salır, cümlə üzvlərindən tamamlığın artıq olduğunu elmi cəhətdən sübut etdiyinə görə, orta təhsilli C.Məmmədovu xaricdə müasir Azərbaycan linqivistikasının banisi hesab edirlər. Psixologiyanın işlənməmiş sahəsi olan təlqin nəzəriyyəsini inkişaf etdirən “Diplomatik Psixologiya” kitabı respublikada əl-əl gəzir və hörmətli akademik, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev öz kitabında ondan sitat gətirir, lakin AMEA sanki belə bir gəncin varlığından xəbərsizdir. Sonra da deyirik elmimiz niyə inkifaf etmir? *** O da var ki, AMEA-da çoxsaylı akademiklər, müxbir və həqiqi üzvlər var. Bu akademiklərin, el dilində desək, alimlərin son illər hansı kəşfləri var? Dünyaya hansı yeni elmi nailiyyətləri ilə çıxıblar? Prezident cənab İlham Əliyevin onlara göstərdiyi qayğı və etimadı doğruldublarmı?
Gənc elmi kadrların yolunu kəsən əmək qabiliyyətsiz ahıl alimlər…
Göründüyü kimi, suallar çoxdur, amma cavablar yetərincə deyil. Birmənalı olaraq, demək olmaz ki, Azərbaycan elmi əlini yanına sallayıb oturub. Tək-tük alimlərimiz var ki, dünyada tanınırlar, qəbul edilirlər və onların elmi mülhahizələri ilə razılaşırlar. Amma gəlin etiraf edək ki, elmimiz “qocalıb”. Yəni elmdə gəncləşmə siyasəti düzgün aparılmır. Adlı-sanlı, titullu alimlər, gənc, bacarıqlı, elmi potensialı olan insanları nəinki qabağa çəkirlər, onlara bacarıqlarını göstərmək üçün şərait yaratmırlar, hətta belə gəncləri qəbul etmək istəmirlər. Bu barədə ara-sıra dövrü mətbuatda fikirlər səslənib. Ancaq bu günlərdə redaksiyamıza daxil olan bir şikayət və həmin şikayət əsasında apardığımız araşdırma bu qənaətimizi bir az da möhkəmləndirdi. AMEA-da niyə gəncləşmə siyasəti aparılmır? Aşqarlar Kimyası İstitutunda “ölü canlar” və səmərəsiz elmi laboratoriyalar…
İstəyirəm ötən sayımızda qısa məlumat verilmiş həmin yazı barədə bir az ətraflı məlumat verim. Ötən sayımızdan da məlum olduğu kimi, AMEA-nın Aşqarlar Kimyası İnstitutundan şikayət daxil olmuşdur. Şikayətin məzmunu ondan ibarətdir ki, bu institutda “ölü canlar” var. Yəni, bəzi işçilərin adları var, özləri yoxdur və ya kefləri istəyəndə həftədə bir dəfə işə gəlib-gedirlər. Şikayətdə həmçinin bildirilirdi ki, institutun laboratoriyalarında heç bir elmi təcrübə aparılmır və dövlətin bu institut üçün ayırdığı vəsaitlər göyə sovrulur. Şikayətdə qeyd olunurdu ki, institutun son 20 illik fəailiyyətini araşdırsaq, bircə samballı elmi işin olmadığı aşkara çıxar. Yalnız institutun direktoru akademik Vaqif Fərzəliyevin 2013-cü ildə Avropa Birliyinin hansısa ictimai qurumu tərəfindən Keyfiyyət Diplomu almasını qeyd etmək olar. Bəs bütövlükdə Aşqarlar Kimyası İnstitutunun digər alimləri nə iş görüblər? Bu barədə müəyyən araşdırmalar apardıq. Məlum oldu ki, ştatda institutun 230 işçisi var. Bunlardan 14 nəfər elmlər doktoru, 2 akademik və 46 nəfər kimya üzrə fəlsəfə doktorudur. İnstitutun bər-bəzəkli adı olan 15 laboratoriyası və 5 şöbəsi var. Laboratoriyalar bunlardır: 1. Motor yağlarına çoxfunksiyalı aşqarlar laboratoriyası; 2. Mühərrik yağlarına yuyucu-dispersiyaedici aşqarlar laboratoriyası; 3. Transmissiya və sənaye yağları üçün aşqar və aşqar kompozisiyaları laboratoriyası; 4. Korroziya inihibitorları laboratoriyası; 5. Aşqarların texnologiyası laboratoriyası; 6. Polimer aşqarlar laboratoriyası; 7. Yanacaqlara aşqarlar laboratoriyası; 8. Yağlayıcı- soyuducu mayelərə aşqarlar laboratoriyası; 9. Aşqarların sintez və təsir mexanizminin nəzəri əsasları laboratoriyası; 10. Yeni üzvi birləşmələrin, aşqarların və müxtəlif kompozisiyaların fiziki-kimyəvi tədqiqi laboratoriyası; 11. Motor yağlarına aşqar kompozisiyaları laboratoriyası; 12. Mühafizəedici aşqarlar laboratoriyası; 13. Potent tədqiqatları və aşqarlar kimyası sahəsində elmi işlərin proqnozlaşdırılması laboratoriyası; 14. Aşqarların, sürtkü yağlarının, sürtkülərin və xüsusi mayelərin tətbiqinin elmi əsasları laboratoriyası; 15. Tarixi-kimyəvi tədqiqatlar laboratoriyası. Nəhayət, intitutun 5 şöbələri isə aşağıdakılardır: 1. Ümumi şöbə; 2. Xüsusi şöbə; 3. Standartlaşdırma şöbəsi; 4. Kadrlar şöbəsi; 5. Motor-sınaq stansiyası “Aşqar” Təcrübi İstehsalı ilə Xüsusi Texnoloji Büro. Göründüyü kimi, institutun yaşayıb, fəaliyyət göstərməsi üçün dövlət tərəfindən hər cürə şərait yaradılıb. Nəticə isə, yuxarıda dediyimiz kimi, yoxdur. Tamamilə yoxdur demək də olmaz. Gözdən pərdə asmaq üçün heç bir əhəmiyyəti olmayan, yəni yenidən velosiped kəşf etmək kimi işlər görülür. Məsələn, institutun internet sayında görülən işlər barədə verilən bölümdə bir abzasa diqqət kəsilək: “Bakı baza yağları və institutda sintez edilmiş yeni aşqarlardan və digər müasir aşqarlardan istifadə etməklə respublikada geniş istifadə edilən “B2” və “Q2” qruplara daxil olan bir sıra motor yağları, müxtəlif transmissiya, hidravlika və konservasiya yağları, tormoz mayeləri və həmçinin və bəzi yağlayıcı-soyuducu mayelər yaradılmış və sənayedə tətbiq üçün tövsiyyə edilmişdir”. Maraqlıdır, elmdə tövsiyyə olmur, tətbiq olur. Bəs elə isə, “tövsiyyə edilmişdir” nə deməkdir? Bu, gözdən pərdə asmaq demək deyilsə, bəs nədir? Belə çıxır ki, indiyə qədər bütün sürtkü və motor yağları, tormoz mayeləri yox imiş və Aşqarlar Kimyası İnstitutu bunları yaradaraq, tətbiqini tövsiyyə edib. Mən deyərdim ki, mənasız və heç bir konkret kəşf sayılmayan belə işlərlə baş qatmaq, dövləti aldatmaq deməkdir. İqtisdiyyatımızın indiki çətin durumunda bu səmərəsiz laboratoriyaların saxlanmasına büdcədən “n”qədər vəsait sərf olunur. Elə buna görədir ki, prezident tərəfindən Fizika İnstutundakı laboratoriyalar ləğv edilmişdir. Çünki heç bir elmi fəaliyyəti olmayan və dövlətə xeyir gətirməyən belə laboratoriyaları saxlamağın tamamilə mənası yoxdur. Sual olunur, dövlətin bu qədər vəsait sərf etdiyi institutda niyə dünyaya səs salan bircə elmi nailiyyət yoxdur? Elə redaksiyamıza daxil olan şikayətin əsasında araşdırmamız zamanı bunun da səbəbini aşkar etmişik.
Laboratoriya müdiri Pərvin Məmmədova 78 yaşlı Dilarə Quliyevanın həftədə bir dəfə işə gəlməyini necə ört-basdır edir?
Gözdən-könüldən uzaqda, Böyükşor şossesi, 2062-ci məhəllədə yerləşən institutda, qeyd etdiyimiz kimi, 230 nəfər işçi var. Ancaq bu rəqəm də müəmmalıdır. Çünki institutun saytının bir bölümündə işçilərin sayı 230, digərin də isə 213 nəfər göstərilir. İndi biz bunların hansına inanaq? Şikayət edənlər də elə onu bildirirlər ki, bu 230 işçinin çoxusu yaşlı insanlardır və bu səbəbdən də ayda 3-4 dəfə işə gəlib, gedirlər. Bəlkə elə buna görə institut rəhbərliyi işçilərin sayını dəqiq hesablaya bilmir. İşçilərin çoxsunun yaşlı olmasıdır ki, onların heç bir elmi araşdırma aparmaq gücləri yoxdur. Məsələn, Yağlayıcı- soyuducu mayelərə aşqarlar laboratoriyasınin işçisi, kimya elmləri namizədi Quliyeva Dilarə Məmmədrza qızının 78 yaşı var. Lakin o, həftədə bir dəfə işə gəlir, ya gəlmir. Bəs necə olur ki, o hər gün işdə hesab olunur? Bunu da araşdırıb üzə çıxarmışıq. Deməli, D.Quliyevanın qızı İsmayılova Ruhəngiz Məsim qızı da bu institutun işçisidir. Hər gün anasının kartını özü ilə götürür, qeydiyyatdan keçirir. Beləliklə, məlum olur ki, 78 yaşlı Dilarə Quliyeva guya hər gün işə gəlib-gedir və laboratoriyada elmi təcrübə aparır. Nəticədə Yağlayıcı- soyuducu mayelərə aşqarlar laboratoriyasının müdiri Pərvin Məmmədova ona hər gün iş günü yazır, bu günlər əsasında mühasibatlıq əmək haqqı hesablayır və evdə otura-otura D.Quliyeva dövlətdən hər ay 300 manatdan yuxarı əmək haqqı alır. Görün nə qədər insan institutda qanunsuzluğa yol verir və belə “ölü canlar” institutda bir deyil, beş deyil, laboratoriyaların hamısında var. Hətta bu və ya digər faktları öz gözümüzlə görüb müşahidə aparmaq üçün iki gün ardıcıl olaraq institutun qarşısında dayanıb (səhər saat 09-00-dan 11:00-a kimi, bir də axşamüstü saat 17:00-dan 19:00-a kimi) müşahidə apardıq. Səhər işə gələnlərlə axşamüstü işdən çıxanların sayı üst-üstə düşürdü və say 230 deyil, cəmi 25-30 nəfər idi! *** Yeri gəlmişkən, onu da öyrəndik ki, D.Quliyevanın qızı R.İsmayılovanın II qrup əlildir. Maraqlıdır, çox əsəbi olan belə bir xəstənin hər hansı elmi təcrübə aparmaq imkanı ola bilərmi? Ümumiyyətlə, qanunvericilikdə R.İsmayılovanın elm sahəsində belə bir xəstəliklə işləməsinə icazə verilir, ya yox? Hər halda bu suala AMEA-nın səlahiyyətli qurumları yəqin ki, cavab verəcək. Amma Dilarə Quliyevanın “işlədiyi” laboratoriyanın müdiri, professor Pərvin Məmmədovanın da cavab verməsi yaxşı olardı ki, niyə D.Quliyeva həftədə bir dəfə işə gəlir? Öyrəndik ki, Pərvin xanımın da yaşı artıq 70-ə yaxındır. Deməli, bu yaşlı insanlar bir-birlərini “yaxşı” başa düşürlər ki, bir-birilərini “yaxşı” da yola verə bilirlər. Elə bu fakt göstərir ki, institutda başlı-başını saxlasındır.
İnstitutda neçə işçi var, 230, 213 yoxsa 110?
Biz günümüzün bir neçə saatını həsr edib instituta işə gələnlərin sayını hesablamaq istədik. Bu, heç 30-4-ı ötmədi… Ola bilər elmi ezamiyyətdə, məzuniyyətdə olanlar da var. Buna sözümüz yoxdur. Amma institutun əməkdaşlarının 65-70 faizinin işdə görünməməsi sual doğurur… Və institutun qapı keçidində Dilarə xanımı jurnalist kimi yox, tanış kimi soruşduq. Dedilər ki, o hərdən bir işə gəlir. Digərləri də elə… Axı Aşqarlar Kimyası İnstitutunda da yetərincə perspektevli gənc alimlər var. Hətta onlardan ibarət institutda “Gənc alimlər və mütəxəssislər” Şurası da fəaliyyət göstərir. Şuranın sədri Əfsun Sucayev, katibi Natavan Talışovadır. Üzvləri isə, Aysel Rəhimova, Sevinc Qocayeva, Şəhanə Əzimova, Kənan Yusifzadə və Lalə Mahmudovadır. İndiki zamanda bu gənc elmi kadrları hec kəs tanımır. Ancaq bu yaşı 70-80-i keçmiş alimlər onların yollarını kəsməsə, dinəndə “hələ siz uşaqsınız, biz elmdə saç ağartmışıq” deməklə, ağızlarından vurmasalar, həmin gənclər bəlkə də dünyaya səs salan kəşflərə imza atarlar.
Akademik V.Fərzəliyev suallardan niyə qorxur?
Bildiyimiz kimi, prezident cənab İlham Əliyev dövlət qulluğunda işə qəbul zamanı gənclərə böyük üstünlük verir və yuxarıda da qeyd etdik ki, gənclər siyasətini inkişaf etdirmək üçün büdcədən yetərincə pul da ayırır. Belə çıxır ki, hörmətli prezidentin bu siyasəti Aşqarlar Kimyası İnstitutunun direktoru, akademik Vaqif Fərzəliyev üçün keçərli deyil. Elə bütün bunlara aydınlıq gətirmək üçün V.Fərzəliyevlə mobil telefon vasitəsilə əlaqə saxladıq. Əvvəlcə 77 yaşlı V.Fərzəliyevin hal-əhvalını soruşduq… Məlum oldu ki, V.Fərzəliyev Şamaxıda dincəlir. Ona xoş istirahət arzulayıb, daxil olan şikayətə münasibətini öyrənmək istədik. Bura qədər sakit əhvalda danışan V.Fərzəliyevi sualdan sonra, sanki birdən-birə laboratoriyadakı kolbada qaynatdılar. Akademik hirsləndi, nə hirsləndi: “Sən kimsən ki, bu barədə araşdırma aparırsan, prokurorsan, müstəntiqsən, kimsən?”. Cavab verdim ki, hörmətli Vaqif müəllim, cənab prezident İlham Əliyevin imzaladığı “KİV haqqında qanun”a görə jurnalistin araşdırma aparmaq səlahiyyəti var. Vaqif müəllimə deyəsən, Şamaxının sərinliyi də təsir göstərə bilməmişdi. Ona görə də bir az da qəzəbləndi: “Mən heç bir qanun-zad tanımıram, sizə də heç kəs bu ixtiyarı verməyib ki, mənimlə bu tonda danışasınız! Sizin kimi jurnalistləri çox görmüşəm”. V.Fərzəliyevin diqqətinə bir daha çatdırmaq istədik ki, institutda adı olub, işə gəlməyənlər var, məsələn, Quliyeva Dilarə Məmmədrza qızı... Akademik sözümü ağzımda kəsərək, hirsli tonda bildirdi ki, “Bəli, onlarda belə bir işçi var və onun heç kəsə dəxli yoxdur, get nə istəyirsən yaz”- deyib, telefonu qapatdı. Mən də akademikin tövsiyyəsinə əməl edərək, olanı yazdım.
Dünənki işinə görə çox sağ ol, bugünkünə cavab ver
Bu, bir daha göstərir ki, 29 ildir direktor işləyən hörmətli akademik Vaqif Fərzəliyevin artıq elmlə yox, nəvə-nəticələri ilə məşğul olan vaxtıdır. Məlum olduğu kimi su da bir yerdə çox qalanda keyfiyyətini itirir. Bu səbəbdən 29 il, yəni 1987-ci ildən eyni vəzifədə işləməsi, akademiki deyəsən əməlli-başlı çaşdırıb. V.Fərzəliyevin adi bir sualımıza belə əsəbləşməsi, özündən çıxması onu göstərir ki, qəlbi çox kövrəlib və hər söz onun xətrinə dəyir. Deməli, belə çıxır ki, hörmətli akademik V.Fərzəliyevə dünənki işinə görə “çox sağ ol” deyib, bugünkü işinə görə hesab sora bilmərik? Yəqin ki, Akademik məhz yaşa görədir ki, Aşqarlar Kimyası İnstitutunda gizli və ya aşkar baş verən qanunsuzluqları tam nəzarətində saxlaya bilmir. Amma onun yerinə hansısa gənc, orta yaşlı elmlər doktoru və ya elmlər namizədi, professor təyin olunsa, institutda inanırıq ki, qayda-qanun da yaranar və elmi nailiyyətlər də üzə çıxar. Əgər Azərbaycan sürtkü yağlarını kənardan alırsa, bəs bu boyda institutut nəyə lazımdır? V.Fərzəliyev telefonda bir alim kimi onu dünyanın tanıdığını bildirdi. Təbii ki, akademik haqlıdır. Onu biz də bir alim və gözəl insan kimi yaxşı tanıyırıq. Ancaq onun alim və gözəl insan olması, hələ yaxşı təşkilatçı, yaxşı idarəçilik qabiliyyətinin olması demək deyil. Deməli, nəsil dəyişikliyi baş verməlidir ki, elm də inkişaf etsin. Necə deyərlər, elmə təzə nəsil lazımdır. Əlləri əsən, şəkərdən, qan təyiqindən və müxtəlif xəstəliklərdən əziyyət çəkən ahıl insanlar istirahətə getsələr pis olarmı? V.Fərzəliyevin idarəçilik qabiliyyətinin olmamasıdır ki, o istirahətdə olarkən, institutun 514-96-12; 514-96-10; 514-96-50 saylı telefonlarına gün ərzində cavab verən tapılmadı. İnstitutun elmi işlər üzrə müavini Mirzə Mövsümzadə, müavini Elman Zülfüqarov, elmi katib Mehparə Səfərova yəqin ki, direktor Vaqif Fərzəliyevin qaydalarından kənara çıxa bilmədiklərinə görə, onlar da qayda-qanuna nəzarət edə bilmirlər, yaxud etmək istəmirlər. Məcbur olub AMEA-nın bir çox bölmələrinə zəng edib V.Fərzəliyevin koordinatlarını axtarmışıq. Nəticədə, akademiki Şamaxıda tapmışıq. “Səmimi” telefon danışığımız isə, artıq sizə məlumdur. Bizə elə gəlir ki, yaşı 70-i ötüb, 80-i haqlamış bu insanları təntənəli şəkildə istirahətə yola salmaq doğru olar… Ümumiyyətlə, AMEA-da belələri yüzlərlədir və bu savab işi kim görməlidir? Yaxşı olar ki, AMEA-nın aidiyyəti qurumları Aşqarlar Kimyası İnstutunda ciddi yoxlamalar aparsınlar, adı olub, özü olmayan qocaman alimləri, yəni “ölü canlar”ı tez aşkar etsinlər və onları xoş istirahətə yola salsınlar ki, dövlətin büdcəsinə də qənaət olunsun. İnanırıq ki, AMEA rəhbərliyi Aşqarlar Kimyası İnstitutuna nəzarəti bir az da güclənədirəcək və “ölü canlar”ın dövlət büdcəsindən qidalanmasına son qoyulacaq. Prezident cənab İlham Əliyevin dövlət qulluğunda gəncləşmə siyasəti nəhayət, AMEA-nın strukturlarına da sirayət edəcək ki, bu da Azərbaycan elminin inkişafına təkan verəcək. Elçin MƏMMƏDLİ P.S. Qarşı tərəfin hər hansı mövqeyi, şifahi və ya yazılı müraciəti olarsa, onları da dərc etməyə hazırıq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• İmişli və Cəlilabad rayonlarında yerləşən torpaq sahələri üçün hərrac keçiriləcək
Bu gün, 03:04 |
|
|
|
• “Dövlət bunu boş yerə etmir…” - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 02:59 |
|
|
|
• Niyə axı bizdə BƏLƏDİYYƏ SİSTEMİ uğur qazanmır? - ARAŞDIRMA
Bu gün, 01:42 |
|
|
|
• Müəllimlərin maaşı vergidən azad ediləcək? - AÇIQLAMA
Bu gün, 01:27 |
|
|
|
• Avropada müharibə kabusu: Azərbaycan hansı təhlükə ilə üz-üzə qalıb? - İNCƏLƏMƏ
Bu gün, 01:22 |
|
|
|
• 7 ildir dələduz işçilərə görə sığorta ödənişi edilmir - İLGİNC FAKT
Bu gün, 00:47 |
|
|
|
• Ermənistan “müharibə qovşağı”na çevrilir... - "Qərb regionda savaş lazımdır"
Bu gün, 00:37 |
|
|
|
• "Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 00:33 |
|
|
|
• "Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver"
Bu gün, 00:27 |
|
|
|
• Uşaqlar pul yığıb, sinfi qızdırır... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 00:24 |
|
|
|
• Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir – Ermənistan rəsmisi açıqladı
Bu gün, 00:19 |
|
|
|
• Verdiyevin həbsi: Necə davranmaq lazımdır? - AKTUAL
Bu gün, 00:17 |
|
|
|
• Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Dünən, 20:39 |
|
|
|
• Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Dünən, 20:36 |
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Dünən, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Dünən, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Dünən, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Dünən, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Dünən, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Dünən, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Dünən, 18:11 |
|
|
|
• Siyavuş Novruzov HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Dünən, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Dünən, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Dünən, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Dünən, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Dünən, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Dünən, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Dünən, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Dünən, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Dünən, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Dünən, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Dünən, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Dünən, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Dünən, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Dünən, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Dünən, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Dünən, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Dünən, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Dünən, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Dünən, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Dünən, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Dünən, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Dünən, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Dünən, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Dünən, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Dünən, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Dünən, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Dünən, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Dünən, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Dünən, 15:09 |
|
|
|
|