Camaat bu istidə susuzluqdan "qırılır"... - "Azərsu" "bəylərbəyliyinin" vecinə də deyil
Tarix: 24-08-2016, 11:40 | Çap et
Havaların normadan artıq isti keçməsilə əlaqədar insanların suya olan tələbatının artmasına baxmayaraq Abşeronun bəzi qəsəbə və kəndlərində su qıtlığı yaranıb. Artıq iki aya yaxındır ki, heç bir rəsmi açıqlama verilmədən Masazır əhalisi su sınağına çəkilib. İsti yay günlərində suyun qeybə çəkilməsinin səbəblərini araşdırmağa çalışsaq da heç bir tutarlı səbəb tapa bilmədik. Masazır qəsəbəsinin su probleminin yaşanması ilə əlaqədar redaksiyamıza daxil olan çoxsaylı müraciətləri nəzərə alaraq adı çəkilən qəsəbədə olduq. Atatürk küçəsinin sakinləri bildirdilər ki, artıq iki aya yaxındır ki, içməli su üzünə həsrət qalıblar. Bu iki ay müddətində yalnız bir neçə dəfə gecə saat 1-dən sonra 10-15 dəqiqə su verilib ki, bununla da iki aylıq su ehtiyatı yığmaq qeyri-mümkündür. Sakinlərin çoxsaylı müraciətlərinə baxmayaraq, su istismar idarəsində heç bir məsul şəxsdən məlumat almaq, suyun verilməməsi səbəbini öyrənmək mümkün olmayıb. Masazır qəsəbəsinin sakinlərinin sözlərinə görə, hər il yay mövsümündə su problemi yaşanır. Eyni problem ilin bütün fəsillərində olsa da yayda daha acınacaqlı vəziyyət yaranır. Ümumiyyətlə, Abşeronda əhaliyə su qrafiklə verildiyindən bu rayonun Masazır qəsəbəsində içməli suyun daimi mövcudluğundan danışmağa dəyməz. "Burada söhbət qətiyyən su pulunun verilməməsindən gedə bilməz. Çünki abonentlərin əksəriyyətində su sayğacı var, lakin su olmadığından onun haqqının ödənilməsi üçün bir əsas yoxdur. Bundan başqa, digər rayonlarda olduğu kimi Abşeronda bağ təsərrüfatı elə də inkişaf etməyib ki, gələn suyun ağaclara verilməsini bəhanə gətirsinlər. Belə halda burada söhbət yalnız aidiyyəti qurumların məsələyə biganə yanaşmaları və cavabdeh şəxslərin vəzifələrini icra etməmələri ilə bağlıdır". Elə bu səbəbdən qəsəbə sakinlərinin hər birinin həyətində, eləcə də beşmərtəbəli binaların damında bir neçə çəni var ki, bu fakt da Abşeronda su probleminin daimi olduğunun göstəricisidir. Təsəvvür edin ki, hər bina evində yaşayan vətəndaş binanın damında və həyətdə bir neçə çən qoyub, eyni proses həyət evlərində də baş verir. Və həmin çənlər tonu 10 manat olmaqla alınma su ilə doldurulur. İsti yay günlərində sakinlər ayda iki dəfə su almaq məcburiyyətində qalır ki, bu da aylıq su pulundan bir neçə dəfə çoxdur. Deməli, sakinlərin su pulu ödəmək problemi yoxdur ki, su satışı idarəsi hər hansı bəhanə gətirsin. Buna baxmayaraq, sahə nəzarətçiləri "bizim işimiz yalnız su pulu yığmaqdır” deməklə yaxalarını məsuliyyətdən kənara çəkirlər. Müşahidələrimiz deməyə əsas verir ki, Abşeron rayonunda su yalnız icra strukturları və hüquq mühafizə orqanları rəhbərlərinin yaşadıqları ərazilərdə tapmaq mümkündür. Yenə qeyd edirik ki, bu da yalnız qrafiklə. Qalan ərazilərdə isə əli vedrəli sakinlər küçələrə su axtarışına çıxırlar. İnzibati binalara fasilələrlə də olsa su verildiyi halda, vətəndaşlar susuzliqdan əziyyət çəkirlər. Vəziyyət o həddə çatıb ki, qab-qaşığı yumaq, çay qaynatmaq, paltar yumaq üçün "Heydər Əliyev” parkından butulka ilə su daşınır. Redaksiyamıza məlumat verən Masazır qəsəbəsi, Atatürk küçəsində yaşayan bir qrup sakinlərin sözlərinə görə, may ayının 15-dən sonra küçəyə içməli su verilişi dayandırılıb. Artıq neçənci ildir ki, eyni vəziyyət davam etməkdədir. Yay mövsümü başlanan kimi qəsəbənin suyu kəsilir. Dəfələrlə Abşeron rayonu su idarəsinə müraciət edilməsinə baxmayaraq sakinlərə yalnız vəd verilir. Uzun zamandan bəri verilən vəd hələ də yerinə yetirilməyib”. Atatürk küçəsinin sakinlərinin sözlərinə görə, su olmadığına görə, onlar məcbur qalıb suyu maşınla alırlar: "Hər bir ailə hər ay 100 manat verib 5 maşın su alırıq. Sakinlər su ehtiyatını təmin etmək üçün 2-3 su çənindən istifadə edirlər. Bu isə insanların əlavə vəsaiti hesabına başa gəlir”. Araşdırma zamanı bəlli oldu ki, sakinlərin hamısının su xəttti var. Ay ərzində satın aldıqları suya ödədikləri plun məbləği deməyə əsas verir ki, qəsəbədə su pulu ilə bağlı problemdən danışmaq yersizdir. Belə halda, əhalinin su ilə təminatında yaranan problem hansı amillərlə bağlıdır? Sakinlərin bildirdiyinə görə, yaxın ərazilərdə yerləşən beşmərtəbəli binalara su verilir. Digər sakinlər isə hələ də gözləməkdə davam edirlər: "Ümumiyyətlə ötən müddət ərzində icra orqanları, bələdiyyə və kommunal xidmət sahələrəinə sosial problemlərin həlli məqsədilə sakinlər adından dəfələrlə müraciət olunub. Lakin problemləri elə sakinlər özləri həll etməli olublar. Belə ki, baxmayaraq ki, qəsəbənin bir neçə küçəsində yol pis vəziyyətdədir, onu da sakinlər öz hesablarına salıblar. Su xəttləri də sakinlərin vəsaiti hesabına çəkilib. Su idarəsi isə ana su xətti çəkiləndən vəd verir ki, qəsəbənin bütün küçələri su ilə təmin ediləcək. Artıq əhali belə vədlərə inanmır. Çünki illərlədir ki, su sarıdan əziyyət çəkməli olurlar. Bu arada qazanan maşınla içməli su satanlar olur”. Araşdırma zamanı onu da öyrənə bildik ki, içməli su satışı bir mərkəzdən idarə olunur, sanki buda bir biznes növünə çevrilib. Sakinlərlə apardığımız söhbət zamanı bəlli oldu ki, rayon ərazisinə suyun verilməsilə bağlı elə də bir ciddi problem yoxdur. Çünki rayonun mərkəzindəki bəzi bina evlərinə fasilələrlə də olsa, su verilir. Ancaq cavabdeh şəxslərin məsuliyyətsizliyi ucbatından rayon ərazisinə suyun vaxtaşırı verilməsi nəzarətdən çıxıb. Sakinlər uzun illər eyni problemi yaşadıqlarından artıq yaxın zamanlarda sözügedən problemin həllini tapacağına ümidlərini üzüblər.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• İmişli və Cəlilabad rayonlarında yerləşən torpaq sahələri üçün hərrac keçiriləcək
Bu gün, 03:04 |
|
|
|
• “Dövlət bunu boş yerə etmir…” - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 02:59 |
|
|
|
• Niyə axı bizdə BƏLƏDİYYƏ SİSTEMİ uğur qazanmır? - ARAŞDIRMA
Bu gün, 01:42 |
|
|
|
• Müəllimlərin maaşı vergidən azad ediləcək? - AÇIQLAMA
Bu gün, 01:27 |
|
|
|
• Avropada müharibə kabusu: Azərbaycan hansı təhlükə ilə üz-üzə qalıb? - İNCƏLƏMƏ
Bu gün, 01:22 |
|
|
|
• 7 ildir dələduz işçilərə görə sığorta ödənişi edilmir - İLGİNC FAKT
Bu gün, 00:47 |
|
|
|
• Ermənistan “müharibə qovşağı”na çevrilir... - "Qərb regionda savaş lazımdır"
Bu gün, 00:37 |
|
|
|
• "Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 00:33 |
|
|
|
• "Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver"
Bu gün, 00:27 |
|
|
|
• Uşaqlar pul yığıb, sinfi qızdırır... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 00:24 |
|
|
|
• Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir – Ermənistan rəsmisi açıqladı
Bu gün, 00:19 |
|
|
|
• Verdiyevin həbsi: Necə davranmaq lazımdır? - AKTUAL
Bu gün, 00:17 |
|
|
|
• Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Dünən, 20:39 |
|
|
|
• Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Dünən, 20:36 |
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Dünən, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Dünən, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Dünən, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Dünən, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Dünən, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Dünən, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Dünən, 18:11 |
|
|
|
• Siyavuş Novruzov HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Dünən, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Dünən, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Dünən, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Dünən, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Dünən, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Dünən, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Dünən, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Dünən, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Dünən, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Dünən, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Dünən, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Dünən, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Dünən, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Dünən, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Dünən, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Dünən, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Dünən, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Dünən, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Dünən, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Dünən, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Dünən, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Dünən, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Dünən, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Dünən, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Dünən, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Dünən, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Dünən, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Dünən, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Dünən, 15:09 |
|
|
|
|