Milyardlıq maliyyə fırıldağı Samir Şərifovu çıxılmaz vəziyyətlə üzləşdirib - İTTİHAM VAR
Tarix: 9-09-2016, 11:20 | Çap et
Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Beynəlxalq Bankına külli miqdarda ziyan vurulması faktı ilə əlaqədar bankın İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev və onunla birlikdə təqsirləndirilən şəxslərin işi üzrə keçirilən proseslərdə Maliyyə Nazirliyinin rəhbər şəxslərinə qarşı sərt ittihamlar səslənir.
Sabiq bank rəhbəri Cahangir Hacıyev ona ünvanlanan ittihamlara maliyyə naziri Samir Şərifovun da şərik olduğunu iddia edir. Hətta nazirin də məhkəmədə onun yanında – müttəhimlər kürsüsündə oturmalı olduğunu deyir.
Bir neçə məhkəmə prosesində Samir Şərifova qarşı səslənən ittihamlardan sonra nazirlik bank rəhbərinə cavab vermək məcburiyyətində qalıb.
Bankın İdarə Heyətinin sabiq sədri ilə bağlı keçirilən məhkəmə iclaslarında Maliyyə Nazirliyinin rəhbər şəxslərinin ünvanına səsləndirilən ittihamlarla əlaqədar nazirliyin mətbuat katibi Mayis Piriyev deyib ki, bir qayda olaraq qurum səfehləmələrə münasibət bildirmir və bu tip açıqlamaların səviyyəsi hər hansı ciddi reaksiya da tələb etmir:
"Yeganə olaraq qeyd edə bilərik ki, müttəhim kürsüsündə əyləşən bankın sabiq rəhbərinin həqiqəti əks etdirməyən və hər hansı fakta söykənməyən boğazdan yuxarı açıqlamaları törətdiyi cinayətləri siyasiləşdirmək, ictimaiyyətin diqqətini törətdiyi və bu gün məhkəmə predmeti olan əməllərindən yayındırmaq, mühakiməyə aidiyyəti olmayan məsələlərə yönəltmək məqsədi ilə istifadə edilən ucuz fəndlərdən başqa bir şey deyil. Həmin uğursuz fəndlər və manevrlər də nəticə etibarı ilə məhz özünü ifşaedici xarakter daşıyır.
Belə ki, həmin şəxsin məhkəmə iclasında etiraf etdiyi kimi, qaytarılmayan kreditlərin ayrılması bilavasitə onun şəxsi qərarları və tapşırıqları əsasında həyata keçirilib. Bu zaman Müşahidə Şurasının müəyyən etdiyi kredit riskləri üzrə limitlər kobud şəkildə pozulub (limitlər aşdığı təqdirdə Müşahidə Şurasının razılığı olmalı idi)".
M.Piriyev qeyd edib ki, bir çox hallarda kreditlər bankın İdarə Heyətinin sabiq sədrinin ayrı-ayrı xarici ölkələrdə yaradılmış və nəticə etibarı ilə sahibliyi ona məxsus olan müxtəlif ofşor şirkətlərə (Lüksemburqun adını təsadüfən çəkməyib) ötürülərək banka heç bir fayda gətirməyən layihələrin həyata keçirilməsinə yönəldilib və ya nağdlaşdırılaraq mənimsənilib.
Ölkədən böyük məbləğdə vəsait çıxarılıb
Maliyyə Nazirliyinin rəsmisi bildirib ki, 2009-cu ilin oktyabr ayından 2015-ci ilin mart ayınadək Müşahidə Şurasının qərarlarına zidd olaraq 1,5 mln manat limitindən yuxarı məbləğlərdə hüquqi və fiziki şəxslərə ümumilikdə 1,3 milyard manat, 1,4 milyard dollar və 300 milyon avro həcmlərində kreditlər verilib ki, bunların da əksəriyyəti uzun müddət ərzində qaytarılmayaraq problemli və ümidsiz kreditlər qrupuna aid edilib:
"Eyni zamanda, bankın sabiq rəhbərliyinin göstərişləri ilə mövcud qanunvericiliyə zidd olaraq 2 minə yaxın halda 3,7 milyard dollar və 1,1 milyard avro vəsait ölkədən çıxarılaraq hər hansı müsbət reputasiyaya və ya kredit reytinqinə malik olmayan, əksəriyyəti ofşorlarda yeni yaradılmış şirkətlərin borc kağızlarının (veksellərin) alınmasına sərf olunub. Bu vəsaitlər sonradan çoxpilləli köçürmələr vasitəsilə son benefisiarı və ya benefisiarlardan biri Cahangir Hacıyev olduğu layihələrə yönəldilib, onların əksəriyyəti bu günədək qaytarılmayıb".
O ki qaldı Müşahidə Şurasının qərarları ilə rəsmiləşdirilməsinə razılıq verilən kreditlərə, M.Piriyev deyib ki, bunların sayı 7, ümumilikdə məbləği 250 milyon ABŞ dolları və 261 milyon manat təşkil edib ki, bugünkü tarixə qeyd olunan kreditlərin hamısı bağlanıb.
8 milyard dollara yaxın vəsait 2 mənimsəyiblər
Nazirliyin bank rəhbərinin səsləndirdiyi iddialara cavabı birmənalı qarşılanmayıb. Bu barədə fikirlərini "Reytinq"lə bölüşən tanınmış iqtisadçı Rövşən Ağayev deyib ki, Maliyyə Nazirliyinin açıqladığı məlumatdan belə aydın olur ki, Beynəlxalq Bank vasitəsilə 8 milyard dollara yaxın vəsait 2 kanalla mənimsənilib. Rövşən Ağayevin sözlərinə görə, bu kanallardan biri bu olub ki, ayrı-ayrı Azərbaycan vətəndaşlarının adına iri məbləğdə, bəzən hətta 50-60 milyon dollar kredit yazaraq şəxsi məqsədlər üçün istifadə edilib, sonra onların xeyli hissəsini almaq mümkün olmadığındam problemli və ümidsiz borc kimi rəsmiləşdiriblər: "Başqa kanal bu olub ki, ofşor zonalarda şirkətlər qeydiyyatdan keçirib, Bankın vəsaitlərini onların veksellərini almaq adı ölkədən çıxararaq sonradan həmin vəsaitləri də xaricdəki şirkətlərinə və hesablarına yönəldiblər".
R.Ağayev bildirib ki, 8 milyard dollar Azərbaycanın 7-8 illik təhsil, az qala 20 illk səhiyyə, 5 illik sosial müdafiə xərclərinə bərabər bir məbləğdir:
"Son günlər əsas günahkarın dəqiqləşdirilməsi istiqamətində qızğın müzakirələr gedir. Hələlik ən böyük təqsirkar qismində hazırda məhkəməsi davam edən Bankın keçmiş rəhbəri Cahangir Hacıyevdir. Məhkəmənin gedişi göstərir ki, Cahangir Hacıyevin özünü müdafiəsi üçün səyləri əbəsdir. Bütün faktlar əleyhinə işləyir. Heç nə yox, təkcə öz yaxın çevrəsinin adına açdığı təminatsız kredit xətlərinə görə onu mühakimə etmək mümkün idi".
Müvafiq qurumlar böyük talana göz yumub
R.Ağayevin fikrincə, bu işə görə ölkənin bütün maliyyə sisteminin rəhbər şəxsləri, bütövlükdə hökumət məsuliyyət daşıyır. Onun sözlərinə görə, bu gün Maliyyə Nazirliyi bütün günahları Cahangir Hacıyevin boynuna qoyub. Amma "Banklar haqqında" Qanunun 25-ci maddəsinə görə, Müşahidə Şurası bankların idarə edilməsinə və fəaliyyətinə nəzarəti həyata keçirmək, bankın İdarə Heyətindən hesabat almaq, bank tərəfindən qüvvədə olan qanunvericiliyin pozulması faktını müəyyən etdikdə bu pozuntu barəsində səhmdarların ümumi yığıncağını, Audit Komitəsini və İdarə Heyətini xəbərdar etmək, İdarə Heyəti üzvlərini vəzifədən kənarlaşdırmaq, bankın etibarlı və prudensial idarə olunmasını təmin etmək üçün zəruri olan qaydaları və daxili əsasnamələri qəbul etmək, bankın fəaliyyətinin kompleks və ya ayrı-ayn sahələrinin yoxlanması barədə qərar qəbul etmək səlahiyyətinə malikdir:
"Beynəlxalq Bankın Müşahidə Şurasına isə Maliyyə Nazirliyi rəhbərlik edib. Bu səlahiyyətləri icra etmək kifayət idi ki, indi şahidlik etdiyimiz böyük korrupsiya əməliyyatları baş verməmiş ola idi. Bundan əlavə, bu Qanunun 34-cü maddəsinə görə Mərkəzi Bank prudensial normativlər və tələblər baxımından bankın bütün iri kredit əməliyyatlarına, bank rəhbərliyində olan şəxslərə, onların yaxınlarına verilmiş kreditlərin həcminə və aktivlərin vəziyyətinə nəzarət etmək hüququ vardı. Bankın rəhbərliyi yıxılmayana qədər 7-8 il ərzində bu qurumlardan heç biri səlahiyyətindən istifadə etməyib. Amma indi bunlar barədə danışmaq çoxlarına sərf etmir. Bu işdə müdafiə olunacaq, günahsız olan bircə tərəf var - o da Azərbaycan xalqıdır, 8 milyard dolları oğurlanmış, zərəçəkən Azərbaycan xalqı. Təəssüf ki, vəziyyət bu şəkildə acınacaqlıdır".
Ölkənin bank-maliyyə nəzarəti sistemi işləməyib
Tanınmış iqtisadçı alim Qubad İbadoğlu isə Reyting.az-a deyib ki, Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyevin ittihamlarına cavab olaraq, Maliyyə Nazirliyinin son açıqlaması bir çox kölgəli məsələlərə işıq salır. Onun sözlərinə görə, bu açıqlamadan bəlli olur ki, Beynəlxalq Bank 2009-cu ilin oktyabrından 2015-ci ilin martına qədər yaxınlarından ibarət olan hüquqi və fiziki şəxslərə zəmanətsiz 1,3 mlrd. manat, 1,4 mlrd. dollar və 300 mln. avro verib, ölkədən 3,7 milyard dollar, 1,1 milyard avro çıxarıb: "Bu o deməkdir ki, ölkədə 6 il ərzində nə bank-maliyyə nəzarəti, nə də valyuta-gömrük nəzarəti sistemi işləməyib, bu funksiyaları həyata keçirən Mərkəzi Bank, Maliyyə Nazirliyi və gömrük orqanları üzərinə düşən adi vəzifələrini belə icra etməyiblər, beləliklə də, Cənubi Qafqazın ən böyük bankında rasional idarəçilik deyil, məqsədyönlü talançılıq olub, nəticədə dövlət maliyyə sisteminin balansı pozulub, bank sisteminin "onurğa sütunu" zədələnib. Belə faktlar sivil ölkələrdə açıqlansaydı, ilk növbədə maliyyə-bank, valyuta nəzarətinə məsul olan bütün orqanların rəhbərləri istefa verər və onlar dərhal məsuliyyətə cəlb olunardı. Bəlkə də bu illər ərzində 3,7 milyard dollar, 1,1 milyard avro ölkədən çıxarılmasaydı, eləcə də milyardlarla manat kredit zəmanətsiz verilməsəydi, hazırda milli valyutanın durumu bu dərəcə acınacaqlı olmazdı".
Hakimiyyətin yuxarı dairələrində təmsil olunan şəxslərdən birinin sözlərinə görə, Cahangir Hacıyevin məhkəmədə bu qədər hazırlıqlı və konkret faktlarla çıxış edəcəyi gözlənilmirdi. Ancaq sabiq bank rəhbərinin birbaşa maliyyə nazirini ittiham etməsi və nazirliyin də yol verdiyi ciddi qanun pozuntuları barədə faktları açıqlaması vəziyyəti dəyişib: "Hələlik prosesin axarında hər hansı ciddi dəyişiklik olmasa da, qarşıdakı dövrdə Samir Şərifovdan da hesab sorula bilər. Əgər bu məsələdə maliyyə naziri də cavabdeh şəxs kimi prosesə cəlb olunsa, onun təkcə vəzifəsini itirməsi ilə yaxasını qurtarması mümkün olmayacaq. Yəni, C.Hacıyevin təbirincə desək, S.Şərifov da məhkəmədə onun yanında otura bilər”.
Bizi bilgiləndirən şəxs ehtimal edir ki, bundan sonrakı qərar məhkəmənin gedişatından asılı olacaq. Əgər C.Hacıyev bu şəkildə davam eləsə, daha ciddi faktlar ortaya qoysa, S.Şərifovun "qurban verilməsi" qaçılmaz ola bilər.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• İmişli və Cəlilabad rayonlarında yerləşən torpaq sahələri üçün hərrac keçiriləcək
Bu gün, 03:04 |
|
|
|
• “Dövlət bunu boş yerə etmir…” - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 02:59 |
|
|
|
• Niyə axı bizdə BƏLƏDİYYƏ SİSTEMİ uğur qazanmır? - ARAŞDIRMA
Bu gün, 01:42 |
|
|
|
• Müəllimlərin maaşı vergidən azad ediləcək? - AÇIQLAMA
Bu gün, 01:27 |
|
|
|
• Avropada müharibə kabusu: Azərbaycan hansı təhlükə ilə üz-üzə qalıb? - İNCƏLƏMƏ
Bu gün, 01:22 |
|
|
|
• 7 ildir dələduz işçilərə görə sığorta ödənişi edilmir - İLGİNC FAKT
Bu gün, 00:47 |
|
|
|
• Ermənistan “müharibə qovşağı”na çevrilir... - "Qərb regionda savaş lazımdır"
Bu gün, 00:37 |
|
|
|
• "Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 00:33 |
|
|
|
• "Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver"
Bu gün, 00:27 |
|
|
|
• Uşaqlar pul yığıb, sinfi qızdırır... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 00:24 |
|
|
|
• Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir – Ermənistan rəsmisi açıqladı
Bu gün, 00:19 |
|
|
|
• Verdiyevin həbsi: Necə davranmaq lazımdır? - AKTUAL
Bu gün, 00:17 |
|
|
|
• Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Dünən, 20:39 |
|
|
|
• Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Dünən, 20:36 |
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Dünən, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Dünən, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Dünən, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Dünən, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Dünən, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Dünən, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Dünən, 18:11 |
|
|
|
• Siyavuş Novruzov HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Dünən, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Dünən, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Dünən, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Dünən, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Dünən, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Dünən, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Dünən, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Dünən, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Dünən, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Dünən, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Dünən, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Dünən, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Dünən, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Dünən, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Dünən, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Dünən, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Dünən, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Dünən, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Dünən, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Dünən, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Dünən, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Dünən, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Dünən, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Dünən, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Dünən, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Dünən, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Dünən, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Dünən, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Dünən, 15:09 |
|
|
|
|