Ermənistan “müharibə qovşağı”na çevrilir... .....                     "Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." .....                     "Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver" .....                     Uşaqlar pul yığıb, sinfi qızdırır... .....                     Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir .....                     Verdiyevin həbsi: Necə davranmaq lazımdır? .....                     Dünyanın ən yaxşı universitetləri .....                     Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? .....                     Polşanın təklifi yaxşı nəticələr vəd etmir .....                     MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... .....                     Elcan Rəsulov yıxılıb başından zədə aldı .....                     Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? .....                     Orxan Xəyyama KÖMƏK İSTƏDİ: .....                     "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" .....                     1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi .....                     Siyavuş Novruzobv HAQLIDIR, AMMA... .....                     Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər .....                     Kremldən postsovet ölkələrinə .....                     Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK .....                     Paşinyan “qızıl qayıdış”a başladı .....                     Elşad Xose şəxsi həyatı haqda: .....                     8 milyon manatlıq “Araznet Technologies” şirkəti .....                     ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib .....                     “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir .....                     70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? .....                     Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək .....                     Bir neçə ay əvvəl tutulan narkobaron .....                     “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” .....                     Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? .....                     51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib .....                     "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan" .....                     NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır .....                     Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu .....                     NATO-ya üzv olmaq istəmirik... AMMA... .....                     Trampın qərarı Azərbaycana necə təsir edəcək? .....                     Vətən müharibəsindən sonra Bakıda təkrarlandı .....                     Bakı və İrəvan arasında sülh sazişi... .....                     Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir .....                     Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT .....                     “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? .....                 

Suraxanı rayonu günü-gündən inkişaf edir və abadlaşır - FOTOLAR
Tarix: 8-07-2017, 13:52 | Çap et
Suraxanı rayonu günü-gündən inkişaf edir və abadlaşır
DİA.AZ: - Bu gün respublikamızın şəhər və kəndlərində müşahidə edilən abadlıq-quruculuq işləri Suraxanıda da özünü qabarıq şəkildə büruzə verir. Mövcud potensialın səmərəli reallaşdırılması, əmək ehtiyatlarının və digər resursların konkret məqsədlərə yönəldilməsi, ən başlıcası Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı dövlət proqramlarından, fərman və sərəncamlarından irəli gələn vəzifələrin böyük əzm və bacarıqla həyata keçirilməsi rayonun uğurlarını şərtləndirən əsas məqamlardır.

DİA.AZ xəbər verir ki, Suraxanıda son illər ərzində bir sıra sistemli, kompleks xarakterli layihələr hazırlanaraq uğurla reallaşdırılıb. Yaşayış məntəqələrinin təbii qaza, suya, elektrik enerjisinə olan tələbatının ödənilməsi, küçə və məhəllədaxili işıqlandırma sistemlərinin qurulması, ictimai nəqliyyatın fasiləsiz işləməsi, sosial təyinatlı obyektlərin tikintisi və bərpası, müasir avadanlıqla təchiz edilməsi ilə bağlı xeyli iş görülüb.

Son illərdə ölkə başçısı tərəfindən ardıcıl və sistemli şəkildə aparılan məqsədyönlü islahatlar Azərbaycanın bütün regionlarında, o cümlədən Suraxanı rayonunda da iqtisadiyyatın dinamik surətdə inkişafı, insanların rifahının yaxşılaşması, sabitliyin möhkəmlənməsi, yoxsulluğun azaldılması, işsizliyin aradan qaldırılması ilə müşayiət olunub. Suraxanı rayonunda da yeni daimi iş yerlərinin açılması istiqamətində işlər uğurla davam etdirilir. Son 13 il ərzində rayonda 28334 yeni daimi iş yeri açılmışdır.

Rayon tikinti-quruculuq işlərinin intensiv getdiyi, iri sənaye potensialının mərkəzləşdiyi məkandır. Sürətlə abadlaşan Suraxanı bu gün sanki yenidən qurulur. Burada təkcə ötən 6 ay ərzində öz əhəmiyyətinə görə respublika səviyyəli mühüm layihələr həyata keçirilib və ölkəmizdə gedən artım tempinə uyğun şəkildə bir sıra nailiyyətlər əldə edilib.

Azərbaycan Respublikasının Dövlət İnvestisiya Proqramına əsasən “Azəravtoyol” ASC tərəfindən 70 000 nəfərin yaşadığı, Bakı şəhəri, Suraxanı rayonu, Zığ, Əmircan və Yeni Suraxanı qəsəbələrini birləşdirən, uzunluğu 12,0 km olan Zığ-Əmircan-Yeni Suraxanı avtomobil yolunun 5,0 kilometrlik hissəsi əsaslı yenidən qurulmuş, yolboyu zəruri olan yerlərdə hər iki istiqamət üzrə piyadalar üçün yeni səkilər tikilmiş, avtobus dayanacaqları quraşdırılmış, səth və qrunt sularının ötürülməsi üçün drenaj boruları qoyulmuşdur. Hal hazırda yolun 3,0 kilometrlik hissəsində yenidənqurma işləri aparılır. Bundan əlavə 98 000 nəfərin yaşadığı Qaraçuxur və Zığ qəsəbələrini birləşdirən, uzunluğu 2,0 km olan Qaraçuxur qəsəbəsi, “S.Steel Company” şirkətinin qarşısındakı dairədən Etibar Bəkirli küçəsi ilə Cəlal Qurbanov küçəsinin kəsişməsinədək avtomobil yolu, 60 000 nəfərin yaşadığı Zığ və Hövsan qəsəbələrini birləşdirən, uzunluğu 8,0 km olan Zığ-Hövsan avtomobil yolu yenidən qurulur, Zığ dairəsi-Beynəlxalq Hava Limanı avtomobil yolundan Zığ qəsəbəsinə çıxış üçün qovşaq düzəldilir.

Yenidən qurulan yolların ətrafının estetik görünüşünün yaxşılaşdırılması məqsədi ilə yolların sağ və sol tərəflərində irimiqyaslı təmir-tikinti, abadlıq işləri aparılır. Eyni zamanda “Azərsu” ASC tərəfindən həmin yolda qəzalı vəziyyətdə olan 2 ədəd 400,0 mm. diametrli qəzalı su xəttinin 3,0 kilometrlik hissəsi dəyşdirilir.

Yeni Günəşli “AB” yaşayış sahəsində özəl klinikanın, Qaraçuxur-Əmircan yolunun sol hissəsində “ATEF Şirkətlər Qrupu” tərəfindən yüksək gərginlikli avadanlıqlar istehsalı zavodunun, Əmircan qəsəbəsində uşaq bağçasının və Rayon Məhkəməsi üçün yeni inzibati binanın tikintisi işləri davam etdirilir.

2017-ci ilin 6 ayı ərzində müxtəlif diametrli borularla 14,5 km. yeni qaz kəməri çəkilmiş və ya əsaslı təmir olunmuşdur, hazırda rayon əhalisinin 98,0 %-dən çoxu məişət qazı ilə təmin olunur. 1060,0 p.m. su və 400,0 p.m. kanalizasiya xətləri çəkilmiş, 1710,0 p.m. qəzalı su xətti dəyişdirilmiş, 169 ədəd nasos və 144 ədəd elektrik mühərriki təmir olunmuş, 17 ünvanda su anbarı yuyulub zərərsizləşdirilmiş, hazırda rayon əhalisinin 58%-i qrafiklə, 38%-i fasiləsiz su ilə təmin olunur. Hövsan qəsəbəsi, “Quşçuluq Sovxozu” adlandırılan yaşayış sahəsində 170 ailəni su ilə təmin etmək üçün yaşayış sahəsinin su xəttinə Hövsan qəsəbəsindəki mövcud şəbəkədən birləşmə verilmişdir. Hövsan qəsəbəsində 1 ədəd yüksəkgərginlikli elektrik yarımstansiyası tikilmiş, biri təmir olunmuş, kabel elektrik xətləri çəkilmiş, hazırda rayon əhalisi elektrik enerjisi ilə tam təmin olunur. Bundan əlavə rayon ərazisində məcburi köçkünlərin kompakt məskunlaşdığı binalarda ailələr üçün fərdi sayğaclaşma işləri aparılmış, 426 məcburi köçkün ailəsi fərdi sayğacla təmin olunmuşdur. 950,0 p.m. istilik xətləri dəyişdirilmiş,

məhəllədaxili və binadaxili istilik sistemləri yenidən qurulmuş, qazanxanalarda cari və əsaslı təmir işləri aparılmış, istilik sisteminə qoşulmuş 324 çoxmərtəbəli yaşayış binası, 35 məktəb, 35 uşaq bağçası və 12 səhiyyə obyekti istiliklə təmin olunmuş, rayonun küçə və yollarına, məhəllədaxili ərazilərə 100,0 min kv.m. asfalt örtüyü salınmışdır.

Nazirlər Kabinetinin müvafiq qərarına əsasən Bakı şəhərinin digər rayonları ilə yanaşı, Suraxanı rayonunda da qəzalı evlərin sökülməsinə, onların yerində yeni yüksəkmərtəbəli binaların tikintisinə başlanılıb. Qaraçuxur qəsəbəsi, Əhməd Mehbalıyev küçəsi, 34 və 36, Qəzənfər Vəliyev küçəsi 13 ünvanda yerləşən 3 ədəd 2 mərtəbəli yaşayış binalarının əvəzinə 12 və 14 mərtəbəli, iki girişli yaşayış binası tikilir.

“2017-ci ildə Suraxanı rayonunda həyata keçirilməsi nəzərdə tutulmuş yerli Proqramların iş qrafiki”nə uyğun olaraq “Nümunəvi abad məhəllələrin salınması”, “Mövcud parkların yenidən qurulması və yeni parkların salınması”, “Nümunəvi idman meydançalarının salınması”, “Əhalinin bəzi sosial problemlərinin həll olunması”, “İctimai xeyir-şər evlərinin əsaslı təmiri və yenilərinin tikintisi”, “Şəhid xatirə komplekslərinin əsaslı təmiri və yenilərinin tikintisi” və “Xüsusi layihələr” proqramlarına uyğun olaraq 2017-ci ilin 6 ayı ərzində aşağıdakı işlər həyata keçirilmişdir.

Hövsan qəsəbəsi, Elman Qasımov küçəsində sahəsi 50,0 kv.m. olan “Veteranlar guşə”si tikilib istifadəyə verilmiş, ahılların istirahətinin təşkili üçün lazımi şərait yaradılmışdır.

Hövsan qəsəbəsi, Böyük Vətən müharibəsində həlak olan Hövsan qəsəbə sakinlərinin şərəfinə ucaldılmış abidə kompleksi əsaslı təmir edilmiş, 1150,0 kv.m ərazi abadlaşdırılmışdır.

Bülbülə qəsəbəsində yerləşən kənd qəbiristanlığındakı Şəhidlər xiyabanı əsaslı şəkildə təmir edilmiş, 12 şəhidin xatirəsi əbədiləşdirilmişdir.

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun yaşadığı Əmircan qəsəbəsi, 8/6 saylı binanın divarına onun xatirə lövhəsinin vurulması ilə əlaqədar binanın ətrafında vətəndaşların ümumi istifadəsində olan sahələr abadlaşdırılmış, həyətdə oturacaqlar quraşdırılmış, təmizlik işləri aparılmış, yaşıllıqlar salınaraq sakinlərin istirahəti üçün şərait yaradılmış, piyada yolu çəkilmiş və yol kənarına səkilər düzülmüş, binanın zirzəmisi çirkab sulardan təmizlənmiş, Elxan Həsənov küçəsində yerləşən eyni layihəli 3 girişli, 5 mərtəbəli 3 ədəd yaşayış binası tender proqramı əsasında təmir edilmişdir.

Məşğulluğun təmin edilməsi ilə bağlı qəbul edilmiş Proqrama uyğun olaraq 2017-ci ildə mənzil fonduna daxil olan çoxmənzilli yaşayış binalarının əsası təmiri məqsədilə Suraxanı rayonunda 241 nəfər işə qəbul edilərək onlarla əmək müqaviləsi bağlanmış və Hövsan qəsəbəsində Elman Qasımov və İlqar Əhlimanov küçələrindəki çoxmənzilli yaşayış binalarının əsaslı təmirinə başlanılmışdır.

Hövsan qəsəbəsi İ.Əhlimanov küçəsində 11, O.Şabanov küçəsində 4 binanın həyətində 5 100,0 p.m. yeni səki daşları qoyulmuş, 27 700,0 kv.m asfalt örtüyü vurulmuş, 65 500,0 kv.m ərazi abadlaşdırılmışdır.

Hövsan qəsəbəsi, Oqtay Şabanov küçəsi 20, 21a, 21b və 21v saylı binaların arxa hissəsində sahəsi 8 800,0 kv.m. olan yeni park salınmışdır, sakinılərin istirahətinin təşkili üçün söhbətgahlar, oturacaqlar, uşaqların əylənməsi üçün müxtəlif oyun elementləri quraşdırılmış, yaşıllıqlar salınmış, yeni ağaclar əkilmiş və suvarma sistemi quraşdırılmışdır.

Tədbirlər Planına uyğun olaraq Rayon İcra Hakimiyyətinin və Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinin birgə fəaliyyəti nəticəsində rayonda yeni 17 “Nümunəvi abad məhəllə” salınmırdır. Binaların həyətində yeni səki daşları qoyulmaqla səkilər yenilənmiş, həyətlərin asfalt örtüyü əsaslı təmir olunmaqla ərazisi genişləndirilmişdir. Həyətlərə yeni asfalt örtüyü vurulmuş, yağış sularının axıdılması məqsədi ilə barmaqlıqlar qoyulmuş, həyətlərdə kanalizasiya lyukları dəyişdirilmiş, yeni işıq dirəkləri quraşdırılmışdır. Əhalinin mədəni istirahətinin təşkili məqsədi ilə həyətlərdə söhbətgahlar və oturacaqlar quraşdırılmış, gənclərin vaxtlarını səmərəli keçirmələri, həmçinin saglam və gümrah inkişafı üçün müxtəlif növ idman avadanlıqları, uşaqların əylənməsi üçün yelləncəklər, sürüçkənlər quraşdırılmışdır.

Eyni zamanda mövcud “Nümunəvi abad məhəllə”lərdə təmir bərpa işləri aparılmışdır. Binaların fasad hissələri 1-ci mərtəbə səviyyəsində rənglənmiş, binaların girişləri təmir edilmiş, əhalinin və uşaqların istirahəti üçün yeni oturacaqlar, söhbətgahlar, müxtəlif oyun elementləri quraşdırılmış və rənglənmiş, mövcud qurğular bərpa edilərək əvvəlki görkəminə salınmışdır.

Rayonda ekoloji problemlərin həllinə xüsusi önəm verilir. Bu dövr ərzində Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və rayon ərazisində yerləşən idarə müəssisələrin iştirakı ilə hər həftənin şənbə günləri iməciliklər keçirilmiş, rayonda aparılan ağacəkmə kampaniyalarında 3 saylı doğum evinin ərazisində 700 tut ağacının tingi olmaqla, ümumilikdə 5 min ədəd ağac əkilmişdir.

Yaxın gələcəkdə rayonda bir sıra həlli vacib tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Bunların sırasında çoxmərtəbəli yaşayış binalarının fasadlarının və giriş hissələrinin təmir edilməsi, 605 liftin dəyişdirilməsi, içməli su və mərkəzləşdirilmiş kanalizasiya şəbəkəsinin qurulması, küçə və yollara 3 milyon kvadratmetrə qədər asfalt örtüyünün salınması, Zığ qəsəbəsində sürüşmə nəticəsində qəzalı vəziyyətə düşən 132 fərdi yaşayış evinin və Zığ yolu küçəsindəki 39 və 43 saylı yaşayış binalarının əsaslı təmir edilməsi, Xəzər dənizinə çirkab suların axıdılmasının qarşısının alınması, neftlə çirklənmiş torpaqların təmizlənməsi, çirkab göllərin qurudulması da qarşıda prioritet vəzifə kimi durur.


Suraxanı rayonu günü-gündən inkişaf edir və abadlaşır
Suraxanı rayonu günü-gündən inkişaf edir və abadlaşır
Suraxanı rayonu günü-gündən inkişaf edir və abadlaşır
Suraxanı rayonu günü-gündən inkişaf edir və abadlaşır
Suraxanı rayonu günü-gündən inkişaf edir və abadlaşır
Suraxanı rayonu günü-gündən inkişaf edir və abadlaşır
Suraxanı rayonu günü-gündən inkişaf edir və abadlaşır
Suraxanı rayonu günü-gündən inkişaf edir və abadlaşır
Suraxanı rayonu günü-gündən inkişaf edir və abadlaşır
Suraxanı rayonu günü-gündən inkişaf edir və abadlaşır








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ermənistan “müharibə qovşağı”na çevrilir... - "Qərb regionda savaş lazımdır"
Bu gün, 00:37
"Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 00:33
"Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver"
Bu gün, 00:27
Uşaqlar pul yığıb, sinfi qızdırır... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 00:24
Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir – Ermənistan rəsmisi açıqladı
Bu gün, 00:19
Verdiyevin həbsi: Necə davranmaq lazımdır? - AKTUAL
Bu gün, 00:17
Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Dünən, 20:39
Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Dünən, 20:36
Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Dünən, 19:00
MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Dünən, 18:58
Elcan Rəsulov yıxılıb başından zədə aldı
Dünən, 18:21
Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Dünən, 18:17
Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Dünən, 18:15
"Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Dünən, 18:13
1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Dünən, 18:11
Siyavuş Novruzobv HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Dünən, 18:09
Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Dünən, 18:08
Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Dünən, 18:05
Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Dünən, 17:59
Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Dünən, 17:50
Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Dünən, 17:46
8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Dünən, 17:42
ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Dünən, 17:40
“Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Dünən, 17:36
70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Dünən, 17:32
Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Dünən, 17:29
Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Dünən, 17:28
“1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Dünən, 17:25
Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Dünən, 16:22
51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Dünən, 16:20
"Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Dünən, 16:19
NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Dünən, 16:15
Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Dünən, 16:12
NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Dünən, 16:10
Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Dünən, 16:07
Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Dünən, 16:05
Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Dünən, 16:03
Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Dünən, 16:02
Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Dünən, 16:00
“Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Dünən, 15:57
Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Dünən, 15:54
Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Dünən, 15:15
Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Dünən, 15:13
İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Dünən, 15:09
Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Dünən, 15:02
Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Dünən, 14:59
Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Dünən, 14:57
Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Dünən, 14:55
Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! - NARAZILIQ VAR...
Dünən, 14:53
"Kürd Elnur" məhkəməyə çıxarılacaq
Dünən, 14:49
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru