Niyə axı bizdə BƏLƏDİYYƏ SİSTEMİ uğur qazanmır? .....                     Müəllimlərin maaşı vergidən azad ediləcək? .....                     Avropada müharibə kabusu: Azərbaycan hansı təhlükə ilə üz-üzə qalıb? .....                     7 ildir dələduz işçilərə görə sığorta ödənişi edilmir .....                     Ermənistan “müharibə qovşağı”na çevrilir... .....                     "Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." .....                     "Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver" .....                     Uşaqlar pul yığıb, sinfi qızdırır... .....                     Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir .....                     Verdiyevin həbsi: Necə davranmaq lazımdır? .....                     Dünyanın ən yaxşı universitetləri .....                     Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? .....                     Polşanın təklifi yaxşı nəticələr vəd etmir .....                     MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... .....                     Elcan Rəsulov yıxılıb başından zədə aldı .....                     Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? .....                     Orxan Xəyyama KÖMƏK İSTƏDİ: .....                     "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" .....                     1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi .....                     Siyavuş Novruzov HAQLIDIR, AMMA... .....                     Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər .....                     Kremldən postsovet ölkələrinə .....                     Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK .....                     Paşinyan “qızıl qayıdış”a başladı .....                     Elşad Xose şəxsi həyatı haqda: .....                     8 milyon manatlıq “Araznet Technologies” şirkəti .....                     ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib .....                     “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir .....                     70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? .....                     Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək .....                     Bir neçə ay əvvəl tutulan narkobaron .....                     “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” .....                     Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? .....                     51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib .....                     "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan" .....                     NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır .....                     Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu .....                     NATO-ya üzv olmaq istəmirik... AMMA... .....                     Trampın qərarı Azərbaycana necə təsir edəcək? .....                     Vətən müharibəsindən sonra Bakıda təkrarlandı .....                 

AMEA Əlyazmalar İnstitutunun direktor müavininin 1 milyon 200 min manatı necə oğurlanıb? - Qarşı tərəfin iddiası
Tarix: 30-08-2017, 10:49 | Çap et
AMEA Əlyazmalar İnstitutunun direktor müavininin 1 milyon 200 min manatı necə oğurlanıb?
Bakı şəhər sakini Zeynalov Abduləli Mirzə oğlu «Təzadlar»a göndərdiyi şikayət ərizəsində qızının AMEA Əlyazmalar İnstitutunun direktor müavini Aybəniz Əliyevanın şikayəti əsasında həbs edildiyini yazıb. Ata bu məsələdə qızını günahkar saymır. Bununla belə, redaksiya AMEA Əlyazmalar İnstitutunun direktor müavini Aybəniz Əliyevanın da mövqeyini öyrənməyə çalışır. Aşağıda həmin şikayət məktubunu ixtisarla təqdim edirik:
Hörmətli «Təzadlar»!
Bəzən KİV-də yazılır ki, alimlərin aldığı məvacib qənaətbəxş deyil. Belə yazılara çox rast gəlinir. Bəzən də alimlərin evində baş vermiş oğurluq hadisələri ətrafında istintaq orqanı araşdırma aparanda bəlli olur ki, sən demə, alimlərin bəziləri kasıb yox, lap yaxşı yaşayır və dolanır.
Deməyim odur ki, mən Zeynalov Abduləli Mirzə oğlu, sizin sayta müraciət edərək bildirirəm ki, mənim qızım Zeynalova Xanım Abduləli qızı Azərbayacan AMEA-nın əməkdaşı, professor, elmlər doktoru, 2002-2014-cü illərdə AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru vəzifəsində işləmiş, indi isə AMEA Əlyazmalar İnstitutunun direktor müavini Aybəniz Əliyevanın şikayəti əsasında həbs edilib. Həbs edilən qızım Xanım Zeynalova əvvəllər A.Əliyevanın evində xadimə işləyib və guya alimin evindən 536 min ABŞ dolları, 143 min manat dəyərində qızıl-zinət əşyaları oğurlayıb. Ona görə “guya” yazıram ki, təqsirsizlik prezumpsiyası adlı bir hüquqi anlayış var və hələki istintaq gedir, məhkəmə hökmü olmadan kimisə cinayətkar hesab etmək olmaz. Oğurluqda şübəli bilinərək həbs edilən qızımın isə taleyi məni ciddi narahat edir, bəzən bu qanunsuz hərəkətə görə özümü intihar etmək istəyirəm. Amma bəzən də gözləyirəm görüm bu işin axırı necə olacaq.
Hamıya bəllidir ki, sübutetmə vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Yəni, Aybəniz xanım, istintaq tərəfi sübut etməlidir ki, həqiqətən də, Aybəniz xanımın evindəki seyfdə 536 min ABŞ dolları, 143 min manatlıq da qızıl-zinət əşyaları olub və bunların hamısını məhz təqsirləndirilən qızım oğurlayıb. Bunlar öz yerində... Mən həbsdə olan qızımın sözlərinə istinadən bildirirəm ki, Aybəniz xanım çox əliaçıq və ürəyi geniş olub, şəxsi seyfinin də qapılarını ailə üzvlərinin üzünə geniş açıbmış. Kim nə vaxt, nə qədər istədi, götürüb xərcləyirmiş. Misal üçün, xüsusi qeyd edim ki, Aybəniz xanımın qızı Gülşən Əliyeva Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin prorektorudur. O, yaxın dostu olan, Zorik (Əsl adı Qalibdir) kimi tanıdığı oğlana “Albatros”dan hədiyyə almaq üçün, anasının xəbəri olmadan onun seyfindən 3 min ABŞ dolları götürübmüş və bu barədə biləndə Aybəniz xanımla qızı arasında mübahisə olub. Belə hallar tez-tez təkrarlanırmış deyə, ana-bala arasında tez-tez mübahisələr baş verirmiş. Abduləli Zeynalov olaraq onu da bildirəm ki, axtarış zamanı qızımın evindən, Aybəniz Əliyevanın oğurlandıqlarını iddia etdiyi bir neçə qızıllar, həqiqətən də tapılıb. Həmin bir neçə qızılları isə Aybəniz xanımın qızı Gülşən qızıma veribmiş. Səbəbini isə belə izah edə bilərəm: Aybəniz Əliyeva xəstə olduğu müddətdə ona qulluq etmək üçün qızı Gülşən Əliyevanın vaxtı olmayıb, ona qızım Xanım Zeynalova xidmət edib. Bunun müqabilində qızı Gülşən Əliyeva bir neçə xırda qızıl məmulatını qızıma pul əvəzi bağışlayıb. Bunu Aybəniz Əliyeva istintaqa verdiyi birinci ifadəsində təsdiqləsə də sonradan verdiyi ifadədən imtina edib. Maraqlısı isə odur ki, oğurluq hadisəsi qızım Xanım Zeynalova A.Əliyevanın evindən işləməkdən çıxıb Bakı Metropolitenində işlədiyi müddətdə baş verib. Yəni 8 (səkkiz) ay sonra törədilib. Demək istəyirəm bu qədər pul qızıl iynə olub ki, bunun oğurlanmasından Aybəniz Əliyeva 8 (səkkiz) ay sonra xəbər tutub? Elə bu oğurluq hadisəsi qaranlıq mətləblərdən xəbər verir. Hələliksə, hər kəsin marağına səbəb olacaq bir suala cavab verirəm: AMEA-nın professoru, Əlyazmalar İnistitunun direktor müavini Aybəniz Əliyevanın evində 1 (bir) milyon manatdan artıq pul haradandır?
Görəsən Aybəniz Əliyeva düz danışırmı? Onun evindəki seyfdə həqiqətən də 536 min ABŞ dolları, 143 min manatlıq qızıl-zinət əşyaları olub? Olubsa, hardandır bu sərvət? Aldığı 1500-2000 manatı, yeməsə, içməsə, istirahətə, səyahətə getməsə, özünə bahalı geyimlər, zinət əşyaları almasa, neçə ilə bu qədər sərvəti toplaya bilərdi Azərbaycan alimi?
A.Əliyevanın məvacibini, hətta 1500-2000 manatdan götürsək (Onu deyim ki, bu məvacibi də almasi ağıla batan deyil) ilə 24 min manatdan, 30 ilə yalnız 720 min manat yığmaq olar. Burada isə milyondan artıq sərvətdən söhbət gedir. Aybəniz Əliyeva-Kəngərli 30 il pəhrizmi saxlayıb, orucmu tutub?
Onu da qeyd edim ki, qızımın əsassız yerə həbs edilməsi, onun azyaşlı övladlarının kimsəsiz qalması, bir ailə faciəsi ilə nəticələnib. Mən növbəti yazımda Aybəniz xanımın qızı Gülşən Əliyeva barəsində daha geniş məlumat göndərəcəm. Çünki bu məlumatlarda oğurluq hadisəsinin izi aydın görünə biləcək…
Hörmətli «Təzadlar»!
Sizə əlavə məlumat göndəriləcək. İstəyirəm ki, kimisə hansısa cinayətdə ittiham edəndə insaf və ədalət ortada olsun, başımızın üzərində olsun. Yenə də məhkəmə istintaqından ədalətli nəticə gözləyirəm.
Dərin hörmətlə:
Zeynalov Abduləli Mirzə oğlu
Bakı şəhəri, Yasam rayonu Faiq Kərimov küç.-186.
Redaksiyadan: A.Əliyevanın da mövqeyini dinləməyə hazırıq və buna çalışırıq...









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Niyə axı bizdə BƏLƏDİYYƏ SİSTEMİ uğur qazanmır? - ARAŞDIRMA
Bu gün, 01:42
Müəllimlərin maaşı vergidən azad ediləcək? - AÇIQLAMA
Bu gün, 01:27
Avropada müharibə kabusu: Azərbaycan hansı təhlükə ilə üz-üzə qalıb? - İNCƏLƏMƏ
Bu gün, 01:22
7 ildir dələduz işçilərə görə sığorta ödənişi edilmir - İLGİNC FAKT
Bu gün, 00:47
Ermənistan “müharibə qovşağı”na çevrilir... - "Qərb regionda savaş lazımdır"
Bu gün, 00:37
"Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 00:33
"Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver"
Bu gün, 00:27
Uşaqlar pul yığıb, sinfi qızdırır... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 00:24
Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir – Ermənistan rəsmisi açıqladı
Bu gün, 00:19
Verdiyevin həbsi: Necə davranmaq lazımdır? - AKTUAL
Bu gün, 00:17
Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Dünən, 20:39
Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Dünən, 20:36
Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Dünən, 19:00
MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Dünən, 18:58
Elcan Rəsulov yıxılıb başından zədə aldı
Dünən, 18:21
Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Dünən, 18:17
Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Dünən, 18:15
"Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Dünən, 18:13
1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Dünən, 18:11
Siyavuş Novruzov HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Dünən, 18:09
Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Dünən, 18:08
Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Dünən, 18:05
Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Dünən, 17:59
Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Dünən, 17:50
Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Dünən, 17:46
8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Dünən, 17:42
ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Dünən, 17:40
“Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Dünən, 17:36
70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Dünən, 17:32
Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Dünən, 17:29
Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Dünən, 17:28
“1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Dünən, 17:25
Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Dünən, 16:22
51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Dünən, 16:20
"Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Dünən, 16:19
NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Dünən, 16:15
Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Dünən, 16:12
NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Dünən, 16:10
Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Dünən, 16:07
Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Dünən, 16:05
Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Dünən, 16:03
Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Dünən, 16:02
Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Dünən, 16:00
“Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Dünən, 15:57
Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Dünən, 15:54
Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Dünən, 15:15
Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Dünən, 15:13
İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Dünən, 15:09
Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Dünən, 15:02
Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Dünən, 14:59
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru