Mikayıl Cabbarov Nazim İbrahimovun kadrlarını İŞDƏN ÇIXARIR - İDDİA
Tarix: 21-09-2017, 11:36 |
Çap et
Xəbər verdiyimiz kimi, Azərbaycan Qılıncoynatma Federasiyasının (AQF) növbədənkənar hesabat-seçki konfransı baş tutub. Qurumun prezident postuna yeganə namizəd təhsil naziri Mikayıl Cabbarov səsverməyə əsasən rəhbər seçilib.
Unikal.org-un əldə etdiyi məlumata görə, Mikayıl Cabbarov Nazim İbrahimovun yeni təyin etdiyi kadrları işdən azad edə bilər. O, yeni komanda qurmağı planlaşdırır. Məlumata görə, vəzifədən azad olunacaq şəxslər arasında vitse-prezident Ramin Məmmədov, baş katib Asəf Məlikov, baş məşqçi Oktay Şahverdiyev, nəzarət-təftiş komissiyasına üzvləri İslam Rəhimov, Elxan Əhmədov və Sudeyif Quliyev də var.
Məsələ ilə bağlı İbrahimovun keçirdiyi sonuncu iclasda baş katib seçilən Asəf Məlikov Unikal.org-a danışıb. O yenidən seçkilər keçiriləcəyini təsdiqləyib:
"Yeni federasiya rəhbərliyi öz komandasını müəyyən edəcək. Yekdilliklə seçilmiş hörmətli Mikayıl müəllimin təklifi əsasında seçki keçiriləcək. Bu barədə Mikayıl müəllim özü də açıqlama verdi”.
Qeyd edək ki, M.Cabbarov növbəti tsikldə qılıncoynatmanın da inkişafına nəzarət edəcək. O, bu postda avqustun 17-də növbəti dəfə AQF-in prezidenti seçilən Nazim İbrahimovu əvəzləyib.