Akif Çovdarov müalicə almaq istəmir - "Amma bu onu deməyə əsas vermir ki..."
Tarix: 22-12-2017, 14:44 |
Çap et
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin idarə rəisi, hazırda həbsdə olan Akif Çovdarovun Azərbaycanın Penitensiar Xidmətinin Müalicə Müəssisəsində xidmətin aşağı səviyyədə olması barədə dedikləri həqiqəti əks etdirmir.
dia-az.life xəbər verir ki, bunu Trend-ə açıqlamasında ədliyyə naziri yanında İctimai Komitənin üzvü Əhməd Abasbəyli deyib.
Komitə üzvü bildirib ki, Penitensiar Xidmətin Müalicə Müəssisəsi son illərdə müasir tibbi avadanlıqlarla təchiz edilib: “Müalicə Müəssisəsində peşəkar mütəxəssislər çalışır, məhbuslara yüksək səviyyədə tibbi xidmət göstərilir. Akif Çovdarov özü orada müalicə almaq istəmirsə, onu Penitensiar Xidmət rəhbərliyi müalicəyə məcbur edə bilməz. Akif Çovdarov həmin müəssisədə yox, başqa müəssisədə müalicə almaq istəyir. Amma bu onu deməyə əsas vermir ki, müalicə müəssisəsində şərait yoxdur, xidmət səviyyəsi aşağıdır”.
Qeyd edək ki, bir müddət əvvəl A.Çovdarovun vəkili Sadiq Rəsulov müvəkkilinin səhhəti ilə bağlı bildirmişdi ki, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə Müəssisəsində A.Çovdarovu müalicə edə biləcək həkim yoxdur və təqsirləndirilən şəxs Müalicə Müəssisəsinə köçürülməkdən imtina edib.