İmişli və Cəlilabad rayonlarında yerləşən torpaq sahələri üçün hərrac keçiriləcək .....                     “Dövlət bunu boş yerə etmir…” .....                     Niyə axı bizdə BƏLƏDİYYƏ SİSTEMİ uğur qazanmır? .....                     Müəllimlərin maaşı vergidən azad ediləcək? .....                     Avropada müharibə kabusu: Azərbaycan hansı təhlükə ilə üz-üzə qalıb? .....                     7 ildir dələduz işçilərə görə sığorta ödənişi edilmir .....                     Ermənistan “müharibə qovşağı”na çevrilir... .....                     "Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." .....                     "Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver" .....                     Uşaqlar pul yığıb, sinfi qızdırır... .....                     Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir .....                     Verdiyevin həbsi: Necə davranmaq lazımdır? .....                     Dünyanın ən yaxşı universitetləri .....                     Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? .....                     Polşanın təklifi yaxşı nəticələr vəd etmir .....                     MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... .....                     Elcan Rəsulov yıxılıb başından zədə aldı .....                     Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? .....                     Orxan Xəyyama KÖMƏK İSTƏDİ: .....                     "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" .....                     1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi .....                     Siyavuş Novruzov HAQLIDIR, AMMA... .....                     Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər .....                     Kremldən postsovet ölkələrinə .....                     Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK .....                     Paşinyan “qızıl qayıdış”a başladı .....                     Elşad Xose şəxsi həyatı haqda: .....                     8 milyon manatlıq “Araznet Technologies” şirkəti .....                     ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib .....                     “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir .....                     70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? .....                     Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək .....                     Bir neçə ay əvvəl tutulan narkobaron .....                     “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” .....                     Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? .....                     51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib .....                     "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan" .....                     NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır .....                     Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu .....                     NATO-ya üzv olmaq istəmirik... AMMA... .....                 

Qobustanda “Şeyx Nəsrullah” peyda olub - İTTİHAM
Tarix: 13-02-2018, 12:44 | Çap et
Qobustanda “Şeyx Nəsrullah” peyda olub
...Bəyənmədiyimiz Sovet dövründə insanlar bir-birinə qarşı bu qədər aqressiv, bu qədər düşmən münasibət bəsləmirdilər. Kimsə kimisə aldatmaq istəyərdisə, o, mütləq el qınağına tuş gələcəkdi. Bu səbəbdən də alıb-aldatma, insanların bir-birinə kəf gəlməsi çox az hallarda baş verərdi. Müstəqillik dövründə isə insanlar bir-birini aldatmaq üçün, sanki yarışa giriblər.

Redaksiyamıza bu barədə daxil olan şikayətlərin sayı-hesabı yoxdur. Bu şikayətlər əsasında o qədər qəribə aldatma üsulları ilə tanış olmuşuq ki, daha yenisini eşidəndə təəccüblənmirik. Amma bu dəfə Qobustan rayonunun Qaracüzlü kəndinin 40 nəfərə yaxın sakinindən aldığımız şikayət məktubu məni bir az təəccübləndirdi. Sakinlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Respublikanın Birinci-vitse prezidenti xanım Mehriban Əliyevaya, baş prokuror cənab Zakir Qaralova, daxili işlər naziri cənab Ramil Usubova, dövlət təhlükəsizlik xidmətinin rəisi cənab Mədət Quliyevə maliyyə naziri cənab Samir Şərifova, kənd təsərrüfatı naziri cənab Heydər Əsədova, korrupsiyaya qarşı mübarizə idarəsinin rəisi cənab Kamran Əliyevə, maliyyə bazarlarına nəzarət palatasının sədrinə, ombudsman Elmira Süleymanovaya ünvanlanmış şikayət məktubunda çox maraqlı bir məqamı diqqətə çatdırıblar.
Məsələ belədir. Qobustan rayon Qaracüzlü kəndinin daxil olduğu Qurbançı bələdiyyəsinin sabiq sədri Əlikram Musayevdə, sən demə, Şeyx Nəsrullah kimi ölü diriltmək qabiliyyəti varmış. Hadisə vaqe olur 2006-cı ildə. Amma ölü diriltmək məsələsində Şeyx Nəsrullahın köməkçisi Şeyx Əhməd olan kimi, Əlikram Musayevin də Qobustan dövlət notariat kontorunun rəisi olmuş Tofiq Seyidov adlı köməkçisi olub. Bəli, bəli, buna qətiyyən siz də təəccüblənməyin. Bu insanların doğrudan da ölü diriltmək kimi çox mahir bacarıqları olub. Buna isə XXI əsrin Şeyx Nəsrullahı və Şeyx Əhmədi demək olar. Sözlərimi sübut etmək üçün mətləbə keçək.
Deməli, hadisənin vaqe olduğu 2006-cı ildə Qurbançı bələdiyyəsinin sədri Əlikram Musayev yatdığı gecələrin birində qəribə yuxu görür. Yuxuda ona qeybdən belə bir səs gəlir: “Nə yatmısan, ey dili qafil? Sən qısa bir zamanda var-dövlət sahibi ola bilərsən. Bundan ötrü Qaracüzlü kənd sakinlərinin pay torpaqlarını sənə müraciət edəcək Malik Məmmədova dəyər-dəyməzinə sat getsin”.
Yuxuda da olsa, Ə.Musayev qeybdən səsi gələn varlığa belə bir sual verməyə özündə cəsarət tapır: - Ey qurban olduğum varlıq, axı bu camaatın qanuni sənədlə əllərində olan torpaqlarını mən necə sata bilərəm?
Qeybdən gələn səs: “Mən bu vergini hər adama vermirəm. Sənə müraciət edirəmsə, deməli bu işi bacaracağına inanıram. Özü də sənə bu işdə Qobustan dövlət notariat kontorunun müdiri Şeyx Tofiq Seyidovu köməkçi göndərirəm”.
Ə.Musayev ağzını açıb yenə nəsə demək istəyirdi ki, hövlank yuxudan ayıldı və xeyli yerində vurnuxmağa başladı. Çox götür-qoy etdi və əmin oldu ki, doğrudan da ona yuxuda vergi verilib. Bu səbəbdən də Qaracüzlü kənd sakinlərinin xəbəri olmadan yüzlərlə hektar torpaq sahəsini bir kağız parçası ilə əldə etdi. Əvvəlcə bu binəva sakinlərin adlarını təqdim edirəm ki, yəqinlik hasil olsun. Həmin insanlar bunlardır:
Mirzəmmədov Mehdibala Heybət oğlu, Salıyeva Güllü Novruz qızı, Paşayev Raəmazan Qubat oğlu, Xalıqov Babazadə Babakişi oğlu, Pirməmmədova Abda Hətəm qızı, Məmmədova Fatmaxanım İbrahim qızı, Həsənova Gülxar Məhəmməd qızı, Məmmədov Səftər Hətəm oğlu, Məmmədov Dostalı Heybətalı oğlu, Nağıyev Ağabala Sadiq oğlu, Nağıyev Babaverdi Ağabala oğlu, Xankişiyev Sədrəddin İbrahim oğlu, Əhmədova Sona Sərhəd qızı, Alcanov İmamcan Abasqulu oğlu, Kərimova Nura İbrahim qızı, Süleymanov Nemət Süleyman oğlu, Nemətova Sənəm Sahib qızı, Xankişiyev Əlilla Xanalı oğlu, Xasıyeva Şahsənəm Qismət qızı, Rzaxanov Ehtiqat Alıbəy oğlu, Zaidov Süleyman İbad oğlu, Qarayev Mirələm Məhəbbət oğlu, Məmmədov Gülməmməd Məmməd oğlu, Mərdalıyeva Hökmə Hümbət qızı, Xalıqova Gülgəz Xanqulu qızı, Alcanova Çimnaz Mirzə qızı, Abdullayeva Abdulla İbad oğlu, Musayev Əlikram Ələkbər oğlu, Əliyeva Xədicə Heybətalı qızı, Novruzova Xuraman Məhəmməd qızı, Novruzova Sona Nemət qızı, Dosdiyeva Fatmaxanım Sadiq qızı, Məmmədova Adilə Ağagül qızı və vəfat etmiş Mirzəmmədov Heybət Qulu oğlu (atası), Mirzəmmədova Fatma Gülbala qızı (anası) adından oğlu Mirzəmmədov Telman Heybət oğlu.
Göründüyü kimi, az qala bütöv bir kəndin sakinlərinin adları burada qeyd olunub. Bəs bu qədər kənd sakinlərinin kənd təsərrüfatı məqsədilə məşğul olmaq məqsədilə verilmiş hektarlarla pay torpaqlarını Qurbançı bələdiyyəsinin sabiq sədri Əlikram Musayev hansı yolla ələ keçirərək, sata bilib? Hə, yadıma düşdü axı, kişiyə yuxuda vergi verilib. Məhz bu vergi əsasında gözünə döndüyüm bələdiyyə sədri 40 nəfərin adından saxta etibarnamə hazırlayır ki, guya bu insanlar öz torpaqlarını satmaq üçün Ə.Musayevə etibar edirlər. Ancaq təkcə saxta etibarnaməni hazırlamaqla iş bitmir. Bunun notariatda təsdiqi, imzası, möhürü olmalıdır. Bu yerdə Qobustan rayon dövlət notariat kontorunun müdiri Tofiq Seyidov köməyə gəlir. Amma bu etibarnamədə ailə üzvlərinin razılıq ərizəsi, imzası nə Ə.Musayevi, nə də T.Seyidovu narahat edir. Bu iki nəfərə vergi verilib axı...
İndi bir az aydınlıq olsun deyə gəlin, sakinlərin yuxarıda göstərilən ünvanlara yazdıqları şikayət məktubundan bir epizodla tanış olaq: “...Kəndimizin daxil olduğu Qurbançı bələdiyyəsinin sədri Əlikram Musayev 40-a yaxın təsərrüfat rəhbərindən (ailə başçısı) onlara verilmiş pay torpağın Dövlət Aktında ediləcək düzəliş adı altında hamısını toplamış və 2006-cı il aprelin 2-də Bakı şəhəri Mustafayev küçəsi ev 27, mənzil 36-da yaşayan Məmmədov Malik Xeyrulla oğlu ilə gizli sövdələşərək, bir hektarı, özünün dediyi kimi 200 manata saxta sənədlərlə sataraq bizə külli miqdarda ziyan vurmuşdur. Belə ki, bələdiyyə sədri Ə.Musayev Qobustan notariat kontorunun rəisi olmuş T.Seyidovla əvvəlcədən razılaşaraq, alqı-satqı müqaviləsi bağlamaq üçün bizim, 40 ailə başçısı adından öz adına etibarnamə və ailə üzvlərinin hər birinin adından razılıq ərizələri tərtib edərək, eyni reyestr nömrəli 02 aprel 2016-cı il tarixli 2 ədəd alqı-satqı müqaviləsi tərtib etmişlər. Müqavilənin saxtalığını sübut edən məqamlardan biri budur ki, 32 nəfərin adı yazılmış alqı-satqı müqaviləsində alıcının imzası və adı göstərilmir. Belə bir saxta müqavilə əsasında alıcı M.Məmmədov 2008-ci il aprelin 21-də 14 saylı DƏDRX-nin Şamaxı rayon ərazi idarəsi tərəfindən dövlət qeydiyyatı haqqında MH seriyalı 4 ədəd çıxarış almışdır. M.Məmmədovun adına cəmi 526,74 hektar torpağa mülkiyyət hüququna dair sənəd verilmişdir”.
Sual oluna bilər ki, burada qəribə heç nə yoxdur və hər gün rastlaşdığımız dələduzluq faktıdır. Xeyr, sizin düşündüyünüz kimi deyil. Çünki siyahıda adları göstərilmiş insanların bir neçəsi torpağın alqı-satqısına dair 2 aprel 2006-cı ildən bağlanan müqaviləyə qədər dünyalarını dəyişiblər. Gəlin əvvəlcə bu barədə həmin insanların ölüm şəhadətnaməsinə nəzər salaq. Deməli, etibarnamə ilə öz torpağını Əlikram Musayevə verən Muradov Muradxan İdayət oğlu 23 fevral 2003-cü ildə, Mirzəmmədov Heybət Qulu oğlu 12.02.2005-ci ildə, Yusifov Fətxan Məmmədmurad oğlu 01.05.2000-ci ildə, Mirzəmmədova Fatma Gülbala qızı 16.08.2004-cü ildə vəfat ediblər. Ancaq Qurbançı Bələdiyyəsinin sədri Əlikram Musayev üçün bu insanlar yaşayırlar. Çünki Ə.Musayevə 2006-cı ildə yuxuda vergi verilib və o vergi sayəsində rəhmətə getmiş insanları dirildərək etibarnamə almağa nail olub. Buna heç kəs söz deyə bilməz. Axı bu insana Şeyx Nəsrullah kimi ölü diriltmək qabiliyyəti verilib. Ə.Musayev istəsə dünyasını dəyişmiş, istənilən rəhmətliklə telefon əlaqəsi də yarada bilər. Deyilənə görə hətta gecələr torpağını satdığı rəhmətliklər Ə.Musayevin tez-tez qonağı olurlar. Özü də hər biri ayrılıqda Ə.Musayevin boğazından yapışıb haqq-hesab tələb edirlər ki, biz ölmüş adamlar sənə necə etibarnamə verə bilərik? Amma varlanma ehtirası Ə.Musayevin gözünü nətəhər tutubsa, rəhbətlikləri eşidib, görəcək halda deyil. Onu da nəzərə alsaq ki, son bir ildir Ə.Musayev bələdiyyə sədri deyil və yığdıqlarını bala-bala həzmi-rabedən keçirməklə məşğuldur, onda mənzərə aydın olar.
Elə telefonla söhbətimizdə Ə.Musayev bildirdi ki, onun bu işdə heç bir günahı yoxdur: “Vaxtı ilə ataları torpaqlarını satıblar, indi övladları ayılıblar ki, onların bu işdən xəbəri olmayıb. Onların hamısı bizim kəndçilərdir və hamısını yaxşı tanıyıram. Sizə düzgün məlumat verməyiblər. Lap istəyirsiniz torpağı alan Malik Məmmədovdan da soruşun”.

“...Mən o torpaqları “Gilan Holdinq” şirkəti üçün almışam...”

Məsləhətə əməl edib, Malik Məmmədovu da aradıq. Məlum oldu ki, 2006-cı ildən bəri çox şey dəyişib. M.Məmmədov mənimlə olan telefon söhbətində belə dedi: “Qardaş, mən şəkər xəstəsiyəm, bir ildir ayağımın birini kəsiblər. Ona görə də çölə-bayıra çıxmıram. Dediyiniz məsələdə mənim heç bir günahım yoxdur. Mən pulumu verib, torpaq almışam... Mənim üçün fərqi yoxdur, torpağı kimdən alıram. Mən o torpaqları “Gilan Holdinq” şirkəti üçün almışam. Yaxşı olar ki, bu məsələləri yaxından bilən şirkətin hüquqşünası Söhrab müəllimlə əlaqə saxlayasınız”.
Yenə də məsləhətə əməl edib, “Gilan Holdinq” şirkətinin hüquqşünası Söhrab müəllimlə əlaqə saxlayıb belə cavab aldıq: “Siz suallarınızı yazılı surətdə bizə göndərin, biz də sizə cavab verək”. Bu yerdə hüquqşünas qardaşımıza “KİV haqqında” qanunun 8-ci maddəsini yada saldım. Həmin maddədə yazılıb: “Jurnalist sorğunu yazılı və şifahi verə bilər”. Bu xatırlatmadan sonra Söhrab müəllim bizi maraqlandıran məsələlərə aydınlıq gətirilməsi məqsədilə görüşməyə razı oldu. Lakin sonrakı günlərdə olan zənglərimiz, nədənsə cavabsız qaldı.
***
Göründüyü kimi, məsələ olduqca qəlizdir. 40 nəfər kənd sakininin xəbəri olmadan torpaqlar satılır. Hələ bunların arasında ölmüş insanların adından hazırlanan saxta etibarnamələri demirəm. Ən maraqlı məsələ odur ki, bu etibarnamələri təsdiq edən müasir Şeyx Əhməd olan Qobustan dövlət notariat kontorunun rəisi Tofiq Seyidov bu etibarnamələri heç bir sənədə yazmayıb və heç bir qeydiyyat aparmayıb. Sadəcə möhür və ştamp vurub. Sakinlərin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən, Ədliyyə Nazirliyinin Dövlət Notariat Arxivindən və Qobustan Dövlət Notariat Kontorundan aldıqları maraqlı cavablar və digər insanı heyran edən faktlar barədə növbəti sayımızda məlumat verəcəyik...
Redaksiya sabiq məmurların əməllərini özündə əks etdirən sənədləri rəsmi qaydada Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə göndərəcək.
Dünən yazı çapa hazırlanarkən şikayətçilərin adından fövqəladə hallar naziri Kəmaləddin iHeydərova ünvanlı şikayət ərizələrini redaksiyamıza təqdim etdilər... Bütün bunlar, həmçinin Sumqayıt Apellyasiya Məhkəməsinin ölülərə necə haqq qazandırması, Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Kontorundan verilən etibarnamələrin saxta olduğunu sübut edən arayışlar barədə növbəti yazıda ətraflı bəhs olunacaq.
\\tezadlar.az\\








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İmişli və Cəlilabad rayonlarında yerləşən torpaq sahələri üçün hərrac keçiriləcək
Bu gün, 03:04
“Dövlət bunu boş yerə etmir…” - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 02:59
Niyə axı bizdə BƏLƏDİYYƏ SİSTEMİ uğur qazanmır? - ARAŞDIRMA
Bu gün, 01:42
Müəllimlərin maaşı vergidən azad ediləcək? - AÇIQLAMA
Bu gün, 01:27
Avropada müharibə kabusu: Azərbaycan hansı təhlükə ilə üz-üzə qalıb? - İNCƏLƏMƏ
Bu gün, 01:22
7 ildir dələduz işçilərə görə sığorta ödənişi edilmir - İLGİNC FAKT
Bu gün, 00:47
Ermənistan “müharibə qovşağı”na çevrilir... - "Qərb regionda savaş lazımdır"
Bu gün, 00:37
"Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 00:33
"Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver"
Bu gün, 00:27
Uşaqlar pul yığıb, sinfi qızdırır... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 00:24
Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir – Ermənistan rəsmisi açıqladı
Bu gün, 00:19
Verdiyevin həbsi: Necə davranmaq lazımdır? - AKTUAL
Bu gün, 00:17
Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Dünən, 20:39
Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Dünən, 20:36
Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Dünən, 19:00
MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Dünən, 18:58
Elcan Rəsulov yıxılıb başından zədə aldı
Dünən, 18:21
Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Dünən, 18:17
Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Dünən, 18:15
"Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Dünən, 18:13
1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Dünən, 18:11
Siyavuş Novruzov HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Dünən, 18:09
Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Dünən, 18:08
Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Dünən, 18:05
Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Dünən, 17:59
Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Dünən, 17:50
Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Dünən, 17:46
8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Dünən, 17:42
ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Dünən, 17:40
“Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Dünən, 17:36
70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Dünən, 17:32
Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Dünən, 17:29
Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Dünən, 17:28
“1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Dünən, 17:25
Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Dünən, 16:22
51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Dünən, 16:20
"Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Dünən, 16:19
NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Dünən, 16:15
Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Dünən, 16:12
NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Dünən, 16:10
Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Dünən, 16:07
Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Dünən, 16:05
Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Dünən, 16:03
Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Dünən, 16:02
Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Dünən, 16:00
“Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Dünən, 15:57
Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Dünən, 15:54
Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Dünən, 15:15
Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Dünən, 15:13
İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Dünən, 15:09
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru