Bakı Beynəlxalq Avtovağzalı uğrunda SAVAŞ - İDDİA
Tarix: 23-02-2018, 12:25 | Çap et
Sabiq nəqliyyat naziri vəzifəsini itirəndən sonra, bir-bir maliyyə rıçaqlarını da itirməyə başladı. Bunu tez-tez mətbuatda yayımlanan müxtəlif məlumatlar da deməyə əsas verir. Bu günlərdə isə Ziya Məmmədovun “villasının yanması” barədə məlumatlar gündəmə gəldi. Şübhəsiz ki, Ziya Məmmədovu sevməyən və onun yenidən vəzifəyə gəlməsindən ehtiyatlanan şəxslər az deyil. Nəzərə alsaq ki, sabiq nazirin hətta okeanın o tayında belə, yetərincə maliyyə resursları var, onun “kitabının bağlandığını” heç kim əminliklə deyə bilməz. Yəni, Ziya Məmmədov hər gün vəzifə başına qayıda bilər. Onun son ümidi isə Bakı Beynəlxalq Avtovağzalı hesab olunur. Vaxtilə sabiq nazirin qardaşına məxsus “XXI əsr” MMC-yə aid olub, “şəxsi vəsait” olan 80 milyon ABŞ dollarına tikilmiş bu nəhəng nəqliyyat kompleksi sonradan direktoru Seymur Aslanov olan, lakin Anar Məmmədovun kurasiyasına aid “Azerbaijan Ground Services” MMC-nin nəzarətindədir. Bu MMC hələ də Yevlax, Ucar, Gəncə kimi şəhərlərdə bir çox avtovağzalları kurasiya edir. Yəni, Azərbaycanın ən gəlirli sahələrindən biri olan nəqliyyat sektoru bu gün hələ də Ziya Məmmədovun qeyri-rəsmi nəzarətindədir. Ziya Məmmədov və onun kimi, amma hələ də vəzifəsində qalan bəzi məmurların sayəsində maddi sıxıntılara qərq olan vətəndaşlar hələ də nəqliyyat mafiyalarını “dolandırmağa” davam edir. Çünki başqa variant yoxdur. Ərzaq idxalatı oliqarxların əlində, İKT məhsullarının idxalatı oliqarxların əlində… Dərmandan tutmuş sirkə-badımcan idxalatına qədər… O da oliqarxların əlində. Və bir oliqarx olaraq, Ziya Məmmədov bu gün hakimiyyətdəki tanış və dostlarından yeni vəzifə tələb edir. Əslində, bu iş təkcə Ziya Məmmədovdan asılı olsaydı, çox da dərinə getməzdi. Amma bunu sabiq nazirin arxasında və ətrafında olan adamlar, habelə, xaricdəki dayaqlar da tələb edirlər. Hətta onun üçün ölkə rəhbərliyinə minnətçi düşən bir sıra məmurlar və generallar da var. “Qafqaz Xəbər” qəzetinə daxil olan məlumata görə, bu “minnətçi”məmurlardan biri də Ziya Məmmədovun Bakı Beynəlxlaq Avtovağzalında şərikidir. Bəli, məlumatlı mənbə bildirir ki, sabiq nazir bu kompleksdən qazandığı “1 manat”ları tək yeməyib, hakimiyyətin ən yuxarı eşalonunda əyləşən konkret bir şəxslə bölüşüb. Həmin şəxsin adını açıqlamırıq. Lakin redaksiyamıza daxil olan məlumatlara görə, yeni nazir Ramin Quluzadə və onu dəstəkləyən qüvvələr Ziya Məmmədovun nəqliyyat sektorunda qalan “kabus”una son verməyə, onun nəzarət etdiyi bu və digər obyektləri “milliləşdirməyə” çalışırlar. Bu isə, əlbəttə ki, Ziya Məmmədov və onun şərikini narahat edir. Və mənbələr qeyd edir ki, Bakı Beynəlxalq Avtovağzalın “milliləşmə” məsələsi yuxarı dairələrdə cəbhə bölünməsi yaradıb. Sabiq nazir də bütün rıçaqlarını işə salaraq, öz təzyiqlərini artırmağa başlayıb. Ziya Məmmədovun nə qədər ciddi olduğunu, hətta onun barəsində yazılan müxtəlif qeyri-ciddi dezinformasiyalardan da hiss etmək olar. Ziya Məmmədov hər ağzını açıb ya vəzifə, ya da pullarını tələb etdikdə… Mətbuatda müxtəlif yazılar dərc olunur. Nazirin şəriki isə hər jurnalistə ayrı-ayrı zəng edib “sakitləşdirməkdə” çətinlik çəkir, çünki Ziya Məmmədovu “istəməyənlər” özlərinə ölkə mətbuatında yetərincə güclü dayaqlar və sosial baza yarada biliblər. Əlbəttə ki, hər şey pulun başındadır. Hətta dünən Ziya Məmmədovu “vəsf” edib ondan nəsə umanlar bu gün qarşı tərəfdən nəsə umaraq, Ziya Məmmədovu kəskin tənqid atəşinə tutublar… Mövzudan uzaqlaşmadan, qayıdaq Ziya Məmmədovun yeni vəzifə tələbinə – mənbələrin məlumatına görə, buna əsas maneə Ramin Quluzadədir. İlk baxışdan çox sakit görünən yeni nazir bu istiqamətdə özünə həmfikirlər də tapa bilib – çünki sabiq nazirin keçmişdəki “günahları” az deyil. Belə olduqda isə münaqişə dərinləşib. Hazırda, yuxarı dairələrdə özəl müəssisə olan Bakı Beynəlxalq Avtovağzalının səssiz-səmirsiz və ən əsası, beynəlxalq qalmaqalsız əl dəyişdirməsi müzakirə olunur. Ya Ziya Məmmədovun yeni vəzifə tələbi təmin olunmalıdır, ya da onlarla xarici diplomat və əcnəbi iş adamına bir “cavab” verilməlidir. Bu istiqamətdə digər maraqlı nüansları növbəti yazılarda bölüşəcəyik. Lakin biz Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliyinin Bakı Beynəlxalq Avtovağzalına real nəzarət imkanlarını müəyyən etmək istədik. Bunun üçün nazirliyə dəfələrlə zəng eləsək də, nə nazirliyin kommutator nömrəsində, nə də qurumun mətbuat xidmətində zənglərimizə cavab verən olmadı. Avtovağzalın ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Yaşar İsakov isə fevralın 20-sində ya işdə deyildi, ya da iş nömrəsində “Qafqaz Xəbər” qəzetindən daxil olan zənglərə cavab verməməyə söz verib. Araşdırmamız davam edir.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• İmişli və Cəlilabad rayonlarında yerləşən torpaq sahələri üçün hərrac keçiriləcək
Bu gün, 03:04 |
|
|
|
• “Dövlət bunu boş yerə etmir…” - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 02:59 |
|
|
|
• Niyə axı bizdə BƏLƏDİYYƏ SİSTEMİ uğur qazanmır? - ARAŞDIRMA
Bu gün, 01:42 |
|
|
|
• Müəllimlərin maaşı vergidən azad ediləcək? - AÇIQLAMA
Bu gün, 01:27 |
|
|
|
• Avropada müharibə kabusu: Azərbaycan hansı təhlükə ilə üz-üzə qalıb? - İNCƏLƏMƏ
Bu gün, 01:22 |
|
|
|
• 7 ildir dələduz işçilərə görə sığorta ödənişi edilmir - İLGİNC FAKT
Bu gün, 00:47 |
|
|
|
• Ermənistan “müharibə qovşağı”na çevrilir... - "Qərb regionda savaş lazımdır"
Bu gün, 00:37 |
|
|
|
• "Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 00:33 |
|
|
|
• "Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver"
Bu gün, 00:27 |
|
|
|
• Uşaqlar pul yığıb, sinfi qızdırır... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 00:24 |
|
|
|
• Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir – Ermənistan rəsmisi açıqladı
Bu gün, 00:19 |
|
|
|
• Verdiyevin həbsi: Necə davranmaq lazımdır? - AKTUAL
Bu gün, 00:17 |
|
|
|
• Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Dünən, 20:39 |
|
|
|
• Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Dünən, 20:36 |
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Dünən, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Dünən, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Dünən, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Dünən, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Dünən, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Dünən, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Dünən, 18:11 |
|
|
|
• Siyavuş Novruzov HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Dünən, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Dünən, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Dünən, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Dünən, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Dünən, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Dünən, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Dünən, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Dünən, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Dünən, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Dünən, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Dünən, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Dünən, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Dünən, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Dünən, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Dünən, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Dünən, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Dünən, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Dünən, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Dünən, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Dünən, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Dünən, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Dünən, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Dünən, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Dünən, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Dünən, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Dünən, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Dünən, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Dünən, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Dünən, 15:09 |
|
|
|
|