ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd olan Donald Tramp diqqət çəkən açıqlamalar verib. O, amerikalı jurnalist Taker Karlsona müsahibəsində Rusiyanın dostu olmadığını deyib.
"Onlar mənim Rusiyanın dostu sayıldığımı, bu ölkəyə işlədiyimi, rus casusu olduğumu söyləməyi xoşlayırlar. Bu insanlar xəstədirlər!", - Tramp Youtube-da yayımlanan müsahibədə qeyd edib. Bundan əlavə, siyasətçi iddia edib ki, məhz o, dünyanın ən böyük qaz kəməri sayılan “Şimal axını 2”nin tikintisini əngəlləyib.