Səhiyyə Nazirliyinin Tikilməkdə Olan Müəssisələrinin Müdiriyyəti “Şuşa Rayon Mərkəzi Xəstəxanasının köməkçi binalarının Tibbi avadanlıqla təchiz edilməsi” tenderinin nəticələrini elan edib.
FED.az xəbər verir ki, tenderin qalibi “Arash Medical Company” MMC olub.
Qalib şirkətlə 2 360 000 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, Arash Medical Company” MMC-nin nizamnamə kapitalı 2 000 manat təşkil edir və qanuni təmsilçisi Kamran Məmmədov Abid oğludur.