Moskvanın “yedəklərində” çaxnaşma – Gürcüstan və Suriyaya diqqət
Hazırda dünya gündəminin əsas müzakirə mövzusuna Rusiya - Ukrayna müharibəsi, İsrail - “Hizbullah”, İsrail – HƏMAS savaşı ilə yanaşı Gürcüstanda baş verən siyasi böhran və Suriyada gərginliyin yenidən artması daxil olub.
Oktyabrın 26-da qonşu Gürcüstanda keçirilən parlament seçkilərindən sonra başlayan etiraz aksiyaları bu günlərdə daha geniş miqyas alıb. Hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” Partiyasının yeni hökumət formalaşdırmasından və Baş nazir İrakli Kobaxidzenin Gürcüstanın Avropa İttifaqına inteqrasiya siyasətini 2028-ci ilədək dondurmaq qərarı ilə bağlı çıxışından sonra müxalifət, ictimai sektor paytaxt Tiflis küçələrinə axışdı. Çoxminlərin iştirak etdiyi aksiyalar günlərdir davam edir, gecə səhərədək Gürcüstan Parlamentinin binası qarşısında hökumətə etiraz edilir. Gürcüstan hüquq-mühafizə orqanlarının əməkdaşları səhərə yaxın etirazçıları dağıtmağa müvəffəq olur ki, bu proses də adətən zorakılıqla müşahidə edilir.
Suriyadakı gərginliyə gəlincə, noyabrın 28-də Suriya hökumətinin və onun dəstəkçilərinin “terrorçu”, Qərbin və Türkiyənin isə “müxalifət” adlandırdıqları üsyançı yaraqlılar Hələbdə hökumət mövqelərinə hücum ediblər. Məlumatlara görə, Hələb şəhəri və çoxsaylı kənd və qəsəbələr üsyançılar tərəfindən nəzarətə götürülüb.
Gürcüstan və Suriyada baş verənlərlə bağlı AYNA-nın suallarını siyasi şərhçi Şahin Cəfərli cavablandırıb:
- Bəli, Gürcüstanda kütləvi aksiyalar artıq beş gündür ki, davam edir. Polis səhər saatlarına yaxın aksiyaları dağıtsa da, effekt vermir. Çünki səhər yenidən insanlar Tiflisdə meydana toplaşırlar və hər gün iştirakçıların sayı bir qədər də artır. Əslində “Gürcü Arzusu” özünü çətinə saldı. Kobaxidzenin Avropaya inteqrasiyadan imtina ilə bağlı qərarı elan etməsi gözlənilməz oldu. Əlbəttə, hər kəs anlayırdı ki, “Gürcü Arzusu” ölkəni Qərbə yox, Rusiya istiqamətinə aparmaq siyasəti aparır. Amma maskanın belə tezliklə düşməsi gözlənilmirdi.
Gözlənilən o idi ki, hakimiyyət aldatma siyasətini bir qədər də davam etdirəcək. Çünki “Gürcü Arzusu” seçkilərdən əvvəl bəyan edirdi ki, Avropaya inteqrasiyadan imtina etmirlər. Əksinə, “Gürcü Arzusu” seçki kampaniyasında əhaliyə vəd edirdi ki, ancaq onların siyasətinin gücü ilə Avropaya inteqrasiya edilə bilər. Hətta həmin Kobaxidze demişdi ki, 2030-cu ildə Gürcüstan Avropa İttifaqının tamhüquqlu üzvü olacaq. Bu baxımdan, rəsmi Tiflisin imtina ilə bağlı qərarı gözlənilməz idi. Gürcü cəmiyyətinin də məlumdur ki, 80 faizi Avropaya inteqrasiyanın tərəfdarıdır. Bu etirazlar da məhz “Gürcü Arzusu”nun sözügedən siyasət dəyişiminin nəticəsidir.
- Bəs, dəyişən nə oldu və “Gürcü Arzusu” niyə özünün də əleyhinə çevrilən belə səhvə yol verdi?
- Düşünürəm ki, “Gürcü Arzusu”nun öz niyyətini belə tezliklə, gözlənilməz şəkildə açıqlamasında Avropa Parlamentinin qərarının rolu var. Məlumdur ki, Avropa Parlamenti Gürcüstandakı seçkilərin legitim olmamasına görə nəticələrini tanımamaqla bağlı qətnamə qəbul etdi. Böyük ehtimalla, “Gürcü Arzusu”nun lideri Bidzina İvanişvili bundan qəzəbləndi. Aydındır ki, Gürcüstanda hazırda yalnız İvanişvilinin iradəsi təsiredicidir. Rəsmi vəzifə tutmasa da, Gürcüstan İvanişvili tərəfindən idarə olunur. Bu şəxs demək olar ki, Gürcüstanı şəxsi mülkiyyətinə çevirib. Avropaya inteqrasiya siyasətinin dondurulması ilə bağlı qərarın İvanişvilinin emosional ruh halından qaynaqlandığını düşünürəm. Yoxsa Gürcüstanın indiki hakimiyyəti niyyətini belə tezliklə elan etməzdi. Çünki bu, “Gürcü Arzusu”nun özünün maraqlarına uyğun deyil. Necə ki, indi bu, meydanlarda görünür. Sanki, Kobaxidze bu bəyanatı səsləndirməklə odun üzərinə benzin tökmüş oldu.
Parlament seçkilərindən sonra etiraz aksiyaları olsa da, miqyası geniş deyildi. Aksiyalarda motivasiya əksikliyi hiss olunurdu. Gürcü hökuməti Avropaya inteqrasiya kursunu dondurmaq qərarı ilə əslində etirazlar üçün motivasiya yaratmış oldu. Bütün ölkələrdə siyasi parçalanma olur, hərə bir siyasi qüvvəni dəstəkləyir. Daxili məsələlərlə bağlı bütün cəmiyyətlərdə fərqli fikirlər var ki, bu, normaldır. Amma Avropaya inteqrasiya kursu Gürcüstanda milli konsensusdur. Əhalinin mütləq əksəriyyəti avrointeqrasiyanı dəstəkləyir. Bu, ölkə konstitusiyasında da təsbit olunur. Elə “Gürcü Arzusu”nun tərəfdarları da Avropaya inteqrasiyanı dəstəkləyirlər. Bu baxımdan, hökumət kursu dəyişməsi barədə açıqlaması ilə emosiyaları artırmış oldu.
- Bundan sonrakı gözləntilər nələrdir?
- “Gürcü Arzusu” hökumətinin Avropaya inteqrasiyadan imtina bəyanatından sonra aksiyalara yeni insanların qoşulduğunu gördük. Ən vacib detal isə bir çox nazirliklərin, dövlət idarələrinin əməkdaşlarının da etiraz etməsi idi. Məncə, bu, hökumətin özü üçün də gözlənilməz oldu. Xarici İşlər Nazirliyinin yüzdən artıq diplomatı, Müdafiə Nazirliyinin əməkdaşları, Baş Qərargahın zabitləri, Təhsil Nazirliyinin, Ədliyyə Nazirliyinin, Səhiyyə Nazirliyinin əməkdaşları hökumətin xarici siyasət kursunda dəyişikliyinə etirazlarını bildirdilər. Fakt ondan ibarətdir ki, “Gürcü Arzusu” dövlətə tam hakim deyil. Orta və alt məmur təbəqəsi “Gürcü Arzusu”na tabe deyil. Bu faktın özünün ortaya çıxması hökumətin ictimai mövqeyini zəiflətdi. Çünki cəmiyyət “Gürcü Arzusu”nun güclü olduğunu düşünürdü. Dövlət aparatının əməkdaşlarının hökumətin qərarlarına açıq etiraz etmələri “Gürcü Arzusu”nun zəif olduğunu sübut etdi. Bu, sonrakı proseslər üçün qırılma xarakteri daşıya bilər.
Hökumətin zəifliyini gördükdən sonra ona etiraz etməyə çəkinən, yaxud hökumətə etiraz etməyi öz maraqlarına uyğun saymayan təbəqələr də etirazlara qoşula bilər. Ona görə də, hesab edirəm ki, indiki situasiya hökumət üçün çox mürəkkəbdir. “Gürcü Arzusu”nun iki yolu qalır: ya etirazları kütləvi repressiyalarla, zorakılıqla, daha ifrat addımlarla, qan tökməklə yatırmaq, ya da etirazçılara güzəştə getmək.
- Kobaxidze bəyanatında güzəştə gedilməyəcəyini açıqladı. Bu halda birinci yol qalır. “Gürcü Arzusu” birinci yolu qətiyyətlə davam etdirəcəkmi?
- Hər iki yolun riskləri mövcuddur. Birinci yolun riskləri daha çoxdur. Əvvəla, sual budur: hökumətin repressiv yolla etirazları yatırmaq, bütün ölkə miqyasında etiraz dalğasını boğmaq üçün gücü və resursu varmı? Bu, şübhə doğurur. Güzəştə getmək isə “Gürcü Arzusu”nun faktiki siyasi səhnədən getməsi ilə nəticələnəcək. Çünki etirazçıların əsas istəyi yeni seçkilərin keçirilməsidir. Yəni hər iki yol “Gürcü Arzusu” üçün arzuolunmazdır. Hökumət hansı addımı atsa da, bu, hakimiyyətin məğlubiyyəti ilə nəticələnə bilər. Bir ehtimal var ki, hökumət aksiyaları öz axarına buraxar, müdaxilə etməz və bir müddətdən sonra etirazlar öləziyə bilər. Çünki insanlar nəticəsizlikdən yorula, bezə və dağılışa bilərlər. Əslində “Gürcü Arzusu”nun seçkilərdən sonrakı aksiyalara münasibəti məhz belə idi. Lakin artıq neçə gündür ki, polis vasitəsilə aksiyalar amansızlıqla dağıdılır. Ola bilsin ki, hökumət birinci yolun seçilməsində israrlı olsun.
- Dünyanın digər bir güşəsində - Suriyada gərginlik yenidən vüsət alıb. Bu ölkədə nə baş verir?
- Suriyada vəziyyət qəfl dəyişsə də, baş verənlər əvvəllər planlaşdırılıb. Suriya hökumətinin ələ keçirə bilmədiyi İdlib vilayətindəki silahlı qruplar hər zaman hökumət mövqelərinə hücum planları qurublar. Onlar əlverişli məqam gözləyirdilər ki, hərəkətə keçsinlər. Bu əlverişli konyuktur da son zamanlar formalaşdı. Məlumdur ki, İsrail İranın bölgədəki proksi qüvvələrinə qarşı ardıcıl və sərt əməliyyatlar keçirdi. “Hizbullah” faktiki olaraq yarımcandır. Bu qruplaşmanın döyüşçülərinin çoxu məhv edildi. Ən əsası, “Hizbullah”ın düşünən beyinlərinin faktiki olaraq, hamısı öldürüldü. Eləcə də, Suriyada Bəşər Əsəd rejiminin əsas dəstəkçilərindən olan Rusiya öz gücünü bütövlükdə Ukrayna cəbhəsinə yönləndirib. Aydındır ki, Əsəd rejiminin iki əsas sponsoru var idi: Rusiya və İran. İran daha çox canlı qüvvə ilə Əsədə yardım edirdi, Rusiya isə hərbi-texniki dəstək göstərirdi. Dediyim kimi, bu sponsorlar öz problemləri ilə məşğuldur. Hər iki sponsor zəiflədi. Bunu görən Suriyada indi üsyana qalxan silahlı dəstə hərəkətə keçdi. Söhbət Azad Suriya Ordusundan gedir. Çox qısa müddətdə də yaraqlılar uğur qazandılar. Artıq Hələb şəhərinin böyük hissəsini ələ keçiriblər.
- Buradakı proseslərin bundan sonrakı mərhələsi necə proqnozlaşdırılır?
- Hazırkı situasiya davam edərsə, Rusiya və İran yenidən toparlanıb Əsəd rejiminə dəstək verə bilməzsə, hadisələr daha da genişlənə bilər. Hətta Azad Suriya Ordusunun irəliləyişi Şamadək davam edə bilər. Amma dünən belə bir xəbər var idi ki, Rusiya Əsəd rejiminə dəstək verəcəyini söz verib. Suriya hökumətinə Moskva lazım olan silah-sursatı çatdıracağını vəd edib. Lakin silah-sursat da hər şeyi həll etmir. Bu gün Əsədin əsas ehtiyacı olan canlı qüvvədir. Canlı qüvvə isə Rusiyanın özünə daha çox lazımdır. İran da dəstək verəcəyinə söz verib. Amma İran öz qruplarını toplaya, Əsədə kömək edə biləcəkmi? Bu cür suallar açıq qalır.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Azərbaycanda vəzifəli şəxs intihar etdi - TƏFƏRRÜAT
Bu gün, 12:44 |
|
|
|
• 8 min erməni mühasirəyə düşdü: deyirlər, türklərin… - Mesropyan
Bu gün, 12:38 |
|
|
|
• Tramp qubernatoru Pentaqonun rəhbəri vəzifəsinə təyin edə bilər
Bu gün, 12:34 |
|
|
|
• Röyal Sarıməmmədova verilən vaxt daralır - İLGİNC FAKTLAR
Bu gün, 12:28 |
|
|
|
• Qərbi Azərbaycana axır ki, türk vali təyin olundu - AÇIQLAMA
Bu gün, 12:19 |
|
|
|
• “Kristal Bakı İnşaat” təşkilati-hüquqi formasını dəyişir
Bu gün, 12:16 |
|
|
|
• Bazarda satılan məhsullar BAHALAŞACAQ – Yeni qərar qüvvəyə minir
Bu gün, 11:58 |
|
|
|
• Həbs edilən bələdiyyə sədri saxta sənədlər düzəldərək rüşvət alırmış - TƏFƏRRÜAT
Bu gün, 11:56 |
|
|
|
• Milli Məclisin iclası niyə LƏĞV OLUNDU? - ehtiyac qalmayıb
Bu gün, 11:54 |
|
|
|
• Şəbnəm QADAĞA QOYDU: - “Həddini bildirirəm”
Bu gün, 11:49 |
|
|
|
• Bakıda fantastik qiymətə alça satılır - SİYAHI
Bu gün, 11:46 |
|
|
|
• İranın ali rəhbərinin nümayəndəsi Moskvada səfərdədir
Bu gün, 11:45 |
|
|
|
• “Unibank”ın “Əjdaha” lotereyasının yalan olduğu üzə çıxdı - BU NƏDİ BELƏ?..
Bu gün, 11:36 |
|
|
|
• “Kiyev ərazi məsələlərini Moskva ilə müzakirə edə bilər” - Berbok
Bu gün, 11:30 |
|
|
|
• Rusiya Ukraynada müharibə apara-apara böyük bir müharibəyə hazırlığın içərisindədir
Bu gün, 11:29 |
|
|
|
• Suriya düyünü: hamı hər kəsə qarşı vuruşur - NƏ BAŞ VERİR?
Bu gün, 11:26 |
|
|
|
• Azərbaycanın ilk lizinq şirkəti ləğv olundu
Bu gün, 11:23 |
|
|
|
• Naxçıvan səhiyyəsində ARAYIŞ ALVERİ... - "...dedilər ki, 70 manat olub"
Bu gün, 11:21 |
|
|
|
• Azərbaycanda 3,1 milyon manat sərmayə ilə yeni şirkət yaradılıb
Bu gün, 11:15 |
|
|
|
• Tehranın mərkəzində İsrail bayrağı qaldırıldı - FOTO
Bu gün, 11:11 |
|
|
|
• Qərb onları hakimiyyətə gətirmək istəyir - ŞOK adlar
Bu gün, 11:09 |
|
|
|
• Putinin Qafqazda toqquşma PLANI – “Kərimov oyunu”nda kartlar açıldı
Bu gün, 10:20 |
|
|
|
• Sülh üçün iki yol təklif edildi: Birinci variant belədir - İNCƏLƏMƏ
Bu gün, 10:19 |
|
|
|
• Bakıda 1 milyon manat kapital ilə yeni şirkət yaradılıb
Bu gün, 10:14 |
|
|
|
• Ceyhun Bayramov Maltaya işgüzar səfərə yola düşüb
Bu gün, 10:11 |
|
|
|
• Coşqun Cəbrayılov Nizami rayonunu Suriyadan BETƏR GÜNƏ SALIB - Bakının göbəyində AÇIQ VANDALİZM!
Bu gün, 10:10 |
|
|
|
• Qərbi Azərbaycan məsələsi: Bu təkcə Bakını ilgiləndirmir... - Görünəni odur ki...
Bu gün, 09:57 |
|
|
|
• Naxçıvan təhsilinin AĞLAMALI GÜNLƏRİ... - İTTİHAM VAR...
Bu gün, 09:53 |
|
|
|
• "Gürcüstan hakimiyyəti açıq kartlarla düzgün siyasət qurmağı bacardı" - ŞƏRH
Bu gün, 09:44 |
|
|
|
• Rektorun qızını aldadıb qızıllarını aldılar - TƏFƏRRÜAT
Bu gün, 09:42 |
|
|
|
• Cinayət törətməkdə şübhəli bilinən 29 nəfər saxlanılıb
Bu gün, 09:40 |
|
|
|
• Cənubi Koreyada hadisələr necə inkişaf edir?
Bu gün, 09:32 |
|
|
|
• "Bələdiyyə seçkilərinə hazırlıq çox ağır və ləng edir" - Əli Oruclu
Bu gün, 09:26 |
|
|
|
• Qanunsuz yolla ünvanlı sosial yardım “düzəldən”lər KİMDİR? - “Tiktok” dələduzları yenə İŞ BAŞINDA
Bu gün, 09:23 |
|
|
|
• İrəvanın belə gedişinin bir qırılma nöqtəsi olacaq - FAKT BUDUR!
Bu gün, 09:19 |
|
|
|
• Azərbaycan məhkəməsi Francesco Banchini barədə QƏRAR VERƏCƏK
Bu gün, 09:10 |
|
|
|
• "Silahın xaricdən alınacağı, hətta qumbara təşkil olunacağı deyildi" - Taleh Qaraşova sui-qəsd hazırlamaqda təqsirləndirilən şəxsin məhkəməsi
Bu gün, 09:02 |
|
|
|
• BU MÜFTƏXORU GÖRƏN OLUBMU? - Diqqət... itkin düşən var...
Bu gün, 08:59 |
|
|
|
• Rusiyanın regionlarında bir gecədə 24 Ukrayna PUA-sı məhv edilib - Rusiya Müdafiə Nazirliyi
Bu gün, 08:55 |
|
|
|
• Keçmiş deputatın oğlu camaatı BOĞAZA YIĞIB... - ÖZBAŞINA QALIB...
Bu gün, 08:53 |
|
|
|
• Birinci qrup əlil ACINACAQLI DURUMDA - GİLEY
Bu gün, 08:49 |
|
|
|
• Ağadadaş Ağayevin müdafiəsinə qalxdı: - "Qoy daşı günahsız olan atsın"
Bu gün, 08:41 |
|
|
|
• Azərbaycan səhiyyəsinin BÜDRƏYƏN AYAĞI... - AXI NİYƏ?..
Bu gün, 08:30 |
|
|
|
• Azərbaycan şirkəti əmlakını borc qarşılığında əvəzləyir
Bu gün, 08:23 |
|
|
|
• Bu dəfə şərti irəli sürən Ərdoğandır... - GƏLİŞMƏ
Bu gün, 08:14 |
|
|
|
• 9 il əvvəlki faciənin cavabdehləri nəinki cəzalanmadı... hətta İRƏLİ ÇƏKİLDİ" - MALƏSƏF...
Bu gün, 08:10 |
|
|
|
• "Müftə ziyalılıq xidməti bura qədər..." - Tanınmış yazardan ÇAĞIRIŞ
Bu gün, 08:03 |
|
|
|
• Göyçayda sakinlər NƏDƏN NARAZIDIR? - Prezidentə MÜRACİƏT OLUNDU
Bu gün, 07:58 |
|
|
|
• Qonşu ölkəni qarışdıran “qutu”nu Bakıya gətirmək istəyirlər - Təhlükə var?
Bu gün, 07:14 |
|
|
|
• Vilayətidən sensasion açıqlama - "Türkiyə tələyə düşdü..."
Bu gün, 07:11 |
|
|
|
|