"Birlik İnşaat"dakı fırıldağın ifşasında şübhəli məqamlar - Zərər verən də, zərər çəkən də narazıdır...
Tarix: 29-11-2014, 12:35 | Çap et
Vətəndaşların milyonlarını mənimsəyən tikinti şirkətinin vəzifəli şəxsləri barəsində çıxarılan hökm məhkəmələri dolaşır... Bu günlərdə ofisimdə olan Bakı Ağır Cinayətlər Məhkəməsində “Birlik-İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) dələduzluqda təqsirləndirilən vəzifəli şəxslərinin cinayət işi üzrə məhkəmə hökmündə zərərçəkmiş kimi tanınan Qasımova Gülşən İbrahim qızı şirkətin direktoru Elman Tağıyevin vəzifəsindən sui-istifadə edərək dələduzluq yolu ilə onun həyat yoldaşından 36 min manat pulu alaraq mənimsəməsindən danışdı. Zərərçəkən bildirdi ki, valideynlərilə birlikdə Ağdam şəhərinin işğalından sonra, 1993-cü ildən məcburi köçkün kimi Bakı şəhərində məskunlaşıblar. Onun sözlərinə görə, 2004-cü ildə Qasımov Sənan İsmayıl oğlu ilə birgə nikaha daxil olub, 2004-cü ildən 2010-cu ilə qədər qayınanası ilə birlikdə yaşayıblar: “Ailəmiz böyüdükcə (övladlarımız dünyaya gəldikcə) ailə-məişət vəziyyətimiz çətinləşirdi. Belə ki, mən, həyat yoldaşım, iki övladım və qayınanam darısqal evdə yaşamağa məcbur idik. Şəraitimizi yaxşılaşdırmaq məqsədilə həyat yoldaşımla Bakı şəhəri, Xətai rayonunda yerləşən ikiotaqlı mənzili satmaq qərarına gəldik. Ancaq əvvəlcədən “Birlik İnşaat” MMC-nin direktoru ilə yeni tikdikləri binadan mənzil almaq barəsində razılığa gəldik. Bundan sonra mənzilimizi sataraq 2010-cu il aprelin 28-də həyat yoldaşım Qasımov Sənan İsmayıl oğlu və onun İsmayıl adlı dostunun iştirakı ilə 36 min manat pulu “Birlik İnşaat” MMC-nin direktoruna verərək, aramızda “Birlik İnşaat” MMC-nin Bakı şəhəri, R.Məmmədov küçəsi 20 saylı ünvanda inşa etdiyi 15 mərtəbəli binanın birinci mərtəbəsində 86,7 kvadratmetr yaşayış sahəsi olan 7 saylı mənzilin bizə verilməsi barədə müqavilə bağlandı”. İki azyaşlı övladından birinin ürək qüsurlu doğulduğunu və bu səbəbdən də müalicəyə ehtiyacı olduğunu deyən G.Qasımovanın sözlərinə görə, mənzillərini satdıqdan sonra həyat yoldaşı Rusiyaya işləməyə gedib: “Mən isə iki azyaşlı uşağımla Bakının Nərimanov rayonundakı Əlyar Əliyev küçəsi, 26 A ünvanında yerləşən “Taxıl Məhsulları Kombinatı”nın “Tikinti Quraşdırma” İdarəsinin yataqxanasında məskunlaşan anamgilə köçərək bir otaqda 5 nəfərlə birlikdə yaşamağa məcbur olduq. Qayınanam isə iki yaşlı qadınla (ucuz olsun deyə) kirayə tutduğu mənzildə yaşamalı oldu. Fikirləşirdik ki, müvəqqəti çətinlikdən sonra tezliklə təzə mənzilimizə köçəcəyik. Amma “Birlik İnşaat” MMC-nin direktoru rəsmi müqavilə ilə üzərinə götürdüyü öhdəliyi icra etməyərək, onu kobud şəkildə pozdu. Hətta sonra məlum oldu ki, o, bizə satdığı mənzili daha iki şəxsə satıb. O gündən təkcə maddi deyil, mənən də sarsıldıq. İndi neçə ildir ki, ailəmiz pərən-pərən düşüb”. G.Qasımova qeyd etdi ki, “Birlik İnşaat” MMC-nin vəzifəli şəxsləri tərəfindən dələduzluq yolu ilə pulları mənimsənilən vətəndaşlar aidiyyəti dövlət qurumlarına şikayət ediblər. Nəticədə, 2012-ci ildə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində “Birlik-İnşaat” MMC-nin vəzifəli şəxsləri barəsində cinayət işi başlanıb. Həmin ilin oktyabr ayında Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində “Birlik-İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətinin vəzifəli şəxsləri tərəfindən aldatma yolu ilə külli miqdarda özgə əmlakının ələ keçirilməsi faktına görə Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə başlanmış cinayət işinin istintaqı tamamlanıb. Müəyyən edilib ki, cəmiyyətin təsisçisi və direktoru, baş mühasibi Roza Minaçaeva, həmçinin MMC-də qeyri-rəsmi işləmiş Soltan Məhərrəmov, Eyvaz Fərəcov və Çingiz Əzimov özgənin külli miqdarda əmlakını aldatma yolu ilə ələ keçirmək məqsədilə qabaqcadan əlbir olaraq cəmiyyət tərəfindən paytaxtın Xətai rayonu ərazisində inşa olunan çoxmərtəbəli yaşayış binasında 210 mənzili və 1041 kvadratmetr qeyri-yaşayış sahəsini saxta müqavilələr tərtib etməklə 543 nəfərə təkrar sataraq əldə edilmiş 15 milyon 416 min 964 manat vəsaitin 4 milyon 780 min 593 manatını inşa edilən binanın tikintisinə sərf edib, qalan 10 milyon 636 min 371 manat məbləği isə dələduzluq yolu ilə talayıblar. Bundan başqa, “Birlik-İnşaat” MMC vergi ödəyicisi kimi qeydiyyatdan keçdikdən sonra direktor 2006-2011-ci illərdə mənzil tikintisi ilə məşğul olarkən sadələşdirilmiş vergi ödəyicisi kimi 157 min 365 manat məbləğində vergiyə cəlb olunacaq dövriyyəni vergi bəyannamələrində göstərməməklə 6 min 294 manat sadələşdirilmiş vergini, həmçinin əlavə dəyər vergisinə cəlb olunan dövriyyənin 1 milyon 877 min 471 manatını bəyannamələrdə az göstərməklə 343 min 879 manat məbləğində vergini büdcəyə ödəməkdən yayınıb. İstintaqın gedişində 456 nəfər zərərçəkmişlə tikintini davam etdirən “Birlik-İnşaat” MMC və “Həyan-E” MMC arasında yeni müqavilələr bağlanılmaqla onların pozulmuş mənzil hüquqları bərpa edilib. Bundan başqa, digər 87 zərərçəkmişə vurulmuş zərərin ödənilməsinin təmin edilməsi məqsədilə təqsirləndirilən şəxslərin adlarına qeydə alınmış 3 milyon 830 min manat məbləğində daşınar və daşınmaz əmlakların üzərinə həbs qoyulub. İş üzrə təqsirləndirilən şəxslər qismində cəlb edilmiş direktor və Roza Minaçaevaya Cinayət Məcəlləsinin 178.3.2, 213.2.2-ci (külli miqdarda vergi ödəməkdən yayınma), 308.2 və 313-cü (vəzifə saxtakarlığı), Soltan Məhərrəmov, Çingiz Əzimov və Eyvaz Fərəcova isə 178.3.2, 308.2 və 313-cü maddələrində nəzərdə tutulan ittihamlar elan edilib. Cinayət işi üzrə istintaq tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Bakı Ağır Cinayətlər Məhkəməsində “Birlik-İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) dələduzluqda təqsirləndirilən təsisçisi və direktoru Eyvaz Fərəcov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi 2014-cü il mayın 30-da başa çatıb. Hökmə əsasən, Soltan Məhərrəmov, Eyvaz Fərəcov və Çingiz Əzimov 14 il müddətinə azadlıqdan məhrum edilib. Barələrində həbs-qətimkan tədbiri seçilməyən direktor və Roza Minaçaeva barəsində də 14 il müddətinə azadlıqdan məhrumetmə hökmü çıxarılıb. Məhkəmə zalında olan Roza Minaçaeva həbs edilib, E.Tağıyev isə məhkəməyə gəlmədiyi üçün həbs olunaraq təcridxanaya göndərilməsi barədə qərar qəbul edilib... Amma onun barəsində seçilmiş həbs qəti-imkan tədbiri sonradan nə səbəbdənsə ev dustaqlığı ilə əvəzlənib. Təqsirləndirilən Eyvaz Fərəcov isə təcridxanada müəmmalı şəraitdə dünyasını dəyişib. İttiham aktından və məhkəmə prosesinin gedişatından da tam sübuta yetirilib ki, 543 nəfərin təxminən 95-96 faizi pullarını birbaşa direktora, 3-4 faizi baş mühasib işləmiş Roza Maniçayevaya, 1 faizi isə barəsində həbs qəti-imkan tədbiri seçilmiş üç nəfərə verib. Aldanaraq evlərinin satıldığını və hazırda anasıgildə darısqal, şəraitsiz bir otaqda ağır köçkün həyatı yaşadığını, ağır ürək qüsurlu övladının əziyyət çəkdiyini bir daha xatırladan G.Qasımova onların və digər vətəndaşların milyonlarını mənimsəyən tikinti şirkətinin vəzifəli şəxsləri barəsində çıxarılan və məhkəmələrdə dolaşan hökmün tezliklə icrasına başlanılacağını ümidlə gözləyir. G.Qasımovanın mənə təqdim etdiyi dövlət başçısına ünvanlı müraciəti və Bakı Ağır Cinayətlər Məhkəməsinin “Birlik-İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) dələduzluqda təqsirləndirilən vəzifəli şəxslər barədə çıxardığı hökm barədə növbəti yazımda bəhs edəcəyəm. Qeyd edim ki, bu il noyabrın 18-də Bakı Apellyasiya Məhkəməsində “Birlik-İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) dələduzluqda təqsirləndirilən vəzifəli şəxslərin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Hakim Əmir Bayramovun sədrliyi ilə keçirilən ilkin baxış iclasında bəzi sənədlərin düzgün olmaması müəyyən edilib. Apellyasiya şikayətinin tam müəyyən edilməsi üçün iş yenidən birinci instansiya məhkəməsinə qaytarılıb. Bəzi sənədlərə qeydlər aparılandan sonra apellyasiya instansiyasında işə yenidən baxılacaq. *** Bir daha xatırladıram ki, istintaq araşdırması zamanı “Birlik-İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi və direktoru, baş mühasibi, həmçinin MMC-də qeyri-rəsmi işləmiş Soltan Məhərrəmov, Eyvaz Fərəcov və Çingiz Əzimovun özgənin külli miqdarda əmlakını aldatma yolu ilə ələ keçirmək məqsədilə qabaqcadan əlbir olaraq cəmiyyət tərəfindən paytaxtın Xətai rayonu ərazisində inşa olunan çoxmərtəbəli yaşayış binasında 210 mənzili və 1041 kvadrat metr qeyri-yaşayış sahəsini saxta müqavilələr tərtib etməklə 543 nəfərə təkrar sataraq əldə edilmiş 15 milyon 416 min 964 manat vəsaitin 4 milyon 780 min 593 manatını inşa edilən binanın tikintisinə sərf edib, qalan 10 milyon 636 min 371 manat məbləği isə dələduzluq yolu ilə taladıqları müəyyən edilib. Bundan başqa, məlum olub ki, “Birlik-İnşaat” MMC vergidən də yayınıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Soltan Məhərrəmov 14 il, Çingiz Əzimov 14 il müddətinə azadlıqdan məhrum edilib. Barələrində həbs-qətimkan tədbiri seçilməyən direktor və Roza Minaçaeva barəsində də 14 il müddətinə azadlıqdan məhrumetmə hökmü çıxarılıb. Məhkəmə zalında olan Roza Minaçaeva həbs edilib, direktor isə məhkəməyə gəlmədiyi üçün həbs olunaraq təcridxanaya göndərilməsi barədə qərar qəbul edilib. Bundan başqa, cinayət işi üzrə təqsirləndirilən Eyvaz Fərəcovun vəfat etməsi ilə bağlı olaraq onun barəsində olan cinayət işinə xitam verilib. Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apellyasiya şikayəti veriblər. Onlar şikayətlərində günahsız olduqlarını əsas gətirərək barələrində bəraət hökmünün çıxarılmasını istəyiblər. (Davamı var)
Salman Bağırov, hüquqşünas \\ tezadlar.az \\
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 00:33 |
|
|
|
• "Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver"
Bu gün, 00:27 |
|
|
|
• Uşaqlar pul yığıb, sinfi qızdırır... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 00:24 |
|
|
|
• Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir – Ermənistan rəsmisi açıqladı
Bu gün, 00:19 |
|
|
|
• Verdiyevin həbsi: Necə davranmaq lazımdır? - AKTUAL
Bu gün, 00:17 |
|
|
|
• Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Dünən, 20:39 |
|
|
|
• Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Dünən, 20:36 |
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Dünən, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Dünən, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Dünən, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Dünən, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Dünən, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Dünən, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Dünən, 18:11 |
|
|
|
• Siyavuş Novruzobv HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Dünən, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Dünən, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Dünən, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Dünən, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Dünən, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Dünən, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Dünən, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Dünən, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Dünən, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Dünən, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Dünən, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Dünən, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Dünən, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Dünən, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Dünən, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Dünən, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Dünən, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Dünən, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Dünən, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Dünən, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Dünən, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Dünən, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Dünən, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Dünən, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Dünən, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Dünən, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Dünən, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Dünən, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Dünən, 15:09 |
|
|
|
• Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Dünən, 15:02 |
|
|
|
• Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Dünən, 14:59 |
|
|
|
• Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Dünən, 14:57 |
|
|
|
• Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Dünən, 14:55 |
|
|
|
• Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! - NARAZILIQ VAR...
Dünən, 14:53 |
|
|
|
• "Kürd Elnur" məhkəməyə çıxarılacaq
Dünən, 14:49 |
|
|
|
• Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub - FOTO
Dünən, 14:43 |
|
|
|
|