"Xeyirxahlıq və saf niyyətlər Yaradanın hər birimizə bəxş etdiyi ən gözəl keyfiyyətlərdir" - Mehriban Əliyeva
Tarix: 26-08-2019, 08:12 | Çap et
Avqustun 26-sı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Birinci xanım Mehriban Əliyevanın ad günüdür. Bu münasibətlə Trend İnformasiya Agentliyi Birinci vitse-prezident Mehriban xanım Əliyevaya müraciət edərək, ondan özü, fəaliyyəti, ailəsi, onun həyati dəyərləri barədə danışmasını xahiş etmişdir. DİA.AZ olaraq Mehriban Əliyevanın Trend-ə göndərdiyi məktubunu oxucularımıza təqdim edirik. - Əvvəlcə, bu günlərdə mənə ünvanlanmış təbriklərə görə hamıya ürəkdən dərin minnətdarlığımı bildirirəm. Sizin səmimiyyət və mehribanlığınız, dəstək və sevginiz məni dərindən təsirləndirib. Sadə əməyimi qiymətləndirən, ideallarıma inanıb onu bölüşən hər kəsə minnətdaram. İstər ictimai, istərsə də dövlətçilik fəaliyyətimdə daim çalışıram ki, sarsılmaz həqiqətlərə söykənim. Əxlaq və mənəviyyat, insaniyyət və şəfqət, inam və məhəbbət, xeyirxahlıq və saf niyyətlər Yaradanın hər birimizə bəxş etdiyi ən gözəl keyfiyyətlərdir.
Mən ənənəvi dəyərlərin əsas götürüldüyü Azərbaycanın ziyalı ailəsində dünyaya göz açıb, boya-başa çatmışam. Bizi, gənc nəsli böyüklərin nüfuzunun və davranışının ən yaxşı nümunə olduğu, ailənin hər bir kiçik üzvünə üzərinə düşən məsuliyyəti daşımağın öyrədildiyi böyük və möhkəm ailədəki ab-hava formalaşdırıb.
Yaşa dolduqca böyükləri, valideynləri anlamağa başladım, onlara sonsuz minnətdarlıq hissi duydum. Çünki onlar həqiqətə və mənəviyyata can atmağı öyrətdilər. Onlar öz varlığı ilə ləyaqət və şərəf hissinin hər şeydən üstün olduğunu aşıladılar. Öyrətdilər ki, alicənablıq və dürüstlük, mənəviyyat və şəfqət, xeyirxah əməllər, inam və məhəbbət – həqiqi xoşbəxtliyə və harmoniyaya aparan yoldur.
Məsuliyyət hissini, hər bir işin əvvəlindən maksimum nəticə əldə etməyə çalışmağı, özünə tələbkar və intizamlı münasibəti mənə anam - nəcib, parlaq, prinsipial, istedadlı, məğrur, son dərəcə gözəl bir xanım olan Aida İmanquliyeva aşılayıb. Hər bir ədalətsizliyə qarşı barışmaz mövqedə dayanan, işinə, elmə və pedaqoji fəaliyyətə hədsiz sədaqətli olan anam öz qısa həyatında inanılmaz zirvələri fəth etdi. O, müasir ərəb ədəbiyyatının tədqiqi sahəsində öz yeni elmi məktəbini yaratdı, Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun ilk qadın direktoru oldu. Anam dünya şöhrətli alim idi, onun əsərləri bu gün də elmi dairələrdə yüksək qiymətləndirilir. Lakin bununla yanaşı, o, hər zaman adı böyük hərflərlə yazılan əsl Qadın olaraq qalırdı. Onun böyük sevən ürəyi, incə və səxavətli qəlbi var idi. Anamı itirdiyim vaxtdan artıq 27 il ötür. Onun yoxluğunu hər zaman hiss edirəm.
Atam akademik Arif Paşayev mənim üçün insanlıq, xeyirxahlıq və müdriklik idealıdır. Onun elm və təhsil sahəsindəki nailiyyətləri haqqında çox yazılıb. Atamın insani keyfiyyətləri – onun tükənməz nikbinliyi, başqalarının dərdinə şərik olmaq, onları dəstəkləmək, hamı ilə dil tapmaq xüsusiyyəti, öz müsbət enerjisini ətrafındakı bütün insanlarla bölüşmək istedadı, müdrikliyi və sonsuz xeyirxahlığı mənim həyat amalımdır. O, uzun illərdir ki, Milli Aviasiya Akademiyasına rəhbərlik edir. Tələbələrlə rektor arasında qarşılıqlı hörmət, isti yoldaşlıq münasibətləri atamın yüksək şəxsi və peşəkar keyfiyyətlərinə daha bir sübutdur.
Xoşbəxtəm ki, həyatımın böyük hissəsini müasir Azərbaycanın dahi şəxsiyyəti Heydər Əliyevin yanında yaşamışam. Bu nəhəng şəxsiyyətə hədsiz ehtiram, heyranlıq, pərəstiş və sevgi hissini ömrümün sonunadək yaşadacağam. Heydər Əliyev güc və qüdrət, hədsiz intellekt, mətin iradə, yüksək əxlaq və ləyaqət, sonsuz vətənpərvərlik, doğma torpağa və xalqa məhəbbət rəmzidir. O, əlçatmaz ideal və mənim həyatımda əsas Müəllimdir.
Ailə mənim üçün, düşünürəm ki, elə hər kəs üçün istənilən şəraitdə həyatın əsas mənası və stimulu, istinad nöqtəsi və güc mənbəyidir.
Həyat yoldaşım Prezident İlham Əliyev 16 ildən çoxdur ki, xalqımıza xidmət edir. Azərbaycanın qüdrətli, uğurla inkişaf edən, bütün dünyada nüfuz qazanan və bizim – müstəqil Azərbaycan vətəndaşlarının haqlı olaraq qürur duyduğu bir ölkə olması istiqamətində onun bütün nailiyyətləri öz xalqına təmənnasız sevgi və sədaqətinə əsaslanır. Onun başlıca missiyası – hər zaman və hər yerdə Vətənimizin maraqlarını qorumaqdır.
O, bu son dərəcə çətin yolda nədən güc alır? İlk növbədə öz xalqının dəstəyindən, inamından və sevgisindən.
İnanıram ki, xoşbəxt şəxsi ailə həyatı, sevgi və qarşılıqlı hörmət ab-havası da burada əvəzolunmaz rol oynayır.
Mən öz övladlarımla fəxr edirəm. İlk növbədə ona görə ki, onlar nəcib və ləyaqətli insan kimi böyüyüblər. Onların hərəkətlərinə görə heç vaxt utanc və məyusluq hissi keçirməmişəm. Çünki Leyla, Arzu və Heydər öz işinə, təhsilinə ciddi və məsuliyyətlə yanaşır, ailə ənənələrini yüksək tutur, hörmət bəsləyir, onların dəqiq mənəvi amalları var. Xoşbəxtəm ki, övladlarım xeyirxah və başqalarının dərd-sərinə biganə qalmayan insanlardır. Mən onlara inanıram, çünki dürüstlük və ləyaqətlə yanaşı, bu həyatda ən yaxşı bələdçi – insanlıq və şəfqətdir.
Mən nadir hallarda müsahibə verirəm və özüm haqqında danışmağı xoşlamıram. Həyatım elə gətirib ki, mən ictimai şəxsiyyətəm, lakin heç vaxt tanınmağa, məşhur olmağa can atmamışam. Əgər hansısa nəticələr əldə etməyə nail oluramsa, fəaliyyətim fayda gətirirsə, ölkəyə və insanlara xidmət edirəmsə, yardıma ehtiyacı olanlara kömək etməyi bacarıramsa – bu, mənim üçün ən yüksək mükafatdır.
Gərəkli və faydalı olmaq, insanların sənə inanması və səni dəstəkləməsi xoşbəxtlikdir. Xoşbəxtlik vicdan və niyyətin təmiz olması, sevgi və xeyirxahlığın həyatın əsas qayəsinə çevrilməsidir.
Şübhəsiz ki, hər bir uğur və nailiyyət komanda işindən asılıdır. Fəxr edirəm ki, bütün bu illər ərzində mənimlə çiyin-çiyinə parlaq, istedadlı, məqsədyönlü, zəhmətsevər, həssas insanlar mənim məsləkdaşlarım, həmfikirlərim olublar. Onların hamısına – uzun illər ərzində işlədiyim hər kəsə, bizim layihələrə və təşəbbüslərə heç olmasa bircə dəfə qoşulanlara dərin təşəkkürümü və ehtiramımı bildirirəm.
Ən yaxşı xüsusiyyətlərini əsrlər boyu qoruyub saxlamaq istedadına, qəhrəmanlığına, doğma torpağa sədaqətinə, xeyirxahlığına və qəlbinin genişliyinə görə Azərbaycan xalqına, ölkəmizin hər bir vətəndaşına səmimi qəlbdən minnətdarlığımı bildirirəm!
Qoy, Uca Allah hər birinizi və bizim gözəl Vətənimizi qorusun!
Sevgi və səmimiyyətlə, sizin Mehriban Əliyeva."Dünya" İnformasiya Agentliyinin (DİA.AZ) kollektivi Mehriban Əliyevanı ad günü münasibətilə təbrik edir və onun ünvanına gələn çoxsaylı xoş və səmimi arzulara qoşulur.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• İmişli və Cəlilabad rayonlarında yerləşən torpaq sahələri üçün hərrac keçiriləcək
Bu gün, 03:04 |
|
|
|
• “Dövlət bunu boş yerə etmir…” - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 02:59 |
|
|
|
• Niyə axı bizdə BƏLƏDİYYƏ SİSTEMİ uğur qazanmır? - ARAŞDIRMA
Bu gün, 01:42 |
|
|
|
• Müəllimlərin maaşı vergidən azad ediləcək? - AÇIQLAMA
Bu gün, 01:27 |
|
|
|
• Avropada müharibə kabusu: Azərbaycan hansı təhlükə ilə üz-üzə qalıb? - İNCƏLƏMƏ
Bu gün, 01:22 |
|
|
|
• 7 ildir dələduz işçilərə görə sığorta ödənişi edilmir - İLGİNC FAKT
Bu gün, 00:47 |
|
|
|
• Ermənistan “müharibə qovşağı”na çevrilir... - "Qərb regionda savaş lazımdır"
Bu gün, 00:37 |
|
|
|
• "Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 00:33 |
|
|
|
• "Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver"
Bu gün, 00:27 |
|
|
|
• Uşaqlar pul yığıb, sinfi qızdırır... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 00:24 |
|
|
|
• Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir – Ermənistan rəsmisi açıqladı
Bu gün, 00:19 |
|
|
|
• Verdiyevin həbsi: Necə davranmaq lazımdır? - AKTUAL
Bu gün, 00:17 |
|
|
|
• Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Dünən, 20:39 |
|
|
|
• Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Dünən, 20:36 |
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Dünən, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Dünən, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Dünən, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Dünən, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Dünən, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Dünən, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Dünən, 18:11 |
|
|
|
• Siyavuş Novruzov HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Dünən, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Dünən, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Dünən, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Dünən, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Dünən, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Dünən, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Dünən, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Dünən, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Dünən, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Dünən, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Dünən, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Dünən, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Dünən, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Dünən, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Dünən, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Dünən, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Dünən, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Dünən, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Dünən, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Dünən, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Dünən, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Dünən, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Dünən, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Dünən, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Dünən, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Dünən, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Dünən, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Dünən, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Dünən, 15:09 |
|
|
|
|