İmişli və Cəlilabad rayonlarında yerləşən torpaq sahələri üçün hərrac keçiriləcək .....                     “Dövlət bunu boş yerə etmir…” .....                     Niyə axı bizdə BƏLƏDİYYƏ SİSTEMİ uğur qazanmır? .....                     Müəllimlərin maaşı vergidən azad ediləcək? .....                     Avropada müharibə kabusu: Azərbaycan hansı təhlükə ilə üz-üzə qalıb? .....                     7 ildir dələduz işçilərə görə sığorta ödənişi edilmir .....                     Ermənistan “müharibə qovşağı”na çevrilir... .....                     "Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." .....                     "Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver" .....                     Uşaqlar pul yığıb, sinfi qızdırır... .....                     Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir .....                     Verdiyevin həbsi: Necə davranmaq lazımdır? .....                     Dünyanın ən yaxşı universitetləri .....                     Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? .....                     Polşanın təklifi yaxşı nəticələr vəd etmir .....                     MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... .....                     Elcan Rəsulov yıxılıb başından zədə aldı .....                     Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? .....                     Orxan Xəyyama KÖMƏK İSTƏDİ: .....                     "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" .....                     1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi .....                     Siyavuş Novruzov HAQLIDIR, AMMA... .....                     Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər .....                     Kremldən postsovet ölkələrinə .....                     Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK .....                     Paşinyan “qızıl qayıdış”a başladı .....                     Elşad Xose şəxsi həyatı haqda: .....                     8 milyon manatlıq “Araznet Technologies” şirkəti .....                     ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib .....                     “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir .....                     70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? .....                     Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək .....                     Bir neçə ay əvvəl tutulan narkobaron .....                     “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” .....                     Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? .....                     51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib .....                     "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan" .....                     NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır .....                     Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu .....                     NATO-ya üzv olmaq istəmirik... AMMA... .....                 

Beyləqanda rüşvət müqabilində saxta əlillik təyinatı… - İTTİHAM
Tarix: 28-08-2019, 10:00 | Çap et
Beyləqanda rüşvət müqabilində saxta əlillik təyinatı…
19 may 2018-ci il. Əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsinə yeni təyin olunan Sahil Babayev nazirlik yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətində müşavirə keçirir və bildirir ki, əlillik təyinatlarının həyata keçirilməsində mövcud olan vəziyyəti qənaətbəxş hesab etmək olmaz: “Əlilliyin qiymətləndirilməsi prosesi tam qanunvericilik çərçivəsində icra olunmalıdır. Kimin ki, qanunla əlillik qrupu almağa hüququ çatır, onların bu hüququ süründürməçiliyə yol verilmədən, onlarda narazılıq yaratmadan təmin edilməlidir. Digər tərəfdən, əlillik vəziyyətində olmayan şəxslərə bilərəkdən əsassız şəkildə əlillik qrupu təyin edilməsi hallarına yol verilməməlidir”.
22 May 2018 – ci il. Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev 4 rayonun Tibbi Sosial Ekspert Komissiyasının (TSEK) sədrini vəzifələrindən kənarlaşdırır. O vaxt vəzifəsinin icrasına təzəcə başlayan nazirin əmrinə əsasən, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin – Sabunçu rayon TSEK sədri – Vahid İbrahimov, Qəbələ rayon TSEK-in sədri Eldar Abbasov, Ağcəbədi-Ağdam TSEK-in sədri Yaşasın Haqverdiyev, Nərimanov TSEK-in sədri Şahin Verdiyev vəzifələrindən uzaqlaşdırılırlar.
13 Dekabr 2018-ci il. Sahil Babayev Bakı şəhəri üzrə 10 tibbi-sosial ekspert komissiyalarının (TSEK) ləğv edilməsi ilə bağlı əmr imzalayır. Nazirin digər müvafiq əmri ilə Bakı şəhəri üzrə 10 tibbi-sosial ekspert komissiyaları (TSEK) həmin andan sonra 5 tibbi-sosial ekspert komissiyası kimi fəaliyyət göstərir.
Yadınızdadırsa, əlillik təyinatı sahəsindəki nöqsanlar keçmiş nazir Səlim Müslümovun da təyinatdan sonra ilk tənqid etdiyi məsələ idi. Belə ki, 2013-cü ildə – təyinatından bir ay sonra S.Müslümov bütün rayonların tibbi-sosial ekspert komissiyaları (TSEK) sədrlərinin iştirakı ilə iclas keçirmişdi. İclasda o, Bakının Xətai, Sumqayıt, Xaçmaz, İsmayıllı-Şamaxı-Qobustan, Ağcabədi-Ağdam, Mingəçevir-Yevlax, Samux-Goranboy-Naftalan, Daşkəsən-Göygöl, Qazax-Ağstafa, Cəlilabad-Biləsuvar, Masallı-Yardımlı, Saatlı-İmişli və Salyan-Neftçala regional TSEK rəhbərlərinin işdən azad olunduğunu bildirmiş və onlardan iclasdan qovmuşdu. Lənkəran və Füzuli rayon TSEK-lərinin rəhbərləri isə işdən azad olunaraq həkim vəzifələrinə keçirilmişdi. Düzdür, sonradan bəzi TSEK rəhbərləri yenidən öz vəzifələrinə bərpa olunmağı bacardılar, lakin S.Müslümovun bu addımı hamıda əlilliyin təyinatı sahəsindəki biabırçılıqlara son qoyulacağına dair böyük ümidlər yaratmışdı. Xüsusilə Bakıda bir neçə həkimin əlillik təyinatı ilə bağlı rüşvət alarkən yaxalanmasından sonra əhali bu sahədə, nəhayət ki, rüşvətxorluğa son qoyulacağını gözləyirdi.
İnsaf naminə demək lazımdır ki, məlum iclasdan az sonra əlilliyin qiymətləndirilməsi elektronlaşdırıldı. Belə ki, bu proses səhiyyə müəssisələrinin elektron sistemə daxil etdikləri göndərişlər əsasında tibbi-sosial ekspert komissiyaları tərəfindən yerinə yetirilməyə başlandı. Lakin bu elektronlaşma gözlənilən effekti vermədi – rüşvət müqabilində əlillik təyinatı mexanizmi mürəkkəbləşdi, üstəlik, saxta əlillik kağızlarının verilməsi üçün tələb olunan məbləğ də yüksəldi. Yəni elektronlaşma sistemdə şəffaflıq və ədalətli yanaşma bərqərar etmək əvəzinə rüşvətxorluğun həcmini böyütdü. Məsələn, elektronlaşmadan əvvəl 1-2 min manata başa gələn “iş” ondan sonra 3-4 min manatadək “bahalaşdı”. Bu isə ondan xəbər verirdi ki, S.Müslümovun radikal görünən addımları bir tərəfdən ictimai rəyə təsir baxımından, ikinci tərəfdən isə TSEK kimi “gəlirli” yerlərə öz komandasının yerləşdirilməsi baxımından ustalıqla düşünülmüşdü.
İndi müşahidələr göstərir ki, yeni nazir S.Babayevin də əlilliyin təyinatı ilə bağlı atdığı addımlar sələfi kimi ictimai rəyə hesablanmışdır və kampaniya xarakteri daşıyırmış. Çünki, bu çox ciddi korrupsiya mənbəyinə çevrilmiş prosesə əsl şəffaflıq gətirmək mümkün olmayıb.
Rüşvət müqabilində saxta əlillik təyinatı, status almağa haqqı çatanların rüşvət vermədiklərinə görə süründürməçiliklə üzləşməsi hallarının səngimədiyi qurumlar sırasında Beyləqan və Füzuli rayonlarının əhalisinə xidmət edən 37 saylı Tibbi-Sosial Ekspert Komissiyasıdır. Əlbəttə, əgər buna xidmət demək olarsa. TSEK-in son üç ildə fəaliyyəti ciddi araşdırılsa, çoxlu sayda komissiyaya sağlam gəlib əlil statusu ilə gedənlərin izinə düşə bilərlər. Görünür, təzə nazirin keçən il vəzifəyə başlayan kimi bu məqsədlə yaratdığı işçi qrup 37 saylı TSEK-də bu vəziyyəti lazımınca araşdırmayıb, gözdən yayınanlar çox olub. Belələrinin bir xeylisi barədə əlimizdə səhih məlumatlar vardır. Oxucularımızla irəliləyən görüşlərimizdə onların adlarını açıqlamağa hazırlaşırıq. Məsələn, onlardan biri müəllimədir. İki il əvvəl komissiya üzvlərindən birinin (həmin komissiya üzvü indi də vəzifədədir – red.) əli ilə verdiyi 2500 manat rüşvət müqabilində saxta əlillik statusu alıb. Bu status 30 illik pedaqoji stajı ilə birgə dəyərləndirilərək ona ayda 450 manat pensiya almaq hüququ qazandırıb. Belə müəllimin şagirdlərinə nə öyrədə biləcəyini, hansı əxlaq tərbiyəsi verəcəyini yəqin ki, təsəvvür etmək olar.
Onu da qeyd edək ki, 37 saylı TSEK-in “çıxdaş” etdiyi vətəndaşlar ən çox ürək xəstəliklərindən əlillik statusu alırlar. Bu müstəvidə TSEK-in etibarlı tərəf müqabili Bakıdakı 5 saylı şəhər xəstəxanasının kardologiya şöbəsidir. Şöbə də Soltan həkim əsasən rayondan gedən potensial saxtakarların pensiyaya aparan yolunu onlardan aldığı “şirinlik” müqabilində xeyli qısaldır. Təxminən üç ay çəkən sonrakı prosedurları rayon mərkəzi xəstəxanalarındakı və yerli TSEK-dəki korrupsionerlər həyata keçirirlər.
Realmedia-az.life olaraq dövlətin sosial müdafiəsinə ehtiyacı olan lakin süni maneələr səbəbindən bu qayğıdan yararlana bilməyən vətəndaşlara sağalmalarını, saxta əlillərə isə gerçəkdən zəlil olmalarını arzulayırıq. Görünən odur ki, 37 saylı TSEK-də Sahil Babayev yoxlaması azlıq edib, “Stalin yoxlaması” lazımdır.
Mövzuya qayıdacağıq.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İmişli və Cəlilabad rayonlarında yerləşən torpaq sahələri üçün hərrac keçiriləcək
Bu gün, 03:04
“Dövlət bunu boş yerə etmir…” - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 02:59
Niyə axı bizdə BƏLƏDİYYƏ SİSTEMİ uğur qazanmır? - ARAŞDIRMA
Bu gün, 01:42
Müəllimlərin maaşı vergidən azad ediləcək? - AÇIQLAMA
Bu gün, 01:27
Avropada müharibə kabusu: Azərbaycan hansı təhlükə ilə üz-üzə qalıb? - İNCƏLƏMƏ
Bu gün, 01:22
7 ildir dələduz işçilərə görə sığorta ödənişi edilmir - İLGİNC FAKT
Bu gün, 00:47
Ermənistan “müharibə qovşağı”na çevrilir... - "Qərb regionda savaş lazımdır"
Bu gün, 00:37
"Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 00:33
"Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver"
Bu gün, 00:27
Uşaqlar pul yığıb, sinfi qızdırır... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 00:24
Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir – Ermənistan rəsmisi açıqladı
Bu gün, 00:19
Verdiyevin həbsi: Necə davranmaq lazımdır? - AKTUAL
Bu gün, 00:17
Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Dünən, 20:39
Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Dünən, 20:36
Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Dünən, 19:00
MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Dünən, 18:58
Elcan Rəsulov yıxılıb başından zədə aldı
Dünən, 18:21
Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Dünən, 18:17
Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Dünən, 18:15
"Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Dünən, 18:13
1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Dünən, 18:11
Siyavuş Novruzov HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Dünən, 18:09
Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Dünən, 18:08
Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Dünən, 18:05
Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Dünən, 17:59
Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Dünən, 17:50
Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Dünən, 17:46
8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Dünən, 17:42
ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Dünən, 17:40
“Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Dünən, 17:36
70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Dünən, 17:32
Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Dünən, 17:29
Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Dünən, 17:28
“1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Dünən, 17:25
Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Dünən, 16:22
51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Dünən, 16:20
"Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Dünən, 16:19
NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Dünən, 16:15
Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Dünən, 16:12
NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Dünən, 16:10
Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Dünən, 16:07
Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Dünən, 16:05
Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Dünən, 16:03
Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Dünən, 16:02
Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Dünən, 16:00
“Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Dünən, 15:57
Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Dünən, 15:54
Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Dünən, 15:15
Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Dünən, 15:13
İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Dünən, 15:09
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru