Qarayevin işçisinin QARA İŞLƏRİ... - İTTİHAM
Tarix: 26-09-2019, 09:10 | Çap et
Xeyli müddətdir ki, Şəki Regional Mədəniyyət İdarəsində həyata keçirilən yarıtmaz idarəçiliklə bağlı baş qaldıran şübhələr, əmələ gələn söz-söhbətlər və s. bu gün də səngimək bilmir. Belə bir səbəblər üzündəndir ki, Mirvari xanım Zeynalovanın atdığı “mirvari addımlar” haqda məlumatlı olan bəzi KİV nümayəndələri, yaşananlarla bağlı çalışdıqları mətbu qurumlarda silsilə tənqidi açıqlamalar dərc etsələr də, nədənsə vəziyyət düzəlmir ki, düzəlmir. Bu günlərdə redaksiyamızın elektron poçtuna yerli sakinlər tərəfindən Şəki Regional Mədəniyyət İdarəsində baş verən eybəcərliklərlə, qol qoyulan çoxsaylı qanunsuzluqlarla bağlı xeyli məlumatlar daxil olub. Sən demə adı çəkilən bu qurumda yaşanan acınacaqlı durum, heç də nə dünən, nə də ki, bugünlərdə əmələ gəlməyib. Sakinlərin iddialarına görə, hələ 2013-cü ildə Şəki Mədəniyyət və Turizm İdarəsində Hesablama Palatası tərəfindən yoxlamalar aparılır və aparılan yoxlamaların nəticəsi olaraq nə az, nə də çox, düz 4,3 milyon manat maliyyə vəsaitinin mənimsənilməsi faktı aşkara çıxarılır. Düzdür, həmin vaxtlarda Mirvari xanım Şəki şəhər mədəniyyət və turizm şöbəsinin müdiri vəzifəsini daşıdığından, belə bir mənimsəmə faktının birbaşa ona aidiyyəti olmasa da, amma müəyyən qədər bağlılığının olduğu söylənilir. Çünki, heç cür o halın varlığını inkar etmək olmaz ki, şəhərin mədəniyyət və turizm şöbəsinə rəhbərlik edən bir şəxs, belə bir məbləğdə mənimsənilən vəsaitin mənimsənilməsində azacıq da olsa iştirak etməsin. Elə ki, aparılan yoxlamalar zamanı Şəki Mədəniyyət və Turizm İdarəsinin vəzifəli şəxslərinin hərəkətlərində ağır nəticələrə səbəb olan, yəni vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifə saxtakarlığı, külli miqdarda dövlət əmlakının mənimsənilməsi və s. faktları aşkara çıxarılır, o halda toplanmış materiallar üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2, 308.2 və 313-cü maddələri ilə cinayət işi başlanır və sonda qurumun müdiri, baş mühasıbi həbs olunurlar. Qeyd etdiyimiz belə bir olayın varlığı təkcə Şəki Mədəniyyət və Turizm İdarəsində baş vermişdisə, o halın varlığına diqqət yetirmək lazımdır ki, bu gün beş rayonu özündə birləşdirən Şəki Regional Mədəniyyət İdarəsində hansı məbləğdə vəsaitlər “qeybə çəkilir”. Yerli sakinlərin iddialarına görə, hazırda Şəki Regional Mədəniyyət İdarəsinin tabeçiliyində olan qurumlarda, ələlxüsus musiqi məktəblərində vəziyyət heç də ürəkaçan deyil. Çünki, verilən məlumatlarda o da iddia olunur ki, beş rayonu əhatə edən Regional idarənin tabeçiliyindəki musiqi məktəblərində müəllim-şagird davamiyyəti, heç də günün tələbləri səviyyəsində deyil. Bəzi məktəblərdə elə müəllimlər var ki, həmin şəxslər Mirvari xanım Zeynalova ilə “anlaşa bildiyindən”, onlar məktəb üzü tanımırlar. Rayonlardakı mədəniyyət evlərinin, klubların, ələlxüsus kənd kitabxanalarının giriş qapılarına asılan “zamoklar” həftələrlə açılıb-bağlanmadığından, onları “pas” elə tutur ki, “zamoklar”ı açıb-bağlamağın özü müşkül məsələyə çevrilib. Amma, belə bir halların varlığına baxmayaraq, Regional idarənin ştat cədvəlində olan və qeyd olunan qurumlarda vəzifə sahibi olan şəxslərə hər ay dövlət büdcəsində əmək haqqı ayrılır. Nyus.az saytının əldə etdiyi məlumatlara görə, Mirvari xanım Zeynalova ilin müxtəlif günlərində, yəni Yeni ildə, Novruz bayramında, Həmrəylik günündə və digər vaxtlarda “mirvari addımlar”ını atmaqla da xeyli “irəli düşə bilir”. Yəni, adı çəkilən xanımın rəhbərliyi altında və “dobro” deməsindən sonra, guya ki, tabeli qurumlarda bir çox tədbirlər həyata keçirilib deyə, vəsaitlər ayrılır, az sonra da mənimsənilir. Nazirlik tərəfindən ayrılmış büdcə vəsaitlərindən Regional idarə rəisinin təyinatı üzrə istifadə etmədiyi, yəni, həmin vəsaitlərin böyük bir hissəsinin şişirdilmiş smetalar tərtib olunmaqla mənimsənildiyi də söylənilir. Fakr budur ki, Şəki Regional Mədəniyyət İdarəsinin tabeçiliyində olan kitabxanaların, klubların, mədəniyyət evlərinin, mədəni-tarixi abidələrin və s. bərpa və təmir olunmalarına ayrılan vəsaitlər sənədlər üzərində rəsmləşdirilsə də, bu yöndə heç bir addımların atılmadığı iddia olunur. Mirvari xanım Zeynalovanın atdığı “mirvari addımlar”ın nəticəsi olaraq, onun bu gün də Qax rayon Uşaq İncəsənət Məktəbini, Oğuz rayon Uşaq Musiqi Mərkəzini, Turan qəsəbə Uşaq Musiqi Məktəbini, Şəki şəhər 2, 3 və 4 saylı Uşaq Musiqi Məktəblərini, Şəki rayon Uşaq İncəsənət Məktəbini və digər müəssisələri öz marağına uyğun “biznes mərkəzinə” çevirməsi haqda da söz-söhbətlər dolaşmaqdadır. Nyus.az saytına daxil olan məlumatlara görə, bu gün təkcə Şəki rayonunda 150-ə yaxın mədəni-maarif müəssisəsi fəaliyyət göstərməkdədir. Adı çəkilən müəssələrdən hər birinin rəhbər şəxslərinin, ayda idarə rəisi ilə hesablaşdıqları qeyd olunur. Bu sırada Balakən, Zaqatala, Qax, Oğuz rayonlarındakı mədəni-maarif müəssisələrinin rəhbər şəxslərinin də, oxşar addımlar atdıqları söylənilir.
Ümumiyyətlə, hal-hazırda Şəki Regional Mədəniyyət İdarəsində elə bir hoqqalar, elə bir çoxsaylı qanunsuzluqlar baş verir ki, bəlkə də baş verənləri qələmə almaq üçün, hər bir KİV nümayəndəsinə həftələrlə vaxt lazım gələr. O halda sual oluna bilər ki, cənab Əbülfəs Qarayev belə bir idarəçiliyi olan bu kadrı, səbəb nədir ki, hələ də Şəki Regional Mədəniyyət İdarəsinin rəhbərliyində saxlayır? Ona görə də düşünürük ki, baş verənləri araşdırmaq, əsl həqiqətləri üzə çıxarmaq üçün təkcə jurnalistlər deyil, həm Nazirlik əməkdaşlarının, həm də, Hesablama Palatasının ciddi yoxlamalar aparmasına ciddi ehtiyac duyulur. Əgər bu yöndə ciddi addımlar atılmazsa, o halda Şəki Regional Mədəniyyət İdarəsi ilə bağlı söz-söhbətlərin “tüstüsü” çox insanları “boğacaq”. Nyus.Az
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• İmişli və Cəlilabad rayonlarında yerləşən torpaq sahələri üçün hərrac keçiriləcək
Bu gün, 03:04 |
|
|
|
• “Dövlət bunu boş yerə etmir…” - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 02:59 |
|
|
|
• Niyə axı bizdə BƏLƏDİYYƏ SİSTEMİ uğur qazanmır? - ARAŞDIRMA
Bu gün, 01:42 |
|
|
|
• Müəllimlərin maaşı vergidən azad ediləcək? - AÇIQLAMA
Bu gün, 01:27 |
|
|
|
• Avropada müharibə kabusu: Azərbaycan hansı təhlükə ilə üz-üzə qalıb? - İNCƏLƏMƏ
Bu gün, 01:22 |
|
|
|
• 7 ildir dələduz işçilərə görə sığorta ödənişi edilmir - İLGİNC FAKT
Bu gün, 00:47 |
|
|
|
• Ermənistan “müharibə qovşağı”na çevrilir... - "Qərb regionda savaş lazımdır"
Bu gün, 00:37 |
|
|
|
• "Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 00:33 |
|
|
|
• "Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver"
Bu gün, 00:27 |
|
|
|
• Uşaqlar pul yığıb, sinfi qızdırır... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 00:24 |
|
|
|
• Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir – Ermənistan rəsmisi açıqladı
Bu gün, 00:19 |
|
|
|
• Verdiyevin həbsi: Necə davranmaq lazımdır? - AKTUAL
Bu gün, 00:17 |
|
|
|
• Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Dünən, 20:39 |
|
|
|
• Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Dünən, 20:36 |
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Dünən, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Dünən, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Dünən, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Dünən, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Dünən, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Dünən, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Dünən, 18:11 |
|
|
|
• Siyavuş Novruzov HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Dünən, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Dünən, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Dünən, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Dünən, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Dünən, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Dünən, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Dünən, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Dünən, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Dünən, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Dünən, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Dünən, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Dünən, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Dünən, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Dünən, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Dünən, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Dünən, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Dünən, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Dünən, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Dünən, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Dünən, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Dünən, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Dünən, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Dünən, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Dünən, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Dünən, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Dünən, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Dünən, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Dünən, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Dünən, 15:09 |
|
|
|
|