İmişli və Cəlilabad rayonlarında yerləşən torpaq sahələri üçün hərrac keçiriləcək .....                     “Dövlət bunu boş yerə etmir…” .....                     Niyə axı bizdə BƏLƏDİYYƏ SİSTEMİ uğur qazanmır? .....                     Müəllimlərin maaşı vergidən azad ediləcək? .....                     Avropada müharibə kabusu: Azərbaycan hansı təhlükə ilə üz-üzə qalıb? .....                     7 ildir dələduz işçilərə görə sığorta ödənişi edilmir .....                     Ermənistan “müharibə qovşağı”na çevrilir... .....                     "Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." .....                     "Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver" .....                     Uşaqlar pul yığıb, sinfi qızdırır... .....                     Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir .....                     Verdiyevin həbsi: Necə davranmaq lazımdır? .....                     Dünyanın ən yaxşı universitetləri .....                     Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? .....                     Polşanın təklifi yaxşı nəticələr vəd etmir .....                     MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... .....                     Elcan Rəsulov yıxılıb başından zədə aldı .....                     Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? .....                     Orxan Xəyyama KÖMƏK İSTƏDİ: .....                     "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" .....                     1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi .....                     Siyavuş Novruzov HAQLIDIR, AMMA... .....                     Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər .....                     Kremldən postsovet ölkələrinə .....                     Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK .....                     Paşinyan “qızıl qayıdış”a başladı .....                     Elşad Xose şəxsi həyatı haqda: .....                     8 milyon manatlıq “Araznet Technologies” şirkəti .....                     ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib .....                     “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir .....                     70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? .....                     Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək .....                     Bir neçə ay əvvəl tutulan narkobaron .....                     “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” .....                     Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? .....                     51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib .....                     "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan" .....                     NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır .....                     Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu .....                     NATO-ya üzv olmaq istəmirik... AMMA... .....                 

Əli Kərimli və Rəsul Quliyevin də İsveçrə banklarında mənbəyi bilinməyən vəsaitləri var... - İLGİNC
Tarix: 5-10-2019, 09:50 | Çap et
Əli Kərimli və Rəsul Quliyevin də İsveçrə banklarında mənbəyi bilinməyən vəsaitləri var...
Azərbaycan vətəndaşlarının İsveçrə banklarındakı hesabları ilə bağlı informasiyalar açıqlanan məlumatlar kateqoriyasına daxil edilib. Belə ki, İsveçrə parlamenti Azərbaycana bank və vergilərlə bağlı informasiya verməyə başlamağa dair qərar qəbul edib. Azərbaycan və İsveçrə arasında faktiki bank və vergi məlumatları mübadiləsi 2021-ci ildə başlayacaq. Nəticədə İsveçrənin təxminən yüz dövlətlə avtomatik vergi və maliyyə məlumatları mübadiləsi ilə bağlı fəaliyyət göstərəcəyi gözlənir.

2021-ci ildən etibarən Azərbaycanla yanaşı Çin, Səudiyyə Ərəbistanı, Livan, Pakistan, Qazaxıstan, Qana, Nigeriya və Kolumbiya da İsveçrədən bank məlumatlarını alacaqlar. İsveçrədə vergidən yayınma ilə mübarizə bank sirrindən üstün tutulur. 2014-cü ildə “Böyük iyirmilik” (G20) İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının dəstəyi ilə bütün növ maliyyə cinayətlərinə, o cümlədən, “çirkli pulların yuyulmasına” və vergidən yayınmağa qarşı yeni standartlar hazırlayaraq qəbul edib. Bu standartların əsasını bank, vergi və digər müvafiq məlumatların avtomatik mübadiləsi mexanizmi təşkil edir.

Yüzə yaxın dövlət bu standartları tətbiq etmək qərarına gəlib. Söhbət hesab nömrələri, vergi ödəyicisinin eyniləşdirmə nömrələri, vergi rezidentinin adı, soyadı, ünvanı, doğum tarixi, gəlir növləri və vergi məlumatlarının verildiyi tarixdə hesabın vəziyyətinin açıqlanmasından gedir.

İqtisadçı-ekspert Qadir İbrahimli deyir ki, qərar mühüm əhəmiyyət kəsb edir: “İsveçrə banklarına qoyulan vəsaitlər oğurluq yolu, korrupsiya ilə əldə edilməyibsə, bu, İsveçrə banklarında hesab saxlayan azərbaycanlılar üçün problem olmayacaq. Bu o deməkdir ki, əgər pulların sahibi onların mənbəyini açıqlaya biləcəksə, biznesdən əldə etdiyini təsbit edəcəksə, bu şəxslərin qanunla problemləri olmayacaq. Əks halda, yəni pulların mənşəyi ilə bağlı qaranlıq məqamlar olacaqsa, həmin vəsaitlərin mənbəyi təftiş ediləcək”.

Qadir İbrahimli bildirir ki, Azərbaycan mənşəli vəsaitlər İsveçrə banklarına yat2ırılana qədər “təmizlənir”: “İsveçrə banklarına tamamilə mənbəyi qaranlıq olan vəsaitləri yerləşdirmək çətindir. Yəni 10 milyon korrupsiya pulunu birbaşa aparıb İsveçrə bankına yerləşdirə bilməzsiniz. Sizdən həmin pulların mənşəyi ilə bağlı ilkin məlumatlar istənilir. Həmin banklara hardasa tarixçəsi olan vəsaitlər qəbul edilir”.

Qadir İbrahimli deyir ki, İsveçrə banklarında olan Azərbaycan mənşəli şübhəli tarixçəli pullara amnistiya elan olunmalıdır: “Həmin pullara amnistiya verib şərt qoyulmalıdır ki, İsveçrə banklarından çıxarıb Azərbaycan iqtisadiyyatına yönəldilsin.

“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı düşünür ki, İsveçrə parlamentinin qəbul etdiyi qərarla Azərbaycanda korrupsiyaya qurşanmış məmur zümrəsinin qara günləri başlayır: “Böyük Britaniyada ”İzahedilməz Sərvət Sərəncamı"nı qəbul edib dərhal Azərbaycan Beynəlxalq Bankının sabiq prezidenti Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevaya tətbiq etməsi olduqca böyük bir korrupsiya sxemini ortaya qoydu. Məlum oldu ki, yarısı dövlətə məxsus bankı illərlə öz şəxsi cibləri kimi istifadə ediblər Azərbaycan Beynəlxalq Bankının 35 bank kartı əlində olan Zamirə Hacıyeva pulları Londonun bahalı alış-veriş mərkəzlərində qab-qacağa, bahalı çaxırlara, şəxsi təyyarə alışına, maşın, mənzil, mülklərə xərcləyib. Bu illərlə davam edib və kimsə Cahangir Hacıyevə dur deməyib. Ölkədən xaricə axan pullar isə milyardlarladır. İsveçrə bankının məlumatları dövlət qurumlarına verməsi yaxşıdır. Amma belə məlumatlar həm də geniş ictimaiyyət üçün açıq olmalıdır. Bilinməlidir ki, Azərbaycandan çıxan pullar hardadır, kimin adınadır. Adındakı hesabda milyonlar olan şəxsin Azərbaycanda bir çoban olması da üzə çıxa bilər. Zamirə Hacıyeva olayının bu dəfə İsveçrədə təkrar olunması ehtimalı da var".

Baş redaktor deyir ki, qəbul olunmuş qərarın bir çox məmurların kürkünə birə salacağı şübhəsizdir: “Adamlar düşünürdülər ki, oğurlayacaqlar, xarici bankalara yığacaqlar və sonradan da sakit bir adada həyatlarını yaşayacaqlar. Azərbaycanda isə nə baş verəcəyi bu adamları heç düşündürməyib. Dünya sürətlə dəyişir. Artıq pulları təhlükəsiz İsveçrə banklarında gizlədə bilməyəcəklər. Azərbaycan insanının cibindən oğurlanmış pulları rahat yeyə bilməyəcəklər. Bu qərar enində-sonunda yenə də Azərbaycanın adına xələl gətirə də bilər. Ancaq bütün hallarda bu qərarın qəbul edilməsi müsbətdir”.

Əvəz Zeynallı deyir ki, bu qərarla Azərbaycan xalqının üzərindən qazanılmış, mənbəyi korrupsiya olan pulların nə vaxtsa Azərbaycana qaytarılmasına zəmin yaradır.

Xatırladaq ki, Böyük Britaniya ötən ilin sonlarında “İzahedilməmiş Sərvət Sərəncamı”nı qəbul edib. Bundan sonra Londonda yaşayan 55 yaşlı Zamirə Hacıyeva, əri Cahangir Hacıyevdən Milli Cinayət Agentliyinə Londonun bahalı Knightsbridge bölgəsində böyük bir evi hansı maliyyə hesabına almalarına dair hesabat tələb olunub. Zamirə Hacıyevadan hesabat tələb etdiyi vaxtda onun həyat yoldaşı Cahangir Hacıyev Azərbaycanda həbsdə idi. Zamirə Hacıyeva Londonda alış-verişlərini Beynəlxalq Bankın 35 ədəd kredit kartı və Harrods-un üç ədəd mağaza kartı ilə ödəyib. Bundan əlavə məhkəmə işlərindən məlum olub ki, 2013-cü ildə Zamirə Hacıyevanın nəzarət etdiyi başqa bir şirkət Berkshire qraflığında, Ascot kəndinin yaxınlığında təmtəraqlı qolf kursu və əmlakını - Mill Ride Golf Club-u almaq üçün 10 milyon funt (13.15 milyon dollar) xərcləyib. Rəsmi məlumatlar cütlüyün Harrods-ın avtomobil parkında iki xüsusi yerə sahib olduqlarını və Zamirə Hacıyevanın 42 milyon funta (55.24 milyon dollar) Gulfstream G550 jet təyyarəsini aldığını da ortaya çıxarıb. Ərinin dövlət işçisi kimi qazancı heç vaxt 70 min dolları keçməyən Hacıyevanın bu pulları haradan alması şübhə doğurub. Z.Hacıyeva çirkli pullar2ın yuyulması, bankın pullarının mənimsənilməsində günahlandırılıb. 2018-ci ildə tutulan Zamirə Hacıyeva girov qarşılığında qismən azadlığa buraxılıb. Onun şəxsiyyət vəsiqəsi polisdə saxlanılır, qolunda elektron nəzarət qolbağı var. Hazırda Londondakı evində yaşayan Hacıyevaya şəhərdən çıxmaq qadağan edilib.

İsveçrə banklarında qara pullar yerləşdirən təkcə indiki məmurlar deyil. İddialara görə, İsveçrə banklarında AXCP sədri Əli Kərimlinin, sabiq spiker Rəsul Quliyevin də pulları var. Mətbuatda belə məlumatlar əksini tapıb ki, Əli Kərimlinin orada 2 milyon dolları var, hər ay onun faizini alır. Bu pulun mənbəyi dəqiq bilinməsə də, ehtimal edilir ki, Kərimli bu vəsaiti xarici donorlardan özünə yaxın QHT-lər vasitəsi ilə əldə edib...
“Yeni Müsavat”









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İmişli və Cəlilabad rayonlarında yerləşən torpaq sahələri üçün hərrac keçiriləcək
Bu gün, 03:04
“Dövlət bunu boş yerə etmir…” - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 02:59
Niyə axı bizdə BƏLƏDİYYƏ SİSTEMİ uğur qazanmır? - ARAŞDIRMA
Bu gün, 01:42
Müəllimlərin maaşı vergidən azad ediləcək? - AÇIQLAMA
Bu gün, 01:27
Avropada müharibə kabusu: Azərbaycan hansı təhlükə ilə üz-üzə qalıb? - İNCƏLƏMƏ
Bu gün, 01:22
7 ildir dələduz işçilərə görə sığorta ödənişi edilmir - İLGİNC FAKT
Bu gün, 00:47
Ermənistan “müharibə qovşağı”na çevrilir... - "Qərb regionda savaş lazımdır"
Bu gün, 00:37
"Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 00:33
"Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver"
Bu gün, 00:27
Uşaqlar pul yığıb, sinfi qızdırır... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 00:24
Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir – Ermənistan rəsmisi açıqladı
Bu gün, 00:19
Verdiyevin həbsi: Necə davranmaq lazımdır? - AKTUAL
Bu gün, 00:17
Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Dünən, 20:39
Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Dünən, 20:36
Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Dünən, 19:00
MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Dünən, 18:58
Elcan Rəsulov yıxılıb başından zədə aldı
Dünən, 18:21
Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Dünən, 18:17
Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Dünən, 18:15
"Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Dünən, 18:13
1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Dünən, 18:11
Siyavuş Novruzov HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Dünən, 18:09
Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Dünən, 18:08
Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Dünən, 18:05
Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Dünən, 17:59
Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Dünən, 17:50
Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Dünən, 17:46
8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Dünən, 17:42
ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Dünən, 17:40
“Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Dünən, 17:36
70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Dünən, 17:32
Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Dünən, 17:29
Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Dünən, 17:28
“1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Dünən, 17:25
Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Dünən, 16:22
51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Dünən, 16:20
"Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Dünən, 16:19
NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Dünən, 16:15
Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Dünən, 16:12
NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Dünən, 16:10
Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Dünən, 16:07
Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Dünən, 16:05
Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Dünən, 16:03
Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Dünən, 16:02
Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Dünən, 16:00
“Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Dünən, 15:57
Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Dünən, 15:54
Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Dünən, 15:15
Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Dünən, 15:13
İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Dünən, 15:09
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru