Sahil Babayevin abadlaşdırdığı “xarabalığın” əsl memarı Füzuli Ələkbərov: - Keçmiş nazir hələ “göylərdədir”
Tarix: 18-10-2019, 09:44 | Çap et
Hökumətin iqtisadi blokunun genişləndirilmiş iclasında sosial müdafiə sferasında vaxtilə hökm sürən özbaşınalığa görə Prezident İlham Əliyevin səsləndirdiyi tənqidlərdən əsas pay sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərova düşür. Dövlət başçısı çıxışında sosial müdafiə sferasında mövcud vəziyyəti dəyərləndirərək, ötən ilin aprelində əmək və əhalinin sosial müdafiəsi naziri təyin olunmuş Sahil Babayevin fəaliyyətini təqdir edib: "Sosial müdafiə sahəsində nə qədər pozuntular olub. Yeni nazir Sahil Babayev bunları üzə çıxardı və çox ciddi islahatlar aparır”.
Prezidentin bu yanaşması "yeni kadrlar” sırasında olan nazir Sahil Babayevin sələflərindən fərqli olaraq, öz vəzifəsinin öhdəsindən gəldiyinin göstəricisidir.
Ancaq hər kəsə məlumdur ki, ölkədə ən problemli və vətəndaşların şikayətlərinin ardı-arası kəsilməyən sahələrdən biri məhz əhalinin sosial müdafiəsi sferası olub. Ancaq əlbəttə ki, digər sahələr kimi, sözügedən sferada da problemlər bir gündə yaranmadığı kimi, onların aradan qaldırılması da qısa müddətin işi deyil. Necə ki, Ələkbərovdan sonra 5 il o postu tutmuş Səlim Müslimov da sələfinin yaratdığı "bataqlıq”da baş çıxara bilmədi.
Problemlərin qalaqlanması isə daha çox o sahəyə 7 il (2006-13) rəhbərlik etmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin keçmiş "şef”i Füzuli Ələkbərovun dövrünə təsadüf edir. Bu da səbəbsiz deyil. Çünki Azərbaycana neft pullarının daxil olması və əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində addımların atılması həmin illərdən başlayır.
Ünvanlı sosial yardımların ayrılması, təqaüdlərin hesablanması, əlillərin müəyyənləşdirilməsi və başqa məsələlərdə yol verilən ciddi pozuntular məhz Füzuli Ələkbərovun nazirliyi dönəmində vüsət alıb. Xüsusilə, ünvanlı sosial yardımların verilməsi zamanı Nazirlik əməkdaşlarının "50-nin 50-yə” sistemini tətbiq etmələri dövlətin nüfuzuna vurulan rəzil zərbə kimi dəyərləndirilir.
Ələkbərovun və ailə üzvlərinin dövlətçiliyə "töhfə”sinin zirvəsi isə 2013-cü il İsmayıllı hadisələri oldu. Qardaşının icra başçısı olduğu İsmayıllını şəxsi mülkləri olaraq görən Ələkbərovun ailə üzvlərinin harın davranışları rayonda real üsyyan şəraiti yaratmışdı. Yalnız ölkənin ali rəhbərliyinin vaxtında müdaxiləsi və Ələkbərovların görəvdən alınmaları İsmayıllıda gərginliyin böyüməsinə imkan vermədi.
Lakin Ələkbərov vəzifəsinin itirdikdən sonra da "nazir hikkəsi”ndən əl çəkməyib və səlahiyyət sahibi olduğu dövrdə qurduğu biznes "imperiya”sını genişləndirmək üçün qanunsuz əməllərini davam etdirməkdədir.
Bu məqsədlə sıravi vətəndaşların həyatını cəhənnəmə çevirən, biznes rəqiblərini sıradan çıxarmaq üçün bütün vasitələrə əl qatan Ələkbərov Bakının mərkəzi ərazilərində bir neçə yeri zəbt edərək, vergidən yayınmaqla, qanunsuz avtoparklar açıb, sərvətini artırmaqdadır.
Bundan başqa, sabiq nazirin harınlığı o həddə çatıb ki, Sahil qəsəbəsində onun villasından hündür evin tikilməsini belə qadağan etmişdi. Qəsəbə sakinləri Ələkbərovun bu qanunsuz məhdudlaşdırmaları nəticəsində bir addımlığında olan dənizə yaxın düşə bilmirlər. Keçmiş nazirin dözülməz əməlləri qəsəbə sakinlərinin və müstəqil iş adamlarının səbr kasasını daşırsa da, Ələkbərov hələ ki "toxunulmazlıq” ovqatındadır. Görünür, qanunsuz hərəkətlərini davam etdirən keçmiş nazir "İsmayıllı qiyamı”nı təkrarlamayana qədər layiq olduğu cəzanı almayacaq.
www.yenicag.az
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• İmişli və Cəlilabad rayonlarında yerləşən torpaq sahələri üçün hərrac keçiriləcək
Bu gün, 03:04 |
|
|
|
• “Dövlət bunu boş yerə etmir…” - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 02:59 |
|
|
|
• Niyə axı bizdə BƏLƏDİYYƏ SİSTEMİ uğur qazanmır? - ARAŞDIRMA
Bu gün, 01:42 |
|
|
|
• Müəllimlərin maaşı vergidən azad ediləcək? - AÇIQLAMA
Bu gün, 01:27 |
|
|
|
• Avropada müharibə kabusu: Azərbaycan hansı təhlükə ilə üz-üzə qalıb? - İNCƏLƏMƏ
Bu gün, 01:22 |
|
|
|
• 7 ildir dələduz işçilərə görə sığorta ödənişi edilmir - İLGİNC FAKT
Bu gün, 00:47 |
|
|
|
• Ermənistan “müharibə qovşağı”na çevrilir... - "Qərb regionda savaş lazımdır"
Bu gün, 00:37 |
|
|
|
• "Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 00:33 |
|
|
|
• "Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver"
Bu gün, 00:27 |
|
|
|
• Uşaqlar pul yığıb, sinfi qızdırır... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 00:24 |
|
|
|
• Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir – Ermənistan rəsmisi açıqladı
Bu gün, 00:19 |
|
|
|
• Verdiyevin həbsi: Necə davranmaq lazımdır? - AKTUAL
Bu gün, 00:17 |
|
|
|
• Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Dünən, 20:39 |
|
|
|
• Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Dünən, 20:36 |
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Dünən, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Dünən, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Dünən, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Dünən, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Dünən, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Dünən, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Dünən, 18:11 |
|
|
|
• Siyavuş Novruzov HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Dünən, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Dünən, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Dünən, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Dünən, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Dünən, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Dünən, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Dünən, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Dünən, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Dünən, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Dünən, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Dünən, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Dünən, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Dünən, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Dünən, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Dünən, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Dünən, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Dünən, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Dünən, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Dünən, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Dünən, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Dünən, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Dünən, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Dünən, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Dünən, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Dünən, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Dünən, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Dünən, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Dünən, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Dünən, 15:09 |
|
|
|
|