İlham Əliyevin “Oktyabr inqilabı” - zərgər dəqiqliyi və qan-qadasız...
Tarix: 24-10-2019, 09:04 | Çap et
İlham Əliyevin kadr dəyişikliyində seçdiyi incə taktika dövlət idarəçiliyində öyrəniləcək, hətta kitablara salınacaq təcrübədir...
Prezident, bir qədər sentimental səslənsə də, hamımızın vətəni olan Azərbaycan üçün pencəyini çıxarıb və fəal işgüzarlığı ilə bu prosesi demək olar ki, tək öz üzərinə götürüb...
Müstəqil Azərbaycanın tarixində elə aylar var ki, o təqvimdə baş verənlər birdəfəlik yaddaşlara yazılır. Heç şübhəsiz ki, 2019-cu ilin oktyabr ayı məhz tarixdə hakimiyyətdə baş verən ciddi dəyişikliklər ayı kimi yadda qalacaq. Üstəlik, hakimiyyətdə dəyişikliklərin miqyası o qədər əhatəlidir ki, bunlara hazırlaşmaq özü kifayət qədər zaman tələb edir. Yəni indi az qala hər gün izlədiyimiz struktur və kadr dəyişiklikləri spontan deyil, hətta zamanında ayarlanmış bir prosesdir.
Əlbəttə ki, bunların heç birinin - az qala bütün “köklü ağacları” silkələyən kadr dəyişikliyinin hətta ən müxtəlif məmur təbəqəsinə bağlı elektron mediaya belə sızmaması özü də prosesin necə zərgər dəqiqliyi ilə hazırlandığını göstərir. Hələ şok dəyişikliklərin anonsu sayılan son müşavirədən sonra “Yeni Müsavat” ehtimal kimi yazmışdı ki, prezident İlham Əliyev yeni Azərbaycan modeli və idarəetməsi yaradır. Prezident özü başladığı prosesin anonsunu vermişdi-gənc kadrlar, yenilənmələr, islahatlar...
Məhz həmin müşavirədə prezident ilk dəfə iqtidarda islahatlara qarşı olanların olduğunu demişdi. Dəyişikliklərin miqyası artıq elan olunduqca aydın olur ki, söhbət yalnız bir-iki köhnə idarəetmə tərəfdarı olan məmurdan getmirmiş, bu yenilənmə prinsipcə iqtidardakı böyük əksəriyyətə təsir etdiyindən, islahatlara, necə deyərlər, “müqavimət voltu” kifayət qədər yüksək imiş. Milli Şuranın 19 oktyabr aksiyası da daxil, bu “müqavimətçilər” əlbəttə ki, heç nə edə bilməyəcəkdir. Prezidentin bu barədə müşavirədə açıq danışması həm də o demək idi ki, həmin adamlar müəyyən edilib, hərəkətləri nəzarətdədir və islahatlar kursundan vaz keçilməyəcək.
İndi sosial media yola saldığımız 23 oktyabr gününü hələ ki son dəyişikliyi - Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin təqaüdə göndərilməsindən sonra bu islahatları İlham Əliyevin “Oktyabr inqilabı” kimi də qiymətləndirir. İlham Əliyev üçün isə öncə başqa qiymətləndirmə var və cəmiyyət onu da gördü...
Prezident yola salınan qos-qoca məmurları qəbul etdi, dinlədi, xidmətlərini böyük minnətdarlıq hissi ilə sadaladı. Böyük dövlət idarəetməsi təcrübəsi olan Ramiz Mehdiyev isə “Heydər Əliyev Ordeni”nə təqdim edildi. Prezident R.Mehdiyevin Təhlükəsizlik Şurasının tərkibinə daxil edilməsi barədə fərman imzaladı.
Həmçinin Ramiz Mehdiyev 23 oktyabrda AMEA-nın sədri seçildi. Azərbaycan Milli Elmlər Akademiyasının ümumi yığıncağında AMEA-nın prezidenti seçilmiş Ramiz Ənvər oğlu Mehdiyev bu vəzifəyə təsdiq edilib.
APA-nın xəbərinə görə, bu barədə prezident İlham Əliyev sərəncam imzalayıb.
Bunlar, əlbəttə ki, R.Mehdiyevin xidmətinə verilən daha bir yüksək qiymətdir.
İlham Əliyevin kadr dəyişiklliyində seçdiyi incə taktika da bəyənilməyə layiqdir. Yaş həddi keçən məmurlara “mən sizi işdən azad etmirəm, istəyən özü getsin” mesajı verdi. Təqaüdə göndərilənlər-öz ifadələri ilə desək, Heydər Əliyevçilərdir və yaşlarının həm də çox həssas çağıdır. İlham Əliyevin bu çağırışı çox incə gediş hesab oluna bilər ki, bu da dövlət idarəçiliyində öyrəniləcək, hətta kitablara salınacaq təcrübədir.
Əslində nə baş verdiyi aydındır. İlham Əliyev ölkəni yeni mərhələyə-daha müasir bir ölkə, daha çevik bir idarəetmə, daha gənc kadrların öhdəsində olan dövlət modelinə keçirir. Göründüyü kimi, proses miqyaslı, məsuliyyətli və həm də bir qədər riskli görünürdü.
Bu sadaladıqlarımızdan sonuncudan başlamaq lazım gəlir. Çünki prezidentin iradəsi, qətiyyəti olmadan bu qədər ciddi kadr və struktur islahatlarına başlamaq mümkün olmazdı. İkincisi, ötən yazılarımızın birində də qeyd etmişdik ki, İlham Əliyev üçün ən vacib məsələlərdən biri Azərbaycanın imicidir. Prezidentin arzuladığı Azərbaycan modelini isə artıq yaşı ötmüş məmurlar, eləcə də köhnə strukturlarla qurmaq problemli, hətta mümkünsüzdür. Oktyabrın 23-də prezident İqtisadiyyat Nazirliyinə bir neçə qurumu birləşdirməklə supernazirlik yaratdı, dövlətin çox mühüm bir qolunu gücləndirdi. Prezidentin qeyri-neft sektorunu inkişaf etdirmək, dünya iqtisadiyyatı ilə çulğaşmaq, dövlətlərarası iqtisadi əlaqələrin qurulması, transmilli şirkətlərlə münasibətlər sahəsində həyata keçirdiyi mühüm islahatların əsas ağırlığı İqtisadiyyat Nazirliyinin üzərinə qoyulub. İndi vergilər və əmlak sahəsinin də İqtisadiyyat Nazirliyinə birləşdirilməsi bu sahəyə verilən ciddi önəmi göstərir. Bu, Mikayıl Cabbarovun vəzifə yüksəlişindən daha çox onun üzərinə qoyulmuş ağır məsuliyyətdir ki, bunu hamıdan yaxşı indi yeni “supernazirin” özü bilir.
Yeni struktur dəyişiklikləri, kadrların yerləşdirilməsi, önə çəkilməsi davam edəcək. Dövlət başçısı Mikayıl Cabbarovla görüşdə də kifayət qədər sərt ritorikası ilə seçilib, kadr dəyişikliklərinin davamlı olacağını deyib. Amma o bəyanatlarda daha bir aşkar kurs var: xarici təsirdən azad, vətənpərvər kadrlar!
Bu prosesin əsas qəhrəmanı İlham Əliyevdir. Prezident, bir qədər sentimental səslənsə də, hamımızın vətəni olan Azərbaycanı üçün pencəyini çıxarıb və fəal işgüzarlığı ilə bu prosesi demək olar ki, tək öz üzərinə götürüb. Bu anlamda “Oktyabr inqilabı” qiymətləndirməsi ilə razılaşmaq olar. Üstəlik, İlham Əliyevin rəhbərlik etdiyi bu proses xəta-bəlasız davam edir. Bundan isə uduzan olmayacaq, qazanan isə Azərbaycandır... “Yeni Müsavat”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Niyə axı bizdə BƏLƏDİYYƏ SİSTEMİ uğur qazanmır? - ARAŞDIRMA
Bu gün, 01:42 |
|
|
|
• Müəllimlərin maaşı vergidən azad ediləcək? - AÇIQLAMA
Bu gün, 01:27 |
|
|
|
• Avropada müharibə kabusu: Azərbaycan hansı təhlükə ilə üz-üzə qalıb? - İNCƏLƏMƏ
Bu gün, 01:22 |
|
|
|
• 7 ildir dələduz işçilərə görə sığorta ödənişi edilmir - İLGİNC FAKT
Bu gün, 00:47 |
|
|
|
• Ermənistan “müharibə qovşağı”na çevrilir... - "Qərb regionda savaş lazımdır"
Bu gün, 00:37 |
|
|
|
• "Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 00:33 |
|
|
|
• "Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver"
Bu gün, 00:27 |
|
|
|
• Uşaqlar pul yığıb, sinfi qızdırır... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 00:24 |
|
|
|
• Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir – Ermənistan rəsmisi açıqladı
Bu gün, 00:19 |
|
|
|
• Verdiyevin həbsi: Necə davranmaq lazımdır? - AKTUAL
Bu gün, 00:17 |
|
|
|
• Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Dünən, 20:39 |
|
|
|
• Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Dünən, 20:36 |
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Dünən, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Dünən, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Dünən, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Dünən, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Dünən, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Dünən, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Dünən, 18:11 |
|
|
|
• Siyavuş Novruzov HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Dünən, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Dünən, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Dünən, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Dünən, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Dünən, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Dünən, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Dünən, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Dünən, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Dünən, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Dünən, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Dünən, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Dünən, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Dünən, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Dünən, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Dünən, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Dünən, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Dünən, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Dünən, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Dünən, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Dünən, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Dünən, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Dünən, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Dünən, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Dünən, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Dünən, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Dünən, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Dünən, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Dünən, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Dünən, 15:09 |
|
|
|
• Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Dünən, 15:02 |
|
|
|
• Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Dünən, 14:59 |
|
|
|
|