Ən azı 100 deputat yenilənəcək - parlament seçkisi ilə bağlı yeni iddialar
Tarix: 1-11-2019, 08:22 | Çap et
Azərbaycan Milli Məclisi ətrafında gəzən söz-söhbətlər səngimək bilmir. Ölkə başçısı İlham Əliyevin 15 oktyabrda keçirdiyi iqtisadi müşavirədən sonra iddialar daha da artıb. Prezidentin yaşlı məmurlara ünvanladığı “gedin” mesajının qanunverici orqanda təmsil olunan qocaman deputatlara da şamil olunduğu bildirilir.
Artıq Azərbaycan hökumətinin yaşlılarla sağollaşmaq fikrində qətiyyətli olduğu son günlərdə bir neçə qərarda özünü büruzə verdi. Hakim Yeni Azərbaycan Partiyasının parlament seçkilərində yaşlı namizədlər irəli sürməyəcəyi iddia edilir. Əslində bu seçkilərlə bağlı da müəyyən söz-söhbətlər dolaşır. Seçkilərin vaxtından əvvəl, gələn ilin əvvəlində keçiriləcəyi qeyd olunur. Bu proseslərdə parlamentin tərkibinin hətta 90 faiz (ən azı 100 deputat yeri) dəyişə biləcəyi vurğulanır. “Lal”, qocaman, məmurlara yaxın mandat sahibləri üçün qanunverici orqanın qapılarının bağlanacağı barədə fikirlər də səslənir. Tərkibdə orta və gənc nəslin daha çox təmsil olunacağı deyilir. Ölkə iqtidarının gələcək üçün kadr bazasını Milli Məclis üzərində qurmaq fikrində olduğu söylənilir. Əslində bunun mesajları 2018-ci ilin aprelindəki prezident seçkilərindən sonra verilmişdi. Seçkilərdə qalib gələn İlham Əliyev təyinatlarda parlament deputatlarına üstünlük vermişdi, yəni onları yüksək vəzifələrə təyin etmişdi.
Müxalifətlə bağlı da müəyyən fikirlər dolaşır. Parlament partiyalarının bəzilərinin bu dəfə qanunverici orqandan kənar qalacağı ehtimal edilir. Onları başqa siyasi qurumların əvəzləyəcəyi bildirilir. Milli Məclisdə təmsil olunan partiyaların sayının da artırılacağı söylənilir.
Keçmiş maliyyə naziri Fikrət Yusifov da Milli Məclisin yenilənməsini arzu edir: “Azərbaycanda hakimiyyətin bu qanadının zəifliyi cəmiyyətdə əsas tənqid hədəfində olan mövzulardan biridir. İnsanlar arasında keçirilən sorğular göstərir ki, onların çoxu öz deputatlarını tanımırlar. Əgər seçici səs verdiyi deputatın adını belə bilmirsə, bu seçicinin günahı deyil - deputatın günahıdır. Deputat xalqın sözünü deyən, onu aidiyyəti yerə çatdırmalı olan birisidir. Bizim deputatların böyük bir hissəsi parlamentdə praktik olaraq söz sahibi deyillər. Yəni onlar parlamentdə ”danışmaq gümüşdürsə, susmaq qızıldır" prinsipinə söykənib, passiv mövqedə dayanmağa üstünlük verirlər. Kifayət qədər məlumatlar var ki, bu sıradan olan deputatların əksəriyyəti seçiciləri ilə də demək olar ki, görüşmürlər və onların problemlərinin həlli üçün heç nə etmirlər. Danışmayan, lakin həmişə seçicilərinin yanında və dəstəyində olan bir-iki deputat var. Deputat seçicilərinin içərisində olmalıdır və təbii ki, onların problemlərini təmsil olunduğu məclisdə qaldırmalı və bu problemlərin həllinə nail olmalıdır. Növbəti parlamentdə daha aktiv fəaliyyət göstərə biləcək deputatların olmasını arzu edirəm. Bu sırada daha çox iqtisadçıların və hüquqşünasların olması dövlətçiliyimiz üçün olduqca önəmlidir".
Sabiq dövlət müşaviri Qabil Hüseynli parlamentin tərkibinin yenilənməsinin vacibliyinə toxundu: “Kadr siyasətinin mahiyyətinə parlamentin deputatları da daxil olmalıdır. Düzdür, onlar seçkili orqanların nümayəndələridir. Bu gün durub desək ki, onların ən passivini, yaxud yaşlısını fəaliyyətindən kənarlaşdırmaq lazımdır, bu düzgün olmazdı. Biz parlamentin fəaliyyətinin son günlərini gözləməli, üzümüzə gələn seçkiləri nəzərdə tutub danışmalıyıq. Sözsüz ki, Milli Məclisə seçilən adamın yaşı çox əhəmiyyətlidir. Yaş 70-dən yuxarıdırsa, bu adamın ictimai-siyasi fəallığı aşağıdırsa, ictimai intellektinin kəsərliyi yaxud yüksəkliyi ilə fərqlənmirsə, fəal siyasətçi, ictimai-siyasi xadim deyilsə, belə şəxslərin parlamentə seçilməsinə hər bir partiya imkan verməməlidir. Düzdür, seçkilərdə əsas rol xalqa məxsusdur. Amma seçicilər də maarifləndirilməli və onlara izah edilməlidir ki, Milli Məclisə ictimai-siyasi fəallar, intelektuallar, dünya siyasətini yaxşı bilən hazırlıqlı insanlar seçilməlidir. Onların yaş meyarları da mütləq nəzərə alınmalıdır. Amma bunu mütləqləşdirməyin tərəfdarı deyiləm. Birinin yaşı 70-dən yuxarı ola bilər, amma onun intellektual göstəriciləri yuxarıdırsa, fəal ictimai-siyasi xadimdirsə, ona meydan vermək mümkündür. Çünki siyasətçilər adətən kamil çağlarına yaşlaşanda çatırlar. Burada çox böyük yaşı nəzərdə tutmuram. Gənc nəsillə yaşlı təbəqə arasında qırılmaz nəsil əlaqəsi yaradılmalıdır. Gənc deputat olmalıdır deyib parlamenti tam şəkildə gəncləşdirmək də olmaz. Burada kamil siyasətçilərə yer verilməlidir deyib, Milli Məclisin qapılarını onların üzünə tam açmaq da olmaz. O kəslər parlamentə namizədliklərini verməlidir ki, deputat kimi yüksək funksiyasının öhdəsindən gələ biləcəklərini anlasınlar.
Bu işə özlərini hazır hesab etdikdən sonra deputatlığa namizəd ola bilərlər. Xalqın onlara olan etimadını doğrulda biləcəklərinə də əmin olmalıdırlar. Əlbəttə, xalq da aldanmamalı, hər şeyi götür-qoy edib seçimini etməlidir. Seçki marafonu olur. Bu marafonda insanlara seçki platformasını təqdim etmək, onlar arasında təbliğat aparmaq, əhali ilə görüşmək, KİV-lər vasitəsilə özünü təqdim etmək kimi imkanlar açılır. Bununla da insanlar namizədin hansı keyfiyyətlərinin olduğunu öyrənmək imkanı qazanırlar. Xalqımız düşünüb, daşınıb gənc, enerjili, yüksək keyfiyyətlərə malik olan, vətənpərvər, səhəri gün onun hüquqları uğrunda mübarizə apara biləcək insanlara səs verməyi hədəfləməlidir. Parlament düşüncə parlamenti olmalıdır. Orada işləyən şəxslər təmsil olunmalıdır. Qanunlar hazırlayan, büdcənin hazırlanmasına töhfə verən insanlar mandat qazanmalıdır. Təsadüfi adamların, o qədər də cəlbedici göstəricilərə malik olmayan insanların heç bir halda deputat olmalarına yol vermək olmaz. Çünki qanunverici orqan hər bir hakimiyyət üçün böyük rol oynayan qurumdur. Bu orqanın yaxşı qanunlar hazırlaması, müsbət təşəbbüslərlə çıxış etməsi üçün oraya seçilən adamların mənəvi, əxlaqı keyfiyyətləri və digər insanı tərəfləri ciddi surətdə nəzərə alınmalıdır. Zənnimcə, belə olduqda parlament daha yüksək iş əmsalına sahib ola bilər”. “Yeni Müsavat”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Niyə axı bizdə BƏLƏDİYYƏ SİSTEMİ uğur qazanmır? - ARAŞDIRMA
Bu gün, 01:42 |
|
|
|
• Müəllimlərin maaşı vergidən azad ediləcək? - AÇIQLAMA
Bu gün, 01:27 |
|
|
|
• Avropada müharibə kabusu: Azərbaycan hansı təhlükə ilə üz-üzə qalıb? - İNCƏLƏMƏ
Bu gün, 01:22 |
|
|
|
• 7 ildir dələduz işçilərə görə sığorta ödənişi edilmir - İLGİNC FAKT
Bu gün, 00:47 |
|
|
|
• Ermənistan “müharibə qovşağı”na çevrilir... - "Qərb regionda savaş lazımdır"
Bu gün, 00:37 |
|
|
|
• "Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 00:33 |
|
|
|
• "Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver"
Bu gün, 00:27 |
|
|
|
• Uşaqlar pul yığıb, sinfi qızdırır... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 00:24 |
|
|
|
• Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir – Ermənistan rəsmisi açıqladı
Bu gün, 00:19 |
|
|
|
• Verdiyevin həbsi: Necə davranmaq lazımdır? - AKTUAL
Bu gün, 00:17 |
|
|
|
• Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Dünən, 20:39 |
|
|
|
• Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Dünən, 20:36 |
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Dünən, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Dünən, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Dünən, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Dünən, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Dünən, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Dünən, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Dünən, 18:11 |
|
|
|
• Siyavuş Novruzov HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Dünən, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Dünən, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Dünən, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Dünən, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Dünən, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Dünən, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Dünən, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Dünən, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Dünən, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Dünən, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Dünən, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Dünən, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Dünən, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Dünən, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Dünən, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Dünən, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Dünən, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Dünən, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Dünən, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Dünən, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Dünən, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Dünən, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Dünən, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Dünən, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Dünən, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Dünən, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Dünən, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Dünən, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Dünən, 15:09 |
|
|
|
• Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Dünən, 15:02 |
|
|
|
• Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Dünən, 14:59 |
|
|
|
|