Eldar Quliyevin elmi fəaliyyətində “qaranlıq” məqamlar… - O, müxtəlif sahələrə aid bir belə kitabı necə yazıb?
Tarix: 4-02-2020, 09:23 | Çap et
Neçə illərdir ki, Azərbaycanda bəzi tanınmış şəxslərin eyni vaxtda bir neçə yüksək vəzifəyə sahib olması sanki adət halını alıb. Ötən illərin təcrübəsi göstərir ki, bu praktika heç də özünü doğrultmur və əgər islahatdan, inkişafdan danışırıqsa,belə hallara birdəfəlik son qoymalıyıq.Axı, biz kifayət qədər savadlı, istedadlı və bacarıqlı xalqıq. Hər bir yüksək vəzifəni icra etmək üçün istənilən sayda peşəkar mütəxəssislərimiz, layiqli kadrlarımız var. Belə olan təqdirdə nəyə görə, kimlərsə 3-4, bəzən də daha çox vəzifə kreslosunu zəbt etməli, savadına, qabiliyyətinə görə heç də onlardan geri qalmayan digər şəxslər isə kənardan baxmalıdır? Məlum məsələ ilə bağlı adı daha çox hallanan şəxslərdən biri də iqtisad elmləri doktoru, professor Eldar Quliyevdir. Gəlin, onun tutduğu vəzifələrə diqqət yetirək:Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədr müavini (bir müddət əvvəl parlamentin buraxılmasına və fevralın 9-da növbədənkənar seçkilər təyin edilməsinə baxmayaraq, onun yenidən həmin vəzifəni tutacağı gözlənilir- Faktinfo.az), “Azərittifaq”ın idarə heyətinin sədri,Azərbaycan Kooperasiya Universitetinin rektoru və şair və ilaxır...
Soruşmaq lazımdır ki, ay hörmətli Eldar müəllim siz bu qədər işin öhdəsindən necə gəlirsiniz? Savad, istedad bir yana, axı, bütün bu işlərə vaxt çatdırmaq heç fiziki cəhətdən də mümkün deyil, axı. Adam gərək bunun üçün sutkanın 24 saatının hamısını iş başında ola. Bu isə təbii ki, mümkün deyil.
Tabeçiliyində olan digər bir sıra qurumlara nəzarət də Eldar Quliyevin üzərinə düşdükdə bunu təsəvvür etmək bir o qədər də çətin deyil.Eldar müəllim bu qədər işin əlindən necə vaxt tapır ki, ayrıca olaraq həm də Milli Məclisə təkrar seçilmək istəyir.Məgər 28 saylı Sabunçu Birinci Seçki Dairəsində ona olan münasibəti görmür? Nə isə...
Son vaxtlar gündəmi zəbt edən məsələlərdən biri də Azərbaycan elmindəki biabırçılıqlar, bu sahədə neqativ halların gündən-günə artmasıdır. Az qala hər gün KİV-lərdə elm sahəsində plagiatçılığın kütləvi hal almasından, plagiatçı alimlərin çoxalmasından bəhs edilir, hətta yeni-yeni konkret adlar da çəkilir.
Bir vaxtlar dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin dediyi aşağıdakı sözlər də artıq dəyərini itirməkdədir:
Qüdrət elmdədir, başqa cür heç kəs,
Heç kəsə üstünlük eyləyə bilməz.
İndi vəziyyət tamam başqadır. Artıq dissertasiya müdafiə etmək, elmi dərəcə almaq üçün uzun illər ərzində elmi axtarışlar aparmaq, yuxusuz gecələr keçirmək, çoxsaylı prosedurlardan keçmək və sonda ortaya samballı elmi əsər qoymaq o qədər də vacib deyil. Elə buna görədir ki, son bir neçə on ildə iri çinli məmurların, millət vəkillərinin, iş adamlarının, hətta şou-biznes nümayəndələrinin elmi dərəcələrə sahiblənərək , özlərini cəmiyyətə alim kimi sırımaları adi hala çevrilib. Təbii ki, belələri “müdafiə” etdikləri elmi işlərin mahiyyətini dərindən anlamırlar. “Namizədlik” və ya “doktorluq” dissertasiyaları onlara hazır şəkildə təqdim edilir, elmi şuralar, aidiyyatı səlahiyyət sahibləri isə tapşırıq və ya rüşvət müqabilində məsələni asanlıqla “yoluna qoyurlar”.
Acınacaqlı haldır ki, həqiqi elm adamları təkcə mövzunun adını təsdiqlətmək üçün illərlə get-gələ salınır, “plagiat alimlər” isə cəmi 5-6 ilə hətta professor adına layiq görülürlər. Ən pisi də odur ki, bu cür hallar nəinki azalmır, əksinə getdikcə daha da çoxalır.
Hər zaman həqiqət sorağında olan Faktinfo.az saytı Azərbaycan elmini uçuruma aparan plagiatçılıqla bağlı dəfələrlə tənqidi yazılar verib, saxta yollarla elmi dərəcə alan “alim”lərin adlarını gündəmə gətirib.
Bu qəbildən saytın əldə etdiyi növbəti faktlar “Azərittifaq”ın idarə heyətinin sədri, Milli Məclisin Aqrar Siyasət Komitəsinin sabiq,həm də böyük ehtimalla gələcək sədr müavini, Azərbaycan Kooperasiya Universitetinin rektoru, iqtisad elmləri doktoru, professor Eldar Quliyevin elmi fəaliyyəti ilə bağlıdır. Əvvəlcə onu qeyd edək ki, E.Quliyevin elmi işlərinə, elmi dərəcələrinə şübhə ilə yanaşılması məsələsi yeni məlumat deyil. Bu barədə dəfələrlə qəzetlərdə, saytlarda müzakirələr aparılıb, tənqidi fikirlər səsləndirilib, hətta çıxışlarındakı məntiqsiz, savadsız ifadələr lağa qoyulub. Məsələn,Eldar Quliyev haqqında mətbuatda gedən yazıların birində göstərilir ki, o, məqalə ilə tezisin fərqini bilmir, anlamır ki,bir məqalənin içərisində 50-100 tezis də ola bilər.Belə bir şəxsin elmlər doktoru,professor adını daşıması necə şübhə doğurmasın? Həmçinin,KİV-in qeyd etdiyinə görə,E.Quliyev elmi-konfrans anlayışından da xəbərsizdi.
Biz isə hər şeydən əvvəl Eldar Quliyevin həyat və fəaliyyəti ilə bağlı bəzi məqamları xatırlatmağı məqsədəuyğun sayırıq:
“1951-ci il təvəllüdlü Eldar Quliyev 1973-74-cü illərdə Elmi-Tədqiqat İnstitutunda işləyib. 1975-1987-ci illərdə Respublika Ticarət Nazirliıyi sistemində məsul vəzifələrdə çalışıb, 1981-1985-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində aspirant kimi elmi tədqiqat işi ilə məşğul olub. 1987-1990-cı illərdə Azərbaycan Mərkəzi Kooperativlər İttifaqının idarə rəisi vəzifəsində çalışıb. 1990-cı ildə Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı İdarə Heyətinin sədr müavini, 1993-cü ildə İttifaqın İdarə Heyətinin sədri seçilib və indiyə qədər həmin vəzifəni icra edir. 2011-ci ildən Azərbaycan Kooperasiya Universitetinin rektorudur.
2009-cu ildə namizədlik, 2013-cü ildə doktorluq dissertasiyası müdafiə edib. II,III,IV,V çağırış (hətta gözlənilir ki, VI çağırışda da bu "uğur" təkirarlansın) Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilib.
Göründüyü kimi, E.Quliyev namizədlik dissertasiyasını 58, doktorluq dissertasiyasını isə 62 yaşında müdafiə edib. Maraqlıdır ki, E.Quliyevin müəllifi olduğu digər elmi əsərlər, dərs vəsaitləri də son illərdə yazılıb:
1. Müasir dövrdə xarici-iqtisadi fəaliyyətin dövlət tənzimlənməsinin xüsusiyyətləri”. Ali məktəblər üçün dərs vəsaiti, Bakı, “Kooperasiya” 2011.
2. “Gömrük işinin təşkili”. Ali məktəblər üçün dərs vəsəaiti. Bakı, “Kooperasiya”, 2012.
3. “Etibarlı ərzaq təminatı sistemi: Kooperasiya və İnteqrasiya problemləri”. Ali məktəblər üçün dərs vəsaiti. Bakı, “Elm” nəşriyyatı, 2013.
4. Aqrar iqtisadiyyat. Ali məktəblər üçün dərs vəsaiti. Bakı, “Kooperasiya” 2015.
5. Qlobal ərzaq təhlükəsizliyi: reallıqlar, çağırışlar və perspektivlər. Monoqrafiya, Almaniya, Cologne, 2017.
Göründüyü kimi, bu əsərlərin hər biri ayrı-ayrı sahələri əhatə edir. Təəccüblənməmək olmur – az qala 60 yaşına qədər ciddi bir elmi əsəri olmayan E.Quliyev bu yaşdan sonra müxtəlif sahələrə aid bir belə kitabı necə yazıb? Belə çıxır ki, E.Quliyevə Allah tərəfindən birdən-birə qeyri-adi vergi verilib.
Adam bimir E.Quliyevi kiminlə müqayisə etsin: 40 yaşdan sonra yaradıcılığa başlayıb, dünya şöhrəti qazanmağı bacaran dahi fransız yazıçısı Balzakla,yoxsa 60 yaşdan sonra Azərbaycan mətbuatına gəlib, adına bir neçə məqalə dərc etdirdikdən sonra 50-100 manat müqabilində “Qızıl qələm” mükafatı alan bəzi “jurnalist”lərlə? Yəqin ki, bu sualın cavabını Eldar müəllim özü hamıdan yaxşı bilir.
Bir məqamı da qeyd edək ki, mətbuatda E.Quliyev həm də elmə dəyər verə bilməyən şəxs kimi xarakterizə olunub,onun rəhbəri olduğu universitetin adı saxta diplom qalmaqallarında dəfələrlə hallanıb.
Belə olmasaydı,o vaxtilə bəzi yaxınlarının heç olmasa rəhbəri olduğu Azərbaycan Kooperasiya Universitetində oxumasına razılıq verər, bir zamanlar “məşhur” olan Azərbaycan Beynəlxalq Universitetində təhsil almasını rəva bilməzdi. Faktinfo.az
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver"
Bu gün, 00:27 |
|
|
|
• Uşaqlar pul yığıb, sinfi qızdırır... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 00:24 |
|
|
|
• Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir – Ermənistan rəsmisi açıqladı
Bu gün, 00:19 |
|
|
|
• Verdiyevin həbsi: Necə davranmaq lazımdır? - AKTUAL
Bu gün, 00:17 |
|
|
|
• Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Dünən, 20:39 |
|
|
|
• Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Dünən, 20:36 |
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Dünən, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Dünən, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Dünən, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Dünən, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Dünən, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Dünən, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Dünən, 18:11 |
|
|
|
• Siyavuş Novruzobv HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Dünən, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Dünən, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Dünən, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Dünən, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Dünən, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Dünən, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Dünən, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Dünən, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Dünən, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Dünən, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Dünən, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Dünən, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Dünən, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Dünən, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Dünən, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Dünən, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Dünən, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Dünən, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Dünən, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Dünən, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Dünən, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Dünən, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Dünən, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Dünən, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Dünən, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Dünən, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Dünən, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Dünən, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Dünən, 15:09 |
|
|
|
• Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Dünən, 15:02 |
|
|
|
• Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Dünən, 14:59 |
|
|
|
• Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Dünən, 14:57 |
|
|
|
• Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Dünən, 14:55 |
|
|
|
• Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! - NARAZILIQ VAR...
Dünən, 14:53 |
|
|
|
• "Kürd Elnur" məhkəməyə çıxarılacaq
Dünən, 14:49 |
|
|
|
• Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub - FOTO
Dünən, 14:43 |
|
|
|
• Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Dünən, 14:02 |
|
|
|
|