“Azərbalıq”ın sabiq prezidenti Ənvər Mustafayev axtarışa verilib - ŞOK İDDİALAR
Tarix: 30-01-2015, 10:29 | Çap et
“Azərbalıq”ın sabiq prezidenti Ənvər Mustafayev axtarışa verilib. Bu barədə İstiqlal.az saytına daxil olan məlumatda deyilir ki, Ənvər Mustafayevin axtarışa verilməsi onun Heydər Əliyev Fondunun adından dələduzluq etməsilə bağlıdır.
Məlumatda deyilir ki, Ənvər Mustafayev türk iş adamlarından birini aldadaraq onun 224 min manat pulunu mənimsəyib. Hadisə 2007-ci ilin dekabr ayının sonlarında baş verib. Ənvər Mustafayev türk iş adamı Ali Aras Zəkəriyyə oğlu və onun ortağı Həşimov Yusif Zülfüqar oğlunu inandırıb ki, onları Heydər Əliyev Fondunun xəttilə Balakən və Zaqatala rayonunda məktəb tikintisinə cəlb edəcək. Bu üsulla “Azərbalıq”ın keçmiş prezidenti Xarici Dillər Universitetinin qarşısında adıçəkilən şəxslərlə görüşüb və onlardan 224 min manat pul alıb. Bir müddət keçəndən sonra türk iş adamı və ortağı Ənvər Mustafayevin onları aldatdığını anlayıb. Ali Aras və Yusif Həşimov Ənvər Mustafayevin dələduzluq əməli barədə ilk olaraq DIN-in Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Idarəsinə (BMCQMI) müraciət ediblər. Sözügedən qurum dərhal araşdırmalara başlayıb və fakt təsdiqini tapıb. Ənvər Mustafayev pulun 50 min dollarını geri qaytarıb. Bundan başqa, zərərçəkənlərə dəyəri guya 25 min dollar olan qızıl-zinət əşyası təklif edib. Həmin pul BMCQMI-nin əməkdaşı Canpolad Daanovun iştirakı ilə qaytarılıb. Pulun qaytarılması barədə qəbz də mövcuddur.
“Azərbalıq”ın keçmiş prezidenti həmçinin vəd edib ki, məbləğin yerdə qalanını da qısa müddətdə geri çəkəcək. Lakin vaxt tamam olanda Ənvər Mustafayev vədinə xilaf çıxıb. Bu halda işin araşdırılması aidiyyəti üzrə Nəsimi Rayon Polis Idarəsinə göndərilib. Bu barədə BMCQMI-nin rəisi Mirqafar Seyidovun imzaladığı 30 dekabr 2009-cu il tarixli məktubu mövcuddur. Nəsimi Rayon Polis Idarəsində faktla bağlı Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsilə cinayət işi başlanıb. Ənvər Mustafayev istintaqa cəlb edilib. Lakin istintaq zamanı Ali Arasla Yusif Həşimovu aldatdığını danıb. O, bildirib ki, türk iş adamı və ortağından aldığı pulu Elçin Əsgərov adlı şəxsə verib. Həmin şəxs isə sonradan bəlli olmayan səbəblərdən intihar edib. Müstəntiq Valeh Nəbiyev bu faktı əsas gətirərək 2010-cu il oktyabrın 30-da cinayət işinin icraatını dayandırıb. Lakin Nəsimi Rayon Prokurorluğu müstəntiqin qərarını ləğv edərək cinayət işinin istintaqının davam etdirilməsi üçün yenidən Nəsimi Rayon Polis Idarəsinin istintaq şöbəsinə qaytarıb. 24 dekabr 2010-cu il tarixdə cinayət işi üzrə icraat təzələnib.
Dekabrın 27-də isə Valeh Nəbiyev növbəti dəfə cinayət işinin icraatını dayandırmaq barədə qərar qəbul edib. Bu dəfə müstəntiqin bu hərəkətindən məhkəməyə müraciət edilib. Nəsimi Rayon Məhkəməsinin hakimi Azər Paşayev 11 mart 2011-ci il tarixli qərarı ilə Valeh Nəbiyevin qərarını ləğv edib. Və martın 30-da 8463 saylı cinayət işi yenidən Valeh Nəbiyev tərəfindən icraata qəbul edilib. Müstəntiq isə elə həmin gün cinayət işinin icraatını dayandırıb. Valeh Nəbiyev yenə də əvvəlki qərarını əsaslandıra bilməyib. Təsəvvür edin, müstəntiq qərarında yazır ki, bu işlə əlaqədar “Azərcell”, “Bakcell” və “Azərfon”a sorğu göndərilib. Amma Valeh Nəbiyev niyə bu sorğuların cavabını gözləmədən cinayət işinin icraatını dayandırmasını izah etmir.
Lakin zərərçəkən tərəfin səyləri nəticəsində yenidən cinayət işi başlanıb. İstintaq yekunlaşandan sonra iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Bildirilir ki, hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən məhkəmədə prokuror Ənvər Mustafayevə 11 azadlıqdan məhrumetmə cəzası istəyib. Ənvər Mustafayev barəsində həbs qətimkan tədbiri seçilmədiyindən onun qaçdığı iddia olunur. Bundan sonra zərərçəkən tərəf Ənvər Mustafayev barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qismində qətimkan tədbiri həbs qətimkan tədbiri ilə dəyişdirilməsi barədə vəsatət qaldırıb. Vəsatət təmin olunub və Ənvər Mustafayev barədə axtarış elan olunub.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Niyə axı bizdə BƏLƏDİYYƏ SİSTEMİ uğur qazanmır? - ARAŞDIRMA
Bu gün, 01:42 |
|
|
|
• Müəllimlərin maaşı vergidən azad ediləcək? - AÇIQLAMA
Bu gün, 01:27 |
|
|
|
• Avropada müharibə kabusu: Azərbaycan hansı təhlükə ilə üz-üzə qalıb? - İNCƏLƏMƏ
Bu gün, 01:22 |
|
|
|
• 7 ildir dələduz işçilərə görə sığorta ödənişi edilmir - İLGİNC FAKT
Bu gün, 00:47 |
|
|
|
• Ermənistan “müharibə qovşağı”na çevrilir... - "Qərb regionda savaş lazımdır"
Bu gün, 00:37 |
|
|
|
• "Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 00:33 |
|
|
|
• "Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver"
Bu gün, 00:27 |
|
|
|
• Uşaqlar pul yığıb, sinfi qızdırır... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 00:24 |
|
|
|
• Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir – Ermənistan rəsmisi açıqladı
Bu gün, 00:19 |
|
|
|
• Verdiyevin həbsi: Necə davranmaq lazımdır? - AKTUAL
Bu gün, 00:17 |
|
|
|
• Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Dünən, 20:39 |
|
|
|
• Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Dünən, 20:36 |
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Dünən, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Dünən, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Dünən, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Dünən, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Dünən, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Dünən, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Dünən, 18:11 |
|
|
|
• Siyavuş Novruzov HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Dünən, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Dünən, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Dünən, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Dünən, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Dünən, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Dünən, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Dünən, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Dünən, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Dünən, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Dünən, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Dünən, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Dünən, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Dünən, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Dünən, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Dünən, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Dünən, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Dünən, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Dünən, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Dünən, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Dünən, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Dünən, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Dünən, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Dünən, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Dünən, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Dünən, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Dünən, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Dünən, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Dünən, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Dünən, 15:09 |
|
|
|
• Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Dünən, 15:02 |
|
|
|
• Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Dünən, 14:59 |
|
|
|
|