İran kapitalına söykənən "Baku Elektronics" fırıldaqda ittiham olunur - Vətəndaşın başına "corab hörürlər"...
Tarix: 25-02-2015, 09:23 | Çap et
Vətəndaşların müxtəlif şirkətlər tərəfindən aldadılması barədə mətbuatda tez-tez yazılar dərc olunur. Belə şirkətlərdən biri “Samsung” şirkətinin rəsmi distribütoru “Baku Electronics”şirkətidir.
“Baku Electronics” şirkətinin şəxsən mənim özümü necə aldatmasını bölüşməkdə məqsədim vətəndaşlarımızı ayıq-sayıq etməkdir. Fevral ayının 15-də “Baku Electronics” şirkətinin saytında bir reklamla rastlaşdım. Reklamda bildirilirdi ki, ilkin ödənişsiz, faizsiz, 15 aylıq kreditlə yalnız onlayn üsulla müxtəlif avadanlıqlar kreditə verilir. Reklamdakı şərtlər məni qane elədiyi üçün mobil telefon sifariş vermək qərarına gəldim. Saytdakı şərtlərdə göstərilirdi ki, Samsung G530 Galaxy Grand Prime Dual markalı telefonun qiyməti 199 manatdır və onu onlayn kreditlə sifariş verdikdə aylıq 13 manat ödəməklə almaq olar. Mən də bu telefonu almaq üçün sifariş verdim. Növbəti gün fevralın 16-da “Baku Electronics” şirkətinin əməkdaşı mənimlə əlaqə saxlayaraq sifarişi təsdiqləməyimi soruşdu. Mən də “bəli” dedikdən sonra şirkətin əməkdaşı bildirdi ki, gün ərzində, ya da sabah sizinlə kredit mütəxəssisi əlaqə saxlayacaq. Mən gözləsəm də nə həmin gün, nə də fevralın 17-si mənimlə əlaqə saxladılar. Nəhayət mən şirkətlə əlaqə saxlamaq qərarına gəldim. Şirkətin əməkdaşı mənə dedi ki, kredit şöbəsinə məlumat vermişik ,sizinlə əlaqə saxlayacaqlar. Mən yenidən inanaraq gözlədim. Amma bu da yalan oldu və beləliklə fevralın 20-nə kimi hər gün təkrar-təkrar əlaqə saxlasam da eyni sözü eşidərək məni arxayın saldılar və gözlətdilər. Nəhayət mənim dəfələrlə zəngimdən sonra fevralın 20-də şirkətin Əli Yusifov ad-soyadlı əməkdaşı mənimlə əlaqə saxlayaraq şərtlər haqqında yenidən məni məlumatlandırdı və bildirdi ki, sizin sifariş etdiyiniz telefon üçün ilkin ödəniş olaraq 9 manat komisyon haqqı ( hansı ki reklamda komisyon haqqı yox idi ) istədi və aylıq ödənişin 14 manat olduğunu ( reklamda 13 manat yazılmışdı ) və son ay üçün 3 manat ödəyəcəyimi qeyd etdi. Şərtlər reklamda göstərilən şərtlərdən fərqli olsa da razılaşaraq telefonu almaq istədiyimi bildirdim. Mən razılıq verəndən sonra Əli Yusifov məndən şəxsiyyət vəsiqəmin elektron versiyasını və Bakıda yaşayan qohumlardan 3 nəfərin şəhər telefonunun nömrəsini göndərməyimi istədi. Mən də əməkdaşın mənə göndərdiyi ünvanına vəsiqəmin surətini və nömrələri göndərdim. Tələb olunanları göndərdikdən sonra yenidən əlaqə saxladıqda mənə bildirdi ki, fevralın 21-də sizinlə əlaqə saxlayıb telefonu ünvana çatdıracağıq. Ancaq təəsüflər olsun ki, fevralın 21-də mənimlə əlaqə saxlamadılar və mən yenidən əməkdaşın mənə verdiyi nömrəyə zəng edib telefonun nə üçün çatdırılmadığını soruşanda Əli Yusifov dedi ki: “ Deyəsən bugünkü vəziyyətdən xəbəriniz yoxdur. Manatın dəyəri düşübdür artıq”. Mən də öz növbəmdə bunun mənim sifarişimə nə aidiyyətı olduğunu soruşdum. Şirkətin əməkdaşı bildirdi ki, artıq sifarişiniz ləğv olunur… telefonların qiymətində artım var və kampaniya da ləğv olub, artıq faizli kredit veririk (halbuki kampaniya mart ayının 7-nə kimi qüvvədədir). Mən isə sifarişi bir həftə əvvəl verdiyimi, telefonun bu gün mənə çatdırılmalı olduğunu bildirəndə, əməkdaş bildirdi ki, şirkətin rəhbərliyi belə əmr verib, siz rəhbərliklə əlaqə saxlayın. Mən rəhbərliklə əlaqə saxlayıb öz şikayətimi bildirmək istədim. Telefonuma şirkətin Günay adlı əməkdaşı cavab verdi. Günay xanımdan məni rəhbərliklə əlaqələndirməsini xahiş edəndə o, mənə dedi ki, bunu edə bilmərəm ,sizin şikayətinizi qəbul edərək rəhbərliyə çatdıracam. Mən dəfələrlə israr etdikdə Günay xanım telefonu başqa bir Nərmin adlı əməkdaşa verdi və həmin xanım da mənə eyni sözləri təkrar elədi. Mən Nərmin xanımdan “Məni niyə rəhbərliklə əlaqələndirmirsiniz, rəhbərlik vətəndaşlarla əlaqə yaratmağı sizə qadağan edib?” soruşduqda Nərmin xanım bildirdi ki, “sizi rəhbərliklə əlaqələndirməyə icazəmiz yoxdu”. Bu gün fevralın 24-də “Baku Electronics”şirkətinin əməkdaşı Nigar xanım şikayətimlə bağlı mənimlə əlaqə saxlayaraq bildirdi ki, kampaniya müvəqqəti dayandırılıb, telefonun yeni qiyməti isə 249 manatdır, əgər istəsəniz bu şərtlə qeydə alaraq sifarişinizi qəbul edək. Mən də öz növbəmdə bununla razılaşmayaraq iradımı bildirdim ki, mən sifarişi qiymət qalxmamışdan vermişəm və sizin Əli adlı əməkdaşınız da 21 fevralda mənimlə əlaqə saxlayaraq bildirib ki, manatın dəyəri ilə əlaqədar sifarişiniz ləğv olunubdur. Nigar xanım isə Əli Yusifovun dediklərini inkar edərək bildirdi ki, sizə səhv məlumat veriblər, telefonun bahalaşmasının manata heç bir aidiyyatı yoxdur. Bütün bunları görəndən sonra düşünürəm ki, şirkətin 2 əməkdaşının dedikləri bir-birni inkar edirsə, bu şirkətə inanmağa dəyərmi?
Qafqaz Xəbər Agentliyi olaraq Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovdan yaranmış vəziyyəti şərh etməyini xahiş etdik: “ Əlbəttə bu halda “Baku Electronics” öz alıcısının istehlakçı hüquqlarını pozmuş ,başqa sözlə desək onu aldatmışdır”.DİA.AZ-dan: Qeyd edək ki, sözügedən şirkətdə və eləcə də "Bank of Baku", "Hyundai Auto Azerbaijan" və daha bir neçə şirkətdə İranın xüsusi xidmət orqanları ilə əlaqəsi şübhə doğurmayan məşhur Oromi qardaşlarına məxsus "NAB" Holdinqin ciddi payı var...
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• İmişli və Cəlilabad rayonlarında yerləşən torpaq sahələri üçün hərrac keçiriləcək
Bu gün, 03:04 |
|
|
|
• “Dövlət bunu boş yerə etmir…” - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 02:59 |
|
|
|
• Niyə axı bizdə BƏLƏDİYYƏ SİSTEMİ uğur qazanmır? - ARAŞDIRMA
Bu gün, 01:42 |
|
|
|
• Müəllimlərin maaşı vergidən azad ediləcək? - AÇIQLAMA
Bu gün, 01:27 |
|
|
|
• Avropada müharibə kabusu: Azərbaycan hansı təhlükə ilə üz-üzə qalıb? - İNCƏLƏMƏ
Bu gün, 01:22 |
|
|
|
• 7 ildir dələduz işçilərə görə sığorta ödənişi edilmir - İLGİNC FAKT
Bu gün, 00:47 |
|
|
|
• Ermənistan “müharibə qovşağı”na çevrilir... - "Qərb regionda savaş lazımdır"
Bu gün, 00:37 |
|
|
|
• "Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 00:33 |
|
|
|
• "Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver"
Bu gün, 00:27 |
|
|
|
• Uşaqlar pul yığıb, sinfi qızdırır... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 00:24 |
|
|
|
• Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir – Ermənistan rəsmisi açıqladı
Bu gün, 00:19 |
|
|
|
• Verdiyevin həbsi: Necə davranmaq lazımdır? - AKTUAL
Bu gün, 00:17 |
|
|
|
• Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Dünən, 20:39 |
|
|
|
• Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Dünən, 20:36 |
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Dünən, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Dünən, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Dünən, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Dünən, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Dünən, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Dünən, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Dünən, 18:11 |
|
|
|
• Siyavuş Novruzov HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Dünən, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Dünən, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Dünən, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Dünən, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Dünən, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Dünən, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Dünən, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Dünən, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Dünən, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Dünən, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Dünən, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Dünən, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Dünən, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Dünən, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Dünən, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Dünən, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Dünən, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Dünən, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Dünən, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Dünən, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Dünən, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Dünən, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Dünən, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Dünən, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Dünən, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Dünən, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Dünən, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Dünən, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Dünən, 15:09 |
|
|
|
|