ŞOK İDDİA: Fikrət Məmmədov banka borcları olan vətəndaşlara qarşı qoçu dəstəsi yaradıb? - “Baku Collekting Agency” şirkəti nəmənədir?
Tarix: 13-03-2015, 10:14 | Çap et
Azərbaycanda özəl banklarla bağlı problemlər kollektor agentliklərinin yaranmasına səbəb olub. Məlumat üçün bildirək ki, kollektor agentlikləri vaxtı keçmiş borcların, problemli kreditlərin qeyri-məhkəmə yolu ilə qaytarılmasını təmin etmək üçündür. (Vikipediya) Bu günlərdə hüquqşünas Samir İsmayılov qafqaznews.org saytına müraciət edib: “ Mənim hələki adını çəkmək istəmədiyim müştərimə “Baku Collekting Agency”nin Ramin adlı əməkdaşı zəng vuraraq bildirib ki, guya mənim müştərimin “UNIBANK”-a böyük miqdarda borcu var. Mənim müştərim isə bildirib ki, mənim həmin banka heç bir borcum yoxdur”. Xatırlatma üçün bildirək ki, bu sətirlərin müəllifi vaxtilə “Baku Collekting Agency”-nin fəaliyyəti barədə yazıb. Beləki 12 sentyabr 2014-cü il tarixdə qafqaznews.az saytında “UNIBANK öz qoçu dəstələrindən imtina edir?” başlıqlı məqalə dərc olunmuşdu. Məqalə Sabunçu rayon sakini Həmid Nəsibovun şikayətindən bəhs edirdi: “ 09 fevral 2008-ci il tarixdə, Bakı şəhərində yaşayan qaynım mənə zəng edərək bildirmişdir ki, dostu Sahil “Mersedes Benz” markalı avtomaşın almaq istəyir. Sahilin daimi iş yeri olmadığına görə, həmin avtomaşını mənim adıma almağa gərarlaşdırmışlar. Mən Sahilin mənə verdiyi vədlərə inanaraq, razılıq verdim ki, həmin avtomaşın mənim adıma alınsın və “Unibank”-da mənim adıma girov müqaviləsi bağlanılsın. Sahil məni əmin etdi ki, vaxtı-vaxtında bankın pulları ödəniləcək və səni heç kim, heç vaxt narahat etməyəcəkdir.
Beləliklə, mən “Unibank”-a gedərək orada 09 fevral 2008-ci ildə “Girov müqaviləsi” imzalamışdım.Girov müqaviləsinə əsasən, mən , bankdan 23.800 manat məbləğində pul götürmüşdüm. Götürdüyum pulları 24 ay ərzində banka qaytarmalı idim. Bankla mənim tərəfimdən imzalanmış razılaşmaya əsasən maşının qiyməti 34.000 manat dəyərləndirilmişdir. Bundan sonra mən, Bakı şəhər sakini olan Sahilə mülki etibarnamə vermişdim. Həmin etibarnaməyə əsasən, mənim əvəzimə banka pulu Sahil aybaay ödəməli idi. Bu minvalla Sahil 2008-ci ilin fevral ayından başlayaraq vaxtı-vaxtında bankın pulunu, yəni aylıq pulunu və faizlərini ödəməyə başlamışdır. Bundan 5 ay keçdikdən sonra Sahil mənə bildirdi ki, onun idarə etdiyi maşını qaçırıblar. Maşının tapılması üçün o hüquq-mühafizə orqanlarına müraciət etdiyini də mənə bildirmişdir. Bildiyimə görə bir neçə vaxtdan sonra maşın oğruları tutularaq məhkəməyə verilmişlər. Xətai rayon məhkəməsi həmin ogrular barəsində həbs-qəti imkan tədbiri seçmişdir. Məhkəmə tərəfindən “Unibank”-a dəyən ziyanın ödənilməsi barədə qətnamə qəbul olunmuşdur. Bildiyimə görə, girovda olan “Mercedes” markalı maşın, bank tərəfindən MBASK sığorta şirkətində dərhal da sığortalanmışdır və sığorta şirkəti dəyən ziyanı tamamilə ödəmişdir”. Şikayətçi daha sonra bildirirdi ki: “ Bundan 5 il sonra, yəni 2014-cü ilin avqust ayının əvvəllərində mənə “Baku Collekting Agency”-dən zəng olunmuşdur və bildirmişdilər ki , mənim “Unibank”-a 19.500 manat borcun qalmışdır. Agentliyin əməkdaşı Nizami İbrahimovla görüşümüzdə, ona bildirdim ki, mənim bu işdə ancaq adım gedir, mənim pullardan və onunla əlaqədar işlərdən xəbərim yoxdur. Onlara Sahil ilə əlaqə saxlamağı bildirmişdim. Onlar Sahil ilə əlaqə saxladıqdan sonra, Sahilə təklif etmişlər ki, banka olan 18.921 manat borcun 8.921 manatı bank tərəfindən bağışlanmasına nail olacaqlar. Şirkətin əməkdaşları Sahili inandırmağa çalışmışlar ki, yerdə qalan 10.000 manatın – 4.000 manatını bir həftə ərzində ödəsə, yerdə qalan 6.000 manatı 2014-cü ilin sonuna kimi ödəyə bilər və bundan sonra Nəsibov Həmidin banka heç bir öhdəliyi olmadığı barədə arayış veriləcəkdir. Cəfərov Sahil Əzizağa oğlu onların şərtləri ilə razılaşmayıb”.
Bir müddət sonra “Baku Collekting Agency” Həmid Nəsibova bildiriş göndərir ki, əgər banka olan borcunu ödəməsən dələduzluğa görə cinayət məsuliyyətinə cəlb olunacaqsan. Bununla kifayətlənməyən Nizami İbrahimov bildirişləri Həmid Nəsibovun yaşadığı həyətin divarlarına yapışdıraraq onu qonşular arasında biabır edib. Bütün bunlara aydınlıq gətirmək üçün “Baku Collekting Agency”-nin nümayəndəsi Nizami İbrahimovla əlaqə saxlasaq da, o, bizim suallarımıza cavab verməkdən imtina eləmişdi. Belə olan halda UNİBANK-ın nümayəndəsi Yevgeni Sultanova müraciət eləmişdik. O , isə bildirmişdi ki, müştəridən pulu almaq üçün biz heç bir kənar xidmətdən istifadə etmirik. Samir İsmayılovun bizə müraciətindən sonra biz “Baku Collekting Agency”nin əməkdaşı Raminlə əlaqə saxlayaraq hansı əsasla “UNIBANK”-a olan borcları tələb elədiyini soruşduq. O, bildirdi ki, biz Ədliyyə Nazirliyinin əmri ilə ölkədaxili borclarla məşğuluq. Ədliyyə nazirliyinin mətbuat xidmətindən Aydın Ağazadə isə bizə bildirdi ki: “ Bu Ədliyyə Nazirliyinə böhtandır. Biz “Baku Collekting Agency”-nə borclarala bağlı belə bir tapşırıq verməmişik”!”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• İmişli və Cəlilabad rayonlarında yerləşən torpaq sahələri üçün hərrac keçiriləcək
Bu gün, 03:04 |
|
|
|
• “Dövlət bunu boş yerə etmir…” - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 02:59 |
|
|
|
• Niyə axı bizdə BƏLƏDİYYƏ SİSTEMİ uğur qazanmır? - ARAŞDIRMA
Bu gün, 01:42 |
|
|
|
• Müəllimlərin maaşı vergidən azad ediləcək? - AÇIQLAMA
Bu gün, 01:27 |
|
|
|
• Avropada müharibə kabusu: Azərbaycan hansı təhlükə ilə üz-üzə qalıb? - İNCƏLƏMƏ
Bu gün, 01:22 |
|
|
|
• 7 ildir dələduz işçilərə görə sığorta ödənişi edilmir - İLGİNC FAKT
Bu gün, 00:47 |
|
|
|
• Ermənistan “müharibə qovşağı”na çevrilir... - "Qərb regionda savaş lazımdır"
Bu gün, 00:37 |
|
|
|
• "Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 00:33 |
|
|
|
• "Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver"
Bu gün, 00:27 |
|
|
|
• Uşaqlar pul yığıb, sinfi qızdırır... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 00:24 |
|
|
|
• Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir – Ermənistan rəsmisi açıqladı
Bu gün, 00:19 |
|
|
|
• Verdiyevin həbsi: Necə davranmaq lazımdır? - AKTUAL
Bu gün, 00:17 |
|
|
|
• Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Dünən, 20:39 |
|
|
|
• Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Dünən, 20:36 |
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Dünən, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Dünən, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Dünən, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Dünən, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Dünən, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Dünən, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Dünən, 18:11 |
|
|
|
• Siyavuş Novruzov HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Dünən, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Dünən, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Dünən, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Dünən, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Dünən, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Dünən, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Dünən, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Dünən, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Dünən, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Dünən, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Dünən, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Dünən, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Dünən, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Dünən, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Dünən, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Dünən, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Dünən, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Dünən, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Dünən, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Dünən, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Dünən, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Dünən, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Dünən, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Dünən, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Dünən, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Dünən, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Dünən, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Dünən, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Dünən, 15:09 |
|
|
|
|