Azərbaycanda vəhabilərə ortaq olan məmurlar var - Onlar gömrükdəki mallarını dövlətdən gizlədə bilirlər
Tarix: 25-04-2015, 10:28 | Çap et
DİA.AZ: - Bir müddət əvvəlindən vəhabilərin Azərbaycandakı biznes şəbəkələri ilə bağlı məlumat vermişdik və bildirmişdik ki, bu təhlükəli təriqət üzvləri sərmayəsiz biznes imkanlarına malikdirlər. Həmin faktları təkrar olaraq diqqətinizə təqdim edirik:
“Redaksiyamız ilk olaraq Azərbaycana ən böyük bəlaları vəd etməsi şübhə doğurmayan vəhabilərlə bağlı müəyyən bilgiləri paylaşmaq qərarına gəlib. Kimdir onlar? Bunu artıq hamımız yaxşı bilirik və hətta əzbərləmişik də… İngilis kəşfiyatının zamanında Osmanlı İmperiyasına - Xilafətə və həm də bütünlükdə olaraq müsəlman dünyasına qarşı yaratdığı ən böyük silahlardan olan vəhabilik dünya durduqca ingilisin işinə yarayan bir servisdir.
Azərbaycanda Küveytin və Səudiyyə Ərəbistanının hesabına var olan bu dini cərəyan nümayəndələri özlərinə sələfi-xavaric, İŞİD və s. adlar qoşsalar da, onların ümumi adı olan vəhabilik daha işləkdir və həm də mahiyyətlərində fərq olmadığından yerində işlənən ifadədədir.
Onların bu gün Küveyt və Səudiyyə Ərəbistanındakı şeyxlərin himayəsində olduqları danılmaz faktdır. Arxalarında isə ABŞ, İsrail və Böyük Birtaniya kimi İSLAM DÜŞMƏNLƏRİ DAYANIR. Hətta bu gün Həcc ziyarəti biznesini əlindən vermək istəməyən bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadə cənabları da vəhabilərin üzərinə ürəklə və həvəslə yeriyə bilmir. Çünki faydalanır. Onlardan faydalanan tək Qafqaz Müsəlmanları İdarəsinin sədri deyil. Ayrı-ayrı məmurlarımız da bu gün vəhabilərin Azərbaycanda barındırılmasının müqabilində verilən milyonları xərcləməkdədirlər. Yəni faydalananlar bol olsa da, itirən tək Azərbaycandır ki, bu da onların umrunda belə deyil.
Yox, əgər bu ittihamlarız ən azından QMİ sədri Allahşükür Paşazadə cənablarını qane etmirsə, o zaman əks arqumentlərini buyurub ortaya qoysunlar və izah etsinlər ki, vəhabirlərə qarşı başlatdıqları kampaniyanı nədən yarıda kəsməli oldular? Vəziyyət o həddədir ki, Şeyx cənabları həm də nurçulara qarşı eyni qaydada qısır kampaniya apardı və geri çəkilmək zorunda qaldı.
Gələk vəhabilərə. Azərbaycanda bu təriqət mənsubları ilə təması olan böyük əksəriyyətə onların yüksək maddi rifah halı yaxşı məlumdur. Yəni əxilərin pul kimi problemi yoxdur. İşləmədikləri halda belə gözəl, rahat həyat sürürlər.
Məşhur İtaliya şirkəti Azərbaycan vəhabilərinin əsas qida mənbəyidir
«Hardandır bu gözəllik» deyə soruşanlara DİA.AZ olaraq ilginc faktları təqdim edirik. Araşdırmalarımız nəticəsində ortaya çıxır ki, sən demə, Azərbaycan vəhabiləri konkret şəkildə maliyyələşmirlər və onların qidalanması üçün Bakıda ciddi bir şəbəkə qurulub.
Həmin şəbəkəyə davamlı şəkildə Dubaydan, Küveytdən, Çindən və müxtəlif ünvanlardan vəhabilərin dəstəyi ilə əsasən inşaat materialları, divar kağızları, ətriyyatlar, boyalar və s. bu kimi yaxşı pulgətirən mallar göndərilir. Bu əsnada xüsusi olaraq fərqlənəni Bakıda da böyük şəbəkəyə malik olan «Zambaiti» divar kağızları firmasıdır.
Məlumatlı mənbə dia-az.life-a bildirir ki, əslində bu divar kağızları birbaşa olaraq vəhabilərin Azərbaycanda maliyyələşmələrinin təşkili üçün ölkəmizə idxal olunur. Mənbəyə görə, Dubaydan göndərilən və saysız-hesabsız olan bu divar kağızlarının satışı ölkəmizdə rahat şəkildə həyata eçirilir və əldə olunan bütün vəsait Azərbaycan vəhabilərinin maliyyələşdirilməsinə sərf olunur.
Mənbəmiz iddia edir ki, həta biznes maraqlarının olmaması səbəbindən, yəni geriyə - mal göndərən ünvana heç bir ödəmə zərurəti olmadığından bu divar kağızlarının nisyə satışı halında borclanan şəxs unudulur, ondan heç bir zaman pul tələb olunmur. Bu, ona görə deyil ki, vəhabilər belə xeyirxahdırlar və onlar millətə yaxşılıq edirlər. Ona görədir ki, biznes maraqları olmadığından, mayaları batmadığından heç bir mühasimabtılığı həyata keçirmirlər”.
Onu da bildirək ki, DİA.AZ-a «Zambaiti» divar kağızlarının satışı ilə bəşğul olan çevrə ilə bağlı ilginc faktlar ötürülüb. Məlumatlı mənbə iddia edir ki, bu gün vəhabilərin Azərbaycanda əsas maliyyə qaynağı kimi tanınan bu şəbəkəyə Dövlət Gömrük Komitəsinin yüksək ranqlı məmurlarından biri tərəfindən dəstək verilir.
Mənbə iddia edir ki, Dubaydan Azərbaycana idxal olunan «Zambaiti» divar kağızlarına görə, gömrük rüsumu rəsmən tutulmasa da, sözügedən gömrük məmuru az qala vəhabilərlə ortaq kimi davranaraq, onlardan bir aya 500 min ABŞ dolları həcmində haqq alır. Bu pul isə həmin məmurumuza Səudiyyə Ərəbistanından göndərilir.
Mənbənin dia-az.life-a söylədikləri: “Sual oluna bilər: Nədən Səudiyyə Ərəbistanı elə pulu birbaşa olaraq Bakıda dəstəklədiyi vəhabilərə ötürmür? Cavabı çox sadədir: birbaşa maliyyələşmə hər zaman təhlükəli olub”.
DİA.AZ bu arad maraqlı rəqəmləri də əldə edib.
Bildirək ki, bu rəqəmlər ümumi divar kağızı bazarına aid olsa da, böyük hissəsi məhz vəhabilərin payına düşür. 2014-cü ildə Azərbaycana rəsmən 5 milyon 290,1 min məbləğində divar kağızı gətirilib. Bu, Gürcüstana olan tədarükdən (15 milyon 446,9 min) 3 dəfə azdır. Ekspertlər bunu gömrükdəki korrupsiya ilə bağlayırlar.
Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il Azərbaycana 6 440,2 ton divar kağızı tədarük edilib. Bu, əvvəlki ildəkindən 10 faiz çoxdur. Onların alınması xərcləri 959,3 min dollar və ya 22,1% artıb, deyə rəsmi qaynaqlar bildirir. Amma tədarükçü ölkələrlə müqayisə göstərir ki, divar kağızlarının qiyməti süni şəkildə ucuzlaşdırılır. Məqsəd ƏDV və gömrük rüsumundan yayınmaqdır, həmin məbləğ nağd şəkildə gömrüyə ödənilir, deyə idxalçılar bildirir. Məsələn, Belarus Milli Statistika Komitəsinin məlumatına görə, 2014-cü ildə bu ölkədən Azərbaycana idxal üçün 341 ton divar kağızları (+1%) alınıb və 1 milyonn 439,6 min (+16,8%) dollar ödənilib. Bu dövrdə Azərbaycan gömrüyündə 193,8 min dollar məbləğində 321,9 ton Belarus divar kağızları rəsmiləşdirilib. Yəni mal Belarus sərhədini keçəndə 4 221 dollardan keçib, Azərbaycan gömrüyündə isə bundan 7 dəfə ucuz - tonu 602 dollardan rəsmiləşdirilib. Ukraynadan daha çox divar kağızları alınıb. Ötən il bu ölkədən 4 min 89,8 ton, RF-dən 1115,9 ton mal gətirilib. Azərbaycan gömrüyündə Britaniya markalı divar kağızları daha bahadır. Onun tonu (1,5 ton) 13 266 dollara sənədləşdirilib. Yəqin, idxalçı Britaniya şirkəti və ya Azərbaycan hökumətidir. İtaliya divar kağızları 3 dəfə ucuz - tonu 4744 dollara sənədləşdirilib. Bu, 2013-cü ildəkindən 3 dəfə bahadır. Yəni buradan aydəın olur ki, İtaliya istehsalı olan divar kağızlarından "qidalanan" vəhabilər hətta gömrükdə öz mallarını ucuz qiymətə "oformit" etməyə belə imkanlıdırlar. Ötən il Türkiyədən - 325,7 ton (861,1 min dollar), Almaniyadan - 232,8 ton (181,2 min dollar), ÇXR-dan - 226 ton (155,4 min dollar), Belçikadan - 41,5 ton (25 min dollar), Fransadan - 2,5 ton (1,9 min dollar), Niderlanddan - 17,3 ton (28,9 min dollar) da divar kağızları alınıb. İlkin hesablamalara görə, Azərbaycanda divar kağızlarının qanunsuz dövriyyəsi 20 milyon dollardır. Gəlin etiraf ki, bu kifayət qədər ciddi rəqəmdir, belə görünür, dövlət büdcəsi hər il divar kağızlarının qanunsuz dövriyyəsindən milyonlarla manat itirdiyi halda, kimlərsə öz kapitalını artırır. Onu da deyək ki, ölkədə divar kağızlarının idxalı və satışının da müəyyən məmurların və onlara yaxın iş adamlarının nəzarətində olduğu şübhə doğurmur. Onlar "qaz vurub qazan doldurarkən" bundan itirən isə dövlət büdcəsi olur. Yəqin ki, aidiyyatı qurumlar yuxarıda göstərilən rəqəmlərin təhlili nəticəsində ortaya çıxan qanunsuzluq hallarını araşdıracaq, bu halların aradan qalxması və onları yaradanların cəzalandırılması istiqamətində zəruri addımlar atacaqdır. Belədə qazanan ilk növbədə neft pullarının azalması nəticəsində onsuz da sıxıntı yaşayan dövlət xəzinəsi olardı. Ən əsası isə odur ki, bu korrupsiya faktının mövcudluğu təhlükəli təriqətlərin işinə yarayır.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• İmişli və Cəlilabad rayonlarında yerləşən torpaq sahələri üçün hərrac keçiriləcək
Bu gün, 03:04 |
|
|
|
• “Dövlət bunu boş yerə etmir…” - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 02:59 |
|
|
|
• Niyə axı bizdə BƏLƏDİYYƏ SİSTEMİ uğur qazanmır? - ARAŞDIRMA
Bu gün, 01:42 |
|
|
|
• Müəllimlərin maaşı vergidən azad ediləcək? - AÇIQLAMA
Bu gün, 01:27 |
|
|
|
• Avropada müharibə kabusu: Azərbaycan hansı təhlükə ilə üz-üzə qalıb? - İNCƏLƏMƏ
Bu gün, 01:22 |
|
|
|
• 7 ildir dələduz işçilərə görə sığorta ödənişi edilmir - İLGİNC FAKT
Bu gün, 00:47 |
|
|
|
• Ermənistan “müharibə qovşağı”na çevrilir... - "Qərb regionda savaş lazımdır"
Bu gün, 00:37 |
|
|
|
• "Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 00:33 |
|
|
|
• "Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver"
Bu gün, 00:27 |
|
|
|
• Uşaqlar pul yığıb, sinfi qızdırır... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 00:24 |
|
|
|
• Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir – Ermənistan rəsmisi açıqladı
Bu gün, 00:19 |
|
|
|
• Verdiyevin həbsi: Necə davranmaq lazımdır? - AKTUAL
Bu gün, 00:17 |
|
|
|
• Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Dünən, 20:39 |
|
|
|
• Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Dünən, 20:36 |
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Dünən, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Dünən, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Dünən, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Dünən, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Dünən, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Dünən, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Dünən, 18:11 |
|
|
|
• Siyavuş Novruzov HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Dünən, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Dünən, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Dünən, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Dünən, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Dünən, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Dünən, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Dünən, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Dünən, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Dünən, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Dünən, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Dünən, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Dünən, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Dünən, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Dünən, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Dünən, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Dünən, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Dünən, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Dünən, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Dünən, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Dünən, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Dünən, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Dünən, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Dünən, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Dünən, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Dünən, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Dünən, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Dünən, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Dünən, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Dünən, 15:09 |
|
|
|
|