Misir Mərdanovun Azərbaycan təhsilindəki "silinməz möhürü"... - Sən saydığını say gör fələk nə sayır
Tarix: 29-05-2015, 08:57 | Çap et
İnternetə daxil olub hər hansı bir xəbərlə tanış olmağına peşman olursan.”Misir Mərdanovun sağ əli-Qədirov Fərzəli”, “Misir Mərdanovun fərqli kadrları”, “Mərdanovun kadrları Təhsil Nazirliyini yan üstə qoyub”, “Təhsilimizin gözmuncuqları”, “Təhsil Nazirliyinin dəstəbaşılarından biri”, Təhsil Nazirliyinin Fərzəli Qədirov problemi”, “Fərzəli Qədirovun müəllim biznesi”, “Fərzəli Qədirovun qiymət cədvəli”, “Təhsil nazirliyində qiymətlər qalxdı”, “Fərzəli Qədirovun qızıl dövrü”, “Təhsil məmurunun qızıl medal fırıldağı”, “473 bala qızıl, 700 bala hədiyyə”, “Fərzəli Qədirovun oğlu hansı yolla qızıl medal alıb”,”Fərzəli Qədirovla bağlı müdhiş iddialar”, “Fərzəli Qədirovla bağlı daha bir şok iddia”, “Fərzəli Qədirov ifşa olunur”, “Mikayil Cabbarov Fərzəli Qədirovun öhdəsindən gələ bilmir”, Fərzəli Qədirovun vəzifə yüksəlişi”, “Fərzəli Qədirov müavin olmaq istyir”, “Təhsil nazirliyində Fərzəli Qədirov qaydaları”, “Yeni nazir köhnə qvardiyanın mühasirəsində”, “Yenə şikayət, yenə Təhsil Nazirliyi”, “Fərzəli Qədirovu qoruyan gizli əl”və s. bu kimi qəbildən olan sonsuz və davamlı yazıları oxuyanda istər istəməz “sən saydığını say, gör fələk nə sayır” el məsəli yada düşür.
Tez-tez işlətdiyimiz bu məsəl sanki, Təhsil Nazirliyinin “İnsan resursları” şöbəsinin müdiri Fərzəli Qədirov haqqında deyilib. Təəcüb və təəsüf doğuran odur ki, yazılı və elektron medianın həyəcan dolu çağırışlarına bu günə qədər nəinki, təkzib hətta formal da olsa adi bir reaksiya belə verilməyib.Nə olar heç verilməsin də.Bir də ki, ictimai rəy, ictimai qınaq, son on illiklərin təcrübəsində nə vaxt nəzərə alınıb ki? Görünür, ağız dolusu danışdığımız yeni baxış, yeni düşüncə, yeni yanaşma tərzi elə bundan ibarət imiş. Haşiyə: 70-ci illərin sonları idi . O dövrün ən nüfuzlu nəşrlərindən olan “Kommunist” qəzetində Lerikin dağ kəndlərinin birində məktəb direktorunun oz qızını ışlədiyi məktəbə pioner baş dəstə rəhbəri (indiki uşaq birliyinin rəhbəri) təyin etməsi barədə material dərc olunmuşdu.Sanki,bütün Mərkəzı Komitə, Raykom, Nazirlik bir birinə dəymişdi. Dərhal Nazirliyin əlahiddə Kollegiya iclası keçirildi Məktəb direktoru, təhsil şöbəsinin müdiri, kimlər, kimlər... cəzalandırıldı, nələr baş vermədi...hətta əsəbləri dözməyib dünyasını dəyışənə qədər. Əlbəttə, indiki şəraitdə kimlərəsə eyni aqibətlə üzləşməyi arzulamazdım, bununla belə deməyim odur ki, o zaman siqnallara dərhal, özü də bütün ciddiyyəti ilə reaksiya verilərdi, görülən tədbirlərin nəticəsi ictimailəşərdi. İndi isə... Nəsə... Artıq iki ildən də çoxdur ki, ictimaiyyətin diqqəti təhsil sistemində gedən proseslərə bir az da artıb. Təbii ki, bu gənc və yeni nazir Mikayıl Cabbbarovdan gözləntilərlə bağlı olub və olmaqdadır.Bu gün onun tərəfindən atılan addımları hərə öz tərəzisi, öz arşını ilə ölçür və dəyərləndirir.Hamı proqnoz verir: bəziləri heç nəyin dəyişməyəcəyi,olduğu kimi davam edəcəyi qənaətində olub, bəziləri prosesin ləng getməsindən, ətalətlilikdən gileyləniblər.Bəziləri hər şeyin yuxarıdan idarə olunduğunu bildirib, digərləri sistemə gətirilən yeni kadrların təhsil üzrə mütəxəssis olmamasından şikayətçi olublar və s. Bu da başa düşüləndir. Lakin, deyilən və yazılanların hamısı birlikdə Fərzəli Qədirovla bağlı deyilən və yazılanlar qədər Təhsil Nazirliyinin nüfuzunu zərbə altında qoymayıb. Sual olunur. Təhsil Nazirliyi üçün nüfuzu çoxdan bəri sarsılmış və nazirliyin onsuz da sarsılmış nüfuzunu sarsıtmaqda davam edən bir nazirlik məmurunun nüfuzunu qorumaq daha önəmlidir, yoxsa ki, bütövlükdə bu nazirliyə etibar olunmuş təhsilimizin? Bəlkə Təhsil başbilənlərimiz hesab edirlər ki, bütün bu deyilənlər və yazılanlar şantajdır, Fərzəli Qədirova qarşı onu qəbul etməyənlər tərəfindən təşkil olunmuş bir kompaniyadır.Elə isə, nəyə görə məhz Fərzəli Qədirova qarşı? Ayrı-ayrı şikayət və tənqidlərə kimlər tərəfindənsə digər bəzi məmurlar da zaman-zaman tuş gəliblər.Lakin bu tənqid və şıkayətlər bu səviyyədə ciddı və davamlı xarakter daşımayıb, ən pis halda müəyyən müddətdən sonra öz həllini taparaq səngiyib. Bəlkə,zaman və məkanla ayaqlaşa biləcək digər alternativ kadrlarımız yoxdur? Bəlkə Fərzəli Qədirov həqiqətən də elə unikal kadrlardandır ki, onsuz nə keçmış rəhbərliyin,nə də ki, hazırki rəhbərliyin işi aşmır? Əgər bütün bunlar şantajdırsa, yəni bu miqyasda da şantaj olarmı? Qərəzçilikdirsə, qərəzçilik edən bir nəfər olar, beş nəfər ən uzağı on nəfər olar. Kompaniyadırsa, onun da həddi-hüdudu olur, konkret təşkilatçısı olur.Tələbədən tutmuş müəssisə rəhbərinədək hamı şıkayətçidir, hamı narazıdır,Demək olar ki, bütün saytlar və xəbər portalları məsələyə biganə qala bilmirlər.Bir də ki, od olmayan yerdən tüstü çıxmaz deyiblər.Kim bilir, bəlkə də kadr siyasətini obyektiv və demokratik meyarlar əsasında qura bilməməyimiz və ya qurmaq istəyində olmamağımız Fərzəli Qədirov kimilərin işinə yarıyır. Əgər belə deyilsə, onda görəsən Fərzəli Qədirovu hansı keyfiyyətlərinə görə bu qədər, özü də belə bir məsul vəzıfədə saxlayırlar? Bəlkə onun təhsil sahəsində əlahiddə xidmətləri var? Bəlkə o əvəzolunmaz təhsil strateqidir? Gördüklərimi, oxuduqlarımı, eşıtdiklərimi özlüyümdə götür-qoy etdikdən sonra belə qənaətə gəldim ki, bu fenomenal şəxs həqiqətən əvəzolunmaz strateqdir.Mərdanovun dönəmində sıravi rus dili müəllimlıyindən kosmik sıçrayışa nail olaraq Nazirliyin ən məsul və aparıcı şöbəsi olan “Kadrların İdarə olunması, Strateji təhlil və planlaşdırma” şöbəsinin müdiri vəzifəsinədək yüksəlib. Bir müddət Baki şəhəri üzrə Təhsil idarəsinin müdirini əvəzləyib, paytaxt təhsilinin idarə olunmasında və kadr siyasətində əsa fiqura çevrilib.Yeni nazirin kadr dəyişıklikləri də ondan yan keçıb, yeni formalaşan “İnsan resursları” şöbəsində müdir vəzıfəsində mövqeyini bir az da möhkəmlədib. Başqa funksiyalarını bir kənara qoyaq, bildiyimiz kimi, bütün ümumtəhsil məktəblərinə müəllim kadrların seçilməsi və yerləşdirilməsi bilavasitə onun rəhbərliyi ilə həyata keçirilir.Bu labirintəbənzər prosesin necə aparıldığını yəqin ki, 7-dən 77-yə qədər hamı bilir. Onu da bilməyən varsa, onlar da bilsin ki, dəfələrlə dəyişikliklərə məruz qalan “Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə təlabatın müəyyənləşdirilməsi , pedaqoji kadrların yerdəyişməsi və ışə qəbulu qaydaları” da məhz onun “yaradıcılıq məhsuludur” Bu əndrəbadi qaydaların tətbiqi sayəsində ildə 3-4 min vakant müqabilində müəlimlərin sayı 4000 min nəfər azalıb. Başqa sözlə iş yerləri olduğu halda sayı belə məlum olmayan işsizlər ordusu yaranıb. Buna da yaxşı ad seçiblər: “optimallaşma”. Bir “uzaqgörən strateq” kimi Fərzəli Qədirovun karyerası bununla yekunlaşmayıb.Bu müddət ərzində vəzıfə səlahiyyətlərindən və sabiq Nazirə yarınmağından istifadə edərək ibtidai sinif müəllimi olan həyat yoldaşını Bakının mərkəzi və nüfuzlu məktəblərindən birinə direktor təyin etdirib.Həmin məktəb “İlin ən yaxşı məktəbi” nominasiyası üzrə qalib elan edilib.Məktəbin onlarla müəlliminə “İlin ən yaxşı müəllimi” və digər fəxri adlar verilib.Misir Mərdanovun himayədarlığı ilə özü “Əməkdar müəllim” adı və “Dövlət qulluğunda fərqlənmə Nişanı” ilə təltif olunub.Oğlunun 473 balla, elə anasının direktor olduğu məktəbdən qızıl medala təqdim olunması ilə bağlı qalmaqal uzun müddət gündəmdən düşməyib.Yeri gəldikcə məktəblərdə, yerli təhsil orqanlarında və digər strukturlarda özünə arxa-dayaq yaratmaqdan da çəkinməyib. Sadalanan və imkan məhdudluğundan sadalanmayan bir çox digər faktlar Fərzəli Qədirovun bir dövlət qulluqçusu kimi dövlət mənafeyinə deyil , şəxsi mənafeyinə qulluq etməsi barədə nəticə çıxarmağa kifayət etmirmi? Fərzəli Qədirovun əməlləri və bunun nətıcəsində onun oliqarxa çevrilməsi barədə demək olar ki, hər gün olmasa da günaşırı elektron və yazılı KİV-də kəskin məqalələr dərc olunur. Di gəl, kiminsə “sehirli qələmi” bütün yazılanlarn üstündən bir qırmızı xətt çəkir. İki il öncə sabiq təhsil naziri görəvdən alınanda təhsilimizdə rəzalətlə dolu bir dövrün artıq başa çatması barədə ümidverici təəssürat yaranmışdı. Çoxları təhsilimizdə köklü dəyişıkliklər ediləcəyi, xüsusilə də kadr siyasəti sahəsində radikal addımlar atılacağı barədə fikir yürüdürdü.Digər tərəfdən Mikayıl Cabbarovun siyasi iradə var mesaı bu fikirlərı bir az da ümidləndirirdi. Elə isə,” Fərzəli Qədirov düyünü” niyə açılmır? Yoxsa, “sən saydığını say gör fələk nə sayır” el məsəlinin ümidinə qalmışıq?
Nadir İsrafilov, təhsil eksperti
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• İmişli və Cəlilabad rayonlarında yerləşən torpaq sahələri üçün hərrac keçiriləcək
Bu gün, 03:04 |
|
|
|
• “Dövlət bunu boş yerə etmir…” - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 02:59 |
|
|
|
• Niyə axı bizdə BƏLƏDİYYƏ SİSTEMİ uğur qazanmır? - ARAŞDIRMA
Bu gün, 01:42 |
|
|
|
• Müəllimlərin maaşı vergidən azad ediləcək? - AÇIQLAMA
Bu gün, 01:27 |
|
|
|
• Avropada müharibə kabusu: Azərbaycan hansı təhlükə ilə üz-üzə qalıb? - İNCƏLƏMƏ
Bu gün, 01:22 |
|
|
|
• 7 ildir dələduz işçilərə görə sığorta ödənişi edilmir - İLGİNC FAKT
Bu gün, 00:47 |
|
|
|
• Ermənistan “müharibə qovşağı”na çevrilir... - "Qərb regionda savaş lazımdır"
Bu gün, 00:37 |
|
|
|
• "Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 00:33 |
|
|
|
• "Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver"
Bu gün, 00:27 |
|
|
|
• Uşaqlar pul yığıb, sinfi qızdırır... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 00:24 |
|
|
|
• Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir – Ermənistan rəsmisi açıqladı
Bu gün, 00:19 |
|
|
|
• Verdiyevin həbsi: Necə davranmaq lazımdır? - AKTUAL
Bu gün, 00:17 |
|
|
|
• Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Dünən, 20:39 |
|
|
|
• Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Dünən, 20:36 |
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Dünən, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Dünən, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Dünən, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Dünən, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Dünən, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Dünən, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Dünən, 18:11 |
|
|
|
• Siyavuş Novruzov HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Dünən, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Dünən, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Dünən, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Dünən, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Dünən, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Dünən, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Dünən, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Dünən, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Dünən, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Dünən, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Dünən, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Dünən, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Dünən, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Dünən, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Dünən, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Dünən, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Dünən, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Dünən, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Dünən, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Dünən, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Dünən, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Dünən, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Dünən, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Dünən, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Dünən, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Dünən, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Dünən, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Dünən, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Dünən, 15:09 |
|
|
|
|