Renka: "...silikon yoxdur"
Tarix: 5-07-2018, 08:34 |
Çap et
DİA.AZ: - “Stil simvol” ləqəbi ilə tanınan rəqqasə Renkanın plastik əməliyyat keçirməsi ilə bağlı xəbərlər yayılıb. Iddialara görə rəqqasə sinəsinə silikon etdirib.
DİA.AZ xəbər verir ki, əməkdaşımızın telefon zənginə cavab verən Renka yayılan məlumatları kökündən yalanladı: "Sinəmdə bir qram da olsun silikon yoxdur.
Bilmirəm bu şayiəni kim və nə məqsədlə yayır. Hətta İnstagramda məni izləyən insanlar da tez-tez bu sualı mənə ünvanlayırlar.
Üzümü sevənlərimə tutub deyirəm, hələ ki, heç bir plastik əməliyyat etdirməmişəm.
Təbii gözəlliyim insanlara əməliyyat etdirmişəm kimi görünürsə, bu mənim günahım deyil. Bu Allah-Təalanın bir lütfüdür".