DİA.AZ: - “O ses Türkiye” yarışmasında səsi və gözəlliyi ilə münsifləri heyran qoyan həmyerlimiz Aila Rai “Diye Diye” adlı yeni mahnısını və klipini təqdim edib.
DİA.AZ-ın məlumatına görə, ifaçının türk dilində oxuduğu bəstənin musiqisi Gövhər Həsənzadəyə, sözləri isə Ayşe Birgül Yılmaza məxsusdur.
Mahnının aranjimanını isə Kanun Yıldırım edib.
Bəstə “Ünüvar Production”da sinql şəklində işıq üzü görüb. Klipin rejissoru Yusuf Can Özbilendir.